«oxu predmeti haqqında konkret və parlaq təsəvvür üzərində quru
lan, canlı ədəbi dildə şərh edilən və ciddi, mütənasib kompozisiya
ya tabe etdirilən» «bədii hadisə» kimi nəzərdən keçirirdi.
Professor Qrossman bədii ali məktəb mühazirəsində dinləyi
cilərin təxəyyülünü canlandıran mövzu şəffaflığı, şərhin cəlbedi
ciliyi, plastik aydınlığı, daxili mütənasibliyi və emosionallığı kimi
ünsürləri əsas görürdü.
Onun düzgün olaraq göstərdiyi kimi,
mühazirənin estetikli-
yi və bədiiliyi həm də artistizm kimi bir ünsürlə təmin edilir ki,
bu da nitqin xarici zərifliyi, sərbəst improvizə, mühazirəçinin
dinləyiciləri
cəlb etmək, onların təxəyyülünü canlandırmaq baca
rığıdır. Ali məktəb mühazirəçisi kürsüdə dayanıb yeknəsəq səslə
məruzə edən natiqdən fərqli olaraq, auditoriyada “bir aktyorun te
atrı” təəssüratı yaratmalıdır. Qrossman qeyd edirdi ki, mühazirə
elə tamamlanmış və bütün, elə cəlbedici və ilhamlı olmalıdır ki,
«ahəngdar poema şəklində» görünsün.
Elm i icm al və siyasi icm al
öz formasına görə prinsipial olaraq
bir-birindən fərqlənmir. Burada nitqin
predmeti və şərhin üslubu
fərqlidir. İcmalda müəllifin mövqeyi aydın şəkildə üzə çıxır. Şərh
etmək- gördüyünü müşahidə etmək və ətraflı düşünmək, təhlil
etmək, qruplaşdırmaq və təsnif etmək deməkdir.
Şərhçi aşağıdakıları etməlidir:
1. auditoriyanın maraqlarını oyatmalı, siyasi, yaxud elmi
həyatda baş verənlər barədə danışmalıdır;
2. qabaqcıl baxışları müdafiə etməli və dinləyicilərdə «şəxsi
strategiyanın» yaranmasına kömək etməlidir;
3. hadisələrin (elmi nəzəriyyələr, kəşflər,
fərziyyələr, nəzər
nöqtələri) mahiyyətini aşkara çıxarmalı, əksliklərini göstərməlidir;
4. proqnozlaşdırma yolu ilə mahiyyət əlaqələrinin aydınlaşdı
rılması, hadisələrin inkişaf xəttinin müəyyənləşdirilməsi vasitəsilə
ictimai-siyasi (elmi) inkişafın gedişini dərk etdirməlidir;
5. problemlərin (siyasi, elmi) əməli həllinə kömək etməlidir.
İcmalın predmetini siyasətin, yaxud elmin ümumi məsələləri
və s. təşkil edə bilər. İcmalın predmeti üçün şərh edilən hadisələrin
məkan-zaman, yaxud mövzu
əlaqələri səciyyəvidir, onlar ictimai-
130
siyasi, yaxud elmi sahədə müəyyən fəaliyyət mərhələsini yekun
laşdırır.
İcmalın əsas metodu eyni bir zamanla, məkanla birləşən fakt
ların müəyyən birliyinin dərindən öyrənilməsi əsasında auditoriya
nı cəmiyyətdə (elmdə) baş verən proseslərlə, yaranmış vəziyyətlə,
meydana çıxmış problemlərlə tamş etməkdir.
Hadisəni xarici
vəziyyətinə və mahiyyətinə görə şərh edərkən natiq auditoriyanı
zəruri ideyaya yönəldir.
Elmi icmaldan fərqli olaraq, siyasi icmalda qarşı
tərəfə
(opponentə) ünvanlanan məcazlar, sarkazm; gerçəkliyin m üxtəlif
hadisələrini xarakterizə edərkən qüvvətli coşqunluq yer ala bilər.
Məlumatverici nitqin yaradılmasının aparıcı prinsiplərini
nəzərdən keçirək:
Dostları ilə paylaş: