Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Müəllim

şəxsiyyətinə

verilən

psixoloji

tələblər.

Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəi və

hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun

şəxsiyyəti aparıcı yerlərdən birini tutur.  Müəllim şəxsiyyəti

lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında

qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı xalq müəllimi

gənc şəxsiyyətin mənəvi aləminin memarı,  cəmiyyətin etibar

etdiyi şəxsdir.  Cəmiyyət ən əziz,  ən qiymətli sərvətini -

uşaqları,  öz ümüdini,  öz gələcəyini müəllimə etibar edir. 

Müəllim isə cəmiyyətin bu “qiymətli sərvətini”  pedaqoji

fəaliyyət prosesində yetişdirir,  cəmiyyət üçün bir yararlı

vətəndaş kimi formalaşdırır.  Ona görə də gənc şəxsiyyəti

formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək şəkildə

formalaşmalıdır.

Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim

təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə, 

yüksək inam,  yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir

sıra mühüm keyfiyyətlərə də malik olmalıdır.  Psixoloji

ədəbiyyatda həmin keyfiyyətlər aşağıdakı kimi xarakterizə olu-

nur:  1)  Hər bir müəllim öz fənninə dərindən yiyələnməli;  2) 



570

idrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli; 3) 

ayrı-ayrı anlayışlar arasındakı əlaqə  və  münasibətləri açmağı

bacarmalı;  4)  şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif

kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu

keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji

fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər. 

Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, 

məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya

onun


əməyinin

xarakterini

müəyyənləşdirən

psixi


keyfiyyətlərin,  qabiliyyətlərin,  halətlərin mürəkkəb vəhdətini

və s.  aid etmək olar.  Müəllim şəxsiyyəti özünün istiqamət və

motivasiyası,  qabiliyyətləri,  xarakteri,  yaradıcı mövqeyi,  fərdi

üslubi və s. ilə xarakterizə olunur.

Müəllim şəxsiyyətinin istiqaməti birinci növbədə özünün

motivləşmə sferası (aləmi), ideyaları, sərvət meylləri, əqidə və

inamı və s.  ilə müəyyən edilir.  Burada müəllimin yüksək

ideyalılığı və inamının, öz peşəsində oynadığı sosial rolu anla-

manın rolunu da xüsusi qeyd etmək lazım gəlir. Bunlar bir növ

müəllim şəxsiyyətinin keyfiyyətini təşkil edirlər.

Müəllim şəxsiyyətində qeyd olunan keyfiyyətlərlə yanaşı

onun fərdi-psixi xassələri də həlledici yer tutur.  Buraya

müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini, xarakte-

rini,  emosional iradi və əqli xüsusiyyətlərini daxil etmək olar. 

Pedaqoji qabiliyyətlər fərdi psixi xassə kimi müəllimi özünün

peşə fəaliyyəti üçün daha çox yararlı edir.

Müəllim şəxsiyyəti eyni zamanda özünün yaradıcılıq

mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və

yollar axtarmaq cəhdi ilə xarakterizə olunur.  Müəllim

yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə,  yaradıcı

təfəkküründə, orijinal tapıntılarında ifadə olunur.

Bütün bunlarla yanaşı olaraq müəllim şəxsiyyəti pedaqoji

əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə müəyyən edilir. 

Təcrübə göstərir ki, obyektiv tələblə şərtlənən eyni bir məqsəd

müxtəlif müəllimlər tərəfindən müxtəlif əməliyyatlardan


571

istifadə yolu ilə həyata keçirilir.  Bu,  həmin müəllimin fərdi

üslubu kimi xarakterizə olunur. Müəllim əməyinin fərdi üslubu

onun fəaliyyətinin elə davamlı tərzləri birliyidir ki,  o yalnız

həmin şəxsin yerinə yetirdiyi işlərin müvəffəqiyyətini təmin

edir.  Müəllimin fərdi üslubunun səmərəliliyi onun yetirdiyi

şagirdlərin tərbiyəlilik və yüksək mənimsəmə səviyyəsi ilə

ölçülür.  Müəllim hansı üslubla işlədiyini dərk etməlidir.  O, 

həmin üslubun qüsurlarının nədən ibarət olduğunu və bu

qüsurları necə aradan qaldırmaq mümkün olduğunu bilməlidir. 

Bir  cəhəti də nəzərə almaq lazımdır ki, müəllimin yiyələndiyi

fərdi üslub nisbətən ləng dəyişilə bilir.

Müəllim şəxsiyyətinin strukturunda özünü göstərən psixi

halətlərə və proseslərə gəldikdə onlar epizodik, struktiv xarak-

ter daşıyır,  bir növ şəxsiyyətin yaranmasında ehtiyat rolunu

oynayırlar.  

Nəhayət, müəllim şəxsiyyətinin strukturunda təcrübə, bi-

lik,  bacarıq,  vərdiş və adətlər də özünəməxsus yer tutur və

onun fəaliyyətinin səmərəliliyində mühüm rol oynayır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  müəllim

şəxsiyyətinin

struktur


komponentləri

içərisində

ən

az

dəyişməyə meyli olan onun istiqamətidir. Bu cəhəti dəyişmək, 



tərbiyə etmək nisbətən çətindir.  Ona görə də hələ əvvəlcədən

müəllim şəxsiyyətinin istiqamətinin düzgün formalaşması

həlledici əhəmiyyətə malikdir.

Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu. Peda-

qoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiyyətlərə malik

olan müəllim şəxsiyyətinin formalaşması mühüm əhəmiyyətə

malikdir.  Həmin keyfiyyətlər fəaliyyət prosesində tədricən

şagirdlərin şəxsiyyətinin əlamətlərinə çevrilir.  Qabaqcıl müəl-

limlərin iş təcrübəsini nəzərdən keçirdikdə onlarda yüksək

şüurluluq,  əxlaqi keyfiyyətlər,  ümumi mədəniyyət və s.  kimi

keyfiyyətlər müşahidə edirik. Pedaqoji qabiliyyətlərlə birlikdə

bu keyfiyyətlər müəllimə öz fəaliyyətində müvəffəqiyyət qa-

zanmaq imkanı verir.  Müəllimin öz fəaliyyətində müvəffə-



572

qiyyət qazanmasında onun əxlaqi və iradi keyfiyyətləri də

mühüm yer tutur.  Bu keyfiyyətlər möhkəmlənir və müəllimin

şəxsiyyətinin daimi əlamətlərinə çevrilir.

Müəllimin iradi qüvvəsinin ən parlaq ifadələrindən biri

onun məqsədyönəlişliliyi, daima böyük pedaqoji vəzifələri həll

etməyə yönəlməsindən ibarətdir. İradəli müəllim təkcə şagirdin

qarşısına tələb qoymaqla kifayətlənmir,  eyni zamanda həmin

tələbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir.  

Müəllim təkidli olmalıdır.  Təkidlilik təkcə müəllimin

şagirdlərə qarşı tələbkar olması, ona nəzarət etməsi üçün zəruri

deyildir.  Bu keyfiyyət eyni zamanda müəllimin öz pedaqoji

fəaliyyətini icra edərkən qarşıya çıxan ciddi çətinlik və maneə-

ləri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində işləməsi, öz

ixtisasını artırması üçün də zəruridir.

Pedaqoji


işin

müvəffəqiyyəti

üçün

müəllimdə



dözümlülük, hövsələnin olması da zəruridir.  Əgər müəllim

özünü əla ala bilmirsə,  o,  sinfi də ələ ala bilməyəcəkdir. 

Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət etməyi

bacarmalıdır.

Müəllim üçün xarakterik olan keyfiyyətlərdən onun

təvazökarlıq və özünə qarşı tələbkarlığını da qeyd etmək

lazımdır.  Bunlar

həqiqi

müəllimə


xas

olan


müsbət

keyfiyyətlərdəndir. Təcrübəli müəllim nə qədər müvəffəqiyyət

qazansa da, hələ çox iş görmək lazım gəldiyini başa düşür.

Hələ vaxtilə görkəmli rus pedaqoqu K.D.Uşinski təlim və

tərbiyə işində müəllimin mövqeyinə müstəsna əhəmiyyət

verərək onun geniş və dərin elmi-pedaqoji biliyə, yüksək əxlaqi

keyfiyyətlərə,  möhkəm iradəyə və xarakterə malik olmasını

tələb edirdi.  O,  hər şeydən əvvəl tərbiyəçinin tərbiyə etdiyi

insanı

hərtərəfli



bilməsinin,  onu

dəqiq


öyrənməsinin

zəruriliyini, həmin biliklər olmadan tərbiyə işini düzgün təşkil

etməyin mümkün olmadığını göstərir.  “Tərbiyəçi insanı

həqiqətdə olduğu kimi bilməli,  onun bütün zəif və qüvvətli  

cəhətləri ilə,  bütün gündəlik xırda ehtiyacları ilə tanış


573

olmalıdır.  Tərbiyəçi insanı ailədə,  cəmiyyətdə,  xalq arasında, 

bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda

öyrənməlidir… 

o, 

insanı


bütün

yaşlarda,… 

bütün

vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında… öyrənməlidir… 



yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini

əxz edə bilər, bu vasitələr isə olduqca çoxdur”.

1

  

Müəllim şəxsiyyətinin bu kimi keyfiyyətlərə malik



olması onun pedaqoji fəaliyyəti üçün zəruridir.

Müəllim şagird kollektivinə rəhbərlik edir. Onun təlim və

tərbiyəsi ilə məşğul olur. Ona görə də istər-istəməz müəllimlə

şagird arasında qarşılıqlı münasibətlər mövcud olur.  Müəllim

öyrədir,  tərbiyə edir,  şagird öyrənir,  müəllimin rəhbərliyi

altında bilik,  bacarıq və vərdişlərə yiyələnir.  Bu prosesdə

müəllim eyni zamanda şagird şəxsiyyətinin təşəkkülü və

inkişafına əsaslı təsir göstərir.

Şagird şəxsiyyətinin təşəkkülünə müəllimin öz şəxsiyyəti

də lazımi təsir göstərir.

Pedaqogika tarixinə nəzər saldıqda görkəmli pedaqoq və

ictimai xadimlərin müəllim şəxsiyyətinin uşaqların təlim və

tərbiyəsində,  o cümlədən onlarda şəxsiyyətin təşəkkülündə

mühüm rol oynaması barədə fikirlərinə rast gəlirik.

A.İ.Gertsen göstərir ki,  şagirdlərə təkcə müəllimin biliyi

deyil, onun şəxsiyyəti də, ruhi keyfiyyətləri də əsaslı təsir edir.

K.D.Uşinski bu cəhətə xüsusi diqqət yetirərək yazır: 

“Tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsaslanmalıdır. 

Çünki tərbiyənin gücü yalnız insan şəxsiyyətinin canlı

mənbəyindən nəşət edir.  Heç bir nizamnamə və proqram,  heç

bir süni yaradılmış müəssisə, nə qədər mahiranə düşünülsə də

tərbiyə işində şəxsiyyəti əvəz edə bilməz”.

1

     


Təcrübə göstərir ki,  doğrudan da müəllim şəxsiyyətinin

şagirdlərə tərbiyələndirici təsirini başqa heç bir şey əvəz edə

                                                

1

К.Д.Ушински. Сечилмиш педагожи ясярляри, Бакы, 1953, сящ.98

1

К. Д.Ушинский. Собрание сочиненений. Т.2., М., 1948, с.63-64. 


574

bilməz.  Müəllimin şəxsi nümunəsi,  onun şəxsiyyəti şagird

şəxsiyyətini təşəkkül etdirir, onun inkişafına şərait yaradır.

Müəllimin şəxsiyyəti uşağın əqlinin,  hiss və iradəsinin

inkişafına,  onun həyatına əsaslı təsir göstərir.  Müəllimin

şəxsiyyəti təkcə dərs dediyi müddətdə deyil,  məktəbi

qurtardıqdan sonrakı dövrlərdə də bəzən həmin şagirdlərin

şəxsiyyətinə müsbət təsir göstərir,  ona təkan verir.  Belə ki, 

bəzən orta məktəbin sonuncu siniflərində oxuyan oğlan və

qızlar sevimli müəllimlərini özləri üçün ideal seçirlər. Hər bir

sahədə olduğu kimi şəxsiyyətinin keyfiyyətlərinə görə də öz

müəllimlərinə

oxşamağa

çalışırlar, 

bütün

işlərində, 



fəaliyyətlərində buna can atırlar.  Sevimli müəllimlərinin

şəxsiyyəti onların həyatına işıq saçan mayaka çevrilir.  Ona

görə də müəllim şəxsiyyətində elə müsbət keyfiyyətlər

formalaşmalıdır ki,  onlar şagirdlər üçün əsil nümunə

götürüləcək obyekt olsun.

Müəllimin pedaqoji bacarıq və qabiliyyətləri. Pedaqoji

fəaliyyətin müvəffəqiyyətini təmin edən,  müəllimin pedaqoji

ustalığını şərtləndirən cəhətlərdən biri də onun pedaqoji

bacarıq və qabiliyyətləridir.

Müəllim təkcə dərin biliyə,  geniş dünyagörüşünə malik

olmaqla,  öz fənnini hərtərəfli mənimsəməklə kifayət-

lənməməlidir.  O,  eyni zamanda bildiklərini,  öyrəndiklərini, 

tədris etdiyi elmin əsaslarını şagirdlərə çatdırmağı da bacar-

malıdır.  Hər fənnin özünəməxsus xüsusiyyətləri,  çətinlikləri

vardır.  Ona görə də müəllim öz fənnini yaxşı bilməklə,  onu

şagirdlərə çatdırmaq yollarına da yiyələnməlidir. 

Şagirdlərin təlim-tərbiyə işi mürəkkəb və çətin bir pro-

sesdir.  Ona görə də burada müəllimin təkcə faktları qeyd

etməsi kifayət deyildir.  Müəllim şagirdlərin təlim tərbiyə işini

idarə etməyi də bacarmalıdır.  Buna görə də o,  öz yetişdirmə-

lərinin daxili aləminə nüfuz etməyi bacarmalı,  onların fikri iş

tərzlərini izləyə bilməlidir.  Yalnız belə olduqda müəllim

şagirdlərin təlim-tərbiyə işini düzgün istiqamətə yönəldə bilər, 


575

həmin iş idarə olunan işə çevrilər. Məhz buna görə də müəllim

təkcə müvafiq biliklərə malik olmamalı,  həmin bilikləri

şagirdlərə çatdırmağı, onlara aşılamağı da bacarmalıdır.

Bəs müəllim konkret olaraq hansı pedaqoji bacarıq və

vərdişlərə yiyələnməlidir?  Bu barədə müxtəlif mülahizələr, 

fikirlər mövcuddur. Biz həmin məsələni daha sistemli və konk-

ret əks etdirən bir mülahizəni burada qeyd edirik.  Professor

A.İ.Şerbakov müəllimin yiyələnməli olduğu pedaqoji bacarıq

və vərdişləri dörd qrupa bölür:  1)  məlumatverici bacarıq və

vərdişlər;  2)  səfərbəredici

bacarıq


vərdişlər;  3) 

inkişafetdirici bacarıq və vərdişlər; 4) istiqamətləndirici bacarıq

və vərdişlər. 

Bu bacarıq və vərdişlərin mahiyyəti aşağıdakı şəkildə

xarakterizə olunur. 



Məlumatverici bacarıq və vərdişlər:

- elmi materialları didaktik yolla işləməklə tədris

materialı şəklinə salmağı bacarmaq;

- əsas didaktik vahidləri (anlayış,  bacarıq və inam) 

ayırmaq,  onların təşəkkülü və inkişafı yollarını işləyib

hazırlamaq və şagirdlərin müvafiq bilik sisteminə daxil etmək;

- müvafiq məktəb fənninə dair xarakterik metodlar siste-

mini təkcə tətbiq etməklə kifayətlənməmək,  eyni zamanda

onları inkişaf etdirmək;

- proqramlaşdırılmış təlim ünsürlərini tətbiq etmək;

- şagirdlərin anlayacağı,  məntiqi,  aydın,  qısa və ifadəli

şəkildə danışmaq;

- əks əlaqəni təmin etmək;

- şagirdlərin muzeyə, təbiətə, istehsalata ekskursiyalarını

təşkil etmək,  onları kənd təsərrüfatı əməyi ilə tanış etmək, 

məşğələləri

tədris

emalatxanalarında



tədris-təcrübə

sahəsində aparmaq.

Səfərbəredici bacarıq və vərdişlər:

- şagirdlərin diqqətini səfərbərliyə almaq və onlarda



576

təlimə və əməyə davamlı maraqlar yaratmaq; onları oxumağa

öyrətmək;  onları öz iş yerini hazırlamağa,  kitabla,  alətlərlə

işləməyə alışdırmaq;

- şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq

etmək bacarığı aşılamaq;

- kollektivin inkişafına rəhbərlik etmək,  şagirdlərin

kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi ba-

carmaq;  işləri dəqiq planlaşdırmaq,  ona nəzarət etmək və ob-

yektiv olaraq qiymətləndirmək.



İnkişafetdirici bacarıq və vərdişlər:

- tədris prosesində müşahidə metodundan və müxtəlif

məktəb təcrübələrindən istifadə etmək;

- bütün tədris metodlarını yaş fiziologiyası,  psixologiya, 

pedaqogika və məktəb gigiyenasının müasir nailiyyət və

məlumatları əsasında tətbiq etmək;

- təlim və fikri iş sisteminin formalaşması prosesində

şagirdlərin əqli fəaliyyətini idarə etmək;

- təlim prosesində şagirdlərdən müstəqil təfəkkür tələb

edən problem situasiya yaratmaq;

- şagirdlərə əvvəllər əldə etdikləri bilikləri tətbiq etməyi, 

müqayisə və müstəqil əqlinəticə,  fəal idrak fəaliyyəti tələb

edən suallar vermək.

İstiqamətləndirici bacarıq və vərdişlər:

- elmi dünyagörüşü, təbiət və əməyə düzgün münasibəti

təşəkkül etdirmək;

- şagirdlərdə tədris fəaliyyətinə və elmə,  məhsuldar

əməyə və cəmiyyətin tələblərinə,  öz şəxsi istiqamət və

imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;

- şagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, es-

tetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.

Müəllimin bu cür pedaqoji bacarıq və vərdişləri onun

ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəf-

fəqiyyətlə həyata keçirməsinə imkan verir.  Bu cür bacarıq və


577

vərdişlər pedaqoji fəaliyyət prosesində formalaşmaqla yanaşı, 

həmin fəaliyyətin səmərəli təşkilini təmin edir. Pedaqoji baca-

rıq və vərdişlər qabiliyyət səviyyəsinə yüksəldikdə pedaqoji

fəaliyyətin müvəffəqiyyətlə icrası üçün əsas amilə çevrilir.

Müəllimin təlim və tərbiyə prosesində yüksək göstəricilər

əldə etməsi onun pedaqoji qabiliyyətlərinin inkişafından

asılıdır. 

Pedaqoji

qabiliyyətlərin

inkişafı

müəllimin

şəxsiyyətində pedaqoji fəaliyyəti müvəffəqiyyətlə icra etmək

üçün zəruri olan fərdi psixi xassələrin formalaşmasına səbəb

olur.

Bütün pedaqoji qabiliyyətləri şərti olaraq üç qrupda



birləşdirmək olar:  şəxsi qabiliyyətlər,  didaktik qabiliyyətlər, 

təşkilatı-kommunikativ qabiliyyətlər.

1.  Şəxsi pedaqoji qabiliyyətlər dedikdə,  adətən, 

şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan

qabiliyyətlər nəzərdə tutulur.  Buraya uşaqlara hüsn-rəğbət

bəsləmək,  dözümlülük və özünəsahib olmaq (özünü ələ ala

bilmək)  və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün



optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərini aid etmək

olar. 


Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyəti pedaqoji

qabiliyyətlərin strukturunda əsas “özəyi” təşkil edir. Bu cür pe-

daqoji qabiliyyətlər anlayışı altında uşaqlara qarşı ağıllı

məhəbbət və onlara bağlılıq,  onlara qarşı xeyirxah münasibət, 

onlarla ünsiyyətdə olmaq və işləmək arzusu və cəhdi başa

düşülür.  Bu cür pedaqoji qabiliyyətə malik olan müəllim

uşaqlarla pedaqoji ünsiyyətdən,  qəribə uşaq aləminə daxil ol-

maqdan həzz alır,  onlara qarşı diqqətli,  xeyirxah münasibət

bəsləyir. Lakin bu münasibətlərin heç birinin ürəyiyum

şaqlıq, güzəştə getmək, məsuliyyətsizlik səviyyəsinə enməsinə

yol vermir.  Uşaqlar həqiqi və ya süni münasibəti bir-

birlərindən asanlıqla ayıra bilirlər.  Onlar müəllimin özlərinə

qarşı həqiqi münasibətini hiss etdikdə eyni münasibətlə də ca-

vab verirlər. 



578

Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək üçün

lazım olan müəllimin şəxsi pedaqoji qabiliyyətlərindən biri də

dözümlülük və özünəsahib olmaq qabiliyyətidirMüəllim

həmişə, hər cür, hətta gözlənilməyən şəraitdə özünü ələ almağı, 

özünə sahib olmağı, öz hisslərini, temperamentini cilovlamağı

bacarmalı, öz davranışına nəzarəti itirməməlidir. Lakin bu heç

də o demək deyildir ki,  müəllim öz hisslərini daima süni

şəkildə boğmalıdır.  O,  şagirdlərlə birlikdə şadlana,  sevinə də

bilər. Lazım gəldikdə tərbiyəvi məqsədlə qəzəb və narazılığını

da nümayiş etdirə bilər.  Lakin bu zaman o heç vaxt özündən

çıxmamalı,  qışqıra-qışqıra,  kobud və təhqiramiz tonla

danışmamalıdır.  Bununla belə müəllimin dözümlülüyü özünə

sahib olması etinasızlıq səviyyəsinə qalxmamalıdır. 

Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə



şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada

bilməsidirBu cür qabiliyyətə malik olan müəllimlər özlərinin

gümrahlığı,  həyatsevərliyi,  kifayət

qədər

canlılığı



ilə

fərqlənirlər. Nə olursa olsun,  müəllim həmişə nikbin, arzuolu-

nan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də

müəllim


özünün

əhvalını


idarə

etməyi,  tənzimləməyi

bacarmalıdır.

2.  Didaktik qabiliyyətlər-müəllimin zəruri məlumatları

şagirdlərə çatdıra bilmək,  öyrədə bilmək,  materialı uşaqların

səviyyələrinə uyğunlaşdırmaqla onlara çatdırmaq,  material və

ya problemi aydın və ya anlaşıqlı şəkildə şagirdlərə təqdim

etmək,  fənnə qarşı maraq oyatmaq,  şagirdlərdə fəal müstəqil

fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir.  Buraya konk-

ret olaraq müəllimin izah edə bilmək qabiliyyətini, ekspressiv-

nitq (natiqlik)  qabiliyyətini,  nəzəri qabiliyyətləri (akademik

qabiliyyət) aid etmək olar.

Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliy-

yətə malik olan müəllimin fikri şagirdlər üçün aydın olur. On-

lar çətin,  anlaşılmaz materialı şagirdlər üçün anlaşıqlı edə

bilərlər. Təlim materialının məzmununu şagirdlərin səviyyəsinə



579

uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edə, çatdıra bilirlər. 

Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq

oyadır, onların fikrinin fəal müstəqil işləməsinə şərait yaradır-

lar.  Belə müəllimlər zəruri hallarda çətini asan etməyi, 

mürəkkəbi

sadələşdirməyi,  anlaşıqsızı

anlaşıqlı

etməyi

bacarırlar.  Bu cür qabiliyyətə malik olan müəllim şagirdlərin



hazırlıq,  inkişaf səviyyələrini,  nəyi bildiklərini və nəyi

bilmədiklərini,  nəyi artıq unuda bildiklərini nəzərə alır, 

şagirdlərin qarşılaşa biləcəkləri çətinlikləri görür və onların

qarşısını almağa çalışır.  Qeyd edilən qabiliyyətə malik olan

müəllim özünü şagirdin yerinə hiss edə bilir, onun mövqeyində

dayanır və özünə aydın olan fikirlərin şagird üçün aydın ola

bilməməsi hallarının mümkünlüyünü başa düşür.  Ona görə də

öz izahatının xarakter və formasını xüsusi şəkildə düşünür. 



Ekspressiv-nitq (natiqlik)  qabiliyyətləri. Pedaqoji

fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də

həlledici rol oynayır.  Nitq qabiliyyətləri lazımi səviyyədə

inkişaf etməyən müəllim nəzərdə tutulan təlim materialını

şagirdlərə çatdırmaqda çətinlik çəkir. Bu cür qabiliyyətlərə ma-

lik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də mimika

və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə,  nitqin

köməyilə şagirdlərin fikir və diqqətini maksimum dərəcədə

fəallaşdıra bilir.  Müəllimin peşəsi üçün bu ən zəruri

qabiliyyətlərdən biri hesab olunur.  Bu cür qabiliyyətə malik

olan müəllimlər dolaşıq, mürəkkəb danışıq tərzindən qaçır, öz

fikirlərini şagirdlərin başa düşəcəyi sadə,  aydın dildə ifadə

edirlər.  Müəllimin nitqi canlı,  obrazlı,  ifadəli,  emosional, 

aydın,  stilistik,  qrammatik və fonetik cəhətdən qüsursuz

olmalıdır. 

Nəzəri qabiliyyətlər. Bu cür anlayış altında müəllimin

müvafiq fənn,  daha doğrusu elm sahəsinə aid qabiliyyətləri

nəzərdə tutulur.  Müəllimin tədris etdiyi fənni dərindən

bilməsində ifadə olunur. Bu cür qabiliyyətə malik olan müəllim

öz fənnini təkcə tədris kursunun həcmində deyil,  daha geniş, 


580

dərindən bilir,  tədris etdiyi elm sahəsində olan kəşfləri daima

izləyir,  materiala tam sərbəst yiyələnir,  ona böyük maraq

göstərir, kiçicik də olsa öz ixtisası sahəsində tədqiqat işi aparır. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin