Məntiq qanunları
Məntiqin əsas qanunlarını, səthi də olsa,
sadalayaq.
Birinci -
eyniyyət (bərabərlik) qanunu-
şərh prosesində anla
yışları əvəzləməyi qadağan edir: bir mətn daxilində hər hansı bir
anlayış mətnin sonuna qədər eyni mənada işlədilməlidir.
Eyniyyət qanununun pozulması - bu səhv (eristikada sofızm
kimi tez-tez istifadə edilirdi) «anlayışların qəsdən dəyişdirilməsi»
adlanır.
İkinci
qanun zid d olm am aqdır(ziddiyyət qanunu),
müzakirə
olunan mövzu ilə bağlı, «eyni zamanda nəyi isə həm təsdiq, həm
də inkar etmək mümkün deyil» (Aristotel).
İkinci qanunun pozulması - bəzən əvvəlcə formalaşdırılmış
bir fikrin eyni mətnin başqa hissəsində, yaxud müəllifin digər bir
əsərində başqa şəkildə verilməsi çox da hiss edilmir (lakin əgər
m üəllif öz mövqeyini dəyişibsə, bunu açıq şəkildə söyləməlidir).
Üçüncü qanun
{kifayət qədər) əsaslandırm a qanunudur.
Hər
yeni söylənən fikir sübut edilməli, fikir digər, həqiqiliyi məntiqdə
işlənilmiş sübut qaydalarına müvafiq olaraq, əvvəllər sübut edil
miş hökmlərlə əsaslandırılmalıdır. Daha tez-tez təkrarlanan səhv
- tam olmayan sübutdur, yəni arqument və faktların sayı azdır, ya
xud sübutlar özü yanlışdır.
Daha bir neçə tipik məntiqi səhv nümunəsi:
a) hər hansı hadisənin səbəbi düzgün göstərilməyib: «bundan
sonra» - «bu səbəbdən» deməkdir;
b) əsassız buraxılma (qəsdən buraxılma da olur) - əhəmiyyətli
bir məsələnin buraxılması;
c) müxtəlif səviyyəli anlayışların, yaxud hökmlərin uzlaşdı
rılması (yayda isti olur, apreldə yağışlar yağır), məntiqi paradoks;
ç) əvəzliklərin ikimənalılıq əmələ gətirən səhv əvəzlənməsi;
d) deyilmişdən şərti olaraq, deyilənə şərtsiz keçilməsi; məsələn,
deyilir ki, əşya yalnız 60 dərəcədən aşağı temperaturda müəyyən
xassəyə malik olur, lakin sonra bu şərt unudulur və əvvəlki hökm
bütün hallar üçün düzgün kimi qələmə verilir ki, bu da səhvdir;
46
f) yalançı eyniyyət, yalançı qarşılaşdırma və s.
Məlum həqiqətlərin lazım olduğundan artıq şəkildə sübut edil
məsi də, yalançı yeniliklərin (danışan hamıya məlum olan həqiqəti
yenilik kimi qələmə verir. Məsələn: atlar yulaf yeyir) təqdim edilməsi
də, müəyyən bir fikrin təsdiqinin təkrar-təkrar söylənməsi də, yün
gül, zarafatyana söhbət zamanı, hətta ağıllı görünsə belə, hədsiz
məntiqiliyin olması da nitq mədəniyyətinin pozulması hesab edilir.
Nəhayət, nəqlin kompozisiyası xatirinə məntiqin qəsdən pozul
ması halından da danışılmalıdır: belə pozulmalar nəinki səhv he
sab edilmir, əksinə, yüksək dəyərləndirilir və dinləyici, yaxud oxu
cuda maraq doğurur. Məsələn, yazıçı əsər qəhrəmanının gəncliyi
ilə bağlı bir hadisəni qəsdən gizlədərək, surətin sirli davranışı ilə
bağlı oxucuda maraq oyadır, yaxud əhvalatı yekun konfliktindən,
qəhrəmanın həyatının sonundan danışmaqla başlayır və yalnız
bundan sonra onun həyatını retrospektiv şəkildə göstərir, bu da
oxucuya qəhrəmanın həyat vəziyyətini, yaxud onu faciəvi (yaxud
xoşbəxt) sona gətirən qərarlarını başa düşmək imkanı verir.
Təfəkkürün form aları Belə bir vəziyyət hamıya yaxşı tanışdır:
çıxış edənin problemin mahiyyətini izah etməsini gözləyirlər, o isə
bir məsələdən digərinə sürətlə keçə-keçə, bəzən özü öz dediklərinin
ziddinə çıxır, müddəalarını əsaslandırmır, belə ki, nəyi isə başa
düşmək və müəyyən bir nəticəyə gəlmək mümkün olmur. Niyə? Əgər
dinləyicilərdən soruşulsa, onlar- «məntiqi yoxdur» cavabım verərlər.
Qeyd edilir ki, auditoriya yanlışlıqları daha tez bağışlayır,
nəinki məntiqsiz izahatları. Bu onunla bağlıdır ki, bizim şüurumuz
hər şeydə sistem, qayda - məntiq axtarmaq xüsusiyyətimə ma
likdir. Hadisələrin inkişafının məntiqi bizim təfəkkürümüzdə öz
əksini tapır. Məntiq bir elm kimi təfəkkür qanunlarını, mühakimə
yolu ilə bilik əldə etməyin yol və üsullarını öyrənir.
Əlbəttə, hətta məntiq elmini öyrənməmiş insanlar da düşünür
lər. Lakin onların bir qismi bu zaman daha çox, digərləri isə az
məntiqlidirlər. Qrammatikanın qanunlarını bilməyimiz düzgün da
nışmağımıza və yazmağımıza yardım etdiyi kimi, məntiq qanunla
rını bilməyimiz də düzgün düşünməyimizə yardım edir. Bu biliklər
həm alimə, həm də natiqə lazımdır.
47
M əntiq üç təfəkkür formasını müəyyən edir:
A nlayış - əşya, yaxud hadisənin ümumi və ən mühüm cəhət
lərini əks etdirən təfəkkür formasıdır. Onlar anlayışın məzmununu
təmsil edir. Anlayışlar həm də həcminə - bu anlayışa aid olan əşya
və hadisələrin birliyinə görə xarakterizə olunur.
Məsələn, «avtomobil» anlayışının məzmunu - özü hərəkət
edən, relssiz nəqliyyat vasitəsi deməkdir, lakin bu anlayışın həcmi
isə son dərəcə böyük olub, minik, yük, idman və digər avtomobil
növlərinin bütün mümkün markalarını əhatə edir.
Hökm
- əşya və hadisələr arasındakı əlaqəni əks etdirən fikir
formasıdır. Məsələn, «bu gün çərşənbə axşamıdır».
Ə qli nəticə - ən sonuncusu nəticə olan hökmlər silsiləsi, artıq
məlum olan hökmlərdən yaradılmış yeni bilikdir.
Çıxış prosesində natiq mövzunun həsr olunduğu anlayışın
məzmununu izah edir və bu zaman çox sayda digər hökmlərdən
istifadə edir; müəyyən hökmlər irəli sürür və bəzən auditoriya
üçün gözlənilməz olan nəticələrə gəlir. Əgər bu zaman o, aydın,
ardıcıl, əsaslandırılmış şəkildə danışırsa, auditoriya onun bəzən
hipnoz təsiri bağışlayan «dəmir məntiqinin» əsirinə çevrilir.
Dinləyicilər qarşısında edilən çıxışın məqsədi - onları müəyyən
nəticələrə istiqamətləndirməkdir. Bu zaman natiq fikirlərinin gedi
şinin surətini çıxarmır, hökmlərin məntiqini yenidən təkrarlamır,
əksinə, dinləyicilərin təfəkkür proseslərini idarə etməyə çalışır.
M əntiqin şifahi nitqə aid tələbləri Məntiqin şifahi nitqə aid
əsas tələbləri sırasında aşağıdakıları qeyd etmək mümkündür:
• Müəyyənlik, aydınlıq;
• Ardıcıllıq;
• Ziddiyyətsizlik;
• Əsaslandırılma.
Dinləyicilər tərəfindən hökmlərə müəyyənlik və aydınlıq
tələbi natiqin istifadə etdiyi bütün söz və ifadələrin yaxşı başa dü
şüldüyünü bildirir.
Natiq auditoriyaya tanış olmayan, yaxud birdən artıq mənaya
malik terminlərdən istifadə etdikdə qeyri-müəyyənlik meydana çı
xır. Məsələn, «kitab» sözü iki mənaya malikdir: 1) biliyin toplan
dığı çap məhsulu; 2) elm öyrənmək vasitəsi.
48
Çıxış edən: «Bu günkü gənclik kitaba münasibətini dəyişdir
məlidir» - söyləyirsə, nəyi nəzərdə tutur? Kitabın səliqəli saxlanıl
masını, yoxsa, elm öyrənməyə marağın artmasını?
Tez-tez belə bir vəziyyətlə də rastlaşmaq mümkündür: çıxış
edən, sanki hamıya məlum olan sözlərdən istifadə edir, amma bu
zaman hərənin onları bir cür başa düşdüyünü bilmir. Dostlarınızdan
«vicdanlı olmaq», «yaşamaq bacarığı», «demokratiya», «bazar» və
s. sözlərinin onlar üçün hansı mənalan verdiyini soruşun, bu halda
söylənilənin düzgün olduğuna dair tam bir mənzərə alınar.
Məlum anlayışlar haqqında sabit və əksərən yanlış təsəvvürlər
çox zaman natiqin nəzər nöqtəsi ilə razılaşmağa mane olur. Dekart
yazırdı: «söz və ifadələrin mənasını müəyyən edin və Siz dünyanı
al danışların çoxundan azad etmiş olarsınız».
Qeyri-müəyyənliyin daha bir nümunəsi - «Kosmonavtlann
okean üzərindən göndərdikləri şəkil 6 mlrd dollar qənaət etməyə
imkan verdi» (kosmonavtlann öz şəkli, yoxsa onlann çəkdikləri
şəkil qiymətli idi?); «İdarə heyətinin bütün üzvləri yenidən seç
ki siyahısına daxil edildilər» («seçki siyahısına daxil edildilər»
ifadəsini m üxtəlif cür şərh etmək olar: yenidən seçildilər, yaxud
ümumiyyətlə seçkiyə ehtiyac olmadı?) kimi misallarda özünü
büruzə verən qeyri-müəyyənlikdir.
Söylənilənlərdə qeyri-dəqiqliyə, qeyri-müəyyənliyə yol ver
məmək üçün mütləq ikimənalı ifadələrdən qaçmaq, çoxmənalı,
yaxud auditoriyaya az tanış olan sözlərin mənasını izah etmək,
mürəkkəb anlayışlan şərh etmək lazım gəlir.
Anlayışın müəyyən edilməsinin ən ciddi üsulu - elmi tərifdir.
Bu zaman həmin anlayışın mənsub olduğu növ göstərilir və onun
forma fərqləri verilir. Məsələn: «Gəlir - müəssisənin işinin nəticə
göstəricisi olub, istehsalatın gəlir və çıxarları arasındakı fərqdən
ibarətdir».
Şərhin ardıcıllığı hər şeydən əvvəl fikirlərin məntiqi əlaqəsindən
ibarətdir, bu zaman bir fikir digəri üçün zəmin hazırlayır.
Nitqin uğurlu alınmasında natiqin nitqinin axan, müntəzəmliyi
mühümdür. M əşhur rus hüquqşünası, bəlağətli nitqin nəzəriyyəçisi
A.F.Koni yazırdı: «Əgər nitq bir məsələdən o birinə sıçrayırsa,
49
əgər əsas məsələdə tez-tez qınqlıq yaranırsa, belə nitqi dinləmək,
demək olar ki, mümkün deyi». Ardıcıllığa riayət etmək üçün o,
belə bir məsləhət verirdi: -Nitqi elə qurmaq lazımdır ki, ikinci fikir
birincidən, üçüncü ikincidən və s. yaransın, ya da bir fikirdən baş
qasına təbii şəkildə keçid edilsin.
İzah zamanı məlumdan naməluma, sadədən mürəkkəbə doğru
gedən, təsvir zamanı tanış və yaxın olandan uzaqda olana yönələn
ardıcıllıq məntiqi hesab edilir.
Yalmz şərhi daha maraqlı, düşündürücü, əyləncəli və s.
etməkdən ötrü onun belə gedişinin pozulmasına psixoloji cəhətdən
haqq qazandırıla bilər. B ir üsul kimi bu, tamamilə yolveriləndir və
təcrübəli natiqlər tez-tez bundan istifadə edirlər.
Məsələn, mühazirəçi hansısa bir cihazın qəribə xüsusiyyətlərini
nümayiş etdirir, lakin onun necə işlədiyini izah etmədən, bunu
dinləyicilərin təxəyyülünün öhdəsinə buraxır. Sonra isə detektiv
hadisələrdə olduğu kimi, dinləyicilərin «kəşf» etməsinə yardım
göstərir.
Bəzən o, yeni üsulun heyranedici nəticələrindən danışır, sonra isə
dinləyicilərə buna necə nail olunması barədə düşünməyi təklif edir.
Dinləyicilərin nitqi bütünlükdə dərk edib yadda saxlaması
üçün onlar məruzədə qaldırılan məsələlər arasındakı dəqiq məntiqi
əlaqəni görə bilməlidirlər.
Bu zaman təsəvvür etmək lazımdır ki, natiq üçün onun nitqi
nin hissələri arasındakı qarşılıqlı əlaqə nə qədər aydın olsa da, «bu
heç də bütün dinləyicilər üçün belə deyil, onlar üçün bu əlaqəni
aydınlaşdırmaq, diqqətə gedən yolu göstərmək lazımdır. Yoxsa
diqqət azar, yaxud qınlar».
Deməli, təkcə dinləyiciləri sonrakı məsələyə hazırlamaq,
çıxışı növbəti məsələnin məntiqi olaraq əvvəlkindən doğması
nı təmin edən şəkildə qurmaq kifayət deyil, həm də
Dostları ilə paylaş: |