89
b)
Şək. 3.23. Fərdi
radiasiya detektoru
Cihaz aşağıdakı üstünlüklərə malikdir:
1. İstifadə qaydaları asandır
2. “9”-dan az olan hər hansı göstərişi həmin sahənin
təhlükəsiz
olduğunu bildirir
3. Hər bir şəxs asanlıqla özündə gəzdirə bildiyindən real
vaxt rejimində istifadə olunur.
3.10. Dozimetrik aparat -AxtarıĢ cihazı
Bu cihazlar radioaktiv materialların yerini müəyyən
etmək üçün istifadə olunan və cibə yerləşən cihazlara nisbətən
daha böyük həssaslığa malik radiasiya detektorudur (şək. 3.24).
Bu cihaz da mövcud radiasiyanın müvafiq səviyyəsini işıq, səs,
vibrasiya siqnalları ilə, yaxud rəqəmli göstərici ilə xəbər verir.
90
Radioaktiv şüalanma üzrə tədqiqat cihazlarının
məhdudiyyəti
ondan ibarətdir ki, onlar adətən çirklənməni tədqiq etmək üçün
təyin edilmiş cihazlar kimi həssas deyillər və yalnız bəzi növ
çirklənmələri effektiv surətdə aşkar edə bilirlər.
Axtarış cihazlarının iki əsas üstün cəhəti vardır:
1. Radiasiyanın aşkar
edilməsində onlar daha
həssasdırlar;
2.
Bu
cihazlar
radiasiya
hesablamalarını
ümumiləşdirməklə bahalı radioizotopları müəyyən edən
cihazlardan daha həssasdırlar.
b)
a)
Şək. 3.24. Portativ tipli axtarış cihazı
və cihazdan istifadə
qaydası
Dostları ilə paylaş: