Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə23/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
09.09.13 ispravl

 
Şək. 3.4.
 
RNQ-001 qurğusu
 
 
Cari şüalanmanın qiyməti fon şüalanmasının hüdud qiy-
mətindən, yəni 30mkR/saatdan böyük olduqda qurğuda səs 
xəbər-darlıq siqnalı nəzərdə tutulmuşdur. Qurğunun bütün 
blokları tam özünə nəzarət sistemi ilə təmin olunmuşdur. 
Qurğu aşağıda göstərilən iqlim şəraitində istismar olunur: 
- ətraf mühitin temperaturu (-10) ÷ (+50)

C; 
- ətraf mühitin nisbi rütubəti +25

C-də 80%. 
 


62 
Qurğunun quruluĢu və iĢ prinsipi 
 
Radiasiya nəzarət qurğusunun struktur sxeminin tərkibinə 
aşağıdakı bloklar daxildir.
-radioaktiv şüalanmanı elektrik impulsuna çevirən 4 ədəd 
detektor bloku; 
-qurğunun bütün işinə nəzarət edən mikrokontrollerli 
lövhə; 
-mikrokontroller lövhəsində yerləşən, şüalanmanın hüdud 
qiymətini daxil etməyə imkan verən 3x4 klaviaturası; 
-mikrokontroller lövhəsində yerləşən, qurğu ilə mərkəzi 
nəzarət kompüteri arasında əlaqə saxlamaq üçün TTl səviyyəli 
siqnalı RS-232 səviyyəsinə çevirən MAX 232 çeviricisi; 
-yükün hərəkəti zamanı qurğunu növbətçi rejimdən nəzarət 
ölçü reciminə keçirən infraqırmızı ötürücü və qəbuledici 
bloklar;
-220V şəbəkə qida gərginliyini +5V və +12V sabit 
cərəyana çevirən qida blokları. 
Radiasiya nəzarət qurğusu aşağıdakı funksiyaları yerinə 
yetirir: 
-yükün ölçü zonasına daxil olduğu zaman qurğunun qoşul-
ması; 
-dörd detektor blokundan gələn siqnalları cəmləşdirərək 
bir saniyə ərzində gələn cari siqnalların sayını tabloya çıxarmaq; 
-klaviaturanın düymələri vasitəsilə fon şüalanmasının 
hüdud qiymətinin verilməsi
-ölçülən cari şüalanmanın qiymətinin verilmiş fon şüalan-
masının hüdud qiyməti ilə müqayisəsi və bu hüdudu aşdıqda səs 
vericisi vasitəsilə işçi personalı xəbərdar etməsi; 
-verilmiş fon şüalanmasının hüdud qiymətinin və cari 
şüalanmanın qiymətinin mərkəzi nəzarət kompüterinə 
ötürülməsi; 
-mərkəzi 
nəzarət kompüterində cari şüalanmanın 
qiymətinin monitora qrafik şəklində çıxarılması və onun fon 


63 
şüalanmasının hüdud qiymətini üstələdikdə səs siqnalı verməklə 
jari şüalanmanın qiymətinin tarix və vaxtını yazmaqla cədvəldə 
arxivləşdirilməsi.
Gözləmə rejimində yük radiasiya nəzarət qurğusunun 
arasından keçdikdə qurğunun müxtəlif şkaflarında yerləşdirilmiş 
infraqırmızı ötürüjü və qəbuledici blokları ötürülən şüanı 
kəsdikdə, İQ qəbuledici blok qida blokunu tam qüvvəsi ilə işə 
salır və +5V və +12V gərginliyi idarəedici mikrokontroller 
blokuna verir və onu işə salır. Mikrokontroller qoşulması 
haqqında işçi personala səs vasitəsilə xəbərdarlıq edir və 
indikatorlarda fon şüalanmasının hüdud qiyməti indikasiya 
olunur və eyni zamanda onun qiyməti mərkəzi nəzarət 
kompüterinə ötürülür. 
Qurğunun radiasiyaya həssas olan detektor bloku 
sintilyasiya prinsipi əsasında qurulmuşdur. Detektor bloku üç 
hissədən iba-rətdir.
1. Tl ilə aktivləşmiş NaI duzu-radioaktiv şüalanmanın 
təsiri altında işıq parıltıları yaradan sintilyasiya edən maddədən; 
2. İşıq parıltılarını gücləndirərək elektrik siqnallarına 
çevirən fotogücləndirijidən; 
3. Fotogücləndiricinin normal işini təmin edən +12V 
gərginliyi 1200V-a çevirən yüksək gərginlik çeviricisindən.
Yüklü zərrəciklərin intensivliyinə uyğun olaraq detektor 
blokunun çıxışında elektrik impulsları əmələ gəlir. 
Yükün hərəkət istiqamətinin hər iki tərəfində yerləşən hər 
bir şkafda müxtəlif səviyyələrdə iki detektor bloku quraşdırılıb. 
Bu dörd detektorlardan gələn siqnallar mikrokontrollerdə bir 
saniyə ərzində sayılaraq cəmləşdirilir, indikasiyaya verilir və 
eyni zaman-da çevirici vasitəsilə jari şüalanmanın qiyməti 
mərkəzi kompüterə ötürülür.
Klaviatura vasitəsilə fon şüalanmasının hüdud qiyməti 
dəyiş-dirilə bilər.

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin