213
Obliqat toksiki, yəni birincili olaraq dərini güclü zədələyən maddələrin bir dəfə ek-
zogen təsiri zamanı normal hissiyyatlı dəridə kəskin toksiki kontakt dermatiti inkişaf
edə bilər. Dərini zəif qıcıqlandıran çoxsaylı ekzogen təsir zamanı və dəridə onlara qarşı
meyllik olduqda kumulyativ-toksiki ekzema baş verə bilər. Hər iki halda dərinin
iltihabi
dəyişiklikləri və epidermisin klinik olaraq sıx cəlb olunması ilə səciyyələnir, bu zaman
birincili allergik proseslər patogenetik baxımdan əhəmiyyət kəsb etmirlər.
Dostları ilə paylaş: