Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə89/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Antiteza 
- təzad fiquru olub, mənaca zidd söz və ifadələrin 
qarşılaşdınlmasıdır. Antiteza- aforizmlər, atalar sözləri və məsəllər 
üçün rahat formadır. Nümunələr: gəldi qaşın qayırsın, vurdu gö­
zün çıxartdı; qurunun oduna yaş da yanar; Antiteza bir tərəfdən 
fiqur, digər tərəfdən ideyaların axtarışı üçün formadır. Antiteza 
dərin mənanı kiçik formada ifadə etməklə nitq vasitələrinə qənaət
207


etməyə, təzadlar sırası yaratmağa imkan verir. Antitezanın əsasın­
da cütlüklər, yaxud antonimlər cütlüyü durur. Məsələn. «İttiham 
etsəniz güzəşt sanaram, Güzəştə getsəniz ittiham olar.» (M. Araz).
Ellipsis 
- dil və nitq qənaətinin fiqurudur. O, mülahizənin bü­
töv fraqmentlərinin yoxa çıxmasını nəzərdə tutur: belə hesab olu­
nur ki, bu fraqmentlər mənasına görə asanlıqla bərpa edilə bilər. 
Məsələn: “Danışır Bakı” (“Azərbaycan Respublikasının paytaxtı 
Bakı şəhərinin efirdən səsini eşidirsiniz” - əvəzinə); ’’Dava yor­
ğan davasıdır” (məhşur məsəldən “əsas məqsəd göründüyü yox, 
tamam başqadır” - əvəzinə).
Çox zaman ellipsis paralelliklə birlikdə istifadə edilir, bu isə 
fikrin müəyyən əsas məsələlər üzərində cəmlənməsini göstərməyə, 
səylərin eyni istiqamətdə mərkəzləşməsini ifadə etməyə, nitq 
vasitələrinə qənaət olunmasına imkan verir. Məsələn, tapmacala­
rın qurulmasında geniş istifadə edilir: 20 yaşında o, tovuz quşu, 
30-da - şir, 40-da dəvə, 60-da it, 70-də - meymun, 80-da heç nədir.
Period 
(yunan dilində periodos - çevrə, əhatə) - quruluş və 
məzmun baxımından tamamlanmış tabeli mürəkkəb cümlə. Şifahi 
nitq uzun cümlələri xoşlamır. Şifahi variantla cümlələri şəraitə uy­
ğunlaşdırmaq lazım gəlir. Period yeganə geniş konstruksiyadır ki, 
bu qaydanı pozur və eşidildikdə normal qavranılır.
Quruluşuna görə period iki hissəyə parçalanan böyük mürəkkəb 
cümlədir: birinci hissə paralel qurulmuş, yüksələn intonasiya ilə 
tələffüz edilən cümlələr, ikinci hissə - enən intonasiya ilə tələffüz 
olunan nəticədir. Onlan bir-birindən pauza (fasilə) ilə bildirilən 
kulminasiya ayırır. Məsələn: «Əgər ittihamın sübutlarına diqqətli 
olsanız, əgər qorxaqlıq haqqınızda söyləniləcəklərdən əvvəl Sizi öz 
qərarınız üzərində düşünməkdən uzaqlaşdıracaq qədər alçaltmaz­
sa, Siz yalnız öz vəzifənizi yerinə yetirmiş olarsınız» (A.F.Koni).
Baş və budaq cümlələrin münasibətləri baxımından mürəkkəb 
cümlələrin müxtəlif növləri mövcuddur (zaman, şərt, təyin və s. 
budaq cümlələr ola bilər).
Mürəkkəb cümlələr nəticə çıxarmaq zəruri olan mətnlərdə 
(məsələn, məhkəmə nitqlərində) işlədilir. Burada birinci hissə -
dəlillərin sadalanması, ikinci hissə - nəticədir.
208



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin