Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi


 Qamma radiasiyasının aĢkar olunması



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə27/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
09.09.13 ispravl

3.5.2. Qamma radiasiyasının aĢkar olunması 
 
Qamma şüaları sinsilyasiya detektorları, yaxud sayrışan 
plastiklər (məsələn, poliviniltoluol) vasitəsilə aşkar olunur. 
Qamma 
enerjisi 
plastik 
lövhədə fluoressensiyanın 
(ultrabənövşəyi işığın) yaranmasına səbəb olur və detektor 
daxilində bu işıq görünən işığa çevrilərək fotoelektron 
çoxaldıcı boruya düşür. Boruda gücləndirilmiş işıq siqnalı
elektrik impulsları kimi aşkar olunur. Plastik layın işığı əks 
etdirməsi və bayır işığının qarşısını kəsmək üçün o, folqa ilə 
örtülür.


76 
3.5.3. Mövcudluq sensorları 
 
Qamma və neytron radiasiya ötürücüləri ilə birləşən 
mövcudluq və ya məşğulluq sensorları portallar arasındakı 
obyekti aşkar edir. Bu sensorların iş prinsipi ultrasəs və ya 
infraqırmızı texnologiyalara əsaslanır. Portallar real vaxt 
rejimində çəkiliş aparan videonəzarət sistemi ilə təchiz 
olunurlar (şək. 3.12). 
Şək. 3.12. Kamera
 
 
 
 
 
 
 


77 
3.5.4. Yerli idarəetmə stansiyası 
 
Radiasiyaya 
Nəzarət 
Kompleksinə 
Mərkəzi 
kommunikasiya qovşağı qurğusu (şək. 3.13) və Yerli idarəetmə 
stansiyası (şək. 3.21) daxildir. Stansiyanın funksiyası 
xəbərdarlıq bildirişini almaq, arxivləşdirmək və onu mərkəzi 
xidmətlərə ötürməkdən ibarətdir. Mərkəzi kommunikasiya 
qovşağı (şək. 3.14) kompüter prosessoru sistemindən və 
xəbərdarlıq siqnallarının məlumatlar bazasından ibarətdir.
Şək. 3.14. Yerli idarəertmə
stansiyası 
Şək. 3.13. 
 
Mərkəzi
kommunikasiya qovşağı 


78 
Şək. 3.15. Təbii və cari şüalanma fonlarınin təsviri 
Nəzarətin nəticəsi olaraq monitorun ekranında təbii və 
cari şüalanma fonları əks olunur (şək. 3.15). Cari şüalanma 
fonu təbii şüalanma fonundan böyük olduqda Radiasiyaya 
Nəzarət Kompleksində xəbərdarlıq siqnalı verilir. Elektron 
komponentlərin nasazlığı, elektrik enerjisinin itməsi, fiziki 
müdaxilə, elektron səs maneəsi və ya kosmik radiasiya yalan 
işləmələrə gətirib çıxarır. nəticəsində yaranır. Qanuni 
xəbərdarlıq siqnalları radioaktiv materialın ehtiyat-sız hərəkət 
etdirilməsi və ya qeyri-qanuni keçirilməsi səbəbindən irəli gəlir 
və radioaktivliyin həqiqi artımına səbəb olur.

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin