loqos
və
pafosla
yanaşı, elmi ritorikanın digər mühüm kateqoriya
sını göstərirdi - bu,
etos
idi.
276
8.3. Ə saslandırm a
Əsaslandırmanın taktikası
Əsaslandırmanın taktik bölümü
onun praktik formalarının öyrənilməsinin ekspozisiyalarından bi
rini izah edir.
«Taktika» termini, adətən, hərbi hazırlıq və fəaliyyətin
nəzəriyyə və təcrübəsinin, ictimai-siyasi, idman və ümumiyyətlə,
mübarizənin məqsədinə nail olmağın, düşmən üzərində qələbənin
üsul və vasitələrini özündə ehtiva edir.
Taktika anlayışı həmçinin strategiya adlanan ümumi, böyük
xətt çərçivəsində hansısa xüsusi məqsədə çatmaq vasitələrini
xarakterizə edir.
Əsaslandırmaya tətbiq edildikdə, taktikanı müəyyən metodi
ka, fəaliyyət sxemi, niyyət, süjet kimi dəyərləndirmək olar.
Taktika,
əw əla,
öz dəlillərini maksimum səmərəli şəkildə
keçirməyə;
ikincisi,
qarşı tərəfin dəlillərinin təsirliliyinin aşağı
düşməsinə nail olmağa;
üçüncüsü,
seçilmiş metodikaların kömə
yilə dəlillər mübadiləsinə fəal şəkildə nəzarət etməyə;
dördüncü
sü,
taktikaya ümumi strateji məqsədləri ifadə etməyə imkan verən
üsul, yaxud üsullar sistemindən ibarətdir.
Taktik üsulların xüsusiyyəti onların opponentə qarşı bitərəf
mövqedə olması və əsaslandırmanın səmərəli qaydalarının heç bi
rini pozmamasıdır.
Ən ümumi taktik tövsiyə «
Qarşı tərəfə çətinliklər yarat»
prin
sipidir.
D igərtaktiküsul - «öz məqsədləri üçün qarşı tərəfin dəlil və ehti
yatlarından istifadə edilməsi»dir. Bu, qarşı tərəfin dəlillərinin onun
öz tezislərini təkzib etmək üçün tətbiqi, onun əsaslandırmalarının
məqsəd, vasitə və motivlərinin aydınlaşdırılması üçün istifadəsi
mənasını verir.
Daha geniş yayılmış taktik üsullardan biri
dəlillərin m ərkəz
ləşdirilm əsi üsuludur.
Onun mahiyyəti «Güc birlikdədir!» prinsipi
ilə ifadə olunur. Bu üsul öz tərəfinə elə dəlillərin toplanmasıdır ki,
onların hər biri digərlərindən asılı olmayaraq, öz tezisini müdafiə,
277
yaxud qarşı tərəfin tezisini təkzib edir və həqiqi xüsusiyyətlərinə,
həqiqi əsaslarına, təfsir üsuluna görə qruplaşdırılır.
Dəlillərin mərkəzləşdirilməsi taktik üsulunun tətbiqinin eyni
zamanda bir neçə məqsədi vardır.
Onlardan birincisi məzmuna aiddir. O, müzakirə obyektinin
hərtərəfli öyrənilməsi zərurəti ilə şərtlənir.
İkinci məqsəd taktik məqsədin özüdür, o, qarşı tərəfin əsaslar
silsilənizin bir hissəsinə fəal hücumlar etməsi şəraitində (hətta
uğurlu olsa belə) bu hücumların təsirini minimuma endirir.
Belə üsul digər dəlillər və tezisə zərər vermədən hücuma məruz
qalaraq təkzib edilmiş dəlildən, «Kral öldü - yaşasın kral» prinsipi
üzrə imtina etməyə imkan verir. Dəlil təkzib edilir, lakin o, digər
dəlillərin, bütünlükdə dəlillər sahəsinin əsaslandırılmış olmasının
üzərinə şübhə kölgəsi salmır. Daha doğrusu, hətta əsaslandırılmış
tezisin etibarlılığına inam yaradır.
Əgər şəxsi dəlillərinizin mərkəzləşdirilməsi taktik uğura səbəb
olursa, qarşı tərəfin dəlillərinin mərkəzləşdirilməsi buna əks-təsir
göstərir. Qarşı tərəfin bu üsulu neytrallaşdırması (zərərsizləşdir-
məsi) vasitəsi dəlillərin mərkəzləşdirilməsinin pozulması ola bilər.
Onun mahiyyəti dünyanın özü kimi qədim olan «Parçala, hökm
sür» prinsipindən ibarətdir. Konkret əsaslandırma təcrübəsində
bu prinsipin tətbiqi qarşı tərəfin qüvvələrinin parçalanması, onun
mövqeyinin bütünlüyünün pozulmasında ifadə olunur.
Göstərilən üsulun tətbiqi qarşı tərəfin dəlillər sistemində zəif
hissənin axtarılması və məhz həmin hissəyə, birincisi zəif dəlili
«yıxmaq», ikincisi, qarşı tərəfin ərazisindəki zəif hissənin digər
hissələrlə əlaqəsini aşkarladıqda, bütünlükdə əks mövqenin əsas
landırılmasına şübhə kölgəsi salmaqdan ötrü məqsədyönlü hücum
larla şərtlənir.
Belə üsul yalnız o zaman səmərəli olur ki, zəif dəlilin digər
dəlillər və ümumilikdə başlıca mövqeyin əsaslandırılması ilə uy
durma yox, həqiqi əlaqələrini tapmaq mümkün olsun. Lakin bu,
hazırlıq işinin ünsürlərindən yalnız biridir.
Mərkəzləşdirmənin pozulması üsulunun tətbiqinə hazırlıq işi
nin digər zəruri hissəsi bu əlaqənin illüstrasiyasıdır. Bu, protokola
278
yazdırılma, diqqəti cəlb edən xüsusi vurğulama (kütlə qarşısında
diskussiya üçün), buna həsr olunmuş xüsusi sual, mətbuatda çap
edilmə və s. ola bilər. Yalmz bundan sonra dəlillərin mərkəzləş-
dirilməsinin pozulması üsulunun dağıdıcı qüvvəsinə güvənmək
mümkündür.
Şərti olaraq
Dostları ilə paylaş: |