Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə58/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

M ühazirə
- tədris materialının elmi cəhətdən əsaslandırılmış 
şifahi şərhi olub, sistemli, sübut edilmiş və geniş şəkildə dəlillərlə
127


əsaslandırılmış, dəqiq müəyyən edilmiş məqsədə malikdir və 
biliklərin geniş yayılması formasıdır.
Artıq məlum olan həqiqəti təsdiq etmək, yaxud yenisini kəşf 
etmək, problemi işıqlandırmaq, fərziyyə irəli sürmək və s. kimi 
informasiya məqsədindən başqa mühazirə, həm də dinləyicilərdə 
müzakirə edilən məsələyə maraq oyatmaq vəzifəsi daşıyır. İstənilən 
mühazirənin üç əsas məqsədi var: təhsil, maarifləndirmə, tərbiyə.
Kütləvi auditoriya qarşısında çıxış olan elmi-kütləvi müha­
zirədən fərqli olaraq, akademik mühazirə daha çox informasi­
ya verir, o, elm və təcrübənin son nailiyyətlərini nəzərə almaqla 
müəyyən biliklər verir, dinləyicilərə canlı elmi düşüncə, elmi dü­
şüncələrin məntiqi qurulması, mövzunun inkişaf etdirilməsi nü­
munəsi göstərir.
Əgər akademik mühazirə ciddi elmi şərhdirsə, burada möv­
zunun şərhi üstünlük təşkil edirsə, elmi-kütləvi mühazirə özünün 
informasiyalı-tərbiyəedici istiqaməti ilə seçilir, burada auditoriya­
ya təsir göstərilməsi üstünlük təşkil edir.
Elmi-kütləvi mühazirə təkcə elmi yox, həm də sosial xarak­
terli nəticələrlə yekunlaşmalıdır. Bu nəticələr bütün cəmiyyətin 
və ayrılıqda insanın tələbləri ilə sıx bağlıdırsa, elmin özünün 
tələblərindən çox kənara çıxa bilər.
Mühazirənin kompozisiya quruluşuna verilən əsas tələblər 
bunlardır: şərhin mütənasib məntiqi, mülahizələrin sistemliliyi, 
gerçəkliyin hadisələrini əsaslandırarkən isbatlılıq və dəlillərlə 
əsaslandırılmış olması. Mühazirənin mətni şifahi söz yaradıcılığı­
nın qanunlarına əsasən qurulur.
Məruzədən fərqli olaraq, mühazirənin dil xüsusiyyətləri: kitab 
dilinin terminlərlə, mürəkkəb sözlər və ifadələrlə dolu olan fəlsəfi 
məzmunlu ciddi normalarından danışıq dilinin ünsürlərinə qədər - 
çox müxtəlifdir.
Mühazirə həmişə şərhin müəyyən ətraflılığı, natiqin mülahizə 
və əqli nəticələrinin dərinliyi və dəlillərlə əsaslandırılması ilə 
fərqlənir və bir qayda olaraq, hər şeydən əvvəl, öyrədici əhəmiyyətə 
malikdir, dinləyiciyə müxtəlif, bəzən isə ziddiyyətli məlumatların 
başa düşülməsində kömək edir.
128


Mühazirə düşüncə, fikir, müəyyən məsələ üzrə mövcud fikir­
lərin müqayisəsi, dərin nəzəri təhlil xarakterli də ola bilər, mü­
hazirə düşünməyi bacaran auditoriya qarşısında oxunduğu üçün 
əvvəlcədən proqnozlaşdırılmış, eyni zamanda həmişə yeni və 
gözlənilməz olmalıdır, deməli, natiq «plan-improvizə» oxunun 
ətrafında hərəkət edə bilər.
Mühazirənin geniş planı, onun məntiqi əsası - əsas suallar, 
mövzunun əvvəlcədən düşünülmüş şəkildə inkişafı, hazırlan­
mış dəlillər, bir məsələdən digərinə keçidin məntiqi, əvvəlcədən 
müəyyənləşdirilmiş, mühazirəni yekunlaşdıran nəticə - bir sözlə, 
başlanğıcın, məzmunun açılmasının və yekunlaşdınlmasının məz­
munlu sxemi vaxt üzrə elə hesablanır ki, mühazirənin sübutla, mövzu­
nun əsaslandırılması ilə bağlanan əsas məzmunu «başlanğıc»la (baş­
lanğıc və məsələnin qoyuluşu) və əvvəlcədən müəyyənləşdirilmiş 
sonluq - nəticə ilə birlikdə reqlamentin çərçivəsinə yerləşsin.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin