Mülahizənin əsas hissəsinin ətraflı şərhi üsulları
Çıxışın
əsas hissəsində istifadə edilən şərh üsulları ayn-ayn quruculuq
məsələlərinin arasındakı məna əlaqələrinin mövcudluğu və xarak
terinə görə fərqləndirilir.
Materialın təşkilinin paralel üsulu şərhdir. Burada çıxışın əsas
məsələləri əslində məna baxımından müstəqil və bərabərhüquqlu
dur. İclasda gündəlikdə «cari məsələ» kimi göstərilən və bir-biri ilə
əlaqədar olmayan kiçik mövzuları əks etdirən bəndlə bağlı çıxışı
nümunə gətirmək olar.
Şərhin bu üsulu az tipikdir. Əslində, adətən, çıxışın hissələri
arasında, heç olmasa dolayısı ilə əlaqənin mövcudluğunu müəyyən
ləşdirmək natiq üçün daha uğurlu nəticələnə bilər, çünki bu zaman
onlar və nitqin vahid şəkildə qavranılmasına üzvi keçid etmək
mümkündür.
Materialın təşkilinin xronoloji üsulu şərhdir. Bu şərh zamanı
çıxışın ayn-ayn məsələləri müvəqqəti əlaqə münasibətindədir. Bu
şəkildə çox zaman tarixi dövr və hadisələrin xarakteri, qeyri-adi
insanlann həyatı haqqında çıxışlar və s. qurulur.
Şərhin xronoloji üsulu həm materialın bilavasitə təqdimatına
imkan verir, həm də onun inversiv- geriyə və yenidən qurulmasın
da ardıcıllıq hadisələrin real gedişi ilə müqayisə edilə bilər.
Əgər məktəblilərə yazıçının tərcümeyi-halı haqqında danışmaq
lazımdırsa, bu üsul (məsələn, şərhi hansısa maraqlı, cəlbedici, sirli
epizod, aynntı ilə başlamaq, yalnız bundan sonra ondan əvvəlki
və sonrakı məsələlərin şərhinə keçmək) sinfin nəinki giriş hissəyə,
həmçinin əsas hissəyə də marağını oyatmağa kömək edə bilər.
Materialın təşkilinin məntiqi üsulu şərhdir, bu zaman çıxışın ay
n-ay n məsələləri bir-biri ilə səbəb-nəticə əlaqəsi münasibətindədir.
Şərhin bu üsuluna mülahizələrdə rast gəlinir.
Formal məntiq kursunda mülahizənin iki variantı yaxşı məlum
dur: deduktiv («çıxanlma», ümumidən xüsusiyə əqli nəticə, fikrin
190
I
sintetik -analitik gedişi, mülahizənin Aristotel modeli) və induktiv
(«yönəltmə», xüsusidən ümumiyə əqli nəticə, fikrin analitik -s in
tetik gedişi, mülahizənin Sokrat modeli).
Məlum olduğu kimi, məşhur xəfiyyə Şerlok Xolms məhz
deduksiyanı- fikrin özünün orijinal «sisteminin» əsaslarından
hərəkətini, cinayətin işlənməsi və açılması mexanizmləri haq
qında ümumi anlayışları konkret işin xüsusiyyətlərinə aid edərək
nəzərdən keçirməklə, onun açılması haqqında nəticəyə gəlməyi
özünün ən sevimli mülahizə metodu hesab edirdi.
Deduksiyanı tətbiq edən natiq, mövzunun əvvəlcədən dərk
edilməsinin hansı ssenari üzrə qurulmasından asılı olmayaraq, nit
qi oxşar şəkildə, aşağıdakı zəncirə uyğun qurur: ehtimal kimi çıxış
edən tezis, fərziyyə - onun faktlara əsaslanaraq isbat, yaxud inkar
edilməsi və nümunələr - nəticə.
İnduksiya zamanı isə fikrin trayektoriyası belədir: ayn-ayn
fakt və nümunələrin təsviri - onların qarşılaşdınlması, təhlil və
şərhlər - ümumiləşdirici nəticə.
Materialın təqdim edilməsi zamanı deduktiv, yaxud induktiv
metodlardan birinin seçilməsi zamanı natiq bir sıra amilləri nəzərə
alır. Onlardan ən mühümləri aşağıdakılardır:
• Dinləyicilərin müzakirə edilən məsələ ilə maraqlanma
dərəcəsi. Bir qayda olaraq, induktiv şərh canlı nümunələrin və
təfərrüatların ilkin daxil edilməsi nəticəsində qavramanı fəallaş
dırmağa imkan yaradır.
• Auditoriyanın hazırlanma səviyyəsi. Dinləyicilər intellektual
baxımdan nə qədər yetkin və hazırlıqlıdırsa, onların mücərrəd təfək
kürünün səviyyəsi o qədər yüksək olur və deməli, deduktiv şərhdən
də o qədər istifadə etmək mümkündür. Məsələn, Aristotel filosoflar
qarşısında çıxış zamanı məhz bu metoddan istifadəni tövsiyə edirdi;
• Mövzunun sadəlik (mürəkkəblik) dərəcəsi. Belə güman edilir
ki, əgər nitqin mövzusu kifayət qədər sadədirsə, deduktiv şərhdən
istifadə edərək, tezisi elan edəndən sonra qısaca olaraq nümunələri
xatırlatmaqla vaxta qənaət etmək mümkündür. Əgər mövzu qavra
ma üçün mürəkkəbdirsə, yenə də deduktiv yolun seçilməsi hüqu
qu mövcuddur. Əks halda, şaxələndirilmiş dəlillər və xüsusi hallar
191
auditoriyanın fikrini yayındıraraq əsas məsələni anlamalarına, yəni
«ağacların arxasından meşəni görmələrinə» mane olar;
• Tezisin mübahisəlilik dərəcəsi. Əgər natiq əvvəlcədən əsas
landırma aparmadan olduqca mübahisəli bir tezisi dinləyicilərə
çatdırırsa, avtomatik olaraq, öz vəzifəsini dəfələrlə mürəkkəbləş
dirmiş olur, qavrama üçün neqativ zəmin yaradır, çünki audi
toriyanın bir hissəsi həmin anda söylənilən mülahizəyə mənfi mü
nasibətini formalaşdıraraq, onu «süngü ilə» qarşılayır və sonrakı
fikirlərə qarşı öncədən mənfi yanaşmaya köklənir.
Buna görə də müdafiə edilən ideyanın aydın görünən müba-
hisəliliyi zamanı natiqin öz mövqeləri üçün dəlillər bazasının ya
radılmasının qayğısına qalması daha düzgün olar və bu, bilavasitə
tezislə tanış olmadan əvvəl gələrdi.
Məsələn, natiq-mühazirəçi materialın yaxşı mənimsənilməsi
üçün konspektləşdirmənin faydası haqqında tezisin tələbələrin
çoxu tərəfindən müsbət qəbul ediləcəyinə ümid edə və bu haqda
mülahizələrini deduktiv yolla apara bilər.
Lakin heç bir vəziyyətdə şparqalkadan istifadə etməmək haq
qında tezis elə həmin auditoriya tərəfindən emosional baxımdan
neytral qarşılanmaya da bilər və bu tezisi elan edən mühazirəçi əgər
öncədən öz nəzər nöqtəsinin xeyrinə dəlillər gətirməsə, həyatdan
uzaq düşmüş nəsihətçi hesab edilə bilər;
• Milli-mədəni xüsusiyyətlər. Məsələn, almanların özlərinin
etiraf etdiyi kimi, alman-intellektual-nitq ənənəsində mülahizənin
deduktiv qurulmasına üstünlük verilir.
Məsələn, Amerika ritorikasında, adətən, materialın induktiv
şəkildə şərhi təbliğ edilir. Bu üsulun böyük ustalarından biri olan
D.Kameginin kitablarını açarkən biz dəfələrlə bunun şahidi olu
ruq. Demək olar ki, hər bir fəsildə şəxsən müəllifin özü tərəfindən
əməli surətdə həyata keçirilən məşğələlərdə mülahizənin induktiv
gedişinin təsviri ilə rastlaşırıq. Həm də bu zaman məşhur adamla
rın, yaxud adi, sadə vətəndaşların həyatından gətirilən nümunələr
söylənilən nəsihəti qabaqlamış olur. Materialın amerikalılaşdınlmış
induktiv təqdimat tərzi həm də postsovet informasiya məkanında
qavramaya aid qərarların dinamikasına müəyyən təsir göstərir.
192
Müqayisə etdiyimiz deduktiv və induktiv modellərlə yanaşı,
ümumi məntiqi nəzər nöqtəsi baxımından həm də analogiyalar üzrə
şərh qeyd edilir. Analogiyaya «xüsusidən xüsusiyə» əqli nəticəsi
kimi tərif verilir ki, bu zaman əşyaların hansısa əlamətlərinin ox
şarlığına əsasən onların başqa əlamətlərə görə də oxşar olması haq
qında nəticə çıxarılır.
Məntiqi baxımdan belə mülahizə qeyri- ciddi hesab edilir,
mütləq etibarlılığa və nəticənin sərt məcburiyyətinə ( hər hansı
analogiyanın axsaması haqqındakı fikrin çox işlək olması heç də
təsadüfi deyil) malik deyil. Lakin ritorik mənada analogiya ünvan
landığı şəxs (və ya şəxslər) üçün nümunəvi və əyani olduğundan
nəticədə natiqə inandırma məqsədinə çatmaqda kömək edə bilər.
Qeyd edək ki, çox zaman real çıxış zamanı əsas hissənin
qurulmasının göstərilən üsulları bir-biri ilə uzlaşır və bu, şərhin
yeknəsəqliyindən, şablonluğundan qaçmağa imkan verən çox
müsbət xüsusiyyətdir.
Sonda bir daha qeyd etməliyik ki, öz çıxışının quruluşuna lazı
mi diqqət yetirən natiq auditoriyanın marağından və hörmətindən
məhrum olmaq kimi təhlükəli qüsurlardan yan keçə bilər.
Bu səhvlərə quruluş boşluğu, amorfluq- mülahizənin qurulma
sında dəqiqliyin olmaması; şərhin sıçrayışşəkilli səciyyəsi- nizam-
lılığın olmaması; kompozisiyanın ayn-ayn hissələrinin çox uza
dılmış, yaxud qısaldılıb korlanmış olması, nitqin vaxt büdcəsindən
səmərəli istifadə etməyi bacarmamaq; mətnin qəlib və buna görə
də dinləyicilər üçün maraqsız şəkildə qurulması və s. aiddir.
Əksinə, çıxışın komponentlərinin ölçülü-biçili və dəfələrlə
yoxlanılmış ardıcıllığı, onların hər bir hissəsinin özünəməxsus
məzmun dolğunluğu nitqin ünvanlandığı şəxsin (yaxud şəxslərin)
həm şüuruna, həm də təhtəlşüuruna müsbət təsir göstərərək, materi
alın sistemli şəkildə mənimsənilməsinə kömək edərək dinləyicinin
qəlbindəki estetik duyğulan oyadır.
193
5.3. Çıxışın nitq tərəfi
Dostları ilə paylaş: |