Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə408/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   404   405   406   407   408   409   410   411   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №66
1. Həqiqi pemfiqus, vegetasiya edən.
2. Akantolitik hüceyrələri aşkar etmək üçün yaxmalar-izlər, hüceyrəarası sahələrdə fiksə 
olunmuş IgG təyin etmək üçün düz immunflüoressensiya.
3. Stivens-Conson sindromu, Layella sindromu, xronik xoşxassəli Heyli-Heyli pemfiqu-
su, pemfiqoid.
4. Prednizolon sutkada 80 mq-a qədər; yerli – simptomatik müalicə.
 Məsələ №67
1. İnfiltrativ-irinləyən trixofitiya.
2. Göbələklərə görə laborator müayinə (tükün içərisində göbələyin aşkar edilməsi), la-
zım gələrsə bakterioloji müayinə.
3. Xəstənin hospitalizasiyası, infiltrativ-irinləyən trixofitiya halı aşkar edildikdə baytar-
lıq xidmətlərinə məlumat verilməsi.
Məsələ №68
1.Qasıq epidermofitiyası, kəskinləşmə mərhələsi.
2. Bakterioloji müayinə (qidalı mühitlərə əkilməsi); Vud lampasının altında müayinə.
3. Daxilə histaminəlyehinə preparatlar (pipolfen, fenkorol və ya suprastin və s.), yerli – 
anilin boyalarının məhluları (iltihab əlamətlərini azaltmaq üçün); sonra göbələk əlyehinə 
kremlər, məhlullar, məlhəmlər (klotrimazol, kanesten, travokort, ekzoderil) 2-3 həftə 
ərzində, gündə 1-2 dəfə.
Məsələ №69
1. Vulqar pemfiqus (həqiqi, akantolitik).
2. Nikolski, Asbo-Xansen simptomu.
3. Akantolitik hüceyrələri aşkar etmək üçün eroziyanın dibindən yaxma-izlərin götürül-
məsi; histoloji müayinə; dolayı immunflüoressensiya metodu.


517
 Məsələ №70
1.Vulqar pemfiqus.
2. Prednizolon 60 mq əzələdaxilinə, sonra 60 mq peroral – başlanğıc dozada. Ağız boşlu-
ğunun eroziyalarının epitelləşməsi üçün – çaytikanı və ya itburnu yağı; zərif qida.
Məsələ №71
1. Çoxformalı ekssudativ eritema.
2. Prednizolon sutkada 30-40 mq; dezintoksikasiya terapiyası (hemodez, reopoliqlü-
kin) 400 ml olmaqla venadaxilinə damcı ilə; ağız boşluğunun selikli qişasının KMnO4 
1:8000, 2%-li bor turşusunun məhlulu, çobanyastığı dəmləməsi ilə qarqara edilməsi
dodaqların qırmızı haşiyəsinə – kortikosteroid əlavə edilmiş eritromitsin və ya tetrasik-
lin məlhəmi.
 Məsələ №72
1. Məhdud xronik Vidal neyrodermiti, torpid, residivləşən gediş.
2. Hepatoprotetorlar (karsil, eykonol); essensiale; flüorlaşmış steroid məlhəmlərlə fono-
forez; naftalan linimenti.
Məsələ №73
1. Mədhud vulqar psoriaz, şiddətlənən forma, qış tipi, ilk dəfə aşkar edilmiş. Başın tüklü 
hissəsinin psoriazı.
2. Diaqoz aşağıdakıların əsasında qoyulmuşdur: prosesin yayılması dərəcəsinə, səciyyə-
vi klinik əlamətlərin, spesifik simptomlara, prosesin mərhələsinin və xəstəliyin gedişinin 
tipinə əsasən. 
Məsələ №74
1. Yayılmış vulqar psoriaz, şiddətlənmə mərhələsi, qış tipi, fasiləsiz residivləşən gediş.
2. Gümüşü-ağ pulcuqlarla örtülmüş papulyoz səpgilərin parlaq-qırmızı rəngi, eritema 
şəklində perferik böyümə yastığı təyin olunur və Kebner simptomu müsbətdir.
Məsələ №75
1. Yayılmış qırmızı yastı dəmrov, şiddətlənmə mərhələsi.
2. Poliqonal formalı papula, mərkəzi batmış və mumabənzər parıltılı; Uikhem, Kebner 
simptomları müsbətdir.
Məsələ №76
1. Məhdud qırmızı yastı dəmrov, şiddətlənmə mərhələsi.
2. Histaminəlyehinə və malyariyaəleyhinə preparatlar, hiposensibilizasiyaedici terapi-
ya; yerli – yüksək dərəcəli aktivliyə malik kortikosteriodlər.
Məsələ №77
1. Kontagioz molyusk.
2. Uşağı kollektivdən təcrid etmək, müalicə prosedurlarını aparmaq (elementlərin pinset 
vasitəsilə sıxılması, sonra yodun 5%-li spirti məhlulu ilə işlənməsi); vitamin terapiyası.


518

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin