Dinləyicinin psixologiyası belədir ki,
o natiqdən başqa hallarda
mövcud olandan daha çox şey tələb edir. İki, yaxud üç nəfər tanış
söhbət edərkən onların söhbəti hər birinin fikir mübadiləsi zama
nı sərbəstlik və bərabərlik şəraitində keçir. Nitqin söyləndiyi rəsmi
şərait isə tamamilə başqadır. Burada sərbəstlik və bərabərlik yoxdur.
Dinləyici sizin çıxışınız müddətində güzəştə getməli, rahat
lığını və vaxtını qurban verməli olduğunu da unutmur,
fərdi bir
şəxsiyyət olmasını da daxilən hiss edir. İctimai ədəb-ərkan qay
dalarının onun üzərinə qoyduğu məhdudiyyətlər üzündən o özünü
yalnız müvəqqəti olaraq natiqin hakimiyyətinə təslim edir.
Bəziləri iclasa arzularına rəğmən, yalnız borc hissinə tabe ola
raq; bəziləri rəisinin, dostunun, ərinin, yaxud arvadının təkidi ilə
gəlib. Aydındır ki, dinləyicilər natiqə qarşı xüsusi tələblər irəli sü
rürlər: onlar natiqə baş rolu veriblər - natiq bunu nəzərə almalıdır.
Əgər o,
qətiyyətsizlik göstərsə, laqeyd olsa və öz vəzifəsinə
görə bir növ üzr istəmək tövrü nümayiş etdirsə, dinləyicinin gözlə
mək hissi həmin an məyusluq, təəssüf hissi ilə əvəz olunur.
Dinləyici psixologiyasının daha bir xüsusiyyəti: onlar şəxsi
söhbətin intim və ilıq atmosferinə çox tələbat duyurlar. Kütlə qar
şısında məruzənin bir qədər gərgin, rəsmi şəraiti onların ürəyincə
deyil.
Əgər natiq vəziyyəti dəyişmək üçün heç bir iş görməzsə, bunu
onun günahı hesab edərlər. Dinləyicilər natiqin yad, quru münasi
bətini minimuma endirərək auditoriya ilə mehriban tanış kimi ya
xınlaşmasını istəyirlər.
Bir anlıq
düşünün ki, natiq donmuş görkəmdə, nəzərlərini ta
vana, yaxud təkcə görkəmi dinləyicini təşvişə salan bir qalaq ya
zılı kağıza zilləyərək durarkən auditoriyanın əhval-ruhiyyəsini
yüksəldə biləcək nə qədər imkanı qaçırmış olur. Natiq danışan
aparat yox, canlı insan olmalıdır.
Siz dostyana və eyni zamanda işgüzar şərait yaratmaq bacarı
ğına yiyələnməlisiniz. Siz təvazökar və eyni zamanda öz inamlan
ilə ruhlanmış olmalısınız. Sizin çıxışdan qabaq dinləyicilərinizdən
çəkinməyiniz, yaxud onlara inamsızlıq
təlqin etməyiniz mühüm
deyil; sizin bilavasitə işiniz onlarla əlaqə yaratmaqdır.
246
Duruş
Heç də həmişə və heç də bütün natiqlər necə düzgün da
yanmaq lazım gəldiyini bilmirlər. Özünüz müşahidə edin. Çoxmu
iş yoldaşınız kütlə qarşısında çıxış şəraitindən daha az mürəkkəb
olan hallarda düzgün duruş vəziyyəti ala bilir?
Əlbəttə, dostlannızla təsadüfi söhbətdə siz stula yayılaraq,
hətta əl-ayağınızı sallayaraq, yaxud bütün bədəninizlə masanın
üzərinə uzanaraq, yaxud qapının çərçivəsinə söykənərək dayanırsı
nız. Lakin bu duruş vəziyyətlərindən heç biri dinləyicinin diqqətini
cəlb edib saxlamağa yardımçı olmur.
Bundan başqa, kütlə qarşısında çıxış təcrübəsinə malik olma
yan bəzi şəxslər vərdiş etmədikləri şəraitin gərginliyindən və sıxın
tısından
xilas olmaq üçün yeni, pis vərdişlərə yiyələnirlər. Yoxsa
adi söhbət zamanı onlar heç bir zaman əsgər cərgəsində dayanmış
kimi hərəkətsiz vəziyyət almaz, irəli və geri əyilməz, sağa-sola yır
ğalanmaz, səbəbsiz olaraq bir yerdə ayaq döyməzdilər.
Lakin düzgün və rahat duruş vərdişi qazanılmışdırsa, sərf et
diyiniz əmək həm sizin duruş vəziyyətiniz, həm inam duyğusu
üçün çox faydalı olar, bütün çıxış
boyu vərdiş etdiyiniz sabitlik,
mütənasiblik, yüngüllük və mütəhərriklik yaranar.
Nəzərə alın ki, hərəkətlərin düzgün koordinasiyası və fikirlərin
axını sizin fikirlərinizin gedişini qabaqlamalı, onlardan geri qalma
malıdır. Nitqin daha ifadəli hissələrinin hərəkətlərinizlə müşayiət
olunmasına nəzarət edin.
Dostları ilə paylaş: