237
pulaların əmələ gəlməsi ilə bərabər) inkişaf edir. Klinik olaraq gilənar böyüklüyündə,
özündən sonra çapıqlar qoyan iri vulqar ziyillər aşkar edilir.
Differensial diaqnoz
Verrusiformalı epidermodisplaziya – yalnız açıq sahələr zədələnir, autosom-resessiv
tip üzrə irsən ötürülür. Klinik olaraq ziyil-papulalar, sarı-qəhvəyi rəngli lövhələr aşkar
edilir. Xəstələrin yaşı 25-dən yuxarıdır.
Papillomalar - sürətlə böyümə, ağrılı olması səciyyəvidir, xoralaşır və
bəzən epiteli-
omalara çevrilirlər.
Sağıcıların düyüncükləri – sağıcılarda, zootexniklərdə, baytar həkimlərdə inək çiçəyi
ilə yoluxmuş xəstə inəklərlə kontakt zamanı baş verir. Lokalizasiya – barmaqlar, əllərin
arxa səthi, ovuclar, mil-bilək oynağı, said. Klinik olaraq noxud böyüklüyündə mərkəzi
batmış, ağrısız, dairəvi bərk papulalar müəyyən olunur, 1-2 aydan sonra öz-özünə itirlər.
Peşə kandidozu – qənnadı, tərəvəz anbarlarının işçilərində (yetişmiş tərəvəz və mey-
vələr, dəriyə alma, limon və süd turşusunun təsiri) əl barmaqlarının arasında inkişaf edir.
Düzgün diaqnozun qoyulması meyarları
1. Müəyyən istehsalat amili ilə əlaqənin təyin edilməsi.
2. Bədənin açıq sahələrində lokalizasiyası.
3. Güman edilən qıcıqlandırıcılarla müsbət dəri sınaqları.
4. Eyni şəraitdə işləyən fəhlələr arasında oxşar xəstəliyin olması.
Müalicə
Peşə dermatozlarının müalicəsi analoji dəri xəstəliklərinin müalicəsindən fərqlənmir.
Profilaktika
1. Dərinin zərərli maddələrdən qorunması.
2. İstehsalatın
mexanikləşdirilməsi, avtomatlaşdırılması, hermetikliyi.
3. Havalandırmanın sanitar-texniki şərtləri, xüsusi geyim, su çanaqları, duşlar və s.
4. Sanitar-maarifləndirmə işi.
5. Qoruyucu vasitələrin (işdən əvvəl dəri
sahələrinə çəkilən məlhəmlər, pasta,
kremlər) tətbiq olunması:
•
sulu məhlullarla təmas zamanı silikon kremindən istifadə edilir ki, o, əlləri su-
yun
zərərli təsirindən qoruyur;
•
üzvi maddələrlə təmas zamanı bioloji əlcəklər və ya kazein məhlulundan (spirt-
də həll olunmuş kazein)
istifadə edilir;
•
epoksid kleyi, qatranla təmas zamanı onları kənar etmək üçün 960 spirt işlədilir.
6. Fəhlələrin peşə seçimi dəri sınaqlarının aparılması ilə həyata keçirilməlidir.
Əgər zərərli maddəni əvəz etmək, texniki prosesi mexanikləşdirmək mümkün deyilsə
və qoruyucu vasitələr
kömək etmirsə, onda peşə seçimi aparılır. Bu məqsədlə işə qəbul
edilən şəxsə istehsalat qıcıqlandırıcıları ilə dəri sınaqları qoyurlar. Əgər dəri sınağı mən-
fidirsə, fəhlə bu istehsalat sahəsinə işə qəbul edilir.