45
ləşməsini (oksidləşməsini) törədir.
Qələvi fosfataza bakteriostatik təsirə malik olmaqla bakteriyaların DNT-nin struktu-
runu dağıdır. Beləliklə, neytrofillər hələ faqositoza qədər bakteriyaların ölümünü törə-
dir ki, bu da onların litik təsirinin ikinci mərhələsi sayılır. Bakteriyalar və digər mik-
roorqanizmləri, toxumaların nekrozu məhsullarını faqositoza uğradaraq,
leykositlər
lizosomların vasitəsilə onları kiçikmolekullu maddələrə qədər hüceyrədaxili parçalayır
və beləliklə iltihab sahəsini təmizləyirlər. Bu başa çatmış faqositoz adlanır. Əgər neyt-
rofil leykositlərin funksional çatmamazlığı varsa, mikroorqanizm leykositin daxilində
qala və hətta çoxala bilər (başa çatmamış faqositoz). Bu, məsələn, uşaqların xronik qra-
nulematoz xəstəliyində –irsi pozğunluqlar zamanı müşahidə edilir, bu zaman neytrofil
leykositlər və monositlər mikroorqanizmləri udurlar, lakin katalaza fermenti olan mik-
roorqanizmləri öldürə bilmirlər, belə ki, həmin mikroblar üçün öldürücü olan oksigenin
aktiv metabolitlərini hasil etmək qabiliyyətini itirirlər. Beləliklə, bu misaldan göründüyü
kimi, neytrofillərin faqositar bakterioloji və bakterisid funksiyası bir-birilə sıx bağlıdır.
Leykositlərin iltihab prosesində rolu o qədər yüksəkdir ki, bir çox müəlliflər müstəqil
leykositar mərhələni ayırd edirlər (Mayanskiy A.D., 1991).
Bakterisid maddələrlə yanaşı, neytrofil leykositlər immun reaksiyaların bir sıra
mediatorlarını hasil edərək iltihab prosesinə get-gedə yeni hüceyrələr cəlb edirlər. N.M.
Berejnoyun məlumatlarına əsasən (1989) neytrofillər aşağıdakı amilləri hasil edirlər:
B-limfositlərin diferensiasiyasını ingibisiya edən, timositlərin proliferasiyasını güclən-
dirən, T-helperlərin, T-supressorların funksiyasını, eozinofillərin xemotaksis amilini in-
gibisiya edən və s.
Anafiaktik reaksiyalar zamanı, allergiyaların digər növlərində dəriyə eozinofil ley-
kositlər miqrasiya edə bilər. Bu hüceyrələr antigen-əkscisim kompleksinin eliminasiya-
sında iştirak edirlər. Onların sayı dərinin parazitar xəstəliklərində də həmçinin artır. Bu
zaman onların rolu parazitlərin hüceyrələrinin membranına düzülən spesifik zülalların
xaric edilməsindən ibarətdir. Bu, transmembran məsamələrin yaranmasına və parazitin
hüceyrələrinin osmotik zədələnməsinə gətirib çıxarır. Eyni vaxtda eozinofil leykositlərin
sekresiyası məhsulları hüceyrələrin DNT-ni zədələyir.
Neytrofil leykositlərin aktiv təsiri altında qanın monositləri damar divarından dia-
pedezə uğrayır və makrofaqlara transformasiya edirlər. Bu transformasiya hüceyrələ-
rin ölçülərinin böyüməsi, psevdopodiyaların əmələ gəlməsi, sitoplazmada lizosomların
toplanması ilə təzahür edir. Bunlar hematogen makrofaqlar adlanırlar. Lakin floqogen
madələrin və neytrofillərin mediatorlarının təsiri altında
birləşdirici toxumada olan
makrofaqlar (histiogen makrofaqlar) da iltihab ocağına doğru hərəkət edirlər. İltihab re-
aksiyasının leykositar mərhələsi makrofaq mərhələsi ilə əvəz olunur. O, zaman etibarilə
leykositar mərəhələdən bir qədər gec baş verir və bir neçə gündən sonra maksimuma
çatır. Fəallaşmış makrofaqlarda da həmçinin respirator partlayış nəzərə çarpır. Bütün
faqositlərdə respirator partlayışın mexanizmi oxşardır: oksigenin mobilizasiyası hücey-
rələrin membranlarında NADFN-oksidaza ferment kompleksinin fəallaşmasından sonra
başlayır (O-2 superoksidanionun əmələ gəlməsi ilə) ki, o da sinqlet oksigenə, hidrooksil
radikal ON- transformasiya edir.
Monokinlər adlanan makrofqların mediatorları iltihab reaksiyasında çox mü-
hüm rol oynayır. Onlar iltihab ocağında (lazım gəldikdə) qanın özək hüceyrələrindən
46
diferensiasiyasının güclənməsi yolu ilə neytrofil leykositlərin miqdarının saxlanmasını
təmin edirlər, T- və B-limfositləri fəallaşdırır və onların qarşılıqlı əlaqəsində iştirak edir-
lər. Makrofaqların mediatorları fibroblastların çoxalmasını stimulyasiya edir, onların hü-
ceyrəarası maddəni sintez etməsiini tənzimləyir, yəni iltihab ocağında bərpa proseslərini
gücləndirirlər. Makrofaqların ən mühüm funksiyalarından biri nekrozlaşmış kütlələri
udması və gələcək reparasiya zonasının (o cümlədən ölmüş leykositlərdən) təmizlənmə-
sidir.
Neytrofil leykositlər və makrofaqlar xüsusilə iltihabın
erkən mərhələlərində ilti-
hab infiltratlarının əsas hüceyrələri sayılırlar. Onlardan başqa, infiltratın tərkibinə T və
B-limfositlər, plazmositlər, toxuma bazofilləri daxildir, qranulematoz iltihab zamanı isə
yad cisimlərin nəhəng hüceyrələri və ya Lanqxans-Piroqov tipli hüceyrələr aşkar edilə
bilər.
T və B-limfositlər infiltratda makrofaqlarla təqribən eyni vaxtda meydana çıxırlar.
Onların rolu iltihab prosesinin tənzimlənməsindən və regenerasiyadan ibarətdir. Bun-
dan başqa, immun iltihab zamanı bu hüceyrələr infiltratın əsas hüceyrələri ola bilərlər.
Bu zaman B-limfositlər plazmositlərə çevrilərək, spesifik əkscisimlər, T-limfositlər isə
böyük miqdarda mediatorlar – lmfokinlər sekresiya edirlər ki, onlar dərinin öz hücey-
rələrinin dağılmasında iştirak edirlər. Xüsusən sifilis, qasıq qranuleması, rinoskleroma,
dərin mikozlar, xronik follikulitlər zamanı zədələnmiş dəridə plazmositlər çoxlu sayda
toplanırlar.
Bərpa prosesində toxuma bazofillərinin (tosqun hücerələrin) rolu böyükdür, onlar
iltihab proseinin müxtəlif mərhələlərində iltihab reaksiyasının iştirakçıları kimi çıxış
edirlər. Alterasiya mərhələsində bu hüceyrələr sürətlə deqranulyasiya edərək vazoaktiv
maddələr olan histamin, serotonin, heparin hasil edirlər ki, bununla damar divarını hü-
ceyrələrin miqrasiya proseslərinə və mikrodamarlardan qanın maye hissəsinin çıxması-
na hazırlayırlar (ödem). Ekssudasiya mərhələsində göstərilən mediatorların təsiri davam
edir və bununla damar divarının keçiriciliyinin artması təmin olunur. Toxuma bazofilləri
makrofaqlar və digər immunsəllahiyyətli hüceyrələrlə qarşılıqlı əlaqədə olurlar (onların
aktivliyini tənzimləyərək). Makrofaqlar öz növbəsində toxuma bazofillərinin qranulala-
rını faqositoza uğradırlar. Tosqun hüceyrələr proliferasiya proseslərinin stimulyasiya-
sında da böyük rol oynayırlar. Belə ki, onlar epitelinin, fibroblastların, epidermisin və
onun törəmələrinin hüceyrələrinin artıb-çoxalmasını stimulyasiya edir.
Dostları ilə paylaş: