Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə63/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

A paqogik sübut
(yunan dilindəki apagog-nəticə, apagogos- 
aparan, qaçıran) bilvasitə, bir növ kənara yönəldən sübutdur. 
Apaqogik sübut aşağıdakı şəkildə aparılır. Siz hər hansı tezisin 
həqiqiliyini sübut etməlisiniz. Biz müvəqqəti olaraq qəbul edirik 
ki, bizim tezisimizə zidd olan tezis həqiqidir və buradan bütün mü­
vafiq nəticələri çıxannq.
Lakin tezis yalan olduğu üçün, təbiidir ki, ondan çıxan nəticələr 
gerçəkliyə zidd olacaqdır. Bunu sübut edərək, bizim tezisimizə 
zidd olan tezisin yalan oduğunu isbat etmiş oluruq. Lakin əgər 
həmin tezis yalandırsa, ona zidd olan tezis, yəni bizim irəli sürdü­
yümüz tezisin həqiqiliyi zərurətdir.
Belə isbat növü 
«zidd olandan çıxış e d m isbat»
adlanır. Bu 
isə terminoloji baxımdan düzgün olmayan ifadədir, çünki əslində 
bu, «əks olandan isbat»dır, çünki əks mülahizənin yalan olmasın­
dan digər əks mülahizənin doğru olması haqqında nəticə çıxarmaq 
olmaz, bu yalnız bir-birinə zidd olan mülahizələrin mövcudluğu 
halında mümkündür.
143


A yırıcı bilvasitə sübut
o hallarda tətbiq edilir ki, İsbatı tələb olu­
nan tezis bu sahədəki mümkün alternativlərin hamısını tamamilə 
istisna edir.
İsbat aşağıdakı şəkildə aparılır: ayırıcı mülahizənin bütün 
üzvləri ardıcıl surətdə istisna edilir, yalnız isbat edilməli olan biri 
saxlanılır. Belə ki, əgər müəyyən hərəkətin dörd səbəbdən- A, B, 
C, Ç-dən yalnız biri nəticəsində yarandığı aşkarlanırsa, həm də 
müəyyən edilmişsə ki, nə A, nə B, nə də C səbəb ola biməz, o hal­
da baş vermiş hadisənin səbəbi Ç -dir.
Bilvasitə isbat
fərziyyəyə əsaslanan isbatın xüsusi halıdır. Bu 
növ hələ Aristotelə məlum idi və ondan ibarət idi ki, isbat edilən 
mülahizə hansısa fərziyyənin mümkünlüyünün qəbul edilməsi yolu 
ilə çıxarılır. Bilvasitə isbatın tətbiqi müəyyən çətinliklərlə bağlıdır.
Bu isbat prosesində müvəqqəti olaraq müzakirə edilən tezisdən 
uzaqlaşmaq, prosesə əlavə material cəlb etmək lazım gəlir, bu da 
əlbəttə, bütün mülahizə prosesini mürəkkəbləşdirir. «Bilavasitə 
isbat» termininə məhkəmə kargüzarlığında da rast gəlinir, lakin 
həmin termin orada bir qədər başqa mənada işlədilir.
Hüquqşünaslar araşdırılan faktın digər faktlar vasitəsilə təsdiq- 
lənməsini bilvasitə isbat adlandırırlar. Həmin faktlar müttəhimin «le­
hinə», yaxud «əleyhinə» şəhadət etmir, lakin işin məhkəməyə mə­
lum olan hallan ilə birlikdə götürüldükdə, bu və ya digər cinayətin 
kim tərəfindən törədildiyini müəyyən etməyə imkan verir.
2. 
İnandıncı nitqin qurulması zamanı dəlillərin kəmiyyətindən 
çox, keyfiyyətli seçilməsi prinsipinə üstünlük verilməlidir (klassik 
yanaşmada «dəlilləri saymır, çəkirlər»). Dəlil - məntiqi sübutdur, 
onun həqiqiliyi təcrübədə yoxlanıb və isbat edilib.
H ər hansı isbatın zəruri hissəsi olmaqla dəlillər əsaslandırmada 
təməl rolunu oynayır. Təcrübəli tənqidçi dəlillərdən birini şübhəli 
hesab edərsə, bütün sübutlar dağılır. «Dəlillər nə qədər çox olsa, o 
qədər yaxşıdın) prinsipi səhvdir. İşin nəticəsinə dəlillərin sayı yox, 
etibarlılığı və möhkəmliyi təsir edir.
İsbat prosesində daha güclü dəlil həqiqiliyi şübhə doğurma­
yan faktlar olur. Z əif dəlillər nitqdən tamamilə çıxarılmalıdır. Qeyd 
etmək lazımdır ki, eyni dəlil müxtəlif insanlar üçün həm zəif,
144


həm də qüvvətli ola bilər. Bu səbəbdən də, dəlillərin təsir gücünü 
müəyyənləşdirərkən auditoriyanın xüsusiyyətləri nəzərə alınmalıdır.
3. 
K om pozisiyalı təqdim atda dəlillərin zəiflədilm əm əsi p rin ­
sipi (zirvə və anti- piram ida (homer) nizam ı)
onunla bağlıdır ki, 
gətirilən dəlillərin sırası onların inandıncılığına təsir edir. Birinci 
halda orta qüvvətli dəlillər əsaslandırmanın əvvəlinə, güclülər - so­
nuna yerləşdirilir, ikinci halda isə əksinə.
Psixoloqların qeyd etdiyi kimi, mühüm fikir şərhin əvvəlində, 
yaxud sonunda formalaşdırıldığı halda daha yaxşı və bütünlüklə 
dərk edilir; bu, yaddaşın işinin psixoloji qanunu ilə - «kənar ami­
li», yaxud Q. Ebinhauz tərəfindən formalaşdırılmış birinci və so­
nuncu yer qanunu ilə bağlıdır. Dəlillərin aşağıdakı nizamı daha 
inandırıcıdır: qüvvətlilər- ortalar- ən qüvvətlilər (Homer nizamı).
4. 
D əlillərin ayrılm ası və birləşdirilm əsi prinsipi.
Əgər dəlillər 
qüw ətlidirsə, onları ayrı-ayrılıqda, hər birini tək-tək inkişaf etdir­
məklə göstərmək yaxşı olar; əgər yalnız güclü olmayan dəlillər 
mövcuddursa, onları birləşdirmək lazımdır. Kvintilian deyirdi: 
«...zəiflər qarşılıqlı surətdə bir-birini möhkəmləndirir. Keyfiyyət 
baxımından əhəmiyyətə malik olmayan dəlillər kəmiyyətinə görə 
inandırıcıdır - onlar hamısı eyni bir halı təsdiq edir...»
Əgər dəlili dilemma şəklində təqdim etmək mümkündürsə 
o, qüvvətlidir, çünki dinləyicilər tərəfindən çıxarılan nəticə onlar 
üçün eşitdiklərindən daha təsirlidir. Məsələn, qarşı tərəfin aşkar 
yalan danışması halında söyləmək mümkündür ki, ola bilər o, 
səmimi olaraq yanılır, yaxud o, şüurlu surətdə yalan damşır.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin