İnandırıcı nitq
İnandırmaq - hər hansı müddəanı məntiqi
dəlillərlə sübut, yaxud rədd etməkdir. Bu, sırf məntiqi məsələdir.
Təcrübədə belə nitqləri təbliği hesab edirlər, bu zaman natiq
istənilən vasitələrlə - istər məntiqi, istərsə də psixoloji üsullarla
mübahisəli məsələlərdə razılaşma əldə etməyə çalışır.
Belə nitq təfəkkür və davranış tərzini müəyyən etməyə yönəl
dilmiş olur, lakin bilavasitə hərəkətə çağınş etmir.
135
Nitqin predmeti - faktın sualları ( nə həqiqətdir, nə yox), ya
xud davranış məsələləridir (nəyi etmək olar, nəyi yox). İstənilən
nitq kimi, o da maraqlı olmalıdır. Natiqin oyatmalı olduğu marağı
«Nəyə inanaq?», yaxud «Nə etməli?» sualı ilə müəyyənləşdirmək
mümkündür. İnandırıcı nitqin mövzusu məzmunlu, müzakirə edi
lən məsələ mübahisəli, lakin həll edilən olmalıdır.
İnandırıcı nitqin mühüm janrları aşağıdakılardır: siyasi və iqti
sadi proqramlar, parlamentdəki çıxışlar, ittiham, yaxud müdafiə və
özünümüdafiə nitqi və s.
Siyasi nitq günün aktual məsələlərinə həsr edilir və adətən,
proqram xarakteri daşıyır. Belə nitq həmin anın tələbini əks etdirir,
orada dəlillər inandırıcı, problemlərin qoyuluşu dəqiq olur.
Siyasi nitq böyük səfərbəredici qüvvəyə malikdir və bir qayda
olaraq, rəhbər, lider tərəfindən söylənir. Nitq oxunur və proqram
sənəd olduğu üçün orada məcaziliyə, ikimənalılığa və improvizə-
lərə yol vermək olmaz.
M əhkəm ə nitq ləri - natiqlik sənətinin ən qədim növlərindən
biridir. Həm prokurorun (ittihamedicinin), həm də vəkilin (mü
dafiə edənin) nitqlərinin obyekti müəyyən şəxs, yaxud insanlar
qrupu, daha dəqiq deyilsə, onların məhkəmə məsuliyyətinə cəlb
edilməsinə səbəb olmuş hərəkətləridir. Bu səbəbdən də həm pro
kurorun, həm də vəkilin nitqləri daha çox qiymətləndirici xarakter
daşıyır və özünün mənəvi-hüquqi istiqaməti ilə fərqlənir.
Son dərəcə yüksək obyektivlik, dəlillərlə əsaslandırma və «tə
fərrüatlarda» sübutluluq belə açıq çıxışların uğurlu alınması üçün
şərtdir. Bununla yanaşı, onlarda psixoloji vəziyyət əhəmiyyətlidir,
müttəhimin şəxsiyyətinin mümkün qədər dolğun və düzgün xarak
teristikası, ələlxüsus da cinayəti doğuran səbəblər vacibdir.
Məhkəmədə prokuror və vəkil bir-birinə qarşıdırlar, bu səbəb
dən onların nitqləri, adətən, yarış xarakteri daşıyır: kimin sözü
daha qüvvətli olacaq? Kim daha inandırıcı danışa biləcək və mü
vafiq olaraq məhkəmənin qəranna təsir göstərməyi bacaracaq?
Məhkəmədə nitqlər təkcə hakimlərə yox, həm də ictimaiyyətin
vicdanına və şüuruna ünvanlanır. Bu vəziyyət məhkəmə iclaslan
açıq keçirildiyi, baxılan iş isə sosial-tərbiyəvi əhəmiyyətinə görə
ibrətamiz olduğu zaman xüsusilə aydın görünür.
136
Lakin həm ittihamedici, həm müdafıəedici nitqlər bir-birindən
fərqlənir. Prokurorun, yaxud A. F. Koninin yazdığı kimi, cəmiyyət
qarşısında nitq söyləyən hakimin işi həmişə asandır. O həm dövlət
adından, həm də xalq adından çıxış edən ittihamçıdır.
Prokurorun nitqinin quruluşu çox zaman baxılan işin
xüsusiyyətlərindən, müəyyən edilmiş faktların qiymətləndiril
məsindən, cinayət tərkibinin müəyyən edilməsi və araşıdınlmasın-
dan, mühakimə olunanın xasiyyətnaməsindən, onun əməllərindən,
o cümlədən, əgər varsa, cəmiyyət qarşısındakı xidmətlərindən,
məhkəməyə cəlb olunanın mənəvi simasından ibarət olur. Belə
nitq cəzanın miqdarı, yaxud buna müəyyən əsaslar varsa, bəraət
üçün tövsiyə ilə yekunlaşdınlır.
İttiham çının nitqi -
qanun mühafizəçisinin, mühakimə oluna
nı alçaltmadan və onun özünümüdafiəyə yolunu kəsmədən, sübut
larla danışmalı olan şəxsin nitqidir. Prokurorun nitqi nə qədər sərt
olursa - olsun, mərifət hissindən məhrum olmamalı və son dərəcə
obyektiv olmalıdır.
A. F. Koni özünün «İttihamın vəzifələri» əsərində ittihame
dici nitqdə mərifət və nəzakətin gözlənilməsi, xülasələrin ətraflı
olması haqqında geniş və əsaslandırılmış şəkildə söhbət açır. O,
prosesdə çıxış edən prokurorun böyük mənəvi və əlbəttə ki, hü
quqi məsuliyyətindən söz açaraq göstərir ki, prokurorun böyük
hüquqları vardır və ona yüksək etimad göstərilir, bu səbəbdən də
onlardan bacanqla istifadə etməlidir; onun nitqi isə obyektivlik
nümunəsi olmalıdır.
Prokurorun nitqində nəinki müttəhimə yönəlmiş istehzalı tona,
hətta yumora da yer yoxdur.
Yaxşı ittiham nitqi nitqin plammn tərtib edilməsi, materialın
sistemləşdirilməsi və qeydlərin formalaşdınlması, nitqin konspekt-
lərinin və mətninin yazılması, nitqin məşqi kimi ətraflı hazırlıq
tələb edir. M əhkəmədə nitq söyləyən üç şərtə əməl etməlidir: iş
materiallarına dərindən bələd olmaq, nitqin ciddi surətdə, məntiqli
qurulması, dil baxımından sadə olması.
Bir qayda olaraq, ittiham nitqi aşağıdakı hissələrdən ibarət
olur:
137
1. giriş hissə;
2. əsas hissə: cinayətin faktik hallarının şərhi; iş üzrə toplan
mış dəlillərin təhlili və qiymətləndirilməsi; cinayətin qiymətlən
dirilməsinin əsaslandırılması; müttəhim və zərərçəkmişin şəxsiy
yətlərinin xarakterizə edilməsi; cəzanın ölçüsünə aid təklif; dəymiş
zərərin ödənilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi;
cinayətin törədilməsinin səbəbləri və törədilmə şəraitinin təhlili,
onlann aradan qaldırılması ilə bağlı təkliflər;
3. yekun hissə
Müdafiə nitqinin növlərinə müraciət etdikdə, söyləmək müm
kündür ki, vəkil üçün çıxış etmək həmişə çətindir; cinayət törətmiş
müttəhimi hamının qarşısında müdafiə etmək çox da asan iş deyil.
Vəkil diqqəti müttəhimin əvvəlki xidmətlərinə yönəldərək onun
cəmiyyət qarşısındakı günahlarını azaltmağa çalışır.
Vəkilin nitqi humanizm və mərhəmət duyğularına köklənmiş
dir. Müdafiəçi müttəhimin işində və tərcümeyi-halında qaçılmaz
hökmün yumşaldılması xahişi ilə çıxış etmək haqqı verən faktları
axtanb tapmağa borcludur. Lakin belə xahişin özü ciddi surətdə
əsaslandırılmış olmalıdır.
Biz artıq vəkilin ittiham aktına və prokurorun nitqinə rəğmən
müttəhimin günahsızlığını sübut edərək, onun bəraət alması haq
qında məsələ qaldırdığı hallar haqqında danışmırıq. Və bütün hal
larda vəkil «antiprokuror tərəf» olmayıb, məhkəmədə həqiqət,
qanun və ədalət uğrunda «mübariz»dir. Bu səbəbdən vəkil də pro
kuror kimi vahid məqsədə - məhkəmədə baxılan işdə həqiqətin aş
kara çıxarılmasına doğru irəliləyir.
Məhkəmə təcrübəsinin yetişdirdiyi istedadlı vəkillər az de
yil və burada özünəməxsus müdafiə nitqi mədəniyyəti formalaş
mışdır. Müdafiə nitqinin quruluşuna aşağıdakılar daxildir: giriş,
işdəki faktik vəziyyətin və irəli sürülən ittihamın hüquqi tərəfinin
təhlilinin də daxil olduğu əsas hissə və yekun hissə.
İşin vəziyyətini nəzərə alaraq, vəkil müdafiənin əsas tezisini
müəyyən edir.
1.
ittihamı bütünlükdə rədd etməklə, hərəkətlərində cinayət
tərkibinin olmadığına əsaslanaraq, yaxud cinayət hadisəsinin ol
138
madığını, və ya həmin hadisənin müttəhimlə əlaqəsi olmadığını
sübut etməklə müttəhimin günahsızlığını irəli sürmək;
2. müəyyən hissələrini rədd etməldə ittihamı rədd etmək;
3. Təsnifatın düzgünlüyünü şübhə altına alaraq, irəli sürülən
ittihamın daha yüngül cəza tələb edən başqa ittihamla əvəz edilmə
sinin zəruriliyini sübut etmək;
4. Müttəhimin günahım azaldacaq hallan göstərməklə onun
günahının və baş vermiş hadisəyə görə məsuliyyətinin az olduğu
nu əsaslandırmaq.
Qanunla müttəhimin nitqinə, yaxud özünümüdafiə nitqinə
imkan verilir. Bu, məhkəmə natiqliyinin üçüncü növüdür. O, öz
mahiyyətinə görə vəkilin nitqinə birləşir, lakin başqa formada və
daha çətin şəraitdə aparılır.
Lakin qeyd etmək lazımdır ki, nitqin bu növü siyasi proses
lərdə inkişaf etmişdir. Cinayətkarın, qarətdə, zorlamada, adam öl
dürmədə və digər ağır cinayətlərdə günahkar olanlann faktik ola
raq, məhkəməyə mərhəmət göstərməsi üçün yalvarmaqdan başqa
heç bir əlacı olmur. Siyasi prosesdəki nitq isə tamamilə başqa
məsələdir, bu halda məhkəmə və müttəhim bir-birinə tamamilə
düşmən olan sinfi zümrələri təmsil edirlər.
Belə məhkəmə proseslərində müttəhimin nitqi çox zaman
təkcə məhkəmənin yox, bütünlükdə onun təmsil etdiyi sosial quru
luşun əleyhinə çevrilmiş ittihamedici, ifşaedici səviyyəyə yüksəlir.
Bu, mahiyyət etibarilə kəskin siyasi nitqdir.
Dostları ilə paylaş: |