ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,97 Kb.
Pdf görüntüsü
səhifə11/30
tarix28.04.2017
ölçüsü3,97 Kb.
#15925
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

Fiziki xassələri. Xlorid turşusu rəngsiz, kəskin iyli məhluldur. Qatı xlorid turşusu 
nəm  havada  “tüstülənir”.  Ən  qatı  xlorid  turşusu  40%-li  olur.  Satışda  olan  xlorid 
turşusunda hidrogen-xloridin kütlə payı 37%-ə qədərdir. Mədə şirəsinin tərkibində 
xlorid turşusunun qatılığı 0,3% olur.  
Kimyəvi  xassələri.  Xlorid  turşusu  turşuların  ümumi  xassələrini  göstərməklə 
yanaşı, həm də xüsusi xassələrə malikdir. 
I. Xlorid turşusu qüvvətli turşudur. O, məhlulda tamamilə dissosiasiya edir. İndi-
katorların rəngini dəyişir, gərginlik sırasında hidrogenə qədər yerləşən  metallarla, 
əsasi və amfoter oksidlərlə, əsaslarla, sulfat, nitrat və ortofosfatlardan başqa digər 
duzlarla qarşılıqlı təsirdə olur (AgNO

istisna olmaqla): 
Fe + 2HCl 
 FeCl

+ H
2
      CaO + 2HCl  CaCl

+
 
H
2

 Fe(OH)

+ 3HCl 
 FeCl

+ 3H
2
O            CaCO

+2HCl 
 CaCl

+ H
2
O + CO
2
 
    AgNO

+ HCl 
 AgCl + HNO

 
 
II. Xlorid turşusunun xüsusi xassələri.  
1. “Qatı” xlorid turşusu ammonyak qazı ilə qarşılıqlı təsirdə olduqda hissəcikləri 
havada ağ tüstü əmələ gətirən ammonium-xlorid alınır (t. 
a
): 
       
(a) 
NH
3
 +
 
HCl 
 NH
4
Cl 
2. Xlorid turşusu və onun həllolan duzları AgNO
3
 məhlulu ilə suda və turşularda 
həll olmayan ağ rəngli AgCl çöküntüsü əmələ gətirir ki (t. 
b
), bu da xlorid turşusu 
və onun duzlarının təyinində istifadə edilir: 
 
(b) 
AgNO

+ HCl 
 AgCl + HNO
3
 
3. Xlorid turşusu (xlorid ionu) reduksiyaedici xassəyə malik olduğundan oksid-
ləşdiricilərlə reaksiyaya daxil olur. Onun bu xassəsindən xlorun alınmasında istifadə 
olunur:  
K
2
Cr
2
О

+14HCl 
2KCl
 
+ 2CrCl

+ 3Cl
2
+ 7H
2
O
  

 
 
 

67 
 
•   IV  fəsil  •  
Flüor yarımqrupu elementləri  

Tətbiqi. Xlorid turşusundan onun duzlarının, boyaların alınmasında, lehimləmə 
işində metal səthinin oksidlərdən təmizlənməsində, yeyinti sənayesində (qlükoza və 
jelatin almaq üçün), dəri sənayesində (dərini aşılamaq üçün), təbabətdə (dərmanların 
alınmasında) istifadə olunur. 
 
 
 
 
Hidrogen-xloridin və xlorid ionunun təyini. Hidrogen-xlorid ammonyakla ağ 
tüstü (t.
 a
), xlorid anionu isə Ag
+
 ionu ilə ağ rəngli AgCl çöküntüsünü (t.
 b
) əmələ 
gətirməsinə görə təyin edilir. 
 
 
 
 
 
1. Hansı sxem üzrə hidrogen-xlorid müvafiq olaraq sənayedə və laboratoriyada alınır? 
1. Cl
2
 + HBr 
                                 
2. NaCl(krist.)  + HNO
3
(q) 
      
3. H
2
  + Cl
2
  


 t
 
4. NaCl(krist.) + H
2
SO
4
(q) 


 t
 
A) 2,1      
B) 1,2      
C) 3,4      
D) 2,3      
E) 1,4 
 
2. Sxemləri tamamlayın və xlorid turşusunun xü-
susi xassələrini əks etdirən tənlikləri qeyd edin. 
1. HCl + Mg  
                  
2. HCl + Cu(OH)
2
 
               
3. HCl + BaO 
   
4. HCl + MgCO
3
 
            
5. HCl + AgNO
3
 
                
6. HCl + MnO
2
 
  
3. Xlorid turşusu ilə qarşılıqlı 
təsirdə olmayan maddələri 
müəyyən edin. 
1. Fe
2
O
3
            
2. Ag                      
3. SiO
2
                     
4. K
2
Cr
2
O
7
     
5. SO
2
              
6. NH
3
                    
7. BaSO
4
                  
8. CaCO
3
 
4. HCl + KMnO

 Cl

+
 
MnCl

+
 
KCl + H
2
O oksidləşmə-reduksiya reaksiyasını araşdırın 
və tənliyi elektron balansı üsulu ilə əmsallaşdırın. 
5. Hidrogen-xloridin 2 üsulla alınması reaksiyasının tənliklərini tərtib edin. Nə üçün natri-
um-xlorid  və  sulfat  turşusunun  duru  məhlullarını  bir-biri  ilə  qarışdırdıqda  məhluldan 
hidrogen-xlorid ayrılmır? 
6.  Xlorid  turşusunun  oksidləşdirici  və  reduksiyaedici  xassələri  hansı  ionların  məhlulda 
olması ilə əlaqədardır?            
7.  1  həcm  suda    448  həcm  (n.ş.)  hidrogen-xlorid  qazının  həll  edilməsindən  alınan  xlorid 
turşusunun faizlə qatılığını hesablayın. Suyun sıxlığını 1q/sm

götürməli. M
r
(HCl) = 36,5.
 
 
 
 
Bilik qutusu 

 
Xlorid turşusunun duzlarından: NaCl – məişətdə, natrium-hidroksid, 
xlorid turşusu, xlor, natrium metalı, soda, sabun, boya maddələri istehsalında, KCl – 
qiymətli mineral gübrə kimi, ZnCl
2
 – çürümənin qarşısını almaq üçün taxta məmulatlara 
hopdurulmaq məqsədilə, BaCl

– kənd təsərrüfatı ziyanvericiləri ilə mübarizə vasitəsi 
kimi, CaCl
2
 – qazların qurudulmasında, AlCl
3
 – üzvi sintezlərdə katalizator kimi istifadə 
olunur.
      
• hidrogen-xlorid •  xlorid turşusu • xlorid turşusunun xüsusi 
xassələri • 
Açar sözlər
 
 
 
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın 

 
 
68 
 
 H
ALOGENLƏRİN MÜQAYİSƏLİ XARAKTERİSTİKASI 
 
  
 
 
 
Kəşfi.  Flüor  1886-cı  ildə  maye  hidrogen-flüoridin  elektrolizindən  (A.Muassan, 
Fransa), xlor 1774-cü ildə xlorid turşusunun manqan(IV) oksidlə oksidləşdirilməsin-
dən (K.Şeyele, İsveç), brom 1826-cı ildə (A.Balar, Fransa), yod 1811-ci ildə (B.Kur-
tua, Fransa) dəniz yosunlarının külündən alınmışdır.  
Yunanca “flüoros”
 
– “axıcı”, “xloros” – “sarımtıl-yaşıl”, “bromos” – “üfunətli”, 
“iodes” – “bənövşəyi” deməkdir.
  
Təbiətdə yayılması. Halogenlər təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir.  
 
 
16 
 
– Sizcə, diş məcununun tərkibinə hansı halogenin birləşməsi daxildir? 
– Hansı halogenin etil spirtində 5%-li məhlulu yaraların dezinfeksiyasında istifadə 
olunur?
 
 
– Xörək duzunun tərkibinə hansı halogen ionu daxildir? 
Təchizat: NaF, NaCl, NaBr, NaI, CaCl
2
 və AgNO
3
 duzlarının məhlulları, 8 ədəd sınaq 
şüşəsi, sınaq şüşələri üçün ştativ, iki ədəd pipet. 
İşin gedişi:  
a) 4 sınaq şüşəsinin hər birinə 2–3 ml NaF, NaCl, NaBr və NaI məhlullarını tökün. Hər 
bir məhlulun üzərinə bir neçə damcı gümüş(I) nitrat məhlulu əlavə edin və baş verən 
dəyişiklikləri müşahidə edin.  
b)  Eyni  şəkildə  digər  4  sınaq  şüşəsində  olan  NaF,  NaCl,  NaBr  və  NaI  məhlullarının 
üzərinə kalsium-xlorid məhlulu əlavə edib müşahidə aparın. 
Nəticəni müzakirə edin: 
– 
a
 təcrübəsində AgNO
3
 məhlulunu əlavə etdikdə hansı duzların məhlullarından çöküntü 
ayrıldı? Cöküntülərin rənglərindəki  fərq nədən ibarətdir?  
– 
b
 təcrübəsində halogenid ionlarından hansı kalsium ionu ilə çöküntü əmələ gətirir? 
– Baş verən reaksiyaların ion və molekulyar tənliklərini tərtib edin. 
 
 
Fəaliyyət
 
Halogenid ionlarının gümüş(I) nitratla və kalsium-xloridlə 
qarşılıqlı təsiri
 
Bilik qutusu 
• Flüorun əsas təbii birləşmələri – 
flüorit 
(əridici şpat) CaF
2

kriolit 
Na
3
[AlF
6

və 
flüorapatitdir
 3Ca
3
(PO
4
)
2
CaF
2
. Brom, əsasən, NaBr, KBr, MgBr
2
 şəklində xlorun bütün 
yataqlarında və dəniz yosunlarının tərkibində olur. İl ərzində dəniz suyu vasitəsilə havaya 
4  mln.  ton  brom  keçir.  Məhz  bu  səbəbdən  dənizətrafı  rayonların  havasında  bromun 
miqdarı o biri rayonlara nəzərən qat-qat çox olur. Yod, əsasən, kalium-yodid və natrium-
yodid şəklində, həmçinin brom kimi 
laminariya 
dəniz yosununda rast gəlinir. 
•  Azərbaycanda  halogenlərin  birləşmələrinə  Naxçıvanda  (əsasən,  NaCl  şəklində), 
Bakı və Neftçala şəhərləri ətrafında buruq və dəniz sularında (yodid və bromidlər 
şəklində) rast gəlinir.
 
 
 
(a) 
Halogenlər təbiətdə:  
1 – daş duz (NaCl),  
2 – silvin (KCl),  
3 – flüorit (CaF
2
),  
4 – yodla zəngin olan 
laminariya dəniz 
yosunu. 
3
4  
2
1

 
 
 

69 
 
•   IV  fəsil  •  
Flüor yarımqrupu elementləri  

Alınması. 1. Flüoru kalium-flüorid və ya kalsium-flüorid ərintisinin elektrolizin-
dən almaq olar: 
2KF
(ərinti)
 


 

 
z
 -
 
еl
2K + F
2
 
                         
CаF
2
(ərinti)
 


 

 
z
 -
 
еl
Cа + F
2
 
2. Xlorun alınması ilə səh. 63-də tanış oldunuz. 
3. Brom laboratoriyada bromid turşusu və ya onun duzlarına oksidləşdiricilərlə 
(MnO
2
, KMnO
4
, KClO
3
 və s.) təsir etməklə alınır: 
6HBr + KClO

 KCl + 3Br

+
 
3H
2

Sənayedə brom bromidlərə xlorla təsir etməklə alınır: 
2NaBr + Cl

 2NaCl + Br

4.  Yod  laboratoriyada  yodid  turşusu  və  onun  duzlarına  zəif  oksidləşdiricilərlə 
(Fe
3+
, Cu
2+
 və s.) təsir etməklə alınır:   
2FeCl

+ 2HI
 
2FеCl

+ 2HCl + I
2
 
Sənayedə yod yodidlərə xlorla təsir etməklə alınır:    
2KI + Cl

 2KCl + I
2
 
Fiziki  xassələri.  Flüor və xlor  müvafiq  olaraq  açıq-sarı  və  sarımtıl-yaşıl  rəngli, 
zəhərli qazlardır. Brom – buxarı zəhərli olan qırmızı-qonur rəngli maye, yod – kəskin 
iyli, qara-bənövşəyi rəngli, qızdırıldıqda asan-
lıqla  sublimasiya  edən  bərk  maddədir. 
F
2
Cl
2
Br
2
I
2
 istiqamətində molekullarara-
sı  cazibə  qüvvəsinin  artması  nəticəsində  ha-
logenlərin  rəngləri  tündləşir,  sıxlıqları,  qayna-
ma və ərimə temperaturları ardıcıl artır.  
F
2
Cl
2
Br
2
I
2
 sırasında atom və molekul-
ların  ölçüləri  böyüdüyü  üçün  molekullararası 
cazibə  qüvvələri  artır.  Bunun  nəticəsi  kimi  bu 
sırada halogenlərin rəngləri tündləşir, sıxlıqları, 
ərimə və qaynama temperaturları artır. 
Halogenlər suda az, spirtdə, benzində və ağ 
neftdə  yaxşı  həll  olur.  Flüor  adi  şəraitdə  su  ilə 
(dönməyən  şəkildə)  qarşılıqlı  təsirdə  olduğun-
dan onun suda məhlulunu almaq mümkün deyil.  
Kimyəvi xassələri. Halogenlərin kimyəvi aktivliyi flüordan yoda doğru azalır. 
Ona görə flüor başqa halogenlərə nisbətən daha şiddətli reaksiyaya daxil olur; məsə-
lən, flüor adi şəraitdə karbon, fosfor, kükürd və bir çox metallarla şiddətli reaksiyaya 
girir:  
C
  
+
 
2F

CF
4
    S + 3F

SF
6    
2P + 5F

2PF
5             
2Аl + 3F

2АlF

 
Digər halogenlər isə, əsasən, qızdırıldıqda reaksiyalara daxil olur.  
Hidrogen  flüorla  qaranlıqda  partlayışla,  xlorla  işıq  şüasının  təsiri  ilə  və  ya 
qızdırıldıqda, brom və yodla isə qızdırıldıqda qarşılıqlı təsirdə olur: 
H
2  
+
  
F
2  
 2HF          H
2
 + Cl

     

     
2HCl     H
2
 + Х
2
 


t
 
2HХ   (Х = Br, I)
 
I
2  
buxarı 
kristallik 
yod
 
Cl
2
Br

buxarı 
F
2
 
maye 
brom 
1
 
2
 
3
 
4
 
(b)
  
Halogenlər:   
1 – flüor, 2 – xlor, 3 – brom, 4 – yod. 

 
 
70 
 
 
Hidrogen-halogenidlərin suda məhlullarda turşu xassələri HF
HClHBrHI 
sırası  üzrə  artır.  Flüorid  turşusu  şüşənin  tərkibində  olan  silisium-dioksidlə  SiO
2
 
reaksiyaya girərək şüşəni aşındırır:  
4HF + SiO
2
 
 SiF
4
 + 2H
2

Onun bu xassəsindən
 
şüşə üzərində naxış və yazı həkk etmək məqsədilə istifadə edi-
lir. 
Hidrogen-halogenid  turşularının  duzları  flüorid, xlorid, bromid və  yodidlər 
adlanır. Bu duzları məhlulda fərqləndirmək üçün onların gümüş(I) nitratla reaksiya-
sından istifadə edilir (bax: səh.71).  
Halogenlərin oksidləşdirici xassələri F
ClBrI sırası üzrə azalır. Ona görə 
də HX və MeX (X = F, Cl, Br, I) tipli birləşmələrdən xlor – brom və yodu, brom isə 
yalnız yodu sıxışdırıb çıxarır: 
2KBr + Cl

2KCl + Br
2             
 
2KI + Cl

2KCl + I
2            
2HI + Br

2HBr + I

Məhlulda bu reaksiyalar flüor üçün xarakterik deyil, çünki flüor su ilə reaksiyaya 
daxil olur. 
 
 
Flüordan  fərqli  olaraq  xlor  və  brom  su  ilə  çox  zəif  qarşılıqlı  təsirdə  olur.  Bu 
zaman hidrogen-halogenidlə yanaşı, hipoxlorit (HClO) və hipobromit (HBrO) turşu-
ları əmələ gəlir:  
H
2
O + Cl



 HCl + HClO  
H
2
O + Br
2
 


 HBr + HBrO 
Yod su ilə reaksiyaya daxil olmur. 
Halogenid ionlarının reduksiyaedici xassəsi F

Cl

Br

I

 sırası üzrə artır. 
Halogenlərin tətbiqi. Halogenlərdən ən geniş tətbiq olunanı – xlordur (səh. 64). 
Flüor  və  onun  birləşmələrindən  flüorüzvi  (freon  CF
2
Cl
2
)  və  polimer  (teflon  (–
CF
2
–CF
2
–)
n
)  maddələrin  sintezində,  kriolitin  Na
3
[AlF
6
]  alınmasında,  şüşələrin 
aşındırılmasında, həmçinin diş pastalarının tərkibində istifadə olunur. 
Bromun  birləşmələrindən  fotoqrafiyada  (AgBr),  əsəb  sistemini  sakitləşdirmək 
üçün təbabətdə (NaBr, KBr) və bəzi boyaların istehsalında istifadə edilir. 
Yodun birləşmələri xörək duzunun yodlaşdırılmasında (NaI), bəzi xəstəliklərin, 
məsələn, zob xəstəliyinin müalicəsində, həmçinin yodun spirtdə 5%-li məhlulu ilə 
yaraların dezinfeksiyasında geniş istifadə olunur. Yod insan orqanizminə su, hava 
və qida – süd, çörək, yumurta, duz, dəniz kələmi və s. ilə daxil olur. 
 
 
Bilik qutusu 

 
HBr və HI az davamlı maddələr olduqlarından onlar dolayı yolla alınır. 
Sənayedə hidrogen-flüorid flüorit mineralına qatı sulfat turşusunun təsiri ilə alınır: 
CaF
2
 + H
2
SO

 2HF + CaSO
4

 
 
 
 
Bilik qutusu 

 
Flüorla bu reaksiyalar məhlulda baş vermir, çünki flüor su ilə reaksiyaya 
girib, oksigeni sıxışdırıb çıxarır (bu zaman yanma hadisəsi müşahidə olunur): 
2H
2
O + 2F

 4HF + O


 

 
 
 

71 
 
•   IV  fəsil  •  
Flüor yarımqrupu elementləri  

 
 
 
 
F

, Cl

, Br

 və I

 ionlarının, həmçinin molekulyar yodun təyini 
Fəaliyyətdə yerinə yetirilən təcrübələrdən aydın oldu ki, məhlulda F

, Cl

, Br

 və 
I

 ionlarını təyin etmək məqsədilə gümüş(I) nitrat məhlulundan istifadə etmək olar. 
Bu zaman Cl

 və Ag

 ionları
 
ağ rəngli AgCl, Br
 
və Ag

 ionları sarımtıl rəngli AgBr, 
I

 və Ag

 
 
ionları isə sarı rəngli AgI çöküntülərini əmələ gətirir. AgF suda həll olduğu 
üçün o, məhluldan çöküntü şəklində ayrılmır (sınaq şüşəsi 1):  
 
(d) 
Cl

, Br

 və I

 ionlarının təyini reaksiyaları
 
 
Lakin Cl

, Br

 və I

 ionlarından fərqli olaraq, F
– 
ionu Ca
2+
 və Mg
2+
 ionları ilə suda 
həll olmayan ağ rəngli CaF
2
 və sarı rəngli MgF
2
 çöküntüləri əmələ gətirir:   
 
2F
 
+ Ca
2
 
 CaF
2

                                
2F
 
+ Mg
2
 
 MgF
2

 
                         ağ çöküntü                                                         sarı çöküntü 
Molekulyar yodun təyini  yodun  spirtdə  duru  məhlulunun  nişastaya  təsirindən  
tutqun-göy rəngin əmələ gəlməsinə əsaslanır (bax: səh.184).  
 
Na
+
 
 F

 
Na

 Cl
– 
Na
+
 Br

Na
+
  I
– 
Ag

NO
3
– 
Ag
+
NO
3
– 
Ag
+
NO
3
– 
Ag
+
NO
3
– 
Na

 F

 
Ag
+
NO
3

Na
+
NO
3

AgCl
Na
+
NO
3
– 
AgBr
 
AgI
 
Na

NO
3
– 
                             Cl

+ Ag

AgCl       Br

+Ag

AgBr         I

+Ag

 
AgI   
                                                            ağ                                      sarımtıl                                  sarı       
                                                       çöküntü                                  çöküntü                             çöküntü    
1
 
2
 
3
 
4
 
4
 
3
 
2
 
1
 
Kimya  və  ətraf  mühit.  Halogenli  törəmələr  arasında  ən  çox  ekoloji  təhlükə  yaradan 
xlorlu pestisidlər, karbonxlorflüoridlər (CFCl
3
, CF
2
Cl
2
 və s.) və torpaqların turşulaşdırıl-
masına gətirib çıxara bilən hidrogen-xloriddir. Xlor- və flüortərkibli karbohidrogenlərin 
(freonların)  fotoliz  məhsullarının  ozonla  qarşılıqlı  təsirdə  olaraq  atmosferdə  “ozon 
deşikləri”nin  yaranmasına  səbəb olması  ozon qatını böyük  təhlükə  altında  qoyur. Ona 
görə də təhlükəli pestisidlərin və flüorlu törəmələrin tətbiqi hazırda ya qadağan olunur və 
ya müəyyən normalara ciddi riayət olunmaqla onların atmosferdə miqdarlarına sistematik 
şəkildə nəzarət edilir. 
Fotoliz – işığın təsirindən maddələrin parçalanması hadisəsidir. 
süd
 
yumurta
çörək
 
kahı
 
(c) 
İnsan orqanizminə yod qida ilə daxil olur. 

 
 
72 
 
 
 
 
1. Səhv ifadəni müəyyən edin. F
2
 – Cl
2
 – Br
2
 – I
2
 ardıcıllığında ... 
A) halogenlərin rəngləri tündləşir                    
B) halogenlərin ərimə temperaturları artır           
C) halogenlərin kimyəvi aktivliyi azalır     
D) halogenlərin sıxlıqları azalır                       
E) molekulda kovalent rabitənin uzunluğu artır 
 
2. Səhv ifadəni müəyyən edin. Hidrogen-halogenidlərdən ... 
A) HI ən qüvvətli reduksiyaedicidir                                          
B) HF ən zəif reduksiyaedicidir 
C) ən qısa R–H kovalent rabitəyə malik olanı HF-dur 
D) HI məhlulda ən zəif turşudur 
E) HF şüşənin aşındırılmasında istifadə edilir 
 
3. Mümkün olan reaksiyaların sxemlərini tamamlayın. 
1. CaF
2
(ərinti) 

 

 
z
-
еl
    
2. C + Cl
2
 
   
3. C + F
2
 
    
4. S + F
2
 
       
5. P + 5Cl
2
 
 
 
4. Cl
2
O
7
 oksidinə uyğun gələn turşunun molekulyar və quruluş formullarını yazın. 
 
5. Halogenin alınması mümkün olan reaksiyaların tənliklərini tərtib edin. 
1. NaCl
məh. 

 

 
z
-
еl
          
2. KF
məh.  
 +  Cl
2
 
     
3. KI
məh. 
   +  Br
2
 
   
 
4. NaF
məh. 
 + MnO
2
 
 
 
6.  KBr,  Cl
2
,  BF
3
  və  HI  birləşmələrində  kimyəvi  rabitənin  tipini  və  atomların  oksidləşmə 
dərəcələrini müəyyən edin. 
Yüklə 3,97 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin