86
örtüyünün, geyimin, texnikanın, nəqliyyatın, ərzağın, suyun və
digər əşyaların şüalanma dərəcəsi (0-5) şkalası üzrə öz məxsusi
əmsallarına vurmaq şərti ilə x1000, x100, x10, x1, x0,1
yarımdiapazonlarından istifadə etməklə təyin edilir. Əgər insan
dərisinin x10 yarımdiapazonunda yuxarı
şkala üzrə göstərişi
2,5mR/saat isə, onda şüalanma dərəcəsi 25mR/saat-a
bərabərdir.
Obyektlərin şüalanma dərəcəsini təyin etməzdən əvvəl
obyektin
yerləşdiyi mühitin
-şüalanma fonu təyin edilir.
Bunun üçün radiasiyaya məruz qalmış obyektdən 10-15m
aralıda radiasiya səviyyəsi ölçülür. Daha sonra cihazın zondu
obyektin səthinə (səthlə zond arasında məsafə 1-1,5 sm-dən az
olmamaq şərtilə) yaxınlaşdırılır, telefondakı tıqqıltıların
tezliyinə əsasən onun daha çox radiasiyaya məruz qalmış
oblastları aşkar edilir. Cihazın
göstərişindən qamma-fon
şüalanmasının qiyməti çıxılmaqla obyektin məruz qaldığı
radiasiya səviyyəsi müəyyənləşdirilir.
3.8. ДП-3Б rentgenmetri
Şək. 3.21.
ДП-3Б rentgenmetri
87
Şək. 3.22.
ДП-3Б rentgenmetri
1-qida kabeli; 2-“Yoxlama” düyməsi; 3-mikroampermetr;
4-işıqlanma lampası; 5-yarımdiapazonlar göstəricisi; 6-işıq
xəbərdarlıq lampası; 7-yarımdiapazonlar
çeviricisi; 8-
qoruyucular; 9-birləşdirici kabel.
ДП-3Б rentgenmetri hərəkət edən obyektlərdə qamma
şüalanmanın ekspozisiya dozasının gücünü təyin edir (şək.
3.21, 3.22).
Əsasən avtomobillərdə, təyyarələrdə,
gəmilərdə
quraşdırılır. Ölçmə diapazonu 4 yarımdiapazona bölünür:
0,1-1R/saat (
x1
)
1-10R/saat (
x10
)
10-100R/saat (
x100
)
88
1000-500 R/saat (
x500
)
Ölçmə xətası 10%-dir. 12 və ya 26V bort mənbəyindən
qidalanır. Çəkisi 6,5 kq-dır.
Dostları ilə paylaş: