UŞaqlarin hüquqlari və jurnaliSTİka praktikasi hüquqlara əsaslanan perspektiV


Bölmə 2: uşaqların hüquqları və peşəkar



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix22.04.2017
ölçüsü1,25 Mb.
#15608
1   2   3   4   5   6   7   8   9   10   ...   18

Bölmə 2: uşaqların hüquqları və peşəkar 

jurnalistika praktikası  

ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ  

 Давраныш кодекси ня цчцндцр? 



 Нормалар мцфяссял вя директив олмалы вя йа эениш принсипляри ящатя етмялидир?

 Давраныш кодексляри вя ющдялик  



 Давраныш кодексляри вя мятбуат азадлыьы 

 Азадлыьа гаршы мясулиййят 



1. PEŞƏ KODEKSLƏRI VƏ REDAKSİYA TƏLİMATLARI  

34

BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası

Jurnalistlərin keçmiş etik xətalarının müşahidə 

edilməsi və reaksiya verilməsi vasitəsilə jurnalistika 

normaları geniş şəkildə inkişaf edir. Hazırda bəzi 

məşğulluq terminləri ştatda olan və ştatdankənar 

jurnalistlər üçün bu cür normaların riayət edilməsini 

sanksiyalaşdırır; jurnalistlər etik nöqsanlara işdən 

azad oluna bilərlər. Lakin çox vaxt jurnalistlər öz 

işində qalmaq istədikdə öz əxlaqi mühakiməsinə 

zidd olaraq fəaliyyət göstərməyə məcbur olduqları-

nı etiraf edirlər. 

Dünyanın ilk davranış kodeksi 1936-cı ildə 

işəgötürən qurum tərəfindən deyil, Birləşmiş Krallıq 

və İrlandiya üzrə Milli Jurnalistlər İttifaqı tərəfindən 

hazırlandı. Kodekslərin formulə edilməsi çox vaxt 

jurnalistlərin media mülkiyyəti və mülkiyyətin 

təmərküzləşməsi ilə bağlı məsələlərə reaksiyasın-

dan ibarət olmuşdur. 

Jurnalistikanın etika kodeksi etik dilemmanın 

qarşısının alınmasında jurnalistlərə kömək etmək 

məqsədilə saysız-hesabsız çətinliklər, o cümlədən 

maraq ziddiyyətləri vasitəsilə təlimatlar kimi 

nəzərdə tutulur. 

Normalar jurnalistləri özünənəzarət və özünüis-

lah mexanizmi ilə təmin edir. Həmçinin peşə stan-

dartlarının dəstəklənməsi xəbər agentliyinin nü-

fuzunu və ona olan inamı artırır ki, bu da onun 

oxucu əhatəsinin və ya auditoriyanın səviyyəsini 

yüksəldir. Jurnalistika etikasının ümumi normaları-

nı qəbul edən və onu dəstəkləməyə səy göstərən 

aparıcı xəbər təşkilatları arasında icra və riayətin 

keyfiyyəti dəyişə bilər. Lakin xəbər qurumunun 

peşəkarlığı, etibarlılığı və ictimai cavabdehliyi onun 

ən dəyərli üç aktivi hesab edilir. İctimaiyyətə olan 

və öz fəaliyyət sahəsi daxilində mövqeyinə təsir 

edən etika kodeksinə qismən ardıcıl şəkildə riayət 

etməklə təşkilat güclü nüfuz qazanır və onu qoru-

yub saxlayır. 

Ən çox hörmət edilməklə ingilis dilində çıxan 

qərbyönümlü nəşrlər və yayım şəbəkələri ara-

sında Britaniya Yayım Korporasiyası (BBC), Ka-

nada Yayım Korporasiyası, Müdafiəçi qəzeti (ti-

pik oxucu kütləsinə malikdir); ABŞ-da, Vaşinqton 

Post, Nyu York Tayms, Uol Strit Jurnalı, Xəbərlərin 

Verilməsinin Kabel Şəbəkəsi (CNN), Milli Dövlət 

Radiosu və Dövlət Radioyayım Xidməti mühüm yer 

tutur. Bu təşkilatların əksəriyyəti özünəməxsus re-

daksiya təlimatlarına malikdir. 

Mətbuat azadlığı  

Mətbuat azadlığı olan əksər ölkələrdəki xəbər 

yayımı agentliklərində kodekslərə rast gəlinə bilər. 

Bəzi ölkələrdə birdən çox kodekslər vardır. Müxtəlif 

hüquqi mühiti əks etdirən qəzetlər və yayım üzrə 

çox vaxt ayrı-ayrı kodekslər mövcud olur. Yayım 

jurnalistləri daha çox tənzimlənən mühitdə işləməyə 

meyl edirlər. 

İnkişaf etməkdə olan ölkələrdə mətbuat azadlı-

ğı nəzərdə tutur ki, bütün insanlar yazılı surətdə və 

yaxud şəxsi əqidənin və ya yaradıcılığın hər han-

sı digər ifadəsi ilə öz fikirlərini bildirmək hüququ-

na malikdirlər. İnsan Haqları üzrə Ümumbəşəri 

Bəyannamədə (İHÜB) deyilir ki:   



«Hər kəsin əqidə və fikir azadlığı hüququ vardır; 

bu hüquqa imkanlarından asılı olmayaraq hər han-

sı media vasitəsilə müdaxiləsiz öz əqidəsini ifadə 

etmək və məlumatlar və ideyalar axtarmaq, almaq 

və çatdırmaq azadlığı daxildir.»

Qeyri-hökumət təşkilatları dünyadakı mətbuat 

azadlığının səviyyələrini qiymətləndirmişlər. 

Sərhədsiz Reportyorlar təşkilatı İHÜB-dəki 

maddədən ruhlanaraq Ümumdünya Mətbuat Azad-

lığı İndeksini yaratmışdır ki, bu da hər hansı bir 

ölkədə qətlə yetirilən, sürgün edilən və ya təqib olu-

nan jurnalistlərin sayı, televiziyada və radio dövlət 

inhisarçılığının mövcudluğu və mediada senzura və 

daxili senzuranın olması barədə məlumat verir. Bu, 

həmçinin medianın tam müstəqilliyini, habelə xarici 

müxbirlərin qarşılaşdığı çətinlikləri qiymətləndirir.

Sərhədsiz Reportyorlar təşkilatının rəyinə 

əsasən, dünya əhalisinin üçdə bir hissəsindən 

çoxu mətbuat azadlığı olmayan ölkələrdə yaşa-

yır. (Ölkələrin ardıcıllığı aşağıdakı mənbədən əldə 

oluna bilər: http://www.rsf.org/) Mətbuat azadlı-

ğına nəzarət edən digər təşkilatlara Beynəlxalq 

Jurnalistlər Federasiyası (BJF) daxildir. 

Mətbuatın müstəqilliyi konsepsiyası mətbuat 

azadlığı konsepsiyası ilə sıx şəkildə əlaqədardır. 

Medianın demokratik şəraitdə fəaliyyət göstərməsi 

üçün onlar siyasi və iqtisadi vasitələrdən azad ol-

malıdır. 

Jurnalistika normaları və etikası mövzusu 

barədə ABŞ-da fikir söyləyən aparıcı informasiya 

bürolarından biri Peşəkar Jurnalistlər Cəmiyyəti ol-

muşdur. Onun etika kodeksinin preambulasında 

göstərilir: 

«...ictimai maarifləndirmə ədalət müjdəçisi 

və demokratiyanın təməlidir. Jurnalistin vəzifəsi 

həqiqəti axtarmaqla, eləcə də hadisələrə və 

məsələlərə ədalətli və müfəssəl qiymət verilməsini 

təmin etməklə bu nəticələri önə çəkməkdən 

ibarətdir. Bütün medianı və ixtisasları təmsil edən 

vicdanlı jurnalistlər müfəssəlliyi və səmimiliyi ilə 

ictimaiyyətə xidmət etməyə səy göstərirlər. Peşəkar 

düzgünlük jurnalistin nüfuzunun dayaq nöqtəsidir.»  

  

Bu, Amerika konstitusiyasına – söz azadlığının 



qanunla qorunduğu sənədə – və «Konqres söz və 

ya mətbuat azadlığını məhdudlaşdıran heç bir qa-

nunu qəbul etməməlidir...» müddəasını qəti şəkildə 

göstərən məşhur Birinci Düzəlişə (ABŞ konstitusi-

yasına) uyğundur. 


Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

35

Yeni Respublika tərəfindən heç bir doktrinanın 

qəbul olunmaması azad fikrin bəyan edilməsinə 

nisbətən bütün dünyada daha geniş surətdə 

dəstəklənmişdir. Lakin dünya dövlətləri jurnalistlərin 

davranışına məhdudiyyətlər qoyulması niyyəti 

– əslində, jurnalistlər hökumətin istəklərinə uy-

ğun olduqda yalnız onların fəaliyyətinə lisenziya 

verilməsi üzrə öz səbəblərini göstərə bilərlər. Bu cür 

məhdudiyyətin qoyulması hakim elitanın əlaltıları 

ilə müqayisədə öz müstəqilliyini qiymətləndirən və 

özünü geniş ictimaiyyətin vasitələri kimi hesab edən 

jurnalistlərə qarşı qəbul edilməməlidir. 

Hökumətlər mətbuat azadlığı üzərində nəzarətin 

qoyulmasını əsaslandırmaq üçün «media xətası» 

bəhanəsindən tez-tez istifadə edirlər. Bu, media 

daxilində şəffaf və ümumi qəbul olunan və dərk 

edilən sistemə əsasən özünü tənzimləməli olan jur-

nalistika praktikasının nə üçün həyati əhəmiyyət 

kəsb etməsinin ən tutarlı səbəblərindən biri kimi eh-

timal olunur. 

Medianın tənzimlənməsinin hələ də tez-tez 

yüksək ziddiyyətli kimi nəzərdən keçirilməsinə bax-

mayaraq bu, artan dərəcədə əhəmiyyət kəsb etmiş-

dir. Bəzi istisnalar ilə bu ziddiyyət demokratiyada 

medianın yönəlməli olduğu standartlar üzərində de-

yil, özünütənzimləmə və qanunverici tənzimləmənin 

alternativ dəyərləri üzərində cəmləşməlidir.

Məsələn, Birləşmiş Krallığın Mətbuat Şura-

sının Peşə kodeksi jurnalistlər və redaktorlar 

üçün bir sıra standartları, o cümlədən dəqiqliyi, 

şəxsi həyatın toxunulmazlığı üzrə bəzi hörmət 

formalarını, uşaqlar və zəif insanlar üçün bəzi 

müdafiə üsullarını müəyyən etsə də, ədalətliliyi 

və qərəzsizliyi əhatə etmir. Lakin bu kodeks qa-

nunvericilik ilə nəzərdə tutulmur. Mətbuat Şurası 

özünütənzimləmə həddini müəyyənləşdirməklə qa-

nunverici tənzimləməni qabaqlamaq səyi ilə bunu 

formalaşdırmışdır. Peşə kodeksi jurnalistlərin və re-

daktorların davranışları üzrə reqlament qaydası-

na deyil, şikayət prosedurlarına əsaslanır. Onun va-

hid icra tərzi seçmə və retrospektiv xarakter da-

şıyır: Qəzet redaktorlarından və «ştatdankənar» 

üzvlərdən ibarət olan Mətbuat Şikayətləri Komissi-

yası kodeksin pozulması barədə şikayətləri araşdı-

rır və «həll edir». 

Jurnalist təşkilatları və həmkarlar ittifaqla-

rı və mətbuat şuraları və ya metodiki göstərişləri 

və təlimatı təmin edən BBC kimi qurumlar 

tərəfindən formulə edilmiş kodekslər Skandinaviya 

ölkələrindəki mətbuat şuralarının kodekslər kimi di-

rektiv olan və qaydalar şəklində tətbiq edilənlər ilə 

ziddiyyət təşkil edə bilər. 

Bütün növ normalara mətbuat azadlığının po-

zulması forması kimi şübhə edənlər və normala-

rı məsul jurnalistikaya yardım kimi hesab edənlər 

arasında bir gərginlik mövcuddur. Yuxarıda isti-

nad edildiyi kimi, əvvəlki qayə ABŞ Konstitusiyası-

nın Birinci Düzəlişi ilə qorunan ənənəni təmsil edən 

ABŞ jurnalistləri arasında daha adi xarakter alma-

sına baxmayaraq, sonuncu nöqteyi nəzər Avropa 

ənənəsinin ümumən bir hissəsidir. 



Kodeks nəyi ehtiva etməlidir?

Tamamilə müfəssəl və ya direktiv şəkildə ko-

deks fikir azadlığını, habelə jurnalistika araşdırma-

sını qadağan edə bilər. Lakin həddindən artıq quru 

və ibrətamiz şəkildə kodeks şərh üzrə elə imkan ya-

rada bilər ki, bu da faktiki surətdə qanuni qüvvəyə 

malik olmayacaqdır. 

  Səmərəli olması üçün kodeks ilkin prinsipləri 

formulə etməlidir ki, bunun da müqabilində 

jurnalistlər öz davranışlarının və məlumatlarının 

qiymətləndirilməsinə razıdırlar. Məsələn, 

jurnalistlərin özünəməxsus əqidə hüququna ma-

lik olmasına baxmayaraq, onların razılaşma-

dığı məlumatları nəzərə almadan jurnalistlərin 

şəxsi fikirlərinin dəstəklənməsi onların ictimai 

mövqeyindən sui-istifadə edilməsi kimi hesab olu-

nur. 

Xəbərlərin şərhi və təhlili legitim hesab edilir və 



arzuolunan vasitələrlə fikir müxtəliflikləri ayrılır və 

stimullaşdırılır, lakin xəbərlər və məlumatlar ilə şərh 

və ya təhlil arasında fərq qoyulmalıdır. 

Hər hansı tənzimləmə forması cavabdehlik sis-

temini təmin edir. Bu ideyanın əsas qayəsi odur 

ki, - uyğunluğa zəmanət verməklə və ya qanun po-

zuntularının dərhal aradan qaldırıldığına təminat 

verməklə «qaydalar» praktikaya öz təsirini göstərir. 

Medianın öz-özünü tənzimləməsi qanun pozun-

tularına yol verildikdə – müvafiq qanuni vasitələrə 

müraciət etmədən - ictimaiyyətin azad və müstəqil 

mediadan istifadə etmək hüququnu müdafiə etmək 

məqsədilə işlərin nizama salınmasında media 

peşəkarlarına etibar edilməsi barədə ictimaiyyətin 

inandırılmasına yönəldiyi üçün cavabdehliyin xüsu-

si forması hesab olunur. 

Stajçıların özləri üçün başlanğıc nöqtəsi olmalı-

dır. Əksər insanlar razılaşarlar ki, kodeks aşağıda-

kılara istinad etməlidir:

 



  media azadlığı prinsiplərinin, ictimaiyyətin 

məlumat əldə etmək hüqunun və jurnalistlərin 

şəxsi düşüncəsini reallaşdırmaq hüququnun 

dəstəklənməsi 

 dəqiqlik və qeyri-dəqiqliyin aradan qaldırılması  



 faktlar ilə şərh arasında fərq qoyulması 

  xüsusən xəstə və ağır vəziyyətdə şəxsi toxu-



nulmazlığa hörmət göstərilməsi  

  uşaqların, cinayət qurbanlarının və digər zəif 



qrupların qorunması  

 mənbələrin qorunması 



 qərəzliliyə və ayrı-seçkiliyə yol verilməməsi  

  motivlərə və maraq ziddiyyətlərinə yol 



verilməməsi 

Qaydaya nəzərən istisnalar həmişə olacaq-



36

dır. Dəqiqliyin bütün media peşəkarları üçün toxu-

nulmaz olaraq qalacağına baxmayaraq, daha op-

timal (ictimaiyyətin bilmək hüququ) – bəzən «üs-

tün ictimai marağın» kodeksdən kənara çıxan 

xətaları əsaslandıra biləcəyi hallar barədə metodiki 

göstərişlərin olması faydalıdır. 

Məsələn, Birləşmiş Krallıqda fikir azadlığı 

özlüyündə «ictimai maraq» hesab olunur. Qəzet 

sahəsi (Mətbuat Şikayətləri Komissiyası) və Milli 

Jurnalistlər İttifaqı uşaqların əhatə olunduğu kodek-

sin pozulmasını əsaslandırmaq üçün «istisna» hal-

larının olmasına təkid edir, lakin bildirir ki, aşağıdakı 

motivlərə görə kodeksdən kənara çıxan xətalar (ox-

şar, lakin fərqli) əsaslandırıla bilər:   

  cinayəti və ya ciddi qanun pozuntularını aşkar 



etmək və ya nümayiş etdirmək 

 ictimai sağlamlığı və təhlükəsizliyi qorumaq 



  fərdin və ya təşkilatın bəzi bəyanatları və ya 

tədbirləri nəticəsində ictimaiyyətin aldadılması-

nın qarşını almaq

Səmərəli olması üçün kodeksin nəzarət edil-

diyi – medianın və ictimaiyyətin etimadını qazan-

mış jurnalist təşkilatları və ya qeyri-dövlət qurumu 

tərəfindən aparılmasına baxmayaraq – və qanun 

pozuntusu baş verdikdə bir neçə təshihat forması-

nın əldə oluna biləcəyi bəzi vasitələr mövcud olma-

lıdır.  

Jan Klod Bertrand (aşağıdakı istinada bax) 

tövsiyə edir ki, onun adlandırdığı «media uçot 

sistemləri» və ya MUS-dən istifadə etməklə ay-

rıca və ya müxtəlif kombinasiyalarda birlikdə 

vasitəçilərin, sahibkarların, peşəkarların və 

istifadəçilərin üç qrupu tərəfindən keyfiyyətə 

nəzarət həyata keçirilə bilər. 



Media uçot sistemləri

Media uçot sistemi (MUS) medianın so-

sial cəhətdən məsuliyyət daşıdığına təminat 

verilməsi üçün istifadə olunan vasitələrin hər han-

sı növü, medianı və jurnalistləri peşə ilə müəyyən 

edilən etik qaydalara hörmət göstərməyə stimul-

laşdıran bir üsuldur. Bütün MUS xəbər mediası-

nın təkmilləşdirilməsinə yönəlir, lakin onlar kəskin 

şəkildə fərqlənir: 

  fərdlər (məsələn, ombudsman aparatları və ya 



daxili oxucu kütlələri) 

  insanlar qrupu (məsələn, lehinə səs verənlərin 



qiymətləndirilməsi üzrə komissiyalar)

  mütəmadi görüşlər (məsələn, yerli mətbuat



şuraları) 

 vahid sənədlər (məsələn, etika kodeksi) 



  kiçik-miqyaslı media (məsələn, jurnalistika

icmalları) 

 səciyyəvi əməliyyat (məsələn, etika auditi) 



  uzun proses (məsələn, universitet təhsili və ya 

müfəssəl tədqiqat) 

Media uçot sistemləri ayrı-ayrı məqsədlər 

daşıyır: 

  tənqid, medianı təkmilləşdirmək üçün ən asan 



və ən sadə metod 

  monitorinq, media məhsulları xeyli çox və qısa 



müddətli olduğuna görə hazırda tələb olunur.

  mediadan istifadə etmək, hər kəsin geniş miq-



yaslı mediadan istifadə etməyə qadir olduğu 

və əhalinin hər bir təbəqəsinin məlumatı yay-

maq qabiliyyətində olduğu mənada 

  təlim, əksər media problemlərinin uzun 



müddətli həlli: peşəkarların təhsili və 

vətəndaşların həssaslığının artırılması  

Bəzi MUS media daxilində (təshihat qutu-

su kimi); digərləri media xaricində (jurnalistika ic-

malı kimi) formalaşır; halbuki bəziləri media ilə 

ictimaiyyətin əməkdaşlığını (mətbuat şurası) əhatə 

edir. 

 Səhvlərin qəbul edilməsi, xüsusən ictimaiyyətin 



həyat tərzinə toxunan tədbirlər və məsələlər 

barədə onları etibarlı məlumatla təmin etmək funk-

siyası sahəsində həmişə çətindir. Lakin nöqsa-

nın ictimai surətdə açıqlanması, faktın birba-

şa olaraq müəyyən edilməsi və bu cür nöqsan-

ların təkrarlanmayacağına təminat verməyə səy 

göstərilməsi ictimaiyyət ilə media arasında inamın 

gücləndirilməsinin ən səmərəli üsullarından biridir.        



Beynəlxalq kodekslər 

Uşaq Hüquqlarına dair Ümumbəşəri 

Bəyannamənin ratifikasiyası bütün dünyada 

dövlətlərin hamısı tərəfindən göstərildikcə, in-

san hüquqları və uşaqların hüquqları ümumbəşəri 

və ayrılmaz xarakter daşıyır. Lakin jurnalistin 

riayət etməli olduğu hərtərəfli standartlar varmı? 

İndiyədək Jurnalistlər üzrə Ümumbəşəri Davranış 

Kodeksi hələ də mövcud deyildir. Bir çox regional 

və milli kodekslər tətbiq olunur və beynəlxalq kor-

porasiyalar öz təlimatlarını və metodiki göstərişlərini 

yaratmışlar (İnsan Haqları üzrə Avropa Məhkəməsi 

tərəfindən mətbuat azadlığı naminə qaydalar toplu-

sunun nəşr etdirilməsinə baxmayaraq).

 Yazılı kodekslər və praktiki standartlar ölkədən 

ölkəyə və təşkilatdan təşkilata doğru dəyişir, lakin 

əsas nəşrlər ilə cəmiyyətlər arasında mühüm uy-

ğunluq vardır. Etika kodeksi əxlaqi həssaslığı və 

mühakiməni artırır və fərdlərin mənəvi ruhlandırıl-

masına göstərilən dəstəyi gücləndirir və təşkilatın 

eyniyyət hissinin aşılanmasına kömək edir.

 Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) he-

sab edir ki, söz azadlığı və məlumat azadlığı jur-

nalistika işinin əsasıdır. Bu, medianın redaksi-



BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

37

ya müstəqilliyini və öz-özünü tənzimlənməsini 

tələb edir və jurnalistikadakı etika kodeksinə dair 

debatı stimullaşdırır. Həmçinin bu, peşə norma-

larını, Jurnalistlərin Davranış Prinsiplərinə dair 

Bəyannaməni dəstəkləyir və uşaqları əhatə edən 

məsələlər barədə xəbər verilməsi üzrə spesifik 

təlimatları işləyib hazırlamışdır. Uşaqlarına həyatına 

və rifahına toxunan jurnalistika fəaliyyəti həmişə 

uşaqların zəif vəziyyətinin qiymətləndirilməsi ilə 

həyata keçirilməlidir. BJF-nin kodeksi çoxsaylı milli 

normaların və qaydaların əsasına çevrildiyinə görə 

böyük əhəmiyyət kəsb edir.

 

Uşaqlara nəzərən davranış 

kodeksləri  

BJF-nin rəyinə əsasən, bütün jurnalistlər və me-

dia peşəkarları nəinki yüksək etika və peşə nor-

malarına riayət etməli, eləcə də müstəqil jurnalis-

tikanın həyata keçirilməsi üçün fəaliyyət sahəsi 

daxilində Uşaq Hüquqları haqqında Konven-

siya və onun müddəaları barədə məlumatların 

mümkün dərəcədə geniş şəkildə yayılmasını 

dəstəkləməlidirlər. 

BJF-nin qənaətinə görə, media təşkilatları uşaq-

ların hüquqlarının pozulmasını və uşaqların texni-

ki  təhlükəsizliyi, şəxsi həyatının toxunulmazlığı, fi-

ziki təhlükəsizliyi, təhsili, sağlamlığı və sosial rifa-

hı ilə əlaqədar məsələləri və bütün istismar forma-

larını araşdırmalar və ictimai müzakirə üzrə mühüm 

məsələlər kimi hesab etməlidirlər. 

Bununla yanaşı,  media nəinki uşaqların 

vəziyyətini yalnız hadisə kimi nəzərdən keçirməli və 

bu baxımdan xəbər hazırlamalı, eləcə də «həmin 

hadisələrin baş verməsinə səbəb ola bilən və ya 

səbəb olan proses haqda davamlı surətdə xəbər 

verməlidirlər».

Media təşkilatları uşaqlara dair fəaliyyətini əhatə 

BJF-NİN UŞAQLARA DAİR XƏBƏR VERİLMƏSİ ÜZRƏ PRAKTİKİ 

TƏLİMATLARI

Журналистляр вя медиа тяшкилатлары ушагларын мясяляляри щагда хябярлярин верилмясиндя етик 

давранышын ян йцксяк нормаларына риайят олунмасына сяй эюстярмялидирляр. Хцсусян, онлар: 

1.  ушаглары ящатя едян мясяляляр барядя хябяр щазырлайаркян дягиглик вя щяссаслыг 

бахымындан мцкяммял нормалара наил олмалыдырлар; 

2.  ушаглара хялял эятирян мялуматлар иля онлара медиа мяканында мцдахиля едян програмлара 

вя рясмлярин няшриня йол вермямялидирляр; 

3.  ушаглары ящатя едян журналистика фяалиййятинин эцъляндирилмяси цчцн стереотиплярин вя 

сенсасийалы тягдиматларын истифадясиня йол вермямялидирляр;  

4.  ушагларла ялагядар щяр щансы материалын няшринин нятиъялярини диггятля нязярдян кечирмяли 

вя ушаглара олан зяряри минимума ендирмялидирляр;

5.  иътимаи марагда нцмайиш едиляня гядяр тясиря мяруз галан ушаглары мцяййян едяряк 

онлары яйани вя йа диэяр шякилдя горумалыдырлар; 

6.  щяр щансы нюв мотив олмадан юзцнямяхсус фикирлярини ифадя етмяк цчцн ушагларын мцмкцн 

дяряъядя медиадан истифадя щцгугуну тямин етмялидирляр; 

7.   ушаглар  тяряфиндян  верилян  мялуматларын  сярбяст  йохланылмасыны  тямин  етмяли  вя  ушаг 

хябярчилярини риск алтында гоймадан мялуматын йохланылдыьына тяминат вермяк цчцн хцсуси 

диггят йетирмялидирляр;

8. ушагларын сексуаллашдырылмыш образларынын истифадясиня йол вермямялидирляр; 

9.  ушагларын рясмляринин ялдя олунмасы цчцн гярязсиз, ачыг вя бирбаша методлардан истифадя 

етмяли вя мцмкцн олдугда, ушаьын вя йа мясул йашлынын, щимайячинин вя йахуд гяййумун 

мялуматы вя разылыьы иля онлары ялдя етмялидирляр; 

10.  ушаглар цчцн данышмаг вя йа ушагларын марагларынын тямсил етмяк ниййятини билдирян щяр 

щансы тяшкилатын етимаднамя/мандат сянядлярини йохламалыдырлар; 

11.  ушаьын мараьында яйани сурятдя якс едилмяйяня гядяр ушагларын рифащына тохунан материал 

цзря ушаглар вя йа валидейнляря вя йахуд ушагларын щимайячиляриня вясаит юдямямялидирляр.



38

etmək üçün təlimatlar yaratmışlar. BBC-nin Redak-

siya Təlimatları BBC-nin televiziya, radio və on-

layn internet rejimi üzrə məlumatlarının əsaslandığı 

standartları təsvir edir. Bu, mürəkkəb redaksi-

ya qərarlarının nizama salınmasına kömək etmək 

məqsədilə BBC-də çalışan hər kəs üçün nəzərdə 

tutulur. Onlar uşaqlara dair spesifik bölmələri ehti-

va edir. 

BBC-nin təlimatlarında deyilir ki, BBC-nin 

fəaliyyət göstərdiyi dünya ölkələrində korporasi-

ya öz məlumatlarında ona töhfə verən və başlı-

ca surətdə səciyyələnən uşaqların və gənclərin 

fikirlərinin dinlənilməsi hüququ daxil olmaqla onların 

rifahının qorunmasına səy göstərir. 

Əvvəllər Prodüser Təlimatları kimi tanınan 



BBC-

nin Redaksiya Təlimatları nəinki yüksək səviyyəli 

xəbərlər və cari məsələlərin təminatçısı kimi BBC-

nin ictimai mövqeyinə görə, eləcə də onun bü-

tün dünyadakı jurnalistika təlimində iştirakına görə 

əhəmiyyət kəsb edir. BBC-nin təlmatları bir sıra 

dillərə tərcümə olunmuş və yayım jurnalistləri üzrə 

qeyri-rəsmi etik meyara çevrilmişdir.

 BBC-nin Redaksiya Təlimatları nöqteyi 

nəzərindən gənclərin 15, 16, 17 yaşlı əhali qrupu-

na daxil edilməsinə baxmayaraq, uşaq 15 yaşın-

dan aşağı şəxslər hesab olunur. Lakin bunlar hüqu-

qi anlayışlar sayılmır və uşağı 18 yaşından aşağı 

olan şəxs kimi göstərməklə BMT-nin Uşaq Hüquq-

ları haqqında Konvensiyasından fərqlənir. Bu yaş 

fərqi uşaq hüququ müdafiəçiləri ilə bəzi jurnalistlər 

arasında mümkün gərginliyə doğru istiqamətlənə 

bilər və xəbərlərin işıqlandırılması kontekstində 

müzakirə edilməli olan bir məsələdir. 

BBC-nin təlimatlarında deyilir ki: 

«Uşaqlar və gənclər BBC üçün böyük əhəmiyyət 

kəsb edir. Bizim məqsədimiz onlara yaşadıq-

ları dünyanın dərk olunmasında kömək etmək 

üçün mənalı, maarifləndirici, xoş və maraq-

lı dolğun məlumatları çatdırmaqdan ibarətdir. 

Həmçinin onlar bir çox müxtəlif üsullarla – iştirak-

çılar, aktyorlar, təqdimatçılar kimi və onlayn və in-

teraktiv xidmətlərimiz vasitəsilə bizimlə qarşılıqlı 

əlaqədədirlər.»

«Bizim məlumatlarımızda yer tutan uşaq-

ların rəqabətədavamlı maraqları ilə onların 

valideynlərinin və ya auditoriyamızın fikirləri və 

ambisiyaları arasında tarazlıq yaratmaq həmişə 

asan olmur. Lakin fəaliyyət göstərdiyimiz dünya 

ölkələrində bizim məlumatlara töhfə verən uşaq-

ların və gənclərin öz fikirlərini ifadə etmək və işti-

rak hüququ daxil olmaqla, onların rifahını daim qo-

rumalıyıq.»

Fəaliyyəti uşaqların üzərində cəmləşən bəzi 

qeyri-hökumət təşkilatları media üçün uşaqlarla iş 

aparılmasına dair təlimatlar hazırlamışlar. Məsələn, 

BMT Uşaq Fondu təlimatlar irəli sürməklə, yaşa uy-

ğun və həssas şəkildə uşaqların işıqlandırılmasında 

bunun mediaya kömək edəcəyini hesab edir. On-

lar əxlaqlı müxbirlərin ən optimal səylərinə dəstək 

verilməsi üçün nəzərdə tutulmuşdur: uşaqların hü-

quqlarının təhlükə altında qoymadan ictimai mara-

ğa xidmət etməklə. Onların prinsiplərinə daxildir: 

 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin