üçün qüvvələriniz kifayətdirmi? Rəqabət strategiyası iflasa uğra
sa, nə baş verər? Onun tətbiqi digər sahələrdə münasibətlərin gər
ginləşməsinə səbəb olmayacaq ki? Bu strategiya daha çox arzu
olunan nəticəyə gətirəcəkmi?
2.
Qaçmaq
- m üxtəlif formalar ala bilir: neytrallıq («Hazırda
bizim bu məsələ ilə bağlı fikrimiz yoxdur» kimi ifadələr konfliktli
diskussiyalarda iştirakdan qaçmağa imkan verir); təcrid (tərəflər
məhdud qarşılıqlı
fəaliyyət göstərir, öz maraqlarını hər biri ayn-
aynlıqda qoruyur); çıxıb getmə (tərəflərin tam ayrılması).
3.
Uyğunlaşma
- opponentin maraqlarına istiqamətlənmə ilə
bağlıdır. Bu, yaxşı münasibətləri qoruyub saxlamaqdan ötrü şəxsi
m araqlann bir qisminin qurban verilməsi zamanı baş verir; opponen
tin birlik ifadə edən davranışlarım rəğbətləndirmək üçün dostyana-
lıq nümayiş etdirmək tələb olunur; münaqişə edən tərəflərin başqa
strategiyaları həyata keçirmək üçün güc və eneıj iləri çatmır; konf
liktin nəticəsi tərəflərdən biri üçün az əhəmiyyətə malik olur.
4.
Kom prom is
- bu strategiya tərəflər münaqişənin həllini tap
madıqları zaman, onların maraqlarının bir-birindən asılı,
yaxud
razılaşdırılmış görünməməsi halında seçilir. Bu zaman qüvvələrin
təxmini bərabərliyi qeyd olunur, tərəflər hər ikisini bütünlükdə razı
salacaq həll yolunu tapmaq üzərində birgə işləmək üçün bir-birinə
kifayət qədər etibar etmirlər.
5.
M araqların m ərkəzləşdirilm əsi
- bu strategiya münaqişənin
bütün iştirakçılarının razı qalmasına gətirib çıxarır və münaqişə
edən tərəflərdə bir-birinə müəyyən inamın mövcudluğu şəraitində
mümkün ola bilir.
Bundan başqa, m araqlann müəyyən qarşılıqlı
əlaqəsi, qüvvələrin təxmini bərabərliyi (yaxud daha güclü tərəfin
rəqabətdən imtina etməyə hazırlığı), münaqişə edən tərəflərin don
muş tarazlıq şəraitində, yaxud gələcəkdə yaxşı münasibətlər qur
maq arzusu ilə hazırda daha böyük itkilərə məruz qalmaqdan qaça
raq qarşılıqlı qəbul edilə bilən qərarlarda tərəflərin maraqlı olması
tələb edilir.
Diskussiya iştirakçılannm söylədikləri fikirlər üç sahədən
birinə aid edilə bilər:
1) emosiorıal-pozitiv:
272
•
həmrəylik nümayiş etdirilməsi, digərinin mövqeyinin yük
səldilməsi, kömək, rəğbətləndirmə;
• gərginliyin aradan qaldırılması, razı qalmamn nümayiş etdi
rilməsi, təbəssümlər, zarafatlar;
• razılaşma, anlaşma, müsbət münasibətin nümayiş etdirilməsi;
2) vəzifəyə istiqamatlanma:
• digərinin muxtariyyətini nəzərdə tutan göstərişlərin verilməsi;
• hisslərin, arzuların, fikirlərin, qiymətlərin ifadə edilməsi, təhlil;
• məlumatın, istiqamətin, təsdiqetmənin, dəqiqləşmənin verilməsi;
• məlumat haqqında xahişlər;
• xahişlər, fikirlər, qiymətlər, hislərin ifadəsi;
• göstərişlər, fəaliyyət üsulları haqqında xahişlər;
3) em osional-neqativ saha:
• razı olmadığını
ifadə etmək; qeyri-fəal inkarın nümayişi,
köməkdən imtina etmək;
• gərginlik nümayiş etdirmək;
• fərqlərin qabardılması, qarşı tərəfin mövqeyinin aşağı salın
ması, özünü müdafiə etmək.
A çıq diskussiyaların təhlili zam anı aşağıdakı masalalarə
diqqət yetirilm əsi vacibdir:
-
kütlə qarşısındakı diskussiyaların iştirakçıları
dinləyicilərə
məhz hansı vasitələrin köməyi ilə təsir göstərməyə çalışırlar;
- diskussiyanın gedişi boyu təsiretmə taktikası nə şəkildə
dəyişir.
İstanilan diskussiyada iki nəzar nöqtəsi fərqləndirilir.
1. Məzmunla bağlı, müzakirə edilən mövzu ilə əlaqədar olan.
2. Mövqe ilə bağlı, iştirakçıların şəxsiyyətlərarası qarşılıqlı
fəaliyyəti ilə əlaqədar olan.
M əzm unun planına aşağıdakı ünsürlər daxildir.
• Həll edilməsi hazırkı diskussiyanın məqsədi olan müəyyən
problemin formalaşdırılması və yaranması tarixinin təsviri;
• Bu problemin həllinin konrket yolunun formalaşdırılması və
əsaslandırılması;
• Problemin həlli üçün qarşı tərəfin təklif etdiyi üsullarla bağlı
nəzər nöqtəsinin təkzib edilməsi.
273
K onflikt zam anı davranış taktikasının əsas növləri (təsir gös
tərmə taktikası)
• Səmərəli inandırma (öz mövqeyini təsdiq etmək və oppo-
nenti inandırmaq üçün faktlardan və məntiqdən istifadə edilməsi);
• Təzyiq (tələb, əmr, hədələr);
•
Hakimiyyətinə əsaslanma, sanksiyalar (töhmət və mükafat
landırmadan istifadə);
• Dostyana münasibət (opponentdə onun cəlbedici keyfiyyət
lərinin mövcudluğu təəssüratımn yaradılması);
• Koalisiya taktikası (dəstək verilməsi haqqında xahiş, ittifaq
yaratmaq haqqında təklif);
• Saziş bağlanması (maddi nemətlərin qarşılıqlı mübadiləsi,
vədlər);
• Opponentin həyəcanlı, çaşqın vəziyyətə salınması;
• Onun diqqətinin idarə olunması;
• Gözlənilməzlik effektinin yaradılması;
• Ləğv edilməyən vəzifələr (tərəflərdən biri irəli sürdüyü
şərtlər qəbul edilənədək müəyyən fəaliyyətlə məşğul olur) və s.
Dostları ilə paylaş: