Neqativ keyfiyyətlərin nümayişinin «ləngidilməsi» və gizlədil
məsi
onunla nəticələnir ki, onlar bu dövr üçün «söndürülür» və
ünsiyyətdə heç bir rol oynamır.
III mərhələnin nailiyyəti ilkin «qarşılıqlı anlaşmanın hiss
edilməsi» olmalıdır. Həmsöhbətiniz belə hesab edir ki, sizin key
fiyyətlərinizi, ya da, heç olmazsa, arzularınızı başa düşür və eyni
zamanda, özünün də başa düşüldüyünü «hiss edir».
Siz və tərəfdaşınız həmsöhbətin şəxsi keyfiyyətlərini qəbul et
mək imkanını əldə etməyə başlayırsınız.
Məhz bu da ünsiyyətin
fəallaşmasına səbəb olur.
IV mərhələ
Ünsiyyət üçün təhlükəli olan keyfiyyətlərin aşka
ra çıxarılması.
Adətən, hər bir insanın başqalarından gizlətdiyi bir
sıra xüsusiyyətləri mövcuddur. Gizlətmənin səbəbləri müxtəlifdir.
Onları nəzərə almaq lazımdır ki, münasibətləri qurarkən düzgün
istiqamət götürmək mümkün olsun. Bəzi keyfiyyətləri ünsiyyət
üçün təhlükə törədəcəklərindən çəkinildiyinə, digərlərini - sosi
al baxımdan bəyənilmədiklərinə görə (paxıllıq, biclik, yaltaqlıq,
xainlik və s.) gizlədirlər. Lakin insamn hamıya göstərməkdən ya
yındığı xüsusiyyətləri sırasında
elələri də var ki, o, bunları özü
nün «zəifliyi» sayır və nümayiş etdirmək istəmir. Bəzən çətin,
yaxud qorxulu vəziyyətlərdə baş verən davranışlarla əlaqədar
olan keyfiyyətlər, məsələn, qətiyyətsizlik, yaxud qorxaqlıq baş
qalarından gizlədilir. Bəzən münasibətlərin inkişafına
mane olan
keyfiyyətləri (məsələn, inamsızlıq, şübhəlilik) də ört-basdır edirlər,
çünki onlar ya ətrafdakı insanların mənfi münasibəti ilə (əhəmiyyət
verməmək, yuxandan-aşağı baxmaq, nifrət və s.) bağlıdır, ya da
digər şəxsin əzilməsi (aqressiv davranış, avtoritarlıq) üçün istifadə
olunur.
Ünsiyyətin I V mərhələsinin əsas vəzifələri
- əvvəlki mərhələ
lərdə aşkara çıxanlmamış olsa da, insana xas olan keyfiyyətlərin
axtanşı. Onlar əvvəllər sıxıldığı, tam şəkildə nümayiş etdirilmədiyi,
yaxud, birbaşa gizlədildiyi, qarşılan alındığı üçün aşkara çıxmadı
ğına görə, onlan üzə çıxarmaq lazımdır.
Digər vəzifə bütün başqalanna nisbətdə
daha təhlükəli olan
keyfiyyətlərin gücünü, onlann meydana çıxmasının mümkünlük
102
dərəcəsini, həmçinin bu keyfiyyətlərin yararlı olacağı vəziyyətlərin
əhatə dairəsini müəyyənləşdirməkdən ibarətdir. Beləliklə, konkret
keyfiyyətlərin konkret vəziyyətlərdə meydana çıxmasının öncədən
müəyyənləşdirilməsi təmin edilmiş olur.
I V
mərhələnin müsbət amillərinə aşağıdakıları a id etmək
mümkündür:
a) diqqətinizin tərəf- müqabilinizin artıq müəyyən edilmiş,
yaxud yeni meydana çıxmış keyfiyyətlərində cəmləşdirməməyə
yönəlmiş olması;
b) həmsöhbətinizin meydana çıxmış mənfi keyfiyyət və emo
siyalarının sizin tərəfinizdən tənqid edilməsi meylinin olmaması;
c) niyyətlərinizin qismən açılmış olmasının sabit münasibətlərin
qorunub saxlanması üçün əhəmiyyətinin dərk edilməsi;
ç) sizin də bəzi mənfi keyfiyyətlərinizin aşkara çıxacağına ha
zır olmaq.
M ənfi amillər:
a) Sizin davranışınız «keyfiyyətləri öyrənməyə çalışmaq»
kimi qiymətləndirilə bilər;
b) manevr etmə (keyfiyyətlər haqqında birbaşa suallara verilən
boyunqaçıncı
cavablar, «başdan-başa suallar»);
c) həmsöhbətinizin mənfi keyfiyyətlərinə dair birbaşa verdiyi
niz suallar (əvvəldə bunlar «ayağına yazma», «boynuna qoyma»
kimi qiymətləndirilir).
IV
mərhələnin mexanizmləri keyfiyyətlərin aşkara çıxarılması
nı təmin edən və onların qüvvəsini yoxlamaq imkanı verənlər kimi
iki yerə bölünür. Məsələn, əvvəllər sizin həmsöhbətiniz tərəfindən
«təmkinlilik» kimi qələmə verilən keyfiyyətin onun davranışında
real şəkildə müşahidə olunan keyfiyyətlə müqayisə edilməsi. Əgər
bu keyfiyyət sizin müşahidə etdiyinizlə uyğun gəlirsə, deməli o,
heç nəyi gizlətməyib. Başqa halda, «özündən çıxmalar» və qəzəb
Dostları ilə paylaş: