Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə21/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

«birinci­
si, ikincisi, bir tərəfdən, digər tərəfdən, bu m əsələ ilə bağlı fik ­
rim izi tam am layarkən
» kimi əlaqə yaradıcı söz və ifadələrdən 
istifadə edərək, bütün bunlan izah etmək lazımdır. Əlbəttə, belə 
əlaqəyaradıcı söz və ifadələr yalnız suallarla məntiqi cəhətdən 
əsaslandınldıqda yerinə düşür.
50


Mövzunun suallara bölünməsi qaydalarını yadda saxlayaq:
1. Mövzunun suallara, hətta lazım gəldikdə - sualların da kiçik 
hissələrə bölünməsinin bir əhəmiyyətli əlamətini tapmaq lazımdır.
2. Suallar çıxışın əsas ideyasmı işıqlandırmalıdır: artıq suallar 
olmamalıdır.
3. Bölünmələrin fasiləsizliyinə əməl etmək zəruridir; sual və 
sual hissələrini düzgün ayırmaq lazımdır.
4. Suallar kəsişməməlidir, yəni eyni məsələ haqqında müxtəlif 
suallarda danışmaq lazım deyil.
Əgər mövzu təsnif edilməsi mümkün olmayan əşya, yaxud 
hadisəyə həsr olunmuşdursa, birinci qayda belə formalaşdırılır: 
mövzunun izahı üçün bir giriş seçmək lazımdır.
Məsələn, mövzu - firmanın işi haqqında söhbətdir. Aşağıdakı 
girişlərdən istifadə etmək mümkündür: tarixi - firmanın yaranma 
tarixi, indiki işi, gələcək perspektivləri; məntiqi - firmanın struk­
turu və fəaliyyət istiqamətləri haqqında ətraflı söhbət; psixoloji -
firmanın kollektivi, onun üzvləri arasındakı münasibətlər haqqında 
söhbət.
Bir giriş çərçivəsində mövzunun izahının başqa istiqamətlərini 
də təklif etmək mümkündür. Planın əsas sualları mövzunun şərhinin 
əsas istiqamətlərinə uyğundur, alt suallar digər giriş çərçivəsində 
aydınlaşdırıla bilər.
Şərhin ardıcıllığı natiqin təfəkkürünü nizamlayar, ən çətin mə­
sələyə belə aydınlıq gətirər və dinləyiciyə estetik zövq verə bilər.
Şərhdə ziddiyyətin olmaması tələbi hər hansı bir məsələ, yaxud 
əşya haqqında nəyi isə təsdiq edərkən, həmin zaman daxilində, eyni 
məsələ ilə bağlı həmin fikri inkar etməyin mümkünsüzlüyündən 
ibarətdir. Əlbəttə, gerçəklik, həyat donmuş vəziyyətdə deyil, za­
man keçdikcə əvvəldə danışılan hadisə ilə əlaqədar (məsələn, idarə 
rəhbərinin fəaliyyəti haqqında) başqa fikir söyləmək olar.
Təbii ki, m üxtəlif baxımdan yanaşıldıqda, bir hadisəni m üxtəlif 
şəkildə qiymətləndirmək mümkündür. Məsələn, yeni alınmış me­
bel öz dizaynına görə uyğun gəlsə də, qiymətinə görə sizi təmin 
etməyə bilər; yaxud, yaxşı mütəxəssis pis xasiyyətli insan ola bilər 
və s. Belə fikirlər bir-birinə zidd hesab edilmir.
51


Lakin bir çıxış daxilində bir-birini təkzib edən «Bazar iqtisa­
diyyatına keçid üçün xüsusi mülkiyyət lazım deyil» və «Xüsusi 
mülkiyyət olmadan bazar iqtisadiyyatı üzrə heç bir islahat müm­
kün deyil» hökmlərindəki belə ziddiyyətlər natiqə olan inamı qırır 
və onun bütün səylərini heçə çıxarır.
Hökmlərin əsaslandırılmış olması tələbinə əməl edilməsi din­
ləyiciləri nəyə isə inandırmaq, müəyyən hərəkətlərə təhrik etmək 
lazım gəldikdə xüsusilə mühümdür. Nəyinsə həqiqət olmasına 
inam həm də təlqin əsasında yaranır.
Lakin işgüzar ünsiyyət zamanı çağırış və inandırmalarla heç 
bir şey əldə etmək mümkün deyil. Sağlam düşüncəyə malik insana 
mütləq niyə başqa şəkildə yox, məhz belə düşündüyünüzü izah et­
məlisiniz, həm də bunu elə bir şəkildə etməlisiniz ki, o özü sizin 
gəldiyiniz nəticələrlə, yaxud təkliflərinizlə maraqlansın.
Hökmləri məntiqi şəkildə necə əsaslandırmaq lazımdır?
N itqi qurarkən sübutların üç ünsürdən ibarət olan m əntiqi qu­
ruluşunu nəzərə alm aq lazımdır.
1. Əsaslandırmaq istədiyiniz fikir 
tezis
adlanır. Tezis aşağıdakı 
suala cavab verir: «Biz nəyi isbat edirik?»
Yuxanda haqqında danışdığımız hökmlərin müəyyənliyi tələbi 
daha çox məhz tezisə aiddir. O, hökmün başqa şəkildə anlaşılmasının 
mümkünlüyünü aradan qaldırmalıdır. Hökmün qeyri - dəqiqliyi ilə 
bağlı məntiq kursunda danışılan məşhur bir lətifə vardır: «Tələbə öz 
dostuna deyir: «İki kiloqram portağal al; mərc gəlirəm ki, mən onu 
bir dəfəyə yeyərəm». Mərcləşirlər. Dostu portağal alır. Tələbə on­
lardan birini götürüb yeyir və «məhz həmin portağalı nəzərdə tutub 
“onu” demişdim, deyərək, mən mərci uddum» söyləyir.
Tezis mümkün qədər konkret olmalıdır. «Ümumi» şəkildə for- 
malaşdınldıqda, o, sadəcə, düzgün olmaya bilər. Məsələn, «Alimlər 
həyatdan ayn düşüblər», yaxud «Bütün sahibkarlar fırıldaqçıdır» və s.
2. Tezisi sübutun əsası adlandırılan tutarlı dəlillərlə möhkəm­
ləndirmək lazımdır. Dəlillər «Nəyi sübut edirik?» sualına cavab 
verir. Sübut üçün əsas: faktların məcmusu; statistik məlumatlar; 
nəzəri qaydalar, məsələn, hüquqi, yaxud iqtisadi qanunlar; həyat 
təcrübəsinə əsaslanan hökmlər və s. ola bilər.
52


3. 
Sübutun üçüncü ünsürü nümayişdir. O, tezisin hansı dəlil­
lərdən, necə meydana çıxdığım göstərir. Nümayiş «Necə sübut 
edirik?» sualına cavab verir. O, bizim mühakimələrimizin gedişini 
nümayiş etdirir.
Hökmləri bilavasitə (müşahidə yolu ilə) və mühakimələr 
vasitəsilə (məntiqi əqli nəticə) sübut etmək mümkündür.
Birinci tələb - dəlillər tezislə bilavasitə əlaqədar olmalıdır. Əks 
halda, ilkin məqsəddən tamamilə uzaq olan nəyi isə sübut etmək 
mümkündür.
İkinci tələb - dəlillər həqiqi, yəni əvvəllər isbat edilmiş ol­
malıdır. Bu tələbə əməl edilmədikdə, düzgün olmayan əsaslanma 
(əgər dəlil kökündən yalandırsa), yaxud əsasın qabaqcadan duyul­
ması (əgər dəlil kimsə tərəfindən sübut edilməyibsə) kimi səhvlər 
meydana çıxa bilər. Yalançı əsaslara söykənən nəticə əvvəlcədən 
səhvdir - yəni yalan ola bilər.
Dəlillərə verilən üçüncü tələb - onların tezisdən asılı olmadan 
əsaslandırılmış olmasıdır. Əgər bu belə deyilsə, «isbatda dairə» 
səhvi meydana çıxır.
Dördüncü tələb - dəlillər nəticə əldə etmək üçün kifayət qədər 
olmalıdır, yəni nəticəyə gəlməmək mümkün olmayacaq, əks hal­
da, «nəticə olmaycaq» səhvi meydana gələcək. Məsələn, keçmişdə 
pis oxumuş bir neçə şagirdin sonradan biznesmen olması biznesdə 
biliklərin lazım olmaması demək deyil.
H ökm lərin (əqli nəticə) növləri Hökmlər iki növ olur: de- 
duktiv və induktiv (ehtimallı). Ehtimallı hökmlərin növləri kimi, 
induksiya üzrə, bənzətmələr üzrə və nəticədən səbəbə gedən 
mühakimələri göstərmək olar.
- deduksiya üzrə mühakimələr zamanı, adətən, müəyyən ümu­
mi müddəadan çıxış edirlər; sonra xüsusi hal ona uyğunlaşdırılır 
və ümumidən xüsusiyə aid nəticə çıxarılır. İki mühakimədən ibarət 
olan deduktiv hökmlər (əqli nəticələr) sillogizm adlanır. Məsələn:

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin