• Söylənənlərin əhəmiyyətini bir daha qeyd etmək;
• Qarşıya vəzifələr qoymaq;
• Bilavasitə hərəkətə çağırmaq.
M etodlar.
• Əsas problemlərin (nəticələrin) qısa təkrarı;
• Deyilənlərin ümumiləşdirilməsi;
•
Perspektivlərin göstərilməsi;
• İllüstrasiya edilmiş sonluq;
• Şüar.
Ekspromt (spontan) çıxış etmək bacarığının inkişaf etdiril
məsi
Ekspromt (hazırlıqsız) çıxış etməyi öyrənmək üçün aşağıdakı
çalışm aların
tətbiq edilməsi məqsədəuyğundur:
• Mövzuların adlarını ayn-ayn kartoçkalara yazın, onları bir
yerə toplayın və istənilən birini çıxarın;
• Mövzunu haqqında danışa biləcəyiniz qədər daraldın (heç
nəyi qeyd etməyin. Bu çalışmamn bütün mərhələlərini fikrinizdə
yerinə yetirin). Auditoriyanı nəzərə alın.
• Danışmaq istədiyiniz məsələnin əsas fikrini və bəndlərini
ətraflı düşünün;
• Yekunun necə olacağına qərar verin - dinləyicilərə nəyi çat
dırmaq istərdiniz, yaxud nitqi bitirərkən nə etmək istəyirsiniz;
• Danışmağa dinləyicilərə nə barədə danışacağınızı müəyyən
ləşdirməyə imkan verəcək əsas məsələdən başlayın;
• Fikrinizdə hazırlıq nitqin hazırlanması
üçün tövsiyə edilən
bəndlər üzrə olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, ekspromt
çıxışlar zamanı vaxt daha az olur. Hazırlıq və giriş nitqi 15 sani
yədən çox vaxt almamalıdır. M üvafiq təcrübə əldə etdikdən
sonra
siz onu 5 saniyəyə qədər azalda bilərsiniz.
• Hazır olduğunuzu hiss etdikdə ucadan danışmağa başlayın,
danışdıqlarınızı diktofona yazmaq yaxşı olardı.
• Çıxışın təhlili zamanı aşağıdakı suallara cavab verin:
• Siz mövzudan kənara çıxmamısınız ki?
• Fikrinizdə tutduğunuz bəndləri işıqlandırmısınızmı?
• Nəticə qüvvətli idimi?
254
İclaslarda eksprom t çıxış zərurəti yarandığı zam an aşağıdakı
ları nəzərə alm aq lazım dır
:
• İclasın gündəliyini öyrənin. Sizi hansı bəndsə narahat edir
mi? Bəndlərdən hansısa sizin gördüyünüz işlə bağlıdırım?
• İclasda kimlər iştirak edəcək? Onlardan kiminsə sizə aid giz
li planları ola bilərmi?
• Hətta əgər bu iclasın gündəliyinə daxil deyilsə, hazırda üzə
rində işlədiyiniz, yaxud
əvvəllər işləmiş olduğunuz, yaxud gələ
cəkdə işləmək istədiyiniz məsələləri nəzərdən keçirin. Son fakt və
göstəricilərlə tanış olun.
Əgər sizə sual verilibsə
...
Sualı başa düşdüyünüzə əmin olun. Onu başqa şəkildə ifadə
edin, yaxud dəqiqləşdirməyi xahiş edin.
Gözlərinizi sual verəndən çəkin. Diqqətinizi demək istədiklə
rinizdə cəmləşdirin. Əsas məsələləri sürətlə müəyyənləşdirin. Ye
kunu necə quracağınızı düşünün.
Ekspromtun ən yaxşı formalarından biri - əsas bəndlərin keç
mişi, indini və gələcəyi əhatə etməsinin təmin olunmasıdır.
Əsas fikirlərinizi xüsusi məlumatlarla əsaslandırın. Əgər onlar
əlinizdə deyilsə, bütün maraqlananlara onları daha sonra çatdıra
cağınızı söyləyin.
Sizin üçün ayrılmış vaxtdan sakitliyinizi
qoruyaraq istifadə
edin.
M ənasız sözlərdən, m övzudan kənara çıxmaqdan, üzrxahlıq
etməkdən çəkinin, təəccüblənməyin, öz qüvvə və im kanlarınızı la
zım ınca qiym ətləndirm əm ək kim i artıq hərəkətlər etməyin.
Dediklərinizi dəqiq yekunlaşdırın, yaxud sadəcə danışığınızı
bitirin (belə bir ifadə var: «Qalxın, fikrinizi tutarlı söyləyin, sonra
susun». Bu, yaxşı məsləhətdir. Ona əməl edin).
Dostları ilə paylaş: