64
Qurğunun konstruksiyası
Qurğunun konstruksiyası «Rapiscan» firmasının SVS-232
yük rentgen keçidi ilə birgə işləmək üçün nəzərdə tutulmuşdur.
Qurğu iki şkafdan ibarət olub, iki boru vasitəsilə birləşdirilərək
keçid əmələ gətirir (şək. 3.5).
Qurğunun qabarit ölçüləri 1940x1880x340mm-dir.
Şkaflar 2mm qalınlıqlı əyilmiş dəmir təbəqədən və
25x25mm dəmir kvadrat profildən hazırlanmışdır.
Qurğunun şkafları SVS-232 yük rentgen keçidinin
transpor-terinin
hündürlüyünə
uyğun
olaraq
367mm
hündürlüklü boru da-yaqlar üzərində qurulmuşdur. Dayaqlar
düpellər vasitəsilə döşə-məyə bərkidilir.
Şək.3.5
Qurğunun
prinsipial elektrik
sxemi
Şkafın hər birində müxtəlif səviyyələrdə iki detektor
bloku yerləşdirilmişdir (şək. 3.6). Şkafın keçid tərəfindəki
daxili divarı radioaktiv şüaların maneəsiz keçməsi məqsədilə
65
üzünə plastik çəkilmiş diktdən hazırlanmışdır. Qurğu, şkafın
daxilinə girişi asanlaşdırmaq üçün onun kənar divarı boyu dörd
vint vasitəsi ilə bağlanılan örtüklə təmin edilmişdir.
Şkafın birində yalnız iki detektor bloku və yük keçən
zaman qurğunun qoşulması üçün infraqırmızı ötürücü sxem
yerləş-dirilmişdir.
Əsas şkafda isə iki detektor bloku ilə yanaşı qurğunu
qidalandıran
+12V
və
+5V-luq
qida
blokları,
mikrokontrollerlərin ölçü və idarəetmə sxemi, dörd rəqəmli
göstərici tablo, idarəetmə düymələri və yük keçən zaman
qurğunun qoşulması üçün infra-qırmızı ötürücü sxem
yerləşdirilmişdir.
220V qida gərginliyinin girişi və həmçinin qurğunun
mərkəzi nəzarət məntəqəsi ilə əlaqəsi üçün çıxışı da bu şkafda
yerləşdirilmişdir.
DB1- DB4 detektorlar bloku radioaktiv maddələrin ionlaş-
dırıjı şüalanmasını TTL səviyyəli impulslara çevirir.
İonlaşdırıcı
şüalanmanın
inten-sivliyinə
uyğun
olaraq
impulsların sayı düz mütənasib olaraq artır. Detektor blokları
XS1-XS4 ayırıcıları vasitəsi ilə 12V qida gərginliyi alır və
impulsları A2 sxeminin DD1 «VƏ YA, YOX» məntiq
mikrosxeminə ötürür. DD1 mikrosxemi detektor bloklarından
gələn siqnalları cəmləşdirərək DD2 mikrokontrollerinin RC0-
portuna sayılmaq üçün ötürür (şək. 3.6).
DD2 mikrokontrolleri 4 MHs-lik ZQ1 kvarsı vasitəsi ilə
sinxronlaşdırılır. Mikrokontrollerin işi onun proqramı vasitəsi
ilə
tənzimlənir.
RC0
portundan
girən
siqnallar
mikrokontrollerin TMR1 sayğacında 1 saniyə ərzində sayılır,
detektorlar bloku dərəcələnmə əmsalına uyğun olaraq bölünür
və A2 tablosuna indikasiya üçün çıxarılır. Tablo kimi 4 ədəd
HG4 7 seqmentli yarımkeçirici işıq diod indikatoru istifadə
olunur. Tablonun indikasiyası dinamik şəkildə həyata keçirilir
(şək. 3.7).
66
Şək. 3.6. Qurğunun prinsipial elektrik sxemi
67
Şək. 3.7. İdarəedici panel
Mikrokontrollerin RA0-RA3 çıxış portları HG1-HG4
indi-katorlarının ümumi katodlarına VT9-VT12 gücləndirici
tranzis-torları vasitəsi ilə ardıcıl olaraq 60 Hs tezliklə
qoşulurlar. Mikro-kontrollerin RD0-RD7 çıxış portlarından
indikatorların
seqment-lərinin
VT1-VT8
gücləndirici
tranzistorları vasitəsi ilə hər bir indikatorun katodu qoşulan
zaman ona uyğun rəqəmin seqmentləri qoşulur. R12- R19
müqavimətləri
indikatorlardan
keçən
cərəyanı
məhdudlaşdırmaq üçün nəzərdə tutulmuşdur.
Təbii
radiasiya
fonunun
hüdud
qiymətini
mikrokontrollerin yaddaşına daxil etmək üçün qurğuda
klaviatura nəzərdə tutul-muşdur.
Mikrokontrollerin RB0-RB6 portlarına matris kimi (3
x 4) 12 düyməli klaviatura (A1) birləşdirilmişdir.
Mikrokontroller proqramm vasitəsi ilə ardıcıl olaraq bütün
qiymətləri sorğu edir. «
» düyməsi (şək.3.7) basılmaqla
68
mikrokontrollerə fon şüa-lanmasının yeni hüdud qiymətini
daxil etmək olur. Bu vaxt rəqəmlər yanıb – sönməyə başlayır.
«0 - 9» qiymətləri vasitəsilə yeni hüdud qiyməti daxil
edildikdən sonra «00» düyməsi basılaraq mikrokontrollerin
yaddaşına yazılır.
Ölçmə zamanı mikrokontrollerdə radiasiyanın cari
qiyməti fon şüalanmasının hüdud qiyməti ilə müqayisə edilir
və cari qiymət onu üstələdikdə mikrokontrollerin RA4 portu
vasitəsi ilə HA1 səs vericisi işə qoşularaq işçi personalı
radioaktiv yük haqqında xəbərdar edir.
Mikrokontroller vasitəsilə aparılan bütün dəyişikliklər və
ölçmələr RC6 və RC7 portları vasitəsilə personal kompüterlə
mü-badilə aparmaq üçün DD3 çevirici mikrosxeminə ötürülür.
Burada mikrokontrollerin TTL səviyyəli siqnalları RS-232
siqnalına çevrilərək mərkəzi kompüterin COM portuna, oradan
gələn
siq-nallar
isə
TTL
səviyyəsinə
çevrilərək
mikrokontrollerə ötürülür.
Qurğunun yük keçən vaxtı qoşulması üçün şkafın birində
infraqırmızı ötürücü, digərində isə fotoelektron qəbuledici –
qoşucu yerləşdirilmişdir. İnfraqırmızı fotoötürücü iki gözləyici
multivibrator əsasında qurulmuşdur. İki multivibrator DD1 və
DD2 dövrə üzrə birləşdirilərək generator əmələ gətirmişdir.
Generator 0,1 ms uzunluqlu və tezliyi 1,5 kHs olan impulslar
əmələ gətirir. Burada C1, R1 dövrəsi siqnalın uzunluğunu, C2,
R3 dövrəsi isə onun periodunu müəyyən edir. DD1 və DD2
mikrosxeminin
12-ci
ayağından
çıxan
siqnal
VT1
tranzistorunda gücləndirilərək VD1 infraqırmızı işıqdioduna
verilir. İşıqdiodunun infraqırmızı impulsları şkafda hazırlanmış
deşiklərdən yük keçən yerin aşağı hissəsini kəsərək
infraqırmızı fotoqəbulediciyə daxil olur.
VD1 fotoqəbuledicisinə düşən infraqırmızı impulslar
burada elektrik impulslarına çevrilərək və gücləndirilərək DD1
mikrokontrollerinə daxil olur. Mikrokontroller gələn siqnalları
69
daim izləyir. Siqnallar aramsız olaraq gəlirsə mikrokontrollerdə
heç bir dəyişiklik baş vermir.
Yük nəzarət üçün iki şkafın arasından keçəndə,
infraqırmızı şüalandırıcıdan gələn impulsların qabağını
kəsdikdə, DD1 mikrokontrollerə gələn impulsların ardıcıllığı
kəsilir. Bu vaxt mikrokontroller VT1 tranzistorunu açır və K1
relesini qoşur, o, da öz növbəsində K1.1. və K1.2. kontaktlarını
qapayır. K1.1. kontaktları qurğunun ölçü sxeminə +5V
gərginliyi, K1.2. kontaktları isə detektor bloklarını +12V ilə
qidalandıran qida mənbəyi 220V şəbəkəsinə qoşur və qurğu
növbətçi rejimindən tam işçi rejimə keçir.
Yük keçdikdən sonra mikrokontrollerin GP5 girişinə
yeni-dən VD1 fotoelektron qapayıcıdan impulslar ardıcıllığı
daxil olmağa başlayır. Lakin növbəti gələn yükə kimi qurğunun
işində fasilə olmasın deyə mikrokontroller onu hər sonuncu
yükdən sonra 2 dəqiqə qoşulu saxlayır.
Qurğunu iki qida bloku qidalandırır. Bunlardan biri +5V
qida bloku kompensasiya tipli «Jakobs» firmasının qida bloku-
dur. Bu blok gözləmə rejimində yalnız fotoverici və fotoqə-
buledicini qidalandırır və yalnız yük keçdikdə +5V ölçü sxem-
lərini qidalandırır. +12V qida bloku «Jakobs» firmasının MEE-
1312 RS tipli impuls qida blokudur. Bu blok detektor bloklarını
qidalandırır və yalnız yük keçən zaman qoşulur. +5V-luq qida
bloku 1,0 A, +12V-luq qida bloku isə 2,5A cərəyan vermək
qabi-liyyətinə malikdir.
Qurğu qoşulan ilk anda və ya fon şüalanmasının hüdud
qiyməti dəyişdirilən zaman bu haqda informasiya həm də
mərkəzi nəzarət kompüterinə verilir.
Mərkəzi nəzarət kompüterində fon şüalanmasının hüdud
qiyməti və cari şüalanmanın qiyməti zamandan asılı olaraq
sürü-şən qrafik şəklində əks olunur (şək. 3.8).
Cari şüalanmanın qiyməti fon şüalanmasının hüdud qiy-
mətindən artıq olduğu halda qrafikin buna uyğun hissəsi
qırmızı rəngdə göstərilir və onun qiyməti, vaxtı və tarixi
70
yazılmaqla qrafikin üstündəki cədvəldə əks olunur və eyni
zamanda kom-püterin yaddaşına yazılır.
Şək. 3.8. Fon və cari şüalanmanın monitorda qrafik təsviri
Dostları ilə paylaş: |