Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə43/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

II mərhələnin mexanizmləri 
Müəyyən bir əşya, yaxud möv­
zuya olan maraq ona görə mühümdür ki, o, həmsöhbətin şüuru­
nu bütünlükdə əhatə edir. Mövzunun müsbət emosional ahəngi
96


tərəfdaşınızın söhbəti davam etdirməyə, mövzunu dərinləşdirməyə 
səy göstərməsinə xidmət edir. Eyni zamanda, həmsöhbətinizin şü­
uru onu maraqlandıran məsələyə «bənd olub», ona aid olmayan, 
inkişafına xidmət etməyən nə varsa, hamısını diqqət mərkəzindən 
uzaqlaşdınr.
Qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində həm də eyni 
maraqlar ətrafında birləşmiş insanların, adətən, eyni cür düşünməsi 
əhəmiyyətli rol oynayır, çünki bu, münasibətlərin qaydaya salınma­
sını asanlaşdırır. Burada diqqətin yalnız bir ümumi maraq ətrafında 
birləşməsi də prinsipial məsələdir. Bu halda siz tərəfdaşınıza 
nisbətən hər hansı üstünlüyünüzü (məsələn, əlavə məlumata malik 
olmağınızı) nümayiş etdirməməlisiniz, həmsöhbətinizdən məlumat 
alarkən qeyri-fəal mövqe tutmağın vacibliyi də buradan irəli gəlir.
П mərhələnin taktik üsulları 
Sizin П mərhələdə istifadə et­
diyiniz bütün taktik üsullar duyğuların qüwətləndirilməsi, yaxud 
tərəfdaşın diqqətinin digər problemlərə yönəlməsinin qarşısının 
alınması məqsədilə, ümumi maraqlara aid söhbətlərin fəallaşmasına 
yönəldilməlidir. Aşağıdakı üsulları nümunə göstərmək mümkündür:
«Artma» üsulu.
Bu və ya digər mövzuda söhbətin lap başlan­
ğıcında özünüzü söylənilən müddəalara və fikirlərə laqeyd kimi 
göstərə bilərsiniz; bu, tərəfdaşınızın hər hansı mülahizəsi ilə ciddi 
şəkildə maraqlanmağa başladığınız ana qədər davam edə bilər. Son­
ra isə ünsiyyət prosesində marağınızın artdığını nümayiş etdirin.
«Təfsilatı ilə
» üsulu. Bu üsul həmsöhbətinizin şərhində ən ki­
çik detallara belə maraq göstərdiyinizi sözlə ifadə etməyinizdə, 
həmçinin söylənənlərin şərh olunmasını xahiş etməyinizdə əks 
olunur.
«
Keçirmə»
üsulu. Bu üsuldan istifadə zamanı ümumi müzakirə 
mövzusu kimi qəbul edilmiş məsələyə tez-tez başqa problemin ay- 
n-ayn ünsürləri daxil olur, siz də həmsöhbətinizi həmin ünsürlərə 
«keçirirsiniz». Bu, əsas mövzu ilə bağlı meydana çıxan gərginlikləri 
istənilən başqa mövzu üzərinə keçirmək üçün imkan yaradır.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin