Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


V. 17. 5. Qabiliyyətlərin formalaşması



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

V. 17. 5. Qabiliyyətlərin formalaşması

Qabiliyyətlər



təlim.

Qabiliyyətlərin

formalaşmasında    ən önəmli rolu təlim oynayır.  Təbii imkan-

lardan      danışarkən qeyd olunduğu    kimi,    qabiliyyətlərin  

inkişafı müxtəlif adamlarda heç də eyni cür olmayan təbii ilkin

şərtlərdən asılı olsa da,  qabiliyyətlər daha çox bəşər tarixinin

məhsuludur.  İnsan bəşəriyyətin əldə etdiyi təcrübəni,  bilik

sərvətlərini mənimsəmədən müvafiq qabiliyyətlərə yiyələnməsi

mümkün deyildir. Bununüçünsə təlim xüsusi yer tutur. İnsanlar

təlim


prosesində

tarixən


əldə

edilmiş


nailiyyətlərə

yiyələnməklə,  öz qabiliyyətlərini formalaşdırırlar.  A.V. Pe-

trovski və M.Q.Yaraşevskinin qeyd    etdikləri kimi «qabiliy-

yətlərin təzahürü insanların tarixən ictimai tələbatlara cavab

vermək məqsədilə əldə etdikləri müvafiq bilik,  bacarıq və

vərdişlərin formalaşmasının konkret iş pryomlarından (metodi-

kadan) bilavasitə asılıdır».

Aparılmış tədqiqatlar və həyati faktlar bu fikri bir daha

təsdiq etmişdir.  Məktəb təcrübəsində bunu aydın görürük. 

Beləki bəzi müəllimlər səmərəli təlim metodlarının tətbiqi

sayəsində

öz

siniflərində



oxuyan

bütün


şagirdlərin

qrammatikanı,  riyaziyyatı və s.  mənimsəmələrinə nail ola

bilirlər. Adətən, tətbiq olunan metodika uğur qazanmağa imkan

vermədikdə qabiliyyətin anadangəlmə olmasına xüsusi diqqət

yetirirlər. 

Bununla


belə, 

şübhəsiz


təbii

imkanların

səviyyəsindən asılı olaraq uşaqların müəyyən fəaliyyət növünü

mənimsəmələri fərqli xarakter daşıyacaqdır.  Bir cəhəti də

nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik olan

insanlarda da müvafiq qabiliyyətlərin formalaşması üçün

onların təlim fəaliyyətinə cəlb olunmaları,  bu zaman lazımi

təlim metodlarından istifadə olunması zəruridir.



Qabiliyyətlər



maraqlar

Qabiliyyətlərin

formalaşmasında təlimlə yanaşı davamlı xüsusi maraqlar da


415

mühüm rol oynayır.  Xüsusi maraqlar dedikdə,  psixologiyada

insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, bu

fəaliyyət növü ilə əsaslı məşğül olmaq meylinə çevrilən maraq-

lar nəzərdə tutulur.  Bu baxımdan insada yaranan idrak

maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə

təhrik edir.  Nəticədə idrak maraqlarının təsiri altında

fəaliyyətin mənimsənilməsi baş verir, insanın həmin fəaliyyəti

müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür

edir.  Deməli,  hər hansı bir fəaliyyət sahəsinə idrak

maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin

oyanması ilə sıx bağlıdır.

Bütün yaş dövrlərində bu cür xüsusi maraqların

təzahürünü müşahidə etmək mümkündür.  Lakin təcrübə

göstərir ki,  bu cür maraqlar heç də həmişə davamli xarakter

daşımır.  Belə olduqda həmin maraqlar qabiliyyətlərin

formalaşmasına lazımi təsir göstərə bilmir.

Qabiliyyətlərin inkişafı. Qabiliyyətlərin digər psixi

hadisələrdən fərqləndirici xüsusiyyəti onun təbii imkanlarla sıx

bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, hər

bir təbii imkanın qabiliyyətə çevrilməsi böyük inkişaf yolu

keçməli olur. Həyati faktlar göstərir ki, insan qabiliyyətlərinin

bir çoxunda bu inkişaf həyatın ilk günlərindən başlayır, müva-

fiq qabiliyyətlər dayanmadan inkişaf edir. Qabiyyətlərin inkişaf

prosesini bir neçə mərhələyə ayırmaq mümkündür.  Bu

mərhələlərin bəzilərində gələcək qabiliyyətin anatomik-fizioliji

əsasına hazırlıq baş verir, digər mərhələdə isə təbii imkanların

qeyri bioloji planda formalaşması, üçüncü mərhələdə isə zəruri

qabiliyyət müvafiq səviyyəyə çatması baş verir.  Bütün bu

proseslər paralel şəkildə çərəyan edə, bu və digər şəkildə bir bi-

rinin üzərinə düşə, bir-birini tamamlaya bilər.

Aparılmış tədqiqatlar göstərmişdirki,  elementar şəkildə

olsa da,  əsasında aydın ifadə olunan anatomik fizioloji

imkanları hiss olunan qabiliyyətlərin ilkin inkişaf mərhələsində

belə zəruri üzvü strukturun və ya onların əsasında zəruri  funk-



416

sional üzvlərin formalaşması tələb olunur.  Bu,  adətən, anadan

olandan 6-7yaşa qədər olan dövrü əhatə edir. Bu zaman bütün

analizatorların təkmilləşməsi beyinin ayrı-ayrı sahələrinin, 

bünlarla bağlı olaraq hərərət orqanlarının, xüsusilə əlin inkişafı

tələb olunur.  Bütün bunlar uşaqda ümumi qabiliyyətlərin

formalaşması və inkişafı  üçün səmərəli şərait yaradır ki, bu da

xüsusi qabiliyyətlərin inkişafı üçün zəmin rolunu oynayır.

Xüsusi qabiliyyətlərin fəal şəkildə yaranması,  özünü

göstərməsi məktəbəqədər dövrdə müşahidə olunur, kiçik və or-

ta məktəb yaşı dövründə inkişaf tempi daha da yüksəlir.  İlk

dövrlər bu inkişafa uşaqların müxtəlif tipli oyunları,  sonra isə

təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir.

Psixoloji

tədqiqatlar

göstərmişdir

ki,  uşaqlarda

qabiliyyətlərin inkişafında kompleks şəkildə aparılan işlər, 

başqa sözlə eyni vaxtda bir-birini tamamlayan bir neçə

qabiliyyətin inkişaf etdirilməsi daha səmərəli nəticə verir.

Çoxplanlı və müxtəlif fəaliyyət növlərindən istifadə

edən insanda qabiliyyətlərin kompleks şəkildə inkişafı üçün

şərait yaranmış olur.

Təcrübə göstərir ki,  əgər uşağın fəaliyyəti yaradıcı xa-

rakter daşıyırsa, o daima uşağı fikirləşməyə məcbur edir, onun

üçün cəzbedici olur,  öz qabiliyyətini yoxlamaq və inkişaf

etdirmək vasitəsinə çevrilir.

Əgər yerinə yetirilən fəaliyyət optimal çətinlik

zonasında,  daha doğrusu onun imkanları səviyyəsində olarsa, 

bu həmin sahədə uşağın qabiliyyətinin inkişafını da öz

arxasınca aparacaqdır.  Bu zonadan kənarda olan fəaliyyət

qabiliyyətin inkişafına lazim təsir göstərə bilməyəcəkdir. Əgər

həmin fəaliyyət həddindən artıq sadə olarsa,  o sadəcə olaraq

yiyələndiyi qabiliyyəti həyata keçirməyə imkan verəcəkdir. 

Əgər yerinə yetirilməli olan fəaliyyət həddindən artıq

mürəkkəb olarsa,  onda həmin fəaliyyət optimal çətinlik

zonasını aşdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə yeni

bacarıq və vərdişlərin formalaşmasına səbəb olmayacaqdır.



417

            

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1.  Siz qabiliyyət haqqında nə bilirsiniz?  Onun tərifini

verin.

2. B.M.Teplov qabiliyyətləri necə xarakterizə etmişdir?



3.  Qabiliyyətlərin bilik,  basarıq və vərdişlərlə vəhdəti

nədən ibarətdir?

4. İstedad nəyə deyilir?

5.  İstedadın uşaqlıq,  yeniyetməlik və gənclik dövrü

üçün xarakterik olan    hansı növləri vardır?                 

6. Qabiliyyətləri keyfiyyət baxımından necə xarakterizə

etmək olar?

7.  Qabiliyyətlərin kompensasiya imkanları haqqında

danışın.

8.    Xronoloji və ağıl yaşları bir-birindən nə ilə

fərqlənir?

9. Əqli istedad əmsalı hansı düsturla hesablanır?

10.Qabiliyyətlərin quruluşunu şərh edin.

11.Ümumi və xüsusi qabiliyyətləri xarakterizə edin.

12.Talant və dahilik haqqında danışın.

13.Təbii imkanlar qabiliyyətdə nə kimi rol oynayır?

14.Ünsiyyətin qabiliyyətdə yeri nədən ibarətdir?

15.Qabiliyyətlərin formalaşmasından danışın. Ona təsir

edən amillər hansılardır?

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Qabiliyyətlər və onların quruluşu.

2. Şagirdlərdə qabiliyətlərin inkişafı.

3. İnsan qabiliyyətlərinin sürətli inkişafı şərtləri.



418

4. Qabiliyyətlər və təbii imkanlar.



Ədəbiyyat

Əlizadə Ə.Ə. İstedadlı uşaqlar.  Psixoloji məsələlər. 

Esselər, etüdlər. - Bakı, 2005.



Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji

problemləri. - Bakı,1998,s.187-213.



Qədirov Ə.Ə. Yaş psixologiyası. - Bakı, 2002

Xrestomotiə po vozrastnoy i pedaqoqiçeskoy psixolo-

qii- M, 1981

Leytes N.S. Umstvennıe sposobnosti i vozrast.  - M, 

1971, s.129-278 

9.Leytes N.S. Sposobnosti i odarennostğ v detskie qodı. 

M. -1984


Teplov B.M. İzbrannıe trudı.  V 2 kn.  - T 1,  M.-1985, 

s.15-41


Odorennıe deti - M. 1991,  s.15-67;153-157.

Qureviç K.M. İndividualğno – psixoloqiçeskie oso-

bennosti şkolğnikov. M. 1988, s.53-72.



Petrovskiy A.V.,  Əroşevskiy M.Q. Psixoloqiə.  – M., 

2001, s. 475-496.



419

ALTINCI HİSSƏ

ŞƏXSİYYƏT TƏLİM VƏ TƏRBİYƏNİN

OBYEKTİ KİMİ

18-ci  FƏSİL

YAŞ VƏ PEDAQOJİ PSİXOLOGİYANIN

PREDMETİ, VƏZİFƏLƏRİ VƏ METODLARI

               



Qısa xülasə

Yaş və pedaqoji psixologiyanın predmeti.  Yaş psixologiyası

haqqında anlayış.  Psixi inkişafın şəraiti və hərəkətverici qüvvələri. 

Psixi inkişafın qanunauyğunluqları. Pedaqoji psixologiyanın predme-

ti. Pedaqoji psixologiya müasir psixologiya elminin sahələrindən biri

kimi.  Tərbiyə, 

təlim


pedaqoji


fəaliyyətin

psixoloji

qanunauyğunluqlarının öyrənilməsi pedaqoji psixologiyanın predme-

ti kimi.


Yaş psixologiyasının əsas bölmələri və vəzifələri. Yaş

psixologiyasının bölmələri:  uşaq psixologiyası,  yeniyetmələrin

psixologiyası, gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası, 

uzun ömürlülük psixologiyası. Yaş psixologiyasının nəzəri və praktik

vəzifələri.

Psixi inkişafın yaş dövrləri.  Psixi inkişafın yaş dövrlərinin

müəyyənləşdirilməsi

prinsipləri. 

Yaş


dövrlərinin

ümumi


xarakteristikası.

Müasir pedaqoji psixologiyanın əsas

problemləri, 

vəzifələri və bölmələri. Uşaqların həyatının senzitiv dövrləri; təlim

və inkişafın qarşılıqlı əlaqəsi;  təlim və tərbiyənin ümumi və yaşla

bağlı olan cəhətlərinin əlaqəsini aşkara çıxarmaq problemləri; 

«çətin» uşaqlar, qaçqın və köçgün uşaqların reabilitasiyası problemi.  

Pedaqoji psixologiyanın əsas bölmələri, nəzəri və praktik vəzifələri. 

Yaş və pedaqoji psixologiyanın metodları. Yaş psixologiya-


420

sında istifadə olunan metodlar kompleksinin psixologiya elminin

müxtəlif sahələrindən götürülməsi.  Uşaqlarla iş zamanı müşahidə

metodu.  Ana gündəlikləri.  Uşaqların öyrənilməsində sorğudan

istifadə. Yaş psixologiyasında eksperiment və testlərdən istifadə. Pe-

daqoji psixologiyanın metodlarıPedaqoji psixologiyanın ümumi və

xüsusi metodları.  Təşkiledici,  prosedur,  qiymətləndirici,  faktların

toplanması və işlənməsi metodları.  Psixoloji məsləhət,  korreksiya, 

psixoloji-pedaqoji eksperiment və s. metodları.

VI.18.1. Yaş və pedaqoji psixologiyanın predmeti

Yaş psixologiyası haqqında anlayış. Yaş psixologiyası

müasir


psixologiyanın

əsas


sahələrindən

biridir.  Yaş

psixologiyasının predmetini birinci növbədə insan psixikasının

inkişaf dinamikasının,  şəxsiyyətin psixi prosesləri və psixi

xassələrinin ontogenezinin inkişaf xüsusiyyətlərinin öyrə-

nilməsi təşkil edir.

Yaş psixologiyasının predmetinə fərdin psixologiyası

və davranışının “yaş” anlayışı ilə ifadə olunan spesifik birliyini

də aid etmək olar.  Nəzərdə tutulur ki,  insan hər bir yaş

dövründə psixoloji və davranış xüsusiyyətlərinin həmin yaş

dövrü üçün xarakterik olan və həmin dövrdən kənarda heç vaxt

özünü göstərməyən birliyinə malik olur.

Yaş

psixologiyasının



predmetini

təşkil


edən

məsələlərdən birini də insanın psixiki inkişafının hərəkətverici



qüvvələri,  şərati və qanunauyğunluqları təşkil edir.  Psixi

inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi

inkişafına təkan verən,  onu müəyyən istiqamətə yönəldən

səbəblər başa düşülür.  Uşağın psixi inkişafının hərəkətverici

qüvvələri,  hər şeydən əvvəl,  fəaliyyətdə yaranan yeni

tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik

ziddiyyətdən ibarətdir.  Bu ziddiyyət yalnız kiçik yaş deyil, 


421

bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər

özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik

xüsusiyyətə malik olurlar.  Psixi inkişafın şəraiti adı altında

daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, 

onlar hərəkətverici qüvvələr olmasalar da,  inkişafa təsir

göstərir,  inkişafın gedişini istiqamətləndirir.  Psixi inkişafın

qanunauyğunluqlarına gəldikdə,  onlar ümumi və xüsusi qa-

nunauyğunluqlardan ibarətdir.  Həmin qanunauyğunluqların

köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun

köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.



Pedaqoji psixologiyanın predmeti.  Məktəblərimizin

ən mühüm və daimi vəzifəsi olan gənc nəslə elmlərin əsasları

haqqında dərin və möhkəm biliklər vermək,  həmin bilikləri

təcrübəyə tətbiq etmək vərdişləri və bacarığı aşılamaq,  hər-

tərəfli

inkişaf


etmiş

şəxsiyyət

formalaşdırılması

işini


müvəffəqiyyətlə həyata keçirmək üçün müəllim tərbiyənin və

təlimin psixoloji qanunauyğunluqlarına dərindən yiyələnməli

və özünün pedaqoji fəaliyyətində həmin biliklərdən istifadə et-

məyi bacarmalıdır. Bu cür biliklər isə müasir psixologiya elmi-

nin mühüm sahələrindən biri olan pedaqoji psixologiyada öz

əksini tapır. 



Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, 

təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqla-

rının öyrənilməsi təşkil edir.

Pedaqoji psixologiyanın predmetinə,  birinci növbədə, 

şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrə-

nilməsi,  şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı

əlaqəsinin,  tərbiyənin

idarə


olunması

problemlərinin, 

özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixo-

loji əsaslarının,  gənc nəslin tərbiyəsinə təsir edən amillərin

psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.

Təlimin idarə olunmasının psixoloji məsələlərini,  təlim

və inkişafın qarşılıqlı əlaqəsini,  psixi proseslərin,  xüsusilə

şagirdlərdə təfəkkürün inkişafında təlim fəaliyyətinin aparıcı



422

rolunu,  təlim motivlərinin psixoloji xüsusiyyətlərini,  təlim

fəaliyyətinin struktur komponentlərini,  əqli fəaliyyətin priyom

və vərdişlərinin mənimsənilməsi prosesinin idarə olunması

problemlərini öyrənmək müasir pedaqoji psixologiyanın

predmetinə daxil olan ən mühüm komponentlərdəndir. Bunlar-

la yanaşı olaraq, təlimdə müvəffəqiyyəti və müvəffəqiyyətsiz-

liyi şərtləndirən psixoloji amilləri,  müasir dərsə verilən psix-

oloji tələbləri,  təlim prosesində müasir texniki vasitələrdən

istifadənin psixoloji xüsusiyyətləri,  pedaqoji fəaliyyətin psix-

oloji xüsusiyyətləri,  müəllim və şagirdlərin qarşılıqlı mü-

nasibətlərinin,  müəllimin pedaqoji bacarıq və vərdişlərinin, 

xüsusilə onun pedaqoji ünsiyyəti və pedaqoji mərifətinin psix-

oloji mexanizmlərini və təlim və tərbiyənin digər mühüm psix-

oloji məsələlərini öyrənmək,  aşkara çıxarmaq da pedaqoji

psixologiyanın predmetini təşkil edir.



423

VI. 18. 2. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri

Yaş psixologiyası müasir psixologiya elminin əsas

sahələrindən biri olmaqla yanaşı onun da özünəməxsus və bir-

birini tamamlayan bölmələri vardır.  Bunlara aşağıdakılar dax-

ildir:  uşaq

psixologiyası,  yeniyetmələrin

psixologiyası, 

gəncliyin psixologiyası,  yaşlı adamların psixologiyası,  uzun

ömürlülük psixologiyası (herontopsixologiya).

Müasir yaş psixologiyasının qarşısında duran vəzifələr

geniş və çoxsahəlidir.  Yaş psixologiyasının qarşısında duran

əsas vəzifə şəxsiyyətin inkişaf problemlərini,  ayrı-ayrı yaş

dövrlərində onun xüsusiyyətlərini, psixi inkişafın dinamikasını, 

ümumi


qanunauyğunluqlarını

öyrənməkdən

ibarətdir. 

Şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri, 

mexanizm, şərait və amillərinin, təlim-tərbiyə prosesində psixi

inkişafın yaş xüsusiyyətlərini nəzərə almağın səmərəli

yollarının və s. öyrənilməsi də yaş psixologiyasının qarşısında

duran mühüm vəzifələrdən hesab edilir. 



VI. 18. 3.  Psixi inkişafın yaş dövrləri

Psixi inkişafın yaş dövrlərinin müəyyənləşdirilməsi

prinsipləri. Psixoloji ədəbiyyatda uşağın inkişaf prosesi

haqqında iki müxtəlif nöqteyi-nəzər mövcud olmuşdur.  Bun-

lardan birinə görə bu inkişaf prosesi fasiləsizdigərinə görə

diskret - qeyri-bərabər xarakter daşıyır.  Birinci fikrə görə

inkişaf dayanmadan, sürətlənmədən, ləngimədən baş verir. Ona

görə də bir mərhələni digərindən fərqləndirəcək hər hansı dəqiq

sərhəddi müəyyənləşdirmək mümkün deyildir.  İkinci nöqteyi-

nəzərə görə inkişaf qeyri-rəvan,  qeyri-bərabər şəkildə gedir. 

Onun sürəti gah arta,  gah da azala bilir.  Bu isə inkişafın

keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaş dövrlərini

müəyyənləşdirməyə imkan verir.  Bu fikrin tərəfdarları hesab



424

edirlər ki,  hər bir mərhələdə inkişaf səviyyəsini şərtləndirən

əsas,  aparıcı amillər mövcuddur.  Bununla yanaşı,  fərdi

xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər

bir mərhələsini,  onlardan heç birini buraxmadan,  qabağa

qaçmadan keçirlər.

Psixi inkişafın yaş dövrləri haqqında həmin konsepsiya

psixoloji ədəbiyyatda özünə geniş yer tapmış və uşaqların

təlim-tərbiyəsində geniş istifadə olunan konsepsiyadır.

Adətən insan bütün həyatı boyu özünün tələbatlarını

ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin

müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri

digərlərinə nisbətən “əsas”, “aparıcı” fəaliyyət növü hesab olu-

nur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində

onun tələbatlarını ödəyən,  onun psixi proseslərinin və

şəxsiyyətinin fərdi psixi xassələrinin inkişafını şərtləndirən

fəaliyyət növüdür.  Uşağın əsas fəaliyyət növünün dəyişməsi

onun yeni yaş mərhələsinə keçməsini göstərən əsas amildir. 

D.B.Elkoninə görə uşaq anadan olandan 17 yaşa qədər

olan dövrdə ardıcıl olaraq aşağıdakı əsas fəaliyyət növlərindən

istifadə edir

buna



müvafiq

olaraq


yaş

dövrləri


müəyyənləşdirilir

1

:



1) 

bilavasitə-emosional ünsiyyət;

2) 

əşyavi-manipulyativ fəaliyyət;



3) 

rollu oyunlar;

4) 

təlim fəaliyyəti;



5) 

intim-şəxsi ünsiyyət;

6) 

təlim-peşə fəaliyyəti.



Həmin əsas fəaliyyət növlərindən hansından istifadəyə

əsaslanaraq D.B.Elkonin müvafiq şəkildə uşağın anadan

olandan orta məktəbi qurtarana qədər aşağıdakı altı yaş

                                                

1

Эльконин  Д.Б.  К  проблеме  периодизаüии  психического  развития  в 

детском  возрасте.  Хрестоматия  по  возрастной  и  педагогической  пси-

хологии. -М., 1981. стр.26.


425

dövrünü keçdiyini qeyd etmişdir:

1. Körpəlik dövrü: anadan olandan bir yaşa qədər.

Bu dövrdə bilavasitə emosional ünsiyyət aparıcı fəaliyyət

rolunu oynayır. İkinci ayda meydana gələn kompleks canlanma

uşağın böyüklərlə ünsiyyətinin mürəkkəb forması kimi özünü

göstərir. Böyüklərlə bu cür emosional ünsiyyət uşağın əşyalarla

müstəqil olaraq manipulyasiya aparmağa başladığı dövrə qədər

davam edir.

2. Erkən uşaqlıq dövrü: bir yaşdan üç yaşa qədər.

Bu dövrdə əşyavi-manipulyativ fəaliyyət aparıcı fəaliyyət

olur. Bu zaman bir növ xüsusi əşyavi fəaliyyətə keçid baş verir. 

Eyni zamanda uşağın böyüklərlə verbal ünsiyyət forması

inkişaf edir.

Aparılmış tədqiqatlar göstərmişdir ki,  bu dövrdə uşaqlar

nitqdən təfəkkür aləti kimi deyil,  insanlarla birgə fəaliyyət

zamanı əməkdaşlığı təmin etmək üçün əlaqə vasitəsi kimi

istifadə edirlər. 

3. Bağça yaşı dövrü: üç yaşdan altı-yeddi yaşa qədər.

Bu dövrdə oyun aparıcı fəaliyyət rolunu oynayır, uşağın

psixika və davranışının bütün cəhətlərinin inkişafı üçün şərait

yaradır. Xüsusi oyun tərzlərindən istifadə etməklə uşaq bir növ

böyüklərin rolunu öz oyunlarında təkrar edir,  insanlar

arasındakı qarşılıqlı münasibətləri özünəməxsus şəkildə

mənimsəyir. Bu zaman rollu oyunlar fəallığın növü kimi özünü

göstərir. 

4. Kiçik məktəb yaşı dövrü: altı-yeddi yaşdan on-on bir

yaşa qədər.

Bu dövrdə uşaqların psixi inkişafında təlim aparıcı

fəaliyyət kimi özünü göstərir.  Təlim prosesində əqli və idrak

qabiliyyətləri formalaşmaqla,  təlimin köməyi ilə uşağı əhatə

edən adamlarla onun münasibətlər sistemi  şərtlənir.

5. Yeniyetməlik dövrü: on-on bir yaşdan on dörd-on beş

yaşa qədər.

Bu dövrdə əmək fəaliyyəti,  eləcə də xüsusi ünsiyyət


426

forması olan intim-şəxsi ünsiyyət meydana gəlir və inkişaf

edərək aparıcı fəaliyyət rolunu oynayır.  Ünsiyyətin başlıca

məqsədi yoldaşlıq və dostluğun elementar normalarının aşkara

çıxarılması və mənimsənilməsindən ibarət olur.  Ünsiyyətin

bütün formalarında yoldaşlığın özünəməxsus kodeksinə tabe

olmaq münasibəti müşahidə olunur. 

6.  İlk gənclik dövrü:  on dörd-on beş yaşdan on yeddi

yaşa qədər.

Bu dövrdə təlim-peşə fəaliyyəti aparıcı rol oynayır. 

Yeniyetməlik dövründə meydana gələn intim-şəxsi ünsiyyət

inkişafda mühüm əhəmiyyət kəsb edir.  İlk gənclik dövründə

həyata baxışlar, peşə və şəxsi özünütəsdiq inkişaf edir.

Psixoloji ədəbiyyatda insanın  bütün həyat silsiləsini əha-

tə edən aşağıdakı yaş dövrlərinin təsnifi verilmişdir:


427


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin