Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə52/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

IV FƏSİL
NİTQİN FORMA VƏ JANRLARI
4.1. Dialoq ünsiyyət form ası kimi
Şəxsiyyətlərarası ünsiyyət müxtəlif formalarda həyata keçirilə 
bilər ki, onlardan ən əsası dialoq və monoloqdur. Canlı nitq prakti­
kasında onları təmiz şəkildə ayırmaq mümkün deyil.
Bu formalar bizi tərəfdaşların müxtəlif kommunikativ vəzifələri 
ilə və onların həyata keçirilməsi şəraiti ilə şərtlənən fərdi səylərin 
birləşdirilməsinin müxtəlif üsulları baxımından maraqlandırır.
Buna görə K.Menqin ardınca biz də dialoq anlayışı dedikdə 
«elə bir kommunikativ fəaliyyət növü başa düşəcəyik ki, onun 
gedişində tərəfdaşların birgə məqsədi bir tərəfdaşın bu və ya digər 
mülahizəsi və digər tərəfdaşın həmin mülahizəni dərk etməsi 
nəzərdə tutulur. Dialoq üçün həmsöhbətlərin danışan və dinləyən 
rollarını dəyişməsi xarakterikdir».
Ünsiyyətin məhsuldarlığı baxımından «dialoq» və «poliloq» 
terminlərindən istifadədə prinsipial fərq yoxdur, həmçinin «di­
aloq- monoloq» müxalifətinin yaradılması da aktual deyil, çün­
ki dinləyən və danışanın mövcudluğu monoloqdan daha mühüm 
göstəricidir.
«Linqvistik terminlərin lüğət- məlumat kitabı»nda poliloqun 
belə bir tərifi ilə rastlaşırıq:
Poliloq (yunan sözü polys - «çoxsaylı» və loqos - bura­
da söhbət») - bir neçə şəxs arasında söhbət. Məzmunu etibarilə 
qismən «dialoq» termini ilə uyğundur. Vəziyyətlə əlaqəlilik, özü- 
özünə meydana çıxmış olmaq, xətti olmamaq poliloqun məzmun- 
məna quruluşunda maksimum dərəcədə əks olunur.
111


Poliloqun replikalarının məna və forma əlaqəsi dar mənada di­
aloqa nisbətən daha çox dəyişmə amplituduna malikdir.
Dialoqun ünsiyyət forması kimi əsas inkişaf mərhələləri
Müstəqil ədəbi-fəlsəfi jan r kimi dialoq antik Yunanıstanda, İdeo­
loji mübarizənin kəskinləşdiyi dövrdə, antik demokratiyanın inki­
şaf etməsi ilə meydana gəldi; çünki ictimai həyat hər bir yunamn 
həyatının əhəmiyyətli komponenti idi və onlar camaat qarşısın­
da çıxış və mübahisə etmək bacarığına yiyələndiyi halda uğurlu 
şəxsiyyət hesab edilirdi.
M üxtəlif mədəniyyət növləri özləri üçün xarakterik olan 
m üxtəlif fikir mübadiləsi növləri yaradırdılar. Dinlərin öz araların­
da mübarizəsinin açıq mübahisələrdə əks olunduğu hind ənənəsində 
xalq qarşısında diskussiyalara üstünlük verilirdi; həm də bu diskus­
siyalar son dərəcə dəbdəbəli, bəzən hətta teatrlaşdınlm ış formada 
keçirilirdi; bu söz döyüşündə məğlubiyyətə uğrayan qalib gələnin 
qulu olar, öz mülkiyyətini qalibə verməli, məhkəmənin qərarı ilə 
özünü öldürməli ola bilərdi, çünki bundan sonrakı fiziki mövcud­
luğunu mümkün hesab etməzdi.
Nəticədə məşhur «mübahisənin hind qaydası» meydana gəldi: 
fikrini formalaşdırmazdan əvvəl opponentinin nəzər-nöqtəsini 
müəyyənləşdirmək, onu təkzib etmək və yalnız bundan sonra öz 
mülahizələrini izah etmək, onları tərəfdaşının mövqeyi baxımın­
dan əsaslandırmaq lazımdır.
Çin filosofları və məntiqçilərinin diqqətini sofıstlərin m üxtəlif 
əsaslandırmaları, mübahisənin psixoloji istiqaməti (mübahisə 
edənlərin motivasiyası), anlayışların mənasının dəqiqləşdirilməsi 
problemi və bir çox başqa məsələlər cəlb edirdi.
Məsələn, moizm cərəyanının banisi filosof Mo Dinin ardıcılla­
rı mübahisənin aşağıdakı şərtlərini nəzərdən keçirirdilər:
A) əgər mülahizələr eynidirsə, deməli mübahisə ola bilməz;
B) eyni bir məsələ haqqında m üxtəlif mülahizələr mövcuddur­
sa, mübahisə yaranır;
C) mübahisədə fikri həqiqətə uyğun olan şəxs qalib gəlir və s.
Yunanıstanda isə dialoq cəmiyyətin intellektual səviyyəsinin və
onun potensial imkanlarının özünəməxsus meyarı idi. Antik dialo­
112


qun inkişafı daha çox yunanların əfsanə yaratmaq, mübahisə etmək, 
sual qoymaq və onun cavablarını axtarmaq, təfəkkürün əks və zidd 
formalarının vəhdətinin qəbul edilməsi meylləri ilə stimullaşırdı.
Antik dialoq qədim yunan mədəniyyətinin mühüm hissəsinə 
çevrildi, klassik idealın həqiqi obrazı oldu; bunların əsasında isə 
fikir plüralizminin, fərdi mövqelərin və nəzər nöqtələrinin bərabər 
hüquqlu olmasının, ümumbəşəri azadlıq prinsiplərinin, həmçinin 
şəxsiyyətin mütləq azadlıq və dəyərlərinin, o cümlədən bütünlükdə 
cəmiyyət azadlığının prinsipial şəkildə qəbul edilməsi dururdu.
Yalnız sofıstlər mübahisəni xüsusi tədqiqat predmetinə çevir­
dilər. Dialoq aparmağı bir sənət kimi qəbul edən sofıstlər mübahisə 
edənə müəllim kimi öz xidmətlərini təklif edir və bundan ötrü pul 
alırdılar.
Onlar dialoqu inandırma və m üxtəlif nəzər-nöqtələrinin toq­
quşması zamanı çətin vəziyyətdən çıxma üsulu hesab edir, obyek­
tiv həqiqəti axtarmağın qayğısına qalmadan, hər hansı qərara aid 
əks fikri daha tez tapmağın yollarını axtarırdılar.
Onlar anlayış - kateqoriyalı təfəkkürün universal çevikliyindən 
və zəngin linqvistik imkanlarından (yayğın, qeyri-konkret, ikimə­
nalı mülahizələrdən nəinki çəkinmir, hətta qəsdən diskussiyada belə 
halların yaranmasına süni surətdə təhrik edirdilər) ustalıqla istifadə 
edirdilər və nəticədə xüsusi dialoq nəzəriyyəsini - məzmunsuz, 
boş sözlərdən ibarət olan «heç nə haqqında mübahisə» yaratdılar.
Bu dövrdə «elmdənkənar» mübahisə üsullarının geniş yayıl­
ması təkcə Sokrat tərəfindən pislənməklə, Aristofan tərəfindən 
təbii-elmi məşğələlərin məsxərəyə qoyulması ilə qalmır, həm də 
digər faktlarla əyani surətdə sübut olunur.
Sokrat sofıst fəlsəfənin və eristikanın qüsurlarını aradan qal­
dırmağa çalışaraq, kütlə qarşısındakı mübahisələri həqiqət axtaran 
iki bərabərhüquqlu tərəfdaşın təkbətək söhbətinə (evristik dialoq) 
çevirir. Bu, yüksək bədii tərzdə tərtib edilmiş fəlsəfi söhbət janrıdır.
Belə söhbətin əsas məqsədi həmsöhbətinin gözü qarşısında 
həqiqətin yaranmasıdır; tərəf-müqabili kifayət qədər güclü dəlillər 
gətirdiyi halda Sokratın öz nəzər-nöqtəsindən imtina etməyə hazır 
olmasını göstərir.
113


Həqiqətin axtarılması metodu - mayevtika (mamaça metodu) 
- bu metod əməli olaraq həmsöhbətlərin rolunu aparıcı və idarə 
edilən, yəni bir tərəfdən müəyyən suallar verilməsi, digər tərəfdən 
isə onlara cavablar axtarılması və müəyyən nəticələrə gəlinməsi 
şəklində müəyyənləşdirir.
Şərhin dialoji formasının metodoloji izahı yalnız Platon tərə­
findən verilir. Dialoq nəzəriyyəsində Platon sofistlərin subyektiv 
həqiqətinin əksinə olaraq, hamı üçün əhəmiyyətli olan biliklərin 
tapılmasım qarşısına məqsəd qoyur.
Onun dialoqu nəinki həmsöhbətlər arasında hər hansı kobud­
luğu, yaxud şəxsi anlaşılmazlıqları istisna edir, həm də bir qayda 
olaraq, xeyirli sonluq- həqiqətin birlikdə tapılması ilə nəticələnir.
Onun dialoqu danışanın ritorikanın formal imkanlarından sui- 
istifadə etməsinə görə mənəvi məsuliyyətini nəzərdə tutur. Pla­
tonun dialoqu xüsusi kompozisiya prinsipinin - problemli fikrin 
mərhələli (irəliləyən) hərəkəti əsasında qurulur.
Dialoqun məntiqi təbiətini sistemli şəkildə tədqiq edən ilk 
insan Aristotel oldu. Öz əsərlərində o, xarakterindən asılı ola­
raq əqli nəticəcələrin həqiqi, təxmini, yalan kimi əsas növlərini 
müəyyənləşdirir və təhlil edir.
Həmsöhbətlərin qeyri-bərabər mövqelərinin onların strategi­
yasında ziddiyyətlər yaranmasına səbəb olduğunu müəyyən edən 
Aristotel dialoqların ayn-ayn növləri üzrə ümumi və xüsusi stra­
tegiyalarını hərtərəfli təsvir edir. Dialektik mübahisəni isə onların 
arasında ən ləyaqətlisi hesab edir.
Eristikalann əsası ənənəvi olaraq nitq təsiri nəzəriyyəsi hesab 
olunur. M üasir nitq praktikası isə digər prioritetlərə üstünlük verir: 
filosof N.A.Bezmenovanın fikrincə «neoritorikamn (yəni müasir 
ritorikanın) mərkəzi problemi istənilən fəaliyyətin əsasında duran 
qarşılıqlı nitq təsirləridir». Nitqin qarşılıqlı təsirləri nəzəriyyəsinin 
əsaslan M.M.Baxtin tərəfindən qoyulmuşdur.
İnsan düşüncəsi haqqında Sokrat anlayışının təhlili zama­
nı o, həqiqətin dialoji təbiəti və dialoq haqqında başlanğıc fikri 
söyləmişdir. M.M.Baxtin mədəniyyətin mənasını adi mübahisə, fi­
kir mübadiləsi, söz döyüşü hesab etmədiyi dialoqda görürdü. Onun
114


dialoqu istənilən formada təzahür edən insan təfəkkürünün üm u­
miliyinin qüvvə və əhəmiyyətinə malikdir, yalnız «dialoji ünsiyyət 
sözün həqiqi həyat mühitidir».
Ünsiyyətin spesifik forması kimi dialoqun əsas inkişaf mərhə­
lələrinin təhlili və onun problemlərinin dərk edilməsi ünsiyyətin 
bu formasının özünəməxsusluğunu aşkara çıxarmağa və onun əsas 
xüsusiyyətlərinə diqqət yetirməyə (fikir plüralizminin qəbul edil­
məsi, m üxtəlif fərdi mövqelərin bərabərhüquqlu olması, məntiqi 
sübutun inandırmanın əsası kimi qəbulu, danışanın ritorikanın for­
mal imkanlarından sui-istifadəyə görə mənəvi məsuliyyəti, həm­
söhbətlərin mülahizələrində onların birgə fəaliyyətini asanlaşdıran 
modal məlumatların mövcudluğu) imkan verir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin