IV mərhələnin əlamət və göstəriciləri
IV mərhələnin başlan
masını göstərən əsas əlamətlər:
a) tərəfdaşınız birinci olaraq onun özü tərəfindən əvvəllər
bəyan edilən keyfiyyətlərin sabitliyinə sizin şübhələrinizi ifadə
edir;
105
b) aşkar sorğu- sual, tərəfdaşınızın bu və ya digər vəziyyətlə
hansı seçimi edə biləcəyinə aid xahişlər: «sizin keçən dəfə ona nə
isə deməməyiniz mümkün deyil», «Yəqin siz onda vəziyyətdən
sakitcə çıxmısınız» və s.;
c) həmsöhbətinizin onun şəxsi xüsusiyyətləri haqqında rəyinizi,
düzgün olmayan ilk qərarınızı dəyişdirməyə səy göstərməsi: «Siz
mənimlə bağlı fikirlərinizdə çox səhv etmisiniz», «Siz düşünmür
sünüzmü ki, mənim şəxsiyyətimi dəyərləndirərkən səhv etmisi
niz?», «Siz mənim ləyaqətlərimi çox şişirdirsiniz» və s.;
ç)tərəfdaşınızın fikirlərində onun davranışına aid özünəməxsus
özünügöstərmə və özünügünahlandırma: «Mən həmişəki kimi
zəif oldum», «Adətən mən belə vəziyyətlərdə son dərəcə sərt olu
ram», «Belə vəziyyətdə mən inamla hərəkət edə bilmirəm», «Mən
iradəsizəm», «Mən utanmazam» (bu, bir növ, əvvəlki aşkarlama-
lann əvəzidir);
d) onun özü haqqında başqası kimi danışması («dostum haq
qında hekayələr»); mücərrəd, mənfi xüsusiyyətlər uydurulmuş
dosta aid edilir ki, sizin bunları necə qəbul edəcəyiniz aydın ol
sun; bununla həmsöhbətiniz, bir növ, sizi bu xüsusiyyətləri qəbul
etməyə alışdırmaq istəyir;
e) «əvvəlcədən etiraz etmə»yə çalışmaq; siz tərəfdaşınız haq
qında mülahizələrinizi söyləməmiş, o özü haqqında fikir bildirməyə
can atır: «Siz demək istəyirsiniz ki, mənim məlumatım kifayət qədər
deyil», «siz indi düşünürsünüz ki, mənə söylədikləriniz xeyrimizə
olmayacaq», «baxın, siz indicə mənə deyəcəksiniz ki...»;
f) həmsöhbətinizin «ekstremizmi»; onun sizin münasibətinizi
öyrənmək üçün istifadə etdiyi xüsusi, yaymdıncı davranış, yaxud
hərəkəti: «Bəlkə mən sizi aldadıram?»
h) sizi zorla mübahisəyə, yaxud diskussiyaya cəlb etmək.
IV mərhələnin əhəmiyyətli əlaməti tərəfdaşınızın başqa adam
larla, əsasən onların gizli fərdi xüsusiyyətləri ilə bağlı sorğu-sualı
dır: «D necə adamdır?», «N-in iddiaları nə qədər böyükdür?» və s.
Təhlillər göstərir ki, bu sizin «möhkəmliyinizi» yoxlamaq
üçün özünəməxsus sınaqdır. Yuxanda qeyd edildiyi kimi, başqalan
haqqında mülahizələr yalnız lap başlanğıcdan sizə nə qədər inan
106
maq mümkün olduğunu və hansı şəraitdə sizinlə açıq danışmaq
mümkün olub-olmadığını müəyyənləşdirməkdir. Eyni zamanda bu
- əməkdaşlığa hazır olmaq və artıq yetişmiş olan açıq danışmaq
tələbatıdır.
Dostları ilə paylaş: |