VƏHY – Allahın bəzi peyğəmbərlərinə
nazil etdiyi buyuruqlardır. Quranda (4: 163)
deyilir ki, bəzi peyğəmbərlər vəhylər
almışdırlar. Bunun necə baş verdiyini ancaq
onlar bilirdilər. İslamın ilk mənbələrində bu
barədə ətraflı bilgilər yoxdur. Ancaq, ilahiyy-
atçılara görə Allah vəhyi peyğəmbərlərə ən
böyük mələklərindən biri Cəbrailin vasitəsi
ilə nazil etmişdir.
Hədislərdən belə nəticəyə gəlmək olar ki,
vəhylər Məhəmməd peyğəmbərə yuxuda və
ya mələk vasitəsi ilə nazil olmuşdur. Bəzən
də, Cəbrail onun hüzuruna insan görkəmində
gələrək ona vəhyləri çatdırırdı. Bəzən isə
269
VƏHY
Cəbrail öz görkəmində də gəlirdi, ancaq bu
durumda onu yalnız peyğəmbərin özü
görürdü. Rəvayətlərə görə Allah heç bir va-
sitəçi olmadan bir-başa peyğəmbərlə isra və
merac zamanı ünsiyyət qurmuşdur. Məhəm-
məd peyğəmbərə bütün vəhylər söz və
ifadələr şəklində və ya hər hansı bir obraz və
duyğularla endirilmişdir.
VƏQF – əqli sağlığı yerində olan,
yetkinlik yaşına çatmış müsəlmanların heç
bir mənfəət güdməyərək, xeyriyyə məqsədi
ilə müəyyən qurumlara bağışladığı pul və
ya maldır. Bu varlı müsəlmanların yerinə ye-
tirdikləri xeyriyyəçilik fəaliyyətləridir.
Bunun da tarixi Məhəmməd peyğəmbərin
dövründən başlayır. Rəvayətlərə görə o, tor-
paq və bağlarını imkansızlar üçün vəqfə
bağışlamışdır. Fəqihlər hesab edir ki,
Quranın
3: 92 ayəsində vəqfə işarə
edilmişdir. Fiqhə görə daşınmaz əmlakın
vəqf kimi verilməsindən öncə bu işin bütün
şərtləri müəyyən olmalı, müqavilələr bağlan-
malıdır. Vəqflər ictimai həyatın hər bir
sahəsində ola bilər. İmkansızlar üçün məs-
cidlər, məktəblər, bazarlar, dükanlar, hərbi və
tibbi obyektlər vəqf edilə bilər.
VƏLİ – dinin vacib və müstəhəb əməl-
lərini yerinə yetirən, haram və məkruhdan
çəkinən, Allah nəzdində yüksək məqama
yüksələn müsəlmandır. Bu sözün çoxluğu
“övliyadır” ki, onlara müsəlmanlar sayğı
göstərirlər.Vəliliyin ən yüksək zirvəsi fiqhi
buyruqların icrası ilə yanaşı mənəvi yetkin-
liyə çatmaqdır. Vəli həm də Quranın “Əl-
İmran” surəsinin 68-ci ayəsində anılan
Allahın adlarından biridir.
VƏLİD İBN MÜĞİRƏ – nüfuzlu
qureyşili, Məhəmməd peyğəmbərin əleyh-
darlarından biri olmuşdur. Məhəmməd
peyğəmbər məkkəliləri İslama dəvət etməyə
başlayan zaman onu bu fikirdən daşındır-
mağa çalışanların arasında Vəlid ibn Müğirə
də olmuşdur. Ancaq, bu cəhdlərin uğursu-
zluğunu görən Vəlid ona qarşı açıq ixtilafa
girmiş, onun peyğəmbər deyil, sehrbaz ol-
ması haqqında şaiyələr yaymışdır. Təf-
sirçilərə görə məhz buna görə Quranın 15:
90-94, 69: 40-42, 52: 29, 74: 11-30 ayələri
nazil olmuşdur. Vəlid 622-ci ildə 92 yaşında
Məkkədə ölmüşdür.
VƏSİ – fiqhdə ölmüş adamı təmsil edən,
onun vəsiyyətini yerinə yetirən əqli sağlığı
yerində, yetkin və azad insandır. Şiəlikdə
vəsi peyğəmbərin vəsiyyətini yerinə yetirənə
deyirlər. Belə ki, Məhəmməd peyğəmbərin
vəsisi Əli ibn Əbu Talib olmuşdur. İsna-əşəri
və digər şiə təriqətləri hesab edir ki, peyğəm-
bərlər Allahın nazil etdiyi gizli sirləri
seçilmiş vəsilərə, onlar da hüccətlərə ötür-
müşdürlər.
VƏSİL İBN ƏTA (80/699 – 127/748) –
müsəlman ilahiyyatçısı və kəlamçısı (I),
mütəzililiyin yaradıcılarından biri olmuş-
dur. Mədinədə doğulmuş, həyatının çox
hissəsini Bəsrə şəhərində keçirmişdir. Vəsil
Həsən Bəsri ilə tanış olmuş, onun elmindən
faydalanmışdır. Ancaq, böyük günah işləmiş
insanın durumunun necə olacağı məsələsində
onunla razılaşmayaraq öz davamçıları ilə bir-
likdə onun məktəbindən ayrılmış, mütəzili
məzhəbini yaratmışdır.
VƏSİLƏ – Allaha nəyinsə vasitəsi ilə
dua etmək, yardım diləmək, yaxınlaşmaq,
bununla da Onun rizasına nail olmaqdır.
Vəsilə bir-çox yollarla: elmi öyrənməklə, Al-
laha içdən gələn sevgi ilə, onun adlarını zikr
etməklə, şəriətə tabe olmaqla, başqa mömin
insanlara müraciət etməklə gerçəkləşir. Buna
dair Quran ayələri də vardır (5: 35, 17: 57).
Vəsilə, müsəlmanların bütün etdikləri əməl-
lər kimi şəriətə uyğun uyqulanır. Ancaq, bu
məsələdə ixtilaflar da vardır. Bəzi ilahiyy-
270
VƏQF
atçıların fikrincə ölmüş müqəddəslər vasitəçi
ola bilməzlər. Ona görə də, onların
məzarlarına ziyarət etmək doğru deyildir.
Başqaları isə bu iddia ilə razılaşmırlar.
VƏSİYYƏT – ölüm ayağında olan in-
sanın yaxınlarından reallaşmasını istədiyi
hər hansı bir buyuruq və ya tapşırıqdır.
Vəsiyyət edənin ölümündən sonra onun varı,
mülkü, əmlakı və pulu vəsiyyət etdiyi insan-
lara keçir. Mülkün bölünməsi, ölənin
borclarının ödənilməsi, gedə bilmədiyi həc-
cin yerinə yetirilməsi, dəfn xərclərinin
qarşılanmasından sonra yerinə yetirilir.
Vəsiyyətin qaydaları haqqında Quranda ayə
vardır (4: 11). Ayrıca, bu barədə çoxlu hədis-
lər də mövcuddur. Şəriətə görə nəyisə
vəsiyyət edən insan bunu şahidlərin yanında
aydın səslənən və anlaşılan sözlərlə və ya
yazılı etməlidir. Belə olarsa, onda vəsiyyət
qanunauyğun hesab edilir. Ölmüş adamın
yerinə zəkatın və ya kəffarənin verilməsi,
borcunun ödənilməsi, həccə gedilməsi üçün
edilmiş vəsiyyətlər vacibdir. Malın, mülkün
və pulun müəyyən qədərini yoxsulluq içində
yaşayan qohumlara, dostlara, yaxınlara, mək-
təblərə, elmi ocaqlara, xəstəxanalara vəsiyyət
edilməsi müstəhəb əməllərdən hesab edilir.
Günahkar, dinsiz, mədəniyyətsiz adamlara
nəyisə vəsiyyət etmək məkruhdur. Malı və
pulu şəriətlə qadağan olunmuş əməllərin
həyata keçirilməsi üçün vəsiyyət etmək
haramdır.
Vəsiyyətin çox hissəsi birbaşa varislərə
(oğula, qıza, arvada) çatmalıdır. Onun üçdə
bir hissəsindən artığını yad adamlara və ya
hər hansı bir qurumlara vəsiyyət etmək
olmaz. Vəsiyyət edənin buna hüququ və
sağlam düşüncəsi olmalıdır. Vəsiyyəti basqı
altında deyil, könüllü etməlidir. Vəsiyyət et-
diyi şey ona məxsus olmalıdır. Vəsiyyət edən
azad olmalı, çünki kölə heç nəyi vəsiyyət edə
bilməz. Qadına edilən vəsiyyət kişiyə
edilənin yarısı qədər olmalıdır. Oğula iki
qızın hissəsi qədər pay vəsiyyət edilə bilər.
VƏSVƏSƏ – dini məsələlərdə mütə-
madi olaraq şübhələrə düşməkdir. İlahiyy-
atçılara görə vəsvəsəni müsəlmanların canına
şeytan salır və təbii ki, onlar əsassızdır.
Bunun çarəsi kimi onlar Allaha sığınmağı
tövsiyə edirlər. Bu barədə Quranın “Nas”
surəsində ayələr vardır.
VƏZ – məscidlərdə din xadimlərinin
hansısa məsələnin örnəyini əsas tutaraq in-
sanları nəsihətlə doğru yola yönətmələridir.
Vəz edərkən onlar Quran ayələri oxuyur və
hədislərdən nümunələr gətirirlər. Vəzlər daha
çox Ramazan ayında, cümə və bayram gün-
lərində oxunur. Vəzi oxuyan vaiz adlanır.
VİCDAN – insanda haqqı haqsızlıqdan,
xeyri şərdən, yaxşını pisdən, ədaləti ədalət-
sizlikdən, mədəniyyəti mədəniyyətsizlikdən
ayıran təbii əxlaqi mexanizmdir. Bu da in-
sanın mənəvi və əxlaqi xüsusiyyətindən irəli
gəlir. Hər bir insanın təbiətində yaxşılığa,
doğruya, gözəlliyə, təmizliyə yönəlmələr
vardır. Ancaq bununla yanaşı, bu
yönəlmələrin qarşısını nəfs deyilən əks an-
layış alır. Bu barədə Quran əyələri də vardır
(91: 7-10). İlahiyyatçılara görə insan
təbiətində yaxşılığa yönəlmə və pisliklərdən
çəkinmə hissləri doğuşdan etibarən mövcud-
dur. Buna görə də, hər hansı bir iş görərkən
hər bir insan onun haqlı və ya yanlış
olduğunu ruhu ilə duyur. Çünki, ruhunun
ayrılmaz bir parçası olan vicdan bunu ona
bildirir. Ancaq, bir çox durumlarda günahkar
nəfs bu yüksək duyğuları üzə çıxarmağa
imkan vermir. İnsanın içində gedən bu daxili
savaş həyatı boyu davam edir. Yenə bəzi
ilahiyyatçılara görə insan ruhunun yüksək və
müsbət xüsusiyyətləri Allaha inanmaqla üzə
çıxır. İmansız ruh insanı pisliklərə sürükləyir.
Bu baxımdan demək olar ki, insan dində
271
VİCDAN
olduğu zaman onun vicdanı doğru istiqamətə
yönəlir. Bundan başqa ilahiyyatçılar iddia
edirlər ki, vicdan dini qanunlarla çərçivələn-
mir. Vicdanın qidası yalnız mənəviyyatdır.
Mənəviyyatı olmayan insanın vicdanı da
olmaz.
VİDA HƏCCİ – hicrətin onuncu ilinin
Zülhiccə ayında Məhəmməd peyğəmbərin
Məkkədən Mədinəyə hicrət etdikdən sonra
Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və
sonuncu həccidir. Məhəmməd peyğəmbər
cüməyə düşən bu ayın onuncu günündə min-
lərlə müsəlmanın qarşısında məşhur xüt-
bəsini
oxumuşdur. Peyğəmbər həcc
mərasiminin son qaydalarını bu həcc zamanı
yerinə yetirmişdir. Sonralar müsəlmanlar
həcci bu qaydalara uyğun icra etməyə
başlamışdırlar.
VİRD – müəyyən vaxtda Quran ayələri
və duaları oxumaq, Allahı zikr etməkdir.
Sufi təriqətlərinin zikrləri, eləcə də mənəvi
yolları belə adlanır.
VİTR – vacib olan işa namazından
sonra qılınan xüsusi bir namazıdır. Bəzi
məzhəblərdə bu namazın üçüncü rükətində
qunut duası oxunur. Vitr namazının qılınması
qaydaları Məhəmməd peyğəmbərin hədis-
lərində vardır. Vitr namazının rükətlərinin
sayı müxtəlif məzhəblərdə fərqlidir. Hənəfi
məzhəbində bu namaz 3 rükətdən ibarətdir.
Ancaq
Maliki, Şafii və Hənbəli
məzhəblərində rükətlərin sayı çoxdur. Hənəfi
məzhəbində vitr namazı fərz deyil, vacibdir.
Ona görə də, bu namazın qəzası (II) qılınmır.
Vitr camaatla deyil, tək olaraq qılınır. Yalnız
bəzi məzhəblərdə Ramazan ayında onun ca-
maatla qılınmasına yol verilir.
VÜZU – bax: DƏSTƏMAZ.
Y
YAQUB – kənanlıların peyğəmbər-
lərdən biri olmuşdur. Quranın 29: 27
ayəsində onun adı çəkilmişdir. Yaqub İshaq
peyğəmbərin oğlu idi. Onun başqa adı İsrail
olmuşdur. İsrail xalqı onun 12 oğlundan
törəmişdir.
Musa, Davud, Süleyman,
Zəkəriyyə, Yəhya, İsa kimi bir çox İsrail
peyğəmbərləri
Yaqubun soyundan
gəlməkdədir. Yaqub Şamda və ya Mədyəndə
doğulmuşdur. Atası İshaq vəfat etdikdən
sonra o, anasının təkidi ilə Hərrana get-
mişdir. O, orada qırx il yaşamış və əmisinə
qulluq etmişdir. Öncə o, əmisinin böyük qızı
Leyla ilə evlənmişdir. Bu evlilikdən onun
çoxlu uşaqları doğulmuşdur. Daha sonra o,
Leylanın bacısı Rəhilə ilə də evlənmişdir,
çünki o zaman İbrahim
peyğəmbərin
şəriətində iki bacı ilə eyni vaxtda evlənib-
yaşamaq qadağan olunmamışdır. Rəhilədən
onun Yusif və Binyamin adlı iki oğlu doğul-
muşdur. Yaqub peyğəmbərin həm də kəni-
zləri var idi və onlardan da onun övladları
olmuşdur. Allah Yaquba peyğəmbərlik
verdikdə o, ailələsi ilə Hərrandan Kənana
köçmüş və orada xalqı doğru yola dəvət et-
mişdir.
YƏCUC VƏ MƏCUC – yer üzündə
fəlakətlər törədən azğın qəbilələrdir. Onların
ortaya çıxması qiyamət
gününün
əlamətlərindən hesab edilir. Bu barədə
Quranın “Kəhf” (18) surəsinin 94-cü
ayəsində məlumat verilir. Bu qəbilələrin hər
ikisi yer üzündə fəlakətlər törətmişdirlər.
Buna görə Zülqərneyn onların qarşısını ala
bilən möhkəm bir divar tikmişdir. Ancaq,
qiyamət gününə yaxın onlar bu divarı aşaraq
bütün yer üzünə hücum edəcəkləri rəvayət
edilir. Rəvayətlərdə Yəcüc və Məcuc qə-
bilələrinın basqını İsanın ikinci gəlişindən
272
VİDA HƏCCİ
sonra baş verəcəkdir. Dəccal qalib gəldikdən
sonra İsa öz tərəfdarları ilə bu qəbilələrlə
savaşa başlayacaqdır. Ancaq, onlar bu qə-
bilələri məğlub edə bilməyəcəklər. O zaman
o, Allahdan yardım diləyəcək və Allah da
Yəcuc və Məcücü məhv edəcəkdir.
YƏHUDİLƏR – sami xalqlarından
biridir. Bu xalq Yaqubun böyük oğlu Yəhu-
danın adı ilə bağlıdır. Onları İsrail oğulları,
İsraillilər, İbranilər də adlandırırlar.
Yəhudilər Kənanda (müasir Fələstin və ona
yaxın yerlərdir) yaşamışdırlar. İsrailiyyata
görə Yusif peyğəmbərin dövründə yəhudilər
Misirə köçmüşdürlər. Onların peyğəmbəri
Musaya müqəddəs kitab Tövrat nazil olun-
muşdur. Hədislərə görə yəhudilər 71 qola
ayrılmışdırlar. Sonra Yuşa peyğəmbər bu
xalqı yenidən Kənana qaytarmışdır. Davud
və
Süleyman
peyğəmbərin dövründə
yəhudilər güclü dövlət qura bilmişdirlər.
Ancaq, sonra doğru yoldan sapdıqlarına və
günahlara batdıqlarına görə onlar Allahın
qəzəbinə gəlmiş, öncə assuriyalılara, sonra
isə babillilərə məğlub olmuşdurlar. Bu
hücumlar zamanı Qüds dağıdılmış, sağ qalan
yəhudilər isə Babilə sürgün edilmişdirlər.
Bu fəlakətdən sonra Tövratın yazlı
nüsxələri məhv edilmiş, beləliklə əsl Tövrat
Yəhudi xalqının hafizəsindən silinib get-
mişdir. Yalnız bəzi insanlar onun fraq-
mentlərini yadda saxlayıb gələcək nəsillərə
ötürmüşlər. 400 ildən sonra müqəddəs kitab
yenidən yığılmış, daha sonra isə Əhdi-Ətiqin
digər kitabları yazılmışdır.
Tövrat unudulduğundan Allah yəhudilərə
yeni peyğəmbərlər göndərmişdir. Ancaq, on-
ların çoxunu yəhudilər qəbul etməmişdirlər.
Onlar İsanı nə peyğəmbər, nə də Allahın ona
nazil etdiyi İncili qəbul etməmişdirlər. Buna
görə də, Allahın qəzəbinə gəlmiş yəhudiləri
Roma imperiyası iki dəfə darmadağın et-
mişdir. Bu hadisələrdən sonra onların bir
çoxu öldürülmüş, sağ qalanlar isə
ölkələrindən qovulmuşdurlar.
Roma imperiyasında Xristianlıq rəsmi
din olduqdan sonra yəhudilər xristianların
təqiblərinə məruz qalmışdırlar. Ərəbistanda
İslamın yayılmasından sonra yəhudilər
Məhəmmədin peyğəmbərliyini qəbul et-
məmişdirlər. Sonra onların müsəlmanlarla ix-
tilafı düşdüyünə görə Mədinədən və digər
ətraf bölgələrdən qovulmuşdurlar. Ancaq,
sonra Xilafətdə onların durumu yetərli qədər
yaxşılaşmış, onlar müsəlman ölkələrində
yaşayıb yaratmışdırlar. Yəhudilər özlərini
Tanrının seçilmiş xalqı hesab edirlər.
Günümüzdə də, onlar Musa peyğəmbəri so-
nuncu peyğəmbər hesab edərək ondan sonra
gələn peyğəmbərləri qəbul etmirlər. Müsəl-
man ilahiyyatçılarına görə onlar Allahın
mahiyyəti, eləcə də peyğəmbərlərin həyatı
məsələlərində yanlışlıqlara yol vermişdirlər.
Yəhudilər Allahın göndərdiyi digər müqəd-
dəs kitabları da inkar edirlər. Quranda
yəhudilər, eləcə də onların tarixi barəsində
çoxlu ayələr vardır. Müasir Yəhudilik bu
xalqın milli dini hesab edilir.
YƏHYA – İsrail oğullarına göndərilmiş
peyğəmbərlərdən biri olmuşdur. Zəkəriyyə
peyğəmbərin oğludur. Valideynlərinin uzun
müddət övladları olmamışdır. Təxminən yüz
yaşına çatmış Zəkəriyya peyğəmbər Allah-
dan bir uşaq diləmişdir (Quran, 3: 38).
Mələklər də ona Yəhyanın doğulacağı
müjdəsini vermişdirlər (Quran, 19: 7). Mən-
bələrə görə Yəhya İsa peyğəmbərlə eyni tar-
ixdə doğulmuşdur. O, kiçik yaşlarından
Allaha ibadət etmiş, Tövratı öyrənmiş, onu
təfsir edə bilmişdir. Yəhya gecə-gündüz
Qüdsdəki Məscidül-Əqsa məbədində və ya
tənhalıqda ibadətlərlə günlərini keçirmişdir.
Yetkinlik yaşına çatdıqda Allah ona peyğəm-
bərlik vermişdir. O, Musa peyğəmbərin
şəriəti ilə hökm vermiş, İsrail oğullarını
imana dəvət etmişdir. Sonra isə İsanın
peyğəmbərlik dövrü başlamışdır. Buna görə
273
YƏHYA
Yəhya, xalqı İsanın gətirdiyi yeni şəriətə tabe
olmağa çağırmışdır. Tövratın hökmlərini
əvəz etmiş İncilin əsasında hökmlər verməyə
başlamışdır. Ancaq yəhudilərin çoxu onun
dəvətini qəbul etməmişdir. Yəhudiyyə çarı
Hirod, öncə Yəhya ilə yaxşı davranmış, sonra
o, onun qardaşı qızı ilə evlənmək istəmişdir.
Bu evliliyi də Yəhya yəhudi qanununa zidd
olduğunu bəyan etmişdir. Buna görə o, qızın
anası Yəhya ilə düşmənçilik edib, onun edam
edilməsini tələb etmişdir. Hirod da onu edam
etdirmişdir. Yəhya peyğəmbər haqqında
Quranın 19: 13-15 ayələrində bəhs edilir.
YƏSƏVİ ƏHMƏD
– Bax.
YƏSƏVİLƏR.
YƏSƏVİLİK
–
tanınmış sufi
təriqətlərindən birinin ardıcıllarıdırlar. Bu
təriqətin adı türk soylu Əhməd Yəsəvi
(562/1166-cı ildə vəfat etmişdir) ilə bağlıdır.
O, tanınmış sufi Yusif Həmədaninin tələbəsi
olmuşdur. Yəsəvi Mərkəzi Asiyada türk el-
lərinin İslamı qəbul etməsində böyük səylər
göstərmişdir. Ənənəvi İslamla sufilərin
mənəvi yolu arasındakı qarşıdurmaları
aradan qaldırmağa çalışmışdır.
Əhməd Yəsəvi Türküstanda, Müasir
Qazaxstanın Çimkənt şəhərinin yaxınlığında
doğulmuş, təhsilini Buxarada almışdır. Onun
türk dilində hikmətli şeirlər toplusu olan “Di-
vani-Hikmət” əsəri günümüzə gəlib çat-
mışdır. Bundan başqa Əhməd Yəsəvinin bir
çox əsərləri də olmuşdur. O, çoxsaylı
tələbələr yetişdirmişdir. Onların arasında türk
soylu Süleyman Ata və Mənsur Ata kimi su-
filər də olmuşdurlar. İlk dövrlərdə Əhməd
Yəsəvinin təriqəti Mavərənnəhr və
Xarəzmdə, sonra isə Qafqaz, Anadolu və
Balkanlarda yayılmışdır. Bu təriqət Mərkəzi
Asiyada günümüzə qədər mövcuddur.
Yəsəvilər və nəqşibəndilər arasında çoxlu
bənzərliklər vardır. Yəsəvi mənəviyyat təli-
minində daha çox insanın öz nöqsanları və
nəfsi ilə mübarizə aparmaq ideyaları önəm
daşımışdır. Bunu edə bilən insan, zikrlərin
vasitəsi ilə saflaşıb nəfsindən qurtula bilər.
Yəsəvilər zikrləri uca səslə deyərlər
(cəhridir). Mənəvi inkişaf yolunda yəsəvilər
xəlvətə çəkilməyə də üstünlük verirlər.
Təriqətin müridləri şeyxin buyuruqlarını sual
vermədən yerinə yetirirlər.
YƏSRİB – bax: MƏDİNƏ.
YƏZİDİLİK – xaricilərdən ayrılmış
aşırı təriqətin ardıcıllarıdırlar.
Onun
yaradıcısı Yəzid ibn Anis olmuşdur. O,
Məhəmməd peyğəmbərin şəriətini ortadan
qaldıracaq bir peyğəmbərin yeni müqəddəs
kitabla gələcəyinə inanırdı. İslam ənənəsində
yəzidilər dindən çıxmış hesab edilirlər.
YUNUS – Allahın göndərdiyi peyğəm-
bərlərindən biri olmuşdur. Quranın 10-cu
surəsi onun adı ilə bağlıdır. Rəvayətlərə görə
Assuriyanın Neynəva şəhərində doğulmuş,
orada boya-başa çatmış, sonra Allahın adı ilə
öz xalqını doğru yola dəvət etmişdir. Onun
atası imanlı bir insan olmuşdur. O, Allaha
dua edərək Allahdan oğul övlad istəmişdir.
Allah onun dualarına səs verib, onu Yunusla
müjdələmişdir.
Yunus uzun illər boyu günahkar və büt-
pərəst xalqını inanca dəvət etməsinə baxma-
yaraq uğurlu nəticələr əldə edə bilməmişdir.
Sonda bu xalqın düz yola gəlməsinə inamını
itirmişdir. O, şəhər sakinlərini cəzalandırıla-
caqları ilə hədələmiş, sonra oranı tərk et-
mişdir. Ancaq, yolda olarkən Allahdan geriyə
dönüb xalqının arasında daha qırx gün qal-
maq və onları doğru yola dəvət etmək əmri
almışdır. Yunus da geri qayıdaraq dəvətini
davam etdirmiş, ancaq xalqı yenə də onu
inkar etmişdir. Buna görə də, onun dözümü
tükənmiş, buyurulan qırx günün bitməsinə üç
gün qalmış yenidən şəhərdən çıxmışdır. O,
getdikdən sonra göydə qara buludlar görsən-
274
YƏSƏVİ ƏHMƏD
mişdir. Bunu görən sakinlər cəzalandırıla-
caqlarını anlamışdırlar. Onlar Yunusun evinə
gedib onun peyğəmbərliyini tanıdıqlarını
bildirmək istədilər. Ancaq, onu tapa
bilmədiklərinə görə şəhərdə yaşamış başqa
bir inanclı insanın yanına getdilər. O isə on-
lara 2 gün ərzində tövbə etməsələr məhv ola-
caqları xəbərini vermişdir. Bunu eşidən
neynəvalılar bir təpənin başına yığışıb Allaha
yalvarıb tövbə etmiş, Yunus peyğəmbərə tabe
olacaqlarına söz vermişdirlər. Bundan sonra
Allah onların tövbələrini qəbul etmiş,
fəlakəti onlardan uzaqlaşdırmışdır. Qara bu-
ludlar şəhərin üstündən çəkilmişdir (Quran,
10: 98).
Yunus isə o zaman Dəclə çayının
sahilində bir gəmiyə minib, o yerlərdən uza-
qlaşmaq istəmişdir. Halbuki, Allah ona belə
bir göstəriş verməmişdir. Ancaq, çaydan açıq
dənizə çıxan gəmi gəmiçilərin cəhdlərinə
baxmayaraq suda durmuşdur. Onu hərəkətə
gətirmək mümkün olmamışdır. Onda xəbər
yayılmışdır ki, gəmidə qaçaq kölə var. Yunus
da qaçaq kölə olduğunu etiraf etdiyinə görə
atılan püşkün ona düşməsi səbəbi ilə
gəmiçilər tərəfindən dənizə atılmışdır
(Quran, 37: 140-141). Bu vaxt orada olan
böyük bir balıq onu udmuşdur (Quran, 37:
142). Balığın qarnında Yunus Allaha dua etdi
və onun duası qəbul olundu, balıq onu dəniz
kənarına atdı. O orada bir müddət qaldıqdan
sonra Neynəvaya qayıdıb onu gözləyən
xalqının peyğəmbəri olmuşdur (Quran, 37:
147-148). Rəvayətlərə görə Yunus peyğəm-
bər 83 yaşında Neynəva şəhərində vəfat et-
mişdir.
YUSİF – Allahın göndərdiyi peyğəm-
bərlərdən bir olmuşdur. “Yusif” (12)
surəsinin bütün məzmunu ona həsr
edilmişdir. O, Yaqub peyğəmbərin Rəhilədən
olan oğlu olmuşdur. Atası onu qardaşlarından
çox istədiyinə görə onlar onu qısqanmışlar
( Quran, 12: 8). Onlar Yusifi özləri ilə çölə
apararaq onu öldürmək istəmiş, ancaq son
anda qardaşların biri onun öldürülməsini
deyil, bir quyuya atılmasını təklif etmişdir
(Quran, 12: 10).
Qardaşlar evlərinə qayıdınca Yaqub
peyğəmbərə demişdilər ki, Yusifi canavar
parçalamışdır. Bunun sübutu kimi onun hey-
van qanına bulaşmış köynəyini ona göstər-
mişdirlər. Yusifi quyudan karvanla Misirə
gedən insanlar qurtarıb onu özləri ilə
aparmış, orada bir yüksək rütbəli məmura
kölə kimi satmışdırlar. Yusif bir müddət onun
evində yaşamışdır. O, yetkinlik yaşına çat-
dıqda isə, Allah ona peyğəmbərlik vermişdir.
Ancaq, o məmurun həyat yoldaşı Züleyxa
gözəlliyi ilə seçilən Yusifə vurulmuş, onunla
yaxınlıq etməyin yollarını axtarmağa
başlamışdır. Yusif onun təklifindən imtina
edildikdən sonra Züleyxa onu onunla yaxın-
lıq etməyə cəhd etməkdə günahlandırmışdır
(Quran, 12: 23-26). Onun əri isə Yusifin şər-
ləndiyini bilmiş, ancaq bu məsələni ört-bas-
dır etmək üçün onu zindana atdırmışdır.
Orada uzun müddət qalan Yusif günlərini
ibadətlərdə keçirmişdir. Allah ona yuxu yoz-
maq bacarığını vermişdir. Onunla zindanda
Misir Fironunun keçmiş aşpazı və şərab pay-
layanı da olmuşdurlar. Gecələrin birində on-
ların hər ikisi yuxu görüb, bu yuxuların
yozulması üçün Yusifin yanına gəlmişdirlər
(Quran, 12: 36). Yusif də birinin edam olu-
nacağını, digərinin isə azadlığa çıxacağı və
fironun qulluğuna qayıdacağı xəbərini ver-
mişdir. Daha sonra Yusif buraxılacaq dustaq-
dan fironuna onun haqqında söhbət açmağı
istəmişdir. Sonra Yusifin dedikləri gerçək-
ləşmişdir. Ancaq, sərbəst buraxılmış adam
fironun sarayında qulluq etməsinə baxma-
yaraq Yusifin istəyini yerinə yetirməmişdir.
Buna görə də o, daha bir neçə il zindanda
qalmışdır. Gecələrin birində Misir fironu da
qəribə bir yuxu görmüş, saraydakıları yanına
toplayaraq onlardan bu yuxunun yozumunu
tələb etmişdir. Ancaq, onlardan heç biri bunu
275
Dostları ilə paylaş: |