Uşaqlarda ekzemanın klinik xüsusiyyətləri Erkən yaşlı uşaqların ekzemasının klinik şəklinin və gedişinin bəzi spesifik xüsusiy-
yətləri vardır. Uşaqların 72%-də dəridə ilk səpgilər həyatının ilk 6 ayında meydana çıxır.
1-2 yaşa qədər uşaqlarda ekzema adətən ekssudativ diatezlə bağlıdır və su vermə, nəm-
lənmə ilə müşayiət olunur. Çox vaxt yanaqlar və alın zədələnir (ekzemanın həqiqi for-
ması), sonra proses başın tüklü hissəsini və üzün hamısını zədələyir. Dəri diffuz şəkildə
qızarır, ödemləşir, onun üzərində əmələ gələn xırda qovuqcuqlar sürtətlə deşilir, yerində
eroziv yaralar qalır. Proses çox vaxt 3-6 aylığında inkişaf edir. Burun və burun-dodaq
üçbucağı adətən zədələnmir. Uşaqlarda geniş, buynuz qatı olmayan sulanan səthlər aş-
kar edilir. Proses başın dərisindən dəri örtüyünün digər sahələrinə yayılmağa meyllidir.
Daimi xarakterli güclü (biopsiya edici) qaşınma uşağı sutkalar ərzində narahat edir
(çox vaxt ekzema həzm orqanlarının xəstəlikləri ilə birgə rast gəldikdə).
Uşaqlar yuxunun pozulmasından şikayətlənirlər və müayinə zamanı xarakterik xa-
rici görünüşə malik olurlar: dərinin pastoz olması və solğun (solğun-çəhrayı) rəngə
çalması, kövşək, lakin elastik olmayan piy toxumasının artması nəzərə çarpır. Uşaqlarda
yumşaq toxumaların turqoru aşağı düşmüşdür.
Uşaqlarda çox vaxt ekzemanın seboreya (67% hallarda), impetiqinoz (56% hallar-
da), mikrob (49% hallarda) və pruriginoz (23% hallarda) formaları aşkar edilir. Əsasən
ekzema sahələrinə piogen infeksiya qoşulduqda impetiginoz pustulalar və ya folliku-
litlər əmələ gəlir, qartmaqlar laylanır, sarımtıl-yaşıl rəngdə olurlar, bəzən limfadenit
qoşulur, az hallarda bədən temperaturu yüksəlir.
Kiçik yaşlı uşaqlarda sağrı nahiyəsinin impetiginoz ekzeması müşahidə edilir (uşaq-
ların natəmiz saxlanması, ishal). Böyük yaşlı uşaqlarda (5 yaşdan 14 yaşa qədər) bəzən
ekzemanın disseminasiyalı əlamətləri ilə birgə zədələnmə ocaqlarının gövdənin dərisin-
də, az hallarda üzdə və daha nadir hallarda ətraflarda lokalizasiyası müşahidə olunur.
Ocaqlar, bir qayda olaraq oval, qeyri-düzgün formalı, ləkələr və ya infiltrasiyalı lövhə-
ciklər şəklindədir. Qaşınma daima 1 sutka ərzində müşahidə olunur.
Histoloji dəyişikliklər: ekzemanın kəskin hallarında ekssudasiya əlamətləri, xronik
forma üçün proliferasiya səciyyəvidir. Epidermis və dermada ödem, xüsusilə də epi-
dermisin tikanlı qatında, nəzərə çarpır. Onun daxilində hüceyrəarası ödem hüceyrələri
aralayır və müxtəlif ölçülü boşluqlar əmələ gətirir. Malpigi qatında bəzən infiltrat hücey-
rələri aşkar edilir ki, bu da mikroabseslərin formalaşması təəssüratını yaradır. Xronik
ekzema zamanı epidermisdə akantoz və bəzən parakeratoz müşahidə olunur.
Qan və limfa damarları genişlənmişdir, bəzi qan damarları eritrositlərlə dolmuşdur.
Dermada kollagen lifləri arasında, damarlar boyunca və dəri artımlarının ətrafında diffuz
şəkildə infiltrat yerləşir. Kəskin ekzema zamanı infiltrat polimorfnüvəli leykositlərdən
ibarətdir, xronik ekzema zamanı isə infiltratda limfositlər və fibroblastlar üstünlük təşkil
edir, bəzən polimorfnüvəli leykositlər rast gəlir. Məməcikli qatda elastik torlar parçalan-
ma vəziyyətində olur: rast gələn sinir liflərinin dəstələri ödemlidir.