UŞaqlarin hüquqlari və jurnaliSTİka praktikasi hüquqlara əsaslanan perspektiV



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix22.04.2017
ölçüsü1,25 Mb.
#15608
1   2   3   4   5   6   7   8   9   ...   18

19

hökumət təşkilatları beynəlxalq insan hüquqları 

normalarının yerinə yetirilməsinə əlavə dəstək ve-

rir». Bununla əlavə edilmişdir: «Öz xarakterinə görə 

qeyri-hökumət təşkilatları fikir azadlığına, fəaliyyət 

çevikliyinə və hərəkət azadlığına malikdir ki, bu 

da müəyyən vəziyyətlərdə onlara hökumətlərin və 

hökumətlərarası təşkilatların yerinə yetirə bilmədiyi 

və ya hətta yerinə yetirmək istəmədiyi tapşırıqları 

icra etməyə imkan yaradır.»

Vətəndaş cəmiyyətinin bir hissəsi kimi media 

peşəkarları da məsuliyyət daşıyırlar. Jurnalistlərin 

uşaqların hüquqları ilə bağlı zorakılıq hallarının aş-

kar edə və məlumatlılığı artıra biləcəyinə baxmaya-

raq, onlar uşaqların necə nəzərdən keçirilməsinə 

və təsvir edilməsinə geniş təsir göstərə bilərlər. 

Jurnalistlər öz fəaliyyətinin nəticələri barədə 

məlumatlı olmalıdırlar; media peşəkarları ictimai 

rəyi formalaşdırır və davranışa təsir edirlər.

Medianın bu nüfuzlu mövqeyi onu göstərir ki, 

bu, xüsusən uşaqların hüquqlarını düzgün şəkildə 

əks etdirdiyinə və onlara hörmət etdiyinə təminat 

verilməsi üçün daxili qaydada tənzimlənməlidir. 

Qiymətləndirmə təlimatı  

Öz ölkənizdə uşaqların adından hüquq müdafiə 

edən qrupları müəyyənləşdirin. Onlara hüquqla-

ra əsaslanırmı? Onlar öz işlərində uşağın fikrinə 

dəstək göstərirlərmi? 

Sonrakı şərh və resurslar  

Avropa Uşaqları üzrə Ombudsmanlar 

Şəbəkəsinin (AUOŞ) Təlim Paketi: Uşaqların in-

san hüquqlarının dəstəklənməsi üzrə müstəqil 

əsasnaməli idarələrin formalaşdırılması sahəsində 

çalışanlar – uşaqlar üzrə ombudsmanlar və uşaqla-

rın hüquqları üzrə müvəkkillər üçün Avropa Uşaqla-

rı üzrə Ombudsmanlar Şəbəkəsinin işləyib hazırla-

dığı məlumat və təlim paketi: 

http://www.ombudsnet.org/docs/informationand-

trainingpack.pdf 

Sosial Fəaliyyət və Uşağın Hüquqları: BMT Kon-

vensiyasına dair Peşəkar Təlim Vəsaiti, Beynəlxalq 

Sosial İşçilər Federasiyası, 2002. 

Ümumdünya Uşaqlarının Vəziyyəti 2006, BMT 

Uşaq Fondu. 



Milli İnsan Haqları İnstitutları, İnsan Haqları 

Mərkəzi, Peşəkar Təlim Silsiləsi № 4, İnsan Haqları 

Mərkəzi, Cenevrə, 1995, paraqraf 15 

Uşaqların Doğru Yola İstiqamətləndirilməsi, 

Beynəlxalq Jurnalistlər Federasiyası, 2002. 



Ritorikadan Hüquqlara Doğru: BMT-nin Uşaq 

Hüquqları Komitəsinin İkinci Alternativ Hesabatı, 

Uşaqların Hüquqları Birliyi, 2006. 


BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

20

MEDİA peşəkarları uşaqların hüquqla-

rı ətrafındakı sosial mobilizasiyanın aparılma-

sında mühüm rola malik kimi qəbul edilirlər. On-

lar əsasən digərlərinin cinayətləri və səhlənkarları 

barədə müxbir kimi fəaliyyət göstərməyə cəlb oluna 

bilərlər, lakin buna baxmayaraq onlar bu prosesdə 

katalizator funksiyasını yerinə yetirirlər. İctimai 

marağın nəzarətçisi və demokratik mübadilənin 

təşkilatçısı kimi onlar həmçinin uşaqların obrazının, 

hüquqlarının və perspektivlərinin təkmilləşdirilməsi 

prosesində mühüm rol oynayırlar.

 

Uşaqların mediada təmsil 

olunması 

Medianın nüfuzlu mövqeyə malik olmasına bax-

mayaraq, onlar həmişə uşaqların hüquqları üzrə 

müttəfiq olaraq fəaliyyət göstərmirlər. Biz gənclərin  

mediada təsvir edildiyi üsulla necə bədbəxt olduq-

larını artıq müzakirə etmişik və tədqiqat layihələri 

uşaqların dünya miqyasında mediada necə 

təcəssüm etdirilməsi ilə oxşarlıqları göstərmişik. 

2003-cü ilin noyabr ayında MediaVays təşkilatı 

geniş formatlı üç Britaniya afişasının və Bazar günü 

çıxan kiçik formatlı qəzetlərin ani şəklini çəkmişdir. 

Nəticələr uşaqların təsvirini qəmgin surətdə təqdim 

etmişdir. Uşaqlara dair 32 məqalədən yalnız ikisi 

uşaqların hüquqlarına nəzərən müsbət şəkildə ve-

rilmişdir. Üç məqalədə isə valideynlərin hüquqla-

rı uşaqların hüquqlarından daha çox müdafiə edil-

mişdir. 

Stereotipləmə Birləşmiş Krallıqda aparılan bir 

sıra tədqiqatlarla müəyyən edilmişdir. 2004-cü 

ildə Müasir Gənclər jurnalı üçün Beynəlxalq Ba-

zar və Rəy Tədqiqatı (BBRT) tərəfindən apa-

rılan araşdırma göstərmişdir ki, gənclər artan 

dərəcədə «problemlər» kimi qələmə verilmiş-

dir. 2004-cü ildə bir həftə ərzində Birləşmiş Krallı-

ğın milli və yerli qəzetlərində onlar barədə dərc olu-

nan əhvalatların 71%-i mənfi, 14%-i müsbət xarak-

terli və yalnız 15%-i bitərəf olmuşdur. Cinayət və 

zorakılıq haqqında əhvalatların 48%-ində gənclər 

cinayətkarlar kimi təsvir edilmişdir. Ümumilikdə on-

ların 70%-i oğlanları təqsirkar kimi və yalnız 32%-i 

oğlanlar zərərçəkmiş kimi təcəssüm etdirilmişdir. 

Əhvalatların 10%-ində qızlar təqsirkar kimi və 91%-

ində zərərçəkmiş kimi göstərilmişdir. Mediada can-

landırılan təəssürata zidd olaraq, rəsmi cinayət sta-

tistikası onu göstərir ki, qızlara nisbətən oğlanlar 

zorakılıq cinayətlərinin daha çox qurbanı kimi ehti-

mal olunur. 

Digər tədqiqat layihələri müəyyən etmişdir ki, 

uşaqların bu stereotipi beynəlxalq fenomen hesab 

olunur. Medianı gənclərin mülki fəaliyyətini diqqət 

mərkəzində saxlamamaqda ittiham edən Qlokal 

Gəncləri təşkilatı tərəfindən aparılan tədqiqat Avro-

pada geniş yayılmış kütləvi informasiya vasitələri 

arasında oxşar tendensiyaları aşkar etmişdir: 



«Xüsusən biz gənc immiqrantlar haqqında danışı-

rıqsa, gənclər adətən problemlərin, cinayətlərin, zo-

rakılıq əyalətləri, narkotik maddələrin və eyş-işrət 

məclislərinin sinonimləri kimi nəzərdən keçirilir. 

Bu obrazlar xüsusən bəzi sənədli filmlərdə və jur-

nallarda (nəşr olunmuş və audio-vizual şəkildə) 

özünü büruzə verir ki, bu da şəhər mədəniyyətini 

təcəssüm etdirir.»

2003-cü ildə Media Monitorinq Layihəsi Cənubi 

Afrikanın xəbər mediasında uşaqların və uşaq-

ların hüquqlarının təmsil olunmasını araşdırmış-

dır. Uşaqlara və Mediaya Etibar Edilməsi layihəsi 

müxtəlif mərhələlərdən, o cümlədən uşaqların işti-

rakı ilə praktiki seminarlardan, üç aylıq monitorinq 

müddətindən, jurnalistlər və media praktikantları ilə 

ixtisaslaşdırılmış təlimdən ibarət olmuşdur. Yaşlılar 

və uşaqlar kütləvi informasiya vasitələrini müşahidə 

etmişlər. Uşaqlara istinad edən hər bir məqalə 

qeyd olunmuş və uşaqların hüquqları ilə bağlı möv-

zu, mənbələr, təmsilçilik və digər məsələlər barədə 

müvafiq məlumatlar yazılmışdır. Uşaqlar iki həftə 

müddətində öz seçimləri haqda informasiyanın ya-

  ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ  

 Ушагларын медиада тямсил олунмасы  



 Медиада стереотиплямя  

 Ушагларын щцгугларынын позулмасы 



 Ушагларын мцдафияси 



5. MEDİADA TƏMSİL OLUNMA, UŞAQLARIN HÜQUQLARI VƏ PEŞƏ 

MƏSULİYYƏTİ

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

21

yılma vasitəsini müşahidə etdikləri paralel layihəyə 

cəlb olunmuşlar. Tədqiqatın əsas nəticələri aşağı-

dakı kimidir: 



1. Uşaqlar kütləvi informasiya vasitələrində 

kifayət qədər təmsil edilmirlər. Yaşlıla-

rın müşahidəsinə görə, uşaqlar informasiya 

videosüjetlərinin yalnız 6%-ində səciyyələndirilir, 

halbuki uşaqların müşahidəsi əhvalatların yalnız 

26%-ində onların əhatə olunduğunu aşkar etmişdir. 

2. Uşaqlar əsasən qurbanlar kimi təcəssüm 

etdirilirlər. Yaşlıların müşahidəsinə uyğun ola-

raq, xəbər süjetlərinin 25%-indən çoxu uşaqla-

rı zərərçəkmişlər kimi təsvir etmişdir. Bütövlükdə, 

uşaqlar ən çox mənfi şərtlərlə və məhdud rollarla 

təsvir olunurlar. Uşaqların monitorinqi bu tendensi-

yaları təsbit etmişdir. Uşaqlar iradlarına görə, media 

uşaqların daha müsbət rollarda canlandırılmasına 

səy göstərməlidir. 



3. Uşaqlar daha çox mənfi əhvalatlarda təmsil 

edilirlər. Yaşlıların və uşaqların monitorinqi aşkar 

etmişdir ki, uşaqların ekranlaşdırıldığı informasiya 

materialları əsasən mənfi xarakterli olmuşdur. Yaş-

lıların müşahidəsinə görə, uşaqlardan bəhs edən 

iki əhvalatdan biri mənfi mövzularla, o cümlədən 

cinayət, zorakılıq, təhqiramiz davranış və ya 

qəzalarla əlaqədar olmuşdur. 

4. Oğlan və qız uşaqları qərəzsiz şəkildə 

təmsi olunurlar, lakin hələ də stereotipləşdirilirlər. 

Bu əyani bərabərliyə baxmayaraq, sonrakı təhlil 

uşaqların necə təmsil olunduğu barədə cins 

stereotiplərinin saxlanıldığını nümayiş etdirmiş-

dir. Oğlanların ən çox idmanla bağlı əhvalatlarda 

göstərildiyi halda, qızlar daha çox uşaq zorakılığına 

dair əhvalatlarda göstərilmişdir. Bu, mediada qadın-

ların qurbanlar kimi, kişilərin isə qüdrətli kimi stere-

otip şəklində canlandırılmasını möhkəmləndirir. 

Aşağıdakı cədvəl uşaqların medianı müşahidə 

etmələri zamanı ən mühüm məsələlər uşaqlar 

tərəfindən müəyyənləşdirilən məsələləri yekunlaş-

dırmışdır. 

Uşaqlara və Mediaya Etibar Edilməsi 

layihəsinin nəticələri uşaqların mətbuatda və ra-

dio və televiziya yayımında təmsil olunmasına olan 

münasibətlərini əhatə etməklə, 1998-ci ildə Uşaqla-

rın Xilası təşkilatı tərəfindən aparılan tədqiqatı əks 

etdirir. Bu, müəyyən etmişdir ki, uşaqlar ən çox on-

ların media tərəfindən davranılması barədə xoşla-

madıqları xəbərlərə nəzərən tam səmimi olmuşlar: 

 yaşlıların güldürülməsi üçün uşaqların ciddi 



iradlarının istifadə olunması 

 məftunluğu artırmaq üçün hazırcavab uşaqlar-



dan istifadə edilməsi 

 emosiya doğurmaq üçün ağır vəziyyətdə olan 



uşaqların şəkillərindən və təsvirlərindən istifadə 

edilməsi, hətta bu, uşaqların özünəhörmət hissi və 

auditoriyanın onlara hörmət etməsi üçün heç bir 

əhəmiyyət daşımasa belə. 

 uşaqların himayə olunması və onlarla söhbət 



aparılması  

 uşaqlar mövzu haqqında daha çox bilgiyə 



malik olduqda yaşlıların uşaqlar üçün fikir ifadə 

etmələri 

 uşaqların heyvan sirklərindəki kimi hərəkət 



etdirilməsi  

 yaşlıların tərəfindən uşaqların etinasızlığının 



nümayiş etdirilməsi  

 yaşlıların uşaqların danışmasına imkan 



verməməsi və ya onların sözünü kəsməsi  

 uşaqlar passiv olmayanda onların passiv kimi 



görünməsi  

 «gənclik» adlanan problem qrupu kimi 



gənclərin birləşdirilməsi  

Mediada stereotipləmə

Konvensiyanın şərtlərinə əsasən uşaqlar 

cəmiyyətin müdafiə ediləcək altqrupu kimi hesab 

olunur. Uşaqlara qarşı təhlükələr oxucuların və audi-

toriyanın fikirlərinin qavranılması üçün istifadə oluna 

bilən güclü emosional reaksiyalar doğurur. Bunun-



Uşaqların Başlıca On Məsələsi

%

Uşaqların xəbəpdarlığı/onlar ölümü və qətli xoşlamırlar

15

Üşaqlar xəbərlərə daxil edilməməlidirlər



13

Uşaqlar qurbanlar kimi hesab edilirlər

12

Uşaqlar mediada təmsil olunmurlar.



10

Uşaqlar müdafiə olunmaq, təhsil, təminat və sağlamlıq hüququna malikdirlər 

9

Uşaqlar idman növlərindən və əyləncədən istifadə edirlər  



9

Uşaq zorakılığı dəhşətlidir

4

Uşaqların xəbərdarlığı ilə cinayətkarlıq 



3

Ehtiyacı olan uşaqlar/gənclərə kömək etmək yaxşı hal hesab olunur

2

Cinayətkarlar cəzasız qalmamalıdırlar



2

BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

22

la uşaqların əhvalatları və obrazları onlar üçün sosi-

al əhəmiyyətlilik dərəcəsində özlərinin marketinq po-

tensialı üzrə dəyərləndirilə bilər. Nəticədə, uşaqlar 

tez-tez mediada qurbanlar və yaxud yaşlıların «ha-

zırcavab» törəmələri kimi təcəssüm etdirilir. 

Uşaqların bu görünüşü məsumluq dövrü kimi 

uşaqlığın ümumbəşəri qavranılmasını əks etdirə 

bilər. Onların məftunluğu yaşlılarda müdafiəçilik, 

həsrət və üstünlük hissini aşılayır. Əgər onlar 

uğursuzluqdan zərər və ya əziyyət çəkirsə, yaşlı-

lar rəğbət və mənəvi pozğunluğun ifadə edilməsi 

zərurətini hiss edirlər. Hər halda nəticədə uşaqlara 

vətəndaşlıqdan aşağı səviyyədə status verilir. 

Uşaqların qurbanlar kimi və ya yaşlıların «hazır-

cavab» törəmələri kimi canlandırılması onlar haq-

qında məhdud və saxta təəssürat yaradır. Media bu 

meylin müəyyən olunduğu kimi xəbərlərin qeyri-adi 

hallar üzərində cəmləşməsi faktına söykəndiyini id-

dia edə bilər.  Lakin həmin fakt insanların onla-

rın ətrafında nə baş verdiyini daha yaxşı anlaya 

bilməsi üçün cəmiyyətin əks etdirilməsində media-

nın bərabər əhəmiyyətli rolunu nəzərə almır. Media 

praktikantları qavrayışların çox vaxt faktlardan daha 

güclü olduğu barədə əksər insanlardan daha çox 

məlumatlıdır. 

Gənclərin qavrayışlarını təhrif etməklə kütləvi in-

formasiya vasitələri həm uşaqlara, həm də geniş 

ictimaiyyətə xələl gətirir. Həmçinin onlar uşaqların 

hüquqlarını poza bilər. 



Uşaqların hüquqlarının pozulması 

Uşaqların hüquqlarının qeyri-münasib nüma-

yiş və media stereotipləməsi ilə pozula biləcəyi 

bir sıra üsullar mövcuddur. İnsan Haqları və Əsas 

Azadlıqlara dair Avropa Konvensiyasının (İHƏAAK) 

səkkizinci maddəsi ailəyə və şəxsi həyata hörmət 

hüququnu dəstəkləyir; 14-cü Maddə ayrı-seçkiliyin 

qadağan olunmasına dəstək verir. 

BMT-nin Uşaq Hüquqları haqqında Konvensiya-

sına əsasən uşaqların hüquqlarına daxildir: 

 



  Maddə 12: uşaqların onlara toxunan bütün 



məsələlərdə öz fikirlərini sərbəst ifadə   etmək 

hüququ


 •

  Maddə 13: uşaqların fikir azadlığı hüququ «mil-

li təhlükəsizliyin və ya ictimai asayişin... və 

ya ictimai səhiyyənin və ya mənəviyyatın» 

qorunması üçün lazım gəldikdə qanunla 

məhdudlaşdırıla bilər. 

  Maddə 16: «şəxsi həyat, ailə, ev və ya analoji 



olaraq... şərəf və nüfuza» müdaxilə edilməsinə 

və ya zərbə vurulmasına qarşı müdafiə. 

  Maddə 17: medianın əhəmiyyətinin qəbul 



edilməsi və «uşağın onun rifahına xələl gətirən 

məlumat və materialdan qorunması üçün uşa-

ğa sosial və mədəni fayda verən materialın ya-

yılması və müvafiq təlimatların işlənib hazırlan-

masının stimullaşdırılması»

 Bu maddələr məsuliyyətsiz media prakti-

kaları ilə uşaqların pozula bilən hüquqlarını ay-

dın şəkildə müəyyən edir. Xüsusən UHK-nın 17-ci 

Maddəsi uşağın rifahının yüksəldilməsinə medianın 

məsuliyyət daşıdığını təsbit edir. 

Uşaqların hüquqlarının pozulmasına qeyri-

həssas xəbər verilməsi və ya yanlış təmsilçilik və ya 

uşaqların müxtəlif məsələlər barədə fikirlərini ifadə 

etmələri üçün yer ayrılmasından imtina edilməsi da-

xildir. 

Uşaqların müdafiəsi  

Az qism insanların dövlətin müstəqil medi-

aya müdaxiləsini qəbul edəcəyinə baxmaya-

raq, uşaqların müdafiə olunmaq zərurəti bəzi 

ərazilərdə müdaxiləyə səbəb olmuşdur. Məsələn, 

1933-cü ilin Uşaqlara və Gənclərə dair Aktının 39-

cu bölməsinə əsasən, Birləşmiş Krallığın qanun-

vericiliyi məhkəmə işlərinə cəlb olunan gənclərin 

müəyyənləşdirilməsinin qarşısını alır. Bu qanun 

təsdiq edir ki, gənc cinayətkarlar media şöləsi və ic-

timai məzəmmət olmadan özlərini islah etmək im-

kanına layiqdirlər. Lakin bəzi hallarda hətta bu qa-

baqlayıcı tədbirlər qənaətbəxş olmamışdır; media 

uşaqların birbaşa eyniləşdirilməsini cinayətkarların 

stereotip formasında müəyyən olunması ilə əvəz 

etmişdir. 

Uşaqların mediada məsuliyyətli şəkildə işıq-

landırılmasını stimullaşdırmaq üçün 1998-ci ildə 

özünəməxsus təşəbbüs göstərən Beynəlxalq 

Jurnalistlər Federasiyası kimi təşkilatların səylərinə 

baxmayaraq, uşaqların stereotiplənməsinin bu 

növü hər bir qitədə əyani şəkildə mövcuddur. 

Lakin uşaqların mediada işıqlandırılması na-

dir hallarda jurnalistika təlimi ilə səciyyələnir, çünki 

ümumiyyətlə jurnalistlər böyük auditoriya üzrə yaş-

lı mühitində yaşlılara aid mövzulardan bəhs edirlər. 

Yeni sosial və maliyyə strategiyalarının uşaqla-

ra necə təsir göstərə biləcəyi barədə əhvalatların 

məsələn, uşaq imtiyazlarına və ya tədris kur-

suna şamil edilməsinə qədər onların nəzərdən 

keçirilməsi qeyri-adi hesab olunur. Gənclərin 

özlərinin hadisə anında baş verən məsələlər haq-

qında iradlarını bildirən qəzetlərə hələ də nadir hal-

larda rast gəlinir. Bunlardan əlavə, onlar əksər jur-

nallar və qəzetlər üçün başlıca bazar predmeti he-

sab olunmurlar. 

Bu baxımdan uşaqlar media peşəkarları 

tərəfindən ciddi olaraq qəbul edilməyə bilər, çün-

ki onların əsas hədəfi yaşlı bazarından ibarətdir. 

Uşaqlar spesifik şəkildə onlar üçün hazırlanma-

yan əsas media məhsullarının istehlakçısı olduq-

da, çətinlik yaranır. Xəbərlər başlıca surətdə yaşlı-

lar üçün və haqqında hansısa bir məlumat kimi he-

sab edilir. 

Başqa bir təhlükə odur ki, bu yaşlı bazarında 

uşaqlar potensial zərərli materiallardan, o cümlədən 



Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

23

zorakılıq, seks və uşaqların «seksuallaşdırılmış» 

obrazlarının təsvirindən istifadə edirlər. Kommu-

nikasiyanın internet kimi yeni formalarının inkişafı 

xüsusən internetdə material üzərində cüzi nəzarətin 

olması və yaxud heç olmaması səbəbindən ictimai 

narahatlığı artırmışdır. 

Bu cür narahatlığın uşaqların davranışına bir-

başa təsir göstərdiyi əhatə dairəsi haqqında 

müzakirələrin aparılmasına baxmayaraq, uşaqla-

rın müəyyən materialdan, o cümlədən zorakılığa və 

yersiz seksual fəaliyyətə imkan verən və yaxud onu 

stimullaşdıran obrazlı təsvirlərdən asanlıqla istifadə 

etməsi ilə onların vəhşiləşmədiyinə və ya risk altın-

da olmadığına təminat verilməsi üçün media isteh-

salçıları arasında prioritet olaraq qalmalıdır. 

Uşaqlar arasında media savadlılığı məsələsinə 

diqqət yetirilməlidir. Vacib sayılan odur ki, uşaq-

lar medianın vətəndaş cəmiyyətindəki rolunu 

qiymətləndirməli və jurnalistlərin uşaqların ehti-

yacları, narahatlıqları və hüquqları məlumatlı ol-

ması üçün onlar bu amili tənqidi surətdə nəzərdən 

keçirməyə qadir olmalıdırlar.    

BMT Uşaq Fondunun rəyinə əsasən, müa-

sir media tənqidinin öyrədilməməsi «təhsildə bu-

raxılmış ən böyük imkan» hesab edilir. Britaniya 

Parlamentinin üzvü Tessa Cauvel fərz etmişdir ki, 

səmərəli media tənzimlənməsi ilə birlikdə media 

savadlılığı media tərəfindən təmsil olunan dünya 

aləmi ilə münasibətlərində uşaqlara etibar edilməsi 

üçün ən mükəmməl vasitədir. 

Yeni nəsil üçün media 

Son illərdə medianın geniş vüsət almasına bax-

mayaraq, yeni minilliyin başlanğıcında BMT Uşaq 

Fondunun icraçı direktoru 17 ölkədən olan 70 gənc 

media fəalı ilə internet vasitəsilə dialoq qurarkən 

onun aldığı yekdil mesaj medianın gənclərin 

tələbatlarına uyğun gəlməməsi ilə səciyyələnmişdir. 

Stereotipləməyə yol verməməklə bütün 

nəticələri ilə birlikdə media uşaqların və gənclərin 

işıqlandırılmasına doğru öz yanaşma metodunu 

yenidən nəzərdən keçirməli və media savadlılığı-

nı artırmalıdır. Depressiyalı xəbərlər və onların yan-

lış təmsil olunması ilə məyusluğa düçar olan uşaq-

ların yeni nəsli artır; öz əllərindəki yeni texnologi-

ya ilə onlar özünəməxsus onlayn rejimində media 

vasitəsini yaradırlar və media istehsalının ənənəvi 

metodlarından yan keçirlər. 

Biz artıq Bebo, Yutube və Mayspeys adlı onlayn 

rejimli icmaların və yayım kanallarının yaradılma-

sını nəzərdən keçirmişik. 2007-ci il ərzində ABŞ-ın 

vitse prezidenti Al Qor bədii tərtibatı bütövlükdə 

gənc tamaşaçılar tərəfindən hazırlanmaqla 

gənclər üçün yeni kabel kanalının, Cari Televiziya-

nın əsasını qoydu. Cənab Qorun sözlərinə görə, 

bu, «dinləyicilərə demokratiya dialoqunda iştirak 

etməyə» və auditoriyaya öz televiziya paketlərini 

hazırlamağa imkan verəcək. O, bildirmişdir ki, ta-

maşaçılar üçün öz fikirlərinin dinlənilməsini asan-

laşdırmaqla konsepsiya «televiziyanı mediaya 

çevirə» bilər.    

Kütləvi informasiya vasitələrinin gənclər üçün 

hazırladıqları ilə kifayətlənməyərək, onlar ənənəvi 

mediasız keçinirlər və özlərinin gündəliyini yaradır-

lar. Bunun gələcək kütləvi informasiya vasitələrinə 

və ənənəvi (kommersiya) populyar mədəniyyətə 

mühüm təsiri ola bilər. 



Peşə məsuliyyəti  

Jurnalistlər onların fəaliyyət göstərdiyi şəraitə 

kiminsə diktə etməsinə imkan vermək üçün ixtiyari 

surətdə meyl göstərmirlər. Onlar kənar təzyiqlərdən 

pərt olurlar və qüdrətli elitanın niyyətlərinə şübhə 

ilə yanaşırlar. Jurnalistlər etinasızlığın nümayiş 

etdirilməsinə yönələn həyat tərzlərini və şəxsi azad-

lıqlarını itirmişlər ki, bu da digər şəkildə mətbuat 

azadlığı üzərindəki məhdudiyyətlər səbəbindən giz-

li qalmışdır. 

Media peşəkarları öz vəzifələrini vətəndaş 

cəmiyyəti üzərində hökmranlıq edənlərin 

məsuliyyətə cəlb edilməsi kimi nəzərdən keçirirlər. 

Jurnalistlər onların müstəqilliyini qoruyurlar. 

Vətəndaş cəmiyyətində onların ən mühüm rolu ic-

timai marağın müdafiəçisi kimi fəaliyyət göstərmək 

və demokratiyanın və insan hüquqlarına hörmətin 

reallaşdırılması üçün vacib olan məsələlər barədə 

müzakirələri, məlumatlılığı və ictimai məqbulluğu 

yüksəltməkdən ibarətdir. Jurnalistlərin bu rolu yerinə 

yetirmək bacarığı onların inhisarçı dairələrin qulluq-

çusuna çevrildiyi dərəcədə zəifləyir. 



Özünütənzimləmə  

Jurnalistlər media ittifaqı, peşə assosiasiyası və ya 

işəgötürən tərəfindən nəşr edilmiş davranış kodeksinə 

tərəfdardırlar. Lakin praktikada əksər jurnalistlər 

məcəllələrdə dəqiqləşdirmələr aparmaq barədə qeyri-

müəyyən ideyaya malikdirlər və öz prinsiplərinin ümu-

mi anlaşılmasına əsaslanırlar. Digər tərəfdən, uşaqlar 

onların insan hüquqları qorunmalı olduqda, dəqiq pro-

tokollar tələb edirlər.

Uşaqların yaşayış tərzi və rifahına toxu-

nan jurnalistika fəaliyyəti uşaqların perspektivi-

nin qiymətləndirilməsi ilə daim həyata keçirilməlidir. 

Jurnalistlər və media təşkilatları uşaqların hüquqları 

haqda xəbər hazırlayarkən etik davranışın ən yüksək 

normalarına riayət etməlidirlər. 

BBC və Ofkom təlimatları Mətbuat Şikayətləri Ko-

missiyasının nəzarət etdiyi peşə kodeksinin Britaniya 

media sahəsi tərəfindən yerinə yetirildiyi kimi uşaqla-

rın hüquqlarının qorunmasını xüsusi vurğulayır. Onlar 

qəbul edirlər ki, media praktikasının uşaqların hüquq-

ları ilə toqquşmadığına təminat verilməsi üçün media 

peşəkarları diqqət yetirmək öhdəliyinə malikdirlər. 



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin