47
başlayir. İltihab ocağının ya qalin kollagen liflərlə məhdudlaşması,ya da onun yenidən
yaranmış çox vaxt çapıq tipli hüceyrəarası maddə ilə əvəz olunmasi baş verir. Vaxt keç-
dikcə iltihab ocağinda yalnız tədricən fibrositlərə çevrilən fibroblastlar qalır.
Dərinin iltihabi proseslərində çox zaman epidermis prosesə cəlb olunmuş olur. Epi-
dermisdə proliferativ proseslərin aktivləşməsi akantoz və papillomatoza gətirib çıxarır
ki, bu da neyrodermit, xroniki ekzema və s.də təsadüf olunur.
Dəridə müxtəlif iltihabi proseslər zamanı hər bir komponentin ifadə dərəcəsi müxtə-
lif ola bilər ki, bu da orqanizmin reaktivliyi və floqogen agentlə müəyyən olunur. Belə ki,
Şək.4.8.
Epidermal proliferativ vahidin
əmələ gəlməsinin sxemi
A. Y.F.Kotovskiyə görə (1999): 1 –bazal qat; 2 – tikanlı qat; 3- dənəli qat; 4- parıltılı qat; 5 –
buynuz qat; 6 – bazal
membran; 7 – keratinosit; 7a-mitoz; 8-keratin filamentlər; 9 –desmosom; 10-daxili epidermal makrofaq (Langerhans
hceyrələri); 11 – Birbek qranulları; 12 – keratinosomlar; 13 – keratolinin qatı; 14 – hüceyrələr arası
sement əmələ
.gəlməsi; 15 - hüceyrələr arası sement; 16 – korneosit (buynuz pulcuğu); 17 – tökülən buynuz pulcuqları
B.B.Alberts və həmmüəlliflərə görə (1987): 1- bazal keratinosit: 2 – tikanlı keratinosit; 3 – dənəli keratinosit; 4 –
.buynuz pulcuqları; 5 –epidermisin səthindən qopan buynyz pulcuqları
C. S.Pottenə görə (1974): 1 –
bazal membran; 2 – “hamar” keratinositlər; 3 – “dişli” keratinositlər; 4 – Langerhans
.hüceyrələri; epidermisin 5 - tikanlı, 6 – dənəli, 7 – buynuz qatı; 8-skvasomlar
48
dəriyə kimyəvi maddələrin, toksinlərin, bakteriyaların təsiri zamanı, təcili hiperhəssaslıq
tipində alterativ proseslər üstünlük təşkil edir. Onlar da öz növbəsində birləşdirici toxu-
manın fibrinoid dəyişiklikləri ilə müşayiət oluna bilər (allergik vaskulitlərdə, revmatoid
düyünlərdə,qırmızı qurdeşənəyində və s.)
Alterativ proseslər dəri damarlarında trombların əmələ gəlməsi zamanı daha bariz
görünür ki, bu da xüsusi ilə nekrotik dəyişikliklərlə gedən (Ruiterin allergik vaskuliti,-
Verter-Dümlinqin düyünlü nekrotik vaskuliti) vaskulitlərdə müşahidə olunur.
Dəri iltihabında eksudativ komponentin üstünlüyü mikrosirkulyator dövranın kəs-
kin reaksiyasında rast gəlinir. Eksudatın xarakteri mediatorların miqdarından, onların
təsir intensivliyindən, hüceyrələrin müvafiq reseptorlarının mediatorlara həssaslığından,
həmçinin mikrodamarların divarının zədələnmə dərəcəsindən asılıdır.
Dostları ilə paylaş: