Ümumi kimya texnologiyası
97
yanmasına
əsaslanan kimyəvi zənginləşdirmə üsulları da geniş
yayılmı
şdır. Maye xammal məhlul halında olur. Məhlulların
qatılıqlarını artırmaq üçün h
əlledicini buxarlandırmaq, məhlulu
faydalı komponentl
ərlə doydurmaq və onu dondurmaqla
qarı
şıqlardan ayırmaq kimi üsullardan istifadə edilir. Məsələn,
m
əhlullardan suyu buxarlandırmaqla müxtəlif mineral duzlar,
q
ələvilər, turşular, əlvan metallar və s. almaq olur. Qaz qarışıq-
larını ayrı-ayrı komponentl
ərə ayırmaq üçün onları soyudur və
yüks
ək təzyiq altında sıxırlar. Bu üsul qaz qarışığı komponent-
l
ərinin kondensləşmə temperaturlarının müxtəlifliyinə əsasla-
nır. B
əzi hallarda qaz qarışığı əvvəlcə mayeləşdirilir, sonra isə
ardıcıl buxarlandırılma yolu il
ə komponentlərinə ayrılır. Hava-
dan azot v
ə oksigen bu yolla alınır. Bundan başqa qaz qarışığını
mayel
ərlə absorbsiya etməklə də tərkib komponentlərinə ayır-
maq mümkündür. Bu m
əqsədlə müxtəlif növ absorbent və
adsorbentl
ər seçilir.
4.6. Flotasiya üsulu ilə zənginləşdirmə.
Flotasiya üsulundan z
ənginləşdirici fabriklərdə oksidləş-
dirilmi
ş əlvan metal, bir sıra nadir metal, apatit, təbii kükürd,
da
ş kömür və sulfidli süxurların və digər xammalların qatılaş-
dırılmasında geni
ş istifadə olunur. Bu onunla izah edilir ki,
müxt
əlif xassələrə malik olan flotoreagentlərdən istifadə etmək-
l
ə mürəkkəb tərkibli dağ süxurlarını həm ayırmaq, həm də zən-
ginl
əşdirmək mümkündür. Digər üstün cəhəti ondan ibarətdir
ki, flotoreagentin çox az miqdarı il
ə tonlarla xammalı zəngin-
l
əşdirmək və ayırmaq mümkün olur. Məsələn, 100 qram floto-
reagent s
ərf etməklə bir ton süxur zənginləşdirmək mümkün-
dür. Flotasiya üsulu il
ə xammalın zənginləşdirilməsi prosesi
mineral hiss
əciklərin su ilə islanmasının müxtəlifliyinə əsasla-
nır.
İslanmayan hissəciklər suyun səthinə, islanan hissəciklər
is
ə aparatın dibinə yatır. Proses flotasiya maşınlarında aparılır.
N.Ə.Səlimova, B.Ş.Şahpələngova
98
Materialların islanma d
ərəcəsi bərk cisim – maye – hava
s
əthlərini ayıran sərhəd xətti boyunca əmələ gələn islanmanın
k
ənar bucagı ilə müəyyən edilir (Şəkil 4.7).
Su islanmayan (hidrofob) hiss
əciklərlə 1
küt kənar bucaq,
islanan (hidrofil) hiss
əciklərlə iti bucaq əmələ gətirir. Səthi
g
ərilmə qüvvəsi maye səviyyəsini bərabərləşdirməyə cəhd edir
v
ə bunun da nəticəsində hidrofob hissəciklər maye içərisindən
sıxı
şdırılıb çıxarılaraq onun üzərində üzür, hidrofil hissəciklər
is
ə maye içərisinə batır. Bu hadisə mineralın sıxlığından asılı
olmur v
ə çox vaxt daha ağır hidrofob hissəciklər maye səthində
üzür, daha yüngül hidrofob hiss
əciklər isə maye içərisinə batır.
Flotasiya prosesi pulpa iç
ərisindən xırda hava qabarcıqla-
rının buraxılması il
ə sürətlənir. Ona görə ki, hava qabarcıqları
maye iç
ərisindən keçərkən hidrofob material hissəciklərini də
özü il
ə bilikdə aparır. Nəticədə maye səthində hidrofob material
hiss
əciklərindən ibarət olan köpük layı əmələ gəlir ki, onu da
asanlıqla ayırmaq olur. Yax
şı islanan hissəciklər tədricən
ma
şının dibinə yığılır. Qrafit, təbii kükürd və daş kömürün bir
çox növl
əri yüksək hidrofob xassəsinə görə fərqlənirlər.
Materialların
əksəriyyəti islanma xassələrinə görə ya bir-
birl
ərindən az fəqrlənirlər, ya da yüksək hidrofil xassəsinə ma-
Dostları ilə paylaş: