yəni uyğunlaşma prosesini təmin edənlər təshihlə (korreksiya ilə)
bağlıdır. Bu mexanizmlər qarşılıqlı təsirə daimi düzəlişlər edilməsi
ilə optimal rejimi müəyyən edir.
Ünsiyyətin bu mərhələsində sizin taktikanız bərabərhüquqlu
dialoqun aparılmasına gətirib çıxarmalıdır. Tərəfdaşınızın etdiyi
güzəştlərə görə narahatlıq keçirə biləcəyi hər bir halın aradan qal
dırılmasına çalışmaq lazımdır. Buna görə də bütün üsullar tərəfdaşı
nızda qarşılıqlı fəaliyyətə meyl yaratmaq üçün istifadə olunmalıdır.
«İlkin hərəkətlər» üsulu.
Hansısa
arzuolunmuz keyfiyyət,
yaxud xüsusiyyətin meydana çıxması təhlükəsi yarandıqda
vəziyyətin yumşaldılması məqsədəuyğundur. Əgər inciklik yara
nırsa, bu halda belə xəbərdarlıq edilə bilər: «Xahiş edirəm, mənim
indi Sizə söyləyəcəklərimdən inciməyəsiniz». Mümkün qəzəb an
larının da qarşısını aşağıdakı şəkildə almaq olar: «Xahiş edirəm,
indi eşitdiklərinizə görə əsəbiləşməyəsiniz».
« Tənzimlənməsi tələb olunan keyfiyyətin göstərilməsi» üsulu
müəyyən hərəkətlərin gözlənilməsinin köməyi ilə uyğun davra
nış motivasiyasını işə salmağı nəzərdə tutur: «Sizin səbrsizliyinizi
bildiyimə görə, hər halda, bir qədər dözməyinizi xahiş edirəm,
çünki bu, mövcud məsələnin həlli üçün zəruridir».
(.(.Əmələ gəlmiş uyğunluğun qabardılması və təsdiq edilməsi»
üsulu.
Tərəf- müqabil hansısa əlbir fəaliyyətin yalnız başlanğıc
uyğunlaşmanın mövcud olması halında mümkün olacağına aid
kifayət qədər aydın anlayışa
malik olur, bu halda qeyd etmək la
zımdır ki, uyğunlaşma artıq mövcuddur. Məsələn, «Biz hər hansı
məsələni birgə həll edə biləcəyimizə görə, yaranmış vəziyyəti də
birlikdə müzakirə etməliyik. Bu halda biz, lazım
olan və düzgün
nəticəyə gələ bilərib).
«Məsləhət üçün müraciət etmək» üsulu.
Bu üsula o halda
müraciət edilir ki, tərəfdaşın passiv
mövqeyi müəyyən edilir və
onun əhəmiyyətinin yüksəldilməsi tələb olunur. Üsul qarşı tərəfdə
ümumi planların və davranış proqramının işlənməsinə fəal qoşul
maq arzusunun yaranmasına səbəb olur.
Məhz ünsiyyətin son mərhələsində sizin tərəfdaşınızla bağlı
öncədən keçirdiyiniz diaqnozlaşdırmanın düzgünlüyünü yoxla
108
maq imkanı meydana çıxır. Yalnız indi siz ondan gizli saxladığı
xüsusiyyətləri barədə bu və ya digər şəkildə dostyana mülahizələr
eşidə bilərsiniz (insanın özünün zəruri hesab etdiyi formada).Bu
onun mənfi hərəkətləri, zəif yerləri, pis vərdişləri ola bilər.
Gizlədilən xüsusiyyətlər kimi həm də həmsöhbətinizin ayn-
ayn anlayışları, baxışları, davranış prinsipləri, məqsədləri göstərilə
bilər. Şəxsiyyətin mənfi cəhətləri haqqında IV mərhələdə əldə
edilmiş dağınıq
məlumatlardan fərqli olaraq, bu mərhələdə sizin
tam bir məlumat əldə etmək imkanınız olacaq. Bu zaman həm də
özünüzün hərəkətlərinizə aid dəyərləndirməni, başqalarının rəyini
öyrənməyiniz çox mühümdür. İnsan özü, hərəkətləri, həmçinin baş
qalarının hərəkətləri haqqında özü üçün xarakterik olan ifadələrlə
danışmağa başlayır.
V
Dostları ilə paylaş: