mərhələnin əlamət və göstəriciləri
Bu mərhələ üçün
tərəfdaşın davranışında baş vermiş bütün dəyişiklikləri, ümumi
mülahizələri və qərarları qəbul etməyə üstünlük verdiyini göstərən
əlamətlər, onun sözləri və müraciətləri xarakterikdir. Bu mərhələdə
danışıqlarda «məqsədlərin ümumiliyi», «eyni istiqamət», «birgə
qərarlar» kimi ifadələr çoxluq təşkil etməyə başlayır. Həmçinin,
sizi nəzərdə tutulan tədbirlər barədə xəbərdar etmək, müzakirədə
suallar vermək meylləri müşahidə olunur.
Dəyişikliklərin daha parlaq göstəricisi isə «bumeranq effekti»-
dir. Müəyyən anda tərəfdaşınız əvvəllər söylədiyiniz fikirləri, rəy
və mülahizələri söyləməyə başlayır. Bu, həmin fikirlərin onun
tərəfindən kifayət qədər mənimsənildiyinin və qəbul edildiyinin
göstəricisidir. Bu mərhələnin daha bir göstəricisi mülahizə və
qiymətləndirmələrdə aydın hiss olunan dəyişiklikdir.
Yəni həmsöhbətiniz əvvəllər hansısa bir müddəanın əleyhinə
idi, indi isə onun mövqeyi dəyişilib. Bəzən bu, yumşaldılmış for
mada aşkar olunur: sizin təklif etdiyiniz hər şeyi qəbul etməyə
hazır olmaq şəklində («Hər şeyin yaxşı olması üçün nəyi necə
etmək lazım olduğunu söyləyin»), bəzən isə, gözlənilmədən,
məhdud şəkildə olsa da, mülahizələrinizin hüquqi əsası olduğu
nu bildirməkdə ifadə olunur. Bu, özünəməxsus şəkildə əvvəlki
mövqelərindən çəkilmək deməkdir.
109
Bu mərhələnin əhəmiyyətli göstəricisi həm də hansısa mü
bahisəli məsələni sizin təklif etdiyiniz şəkildə həll etmək təklifidir.
Bu şəkildə davranışın növlərindən biri m üxtəlif variantlar meydana
çıxdıqda, sizə seçimi özünüzün etməyiniz təklifinin verilməsidir.
Artıq formalaşmış bu mərhələnin göstəricisi kimi «şərtləş
diyimiz kimi», «danışdığımız kimi», «qərara aldığımız kimi» və s.
ifadələrini göstərmək mümkündür.
V m ərhələnin nəticələri V mərhələnin nəticələri təkcə tərəf
daşın keyfiyyətlərinin deyil, həm də onun hərəkətlərinin mo
tiv və səbəblərinin başa düşülməsidir. Bundan başqa, ünsiyyətin
gedişində siz onda ünsiyyəti asanlaşdıran m üxtəlif psixoloji vəziy
yətlərin - hər şeydən əvvəl problemin həllində sizin kömək edəcə
yinizə daxili inamdan əmələ gələn rahatlığın, əmin-amanlıq hissi
nin formalaşmasına səbəb olursunuz.
Bütün bunlar həmsöhbətinizin qəbul olunmuş qərarın düzgün
lüyünə inamı ilə müşayiət olunur, çünki bu qərar birlikdə hazırlanıb.
Onun davranışını bəyənməyiniz isə tərəfdaşınızda məqsədlərinin
düzgünlüyünə inam yaradır və onların həyata keçirilməsinə zəmin
yaradır.
110
|