Molekulun quruluşu. Hidrogen-sulfidin quruluş formulu be-
lədir: H–S–H. S–H rabitələri polyar kovalent rabitədir. Molekul
bucaq formasında olduğundan (
HSH92) o, bütövlükdə polyar-
dır (
a
).
Təbiətdə yayılması. Hidrogen-sulfid təbiətdə vulkanik qazların
və bəzi mineral suların (Pyatiqorsk, Masesta, Qalaaltı, İsmayıllı)
tərkibində rast gəlir.
Alınması. Laboratoriyada hidrogen-sulfid, əsasən, dəmir(II) sulfidlə xlorid və ya
duru sulfat turşularının qarşılıqlı təsirindən alınır:
FeS + 2HCl
FeCl
2
+ H
2
S
FeS + H
2
SO
4(d)
FeSO
4
+ H
2
S
Sənayedə H
2
S neftin, təbii və sənaye qazlarının təmizlənməsi zamanı əlavə məh-
sul kimi alınır.
Fiziki xassələri. Hidrogen-sulfid – rəngsiz, havadan bir qədər ağır, lax yumurta iyi
verən (əslində, lax yumurtadan hidrogen-sulfidin iyi gəlir), çox zəhərli qazdır. Çox
miqdarda hidrogen-sulfidlə nəfəsalma ölümlə nəticələnə bilər. 20°C-də 1l suda 2,5l
H
2
S həll olur. Hidrogen-sulfidin suda məhlulu sulfid turşusu adlanır.
Kimyəvi xassələri. Qızdırıldıqda hidrogen-sulfid parçalanır:
H
2
S
C
t
>350
H
2
+ S
H
2
S – güclü reduksiyaedicidir. Hidrogen-sulfidin oksidləşməsi reaksiyalarına mi-
sal olaraq onun oksigen, SO
2
və bromlu su ilə reaksiyalarını göstərmək olar:
–2 6e
–
–22e
–
2H
2
S + 3O
2
2SO
2
+ 2H
2
O 2H
2
S + O
2
2S + 2H
2
O
oksigen çox olan mühitdə oksigen az olan mühitdə
2H
2
S
+
SO
2
2H
2
O + 3S
H
2
S
+
Br
2
2HBr + S
Hidrogen-sulfidin suda məhlulu çox zəif, ikiəsaslı turşudur:
H
2
S
H
+
HS
HS
H
+ S
2
İon tənliklərində sulfid turşusu su kimi molekulyar formada yazılır.
19
– Qalaaltı (Şabran) və Bədo (İsmayıllı) sularında hansı maddənin olması onları
İstisu, Badamlı və Sirab sularından fərqləndirir?
Təchizat: iki sınaq şüşəsi, natrium-sulfid məhlulu, xlorlu su, bromlu su.
İşin gedişi: 2 sınaq şüşəsinə bir qədər natrium-sulfid məhlulu töküb birinin üzərinə xlorlu
su, digərinin üzərinə bromlu su əlavə edin və müşahidə aparın.
Nəticəni müzakirə edin:
– Sınaq şüşələrində nə müşahidə etdiniz? Müşahidələrinizi necə izah edə bilərsiniz?
– Baş verən reaksiyaların tənliklərini tərtib edin.
Fəaliyyət-1
Natrium-sulfidin xlorlu və bromlu su ilə qarşılıqlı təsiri
(a)
80
Sulfid turşusu iki sıra duzlar – sulfidlər (K
2
S, CuS) və hidrosulfidlər (NaHS,
Ca(HS)
2
) əmələ gətirir.
Beləliklə, reaksiya nəticəsində alınan mühitdə həll olmayan sulfidlər əmələ gəl-
dikdə sulfid turşusu qüvvətli turşuları onların duzlarından sıxışdırıb çıxarır.
Tətbiqi. Sulfid turşusunun müxtəlif rəngli çöküntü əmələ gətirməsindən metal ka-
tionlarını təyin etmək və onları bir-birindən ayırmaq üçün istifadə edilir (ZnS – ağ,
PbS, CuS, HgS – qara, CdS – sarı rəngli çöküntülərdir). Hidrogen-sulfidli təbii sular-
dan müalicə məqsədilə hidrogen-sulfid vannaları kimi istifadə olunur.
Təyini. Sulfid turşusu və onun duzlarının xarakterik reaksiyası onların ikivalentli
misin (və qurğuşunun Pb
2+
) həllolan duzları ilə qarşılıqlı təsirdə olub, qara rəngli
mis(II) sulfid çöküntüsü əmələ gətirməsidir:
Cu(NO
3
)
2
+
H
2
S
CuS + 2HNO
3
1. Hidrogen-sulfid qazı haqqında hansı ifadə doğrudur?
A) havadan yüngül qazdır
B) suda həll olmur C) zəhərli deyil
D) NaOH və Pb(NO
3
)
2
məhlulu ilə udulur E) təbiətdə rast gəlinmir
2. Sxemləri tamamlayın və hidrogen-sulfidin reduksiyaedici xassə göstərmədiyi reaksiyanı qeyd
edin.
1. 2H
2
S + 3O
2
... +
... 2. H
2
S + SO
2
... + ...
3. H
2
S + 2KOH
... + ... 4. H
2
S + FeCl
3
FeCl
2
+ HCl + ...
3. Hidrogen-sulfidin alınması mümkün olan reaksiyaların tənliklərini tərtib edin.
1. FeS + H
2
SO
4
(d)
2. H
2
+ S
t
3. Cu + H
2
SO
4
(q)
t
4. FeS + HCl
4. Doğru ifadələri müəyyən edin. Sulfid turşusu ...
1. qüvvətli turşudur 2. normal və turş duzlar əmələ gətirir
3. reduksiyaedicidir 4. Cu
2+
ionu ilə qara çöküntü əmələ gətirir
5. 160 q kükürddən 60% çıxımla neçə qram hidrogen-sulfid alınar? A
r
(S) = 32, M
r
(H
2
S) = 34.
6. Kütləsi 280 q olan 20%-li KOH məhlulundan 5,6 l (n.ş.) hidrogen-sulfid buraxıldıqda
hansı duz və hansı miqdarda (mol) alınar?
7. Çevrilmələrin tənliklərini tərtib edin: S
1
K
2
S
2
H
2
S
3
SO
2
4
S
Fəaliyyət-2
Pb
2+
və Cu
2+
ionlarının hidrogen-sulfidlə qarşılıqlı təsiri
Məhlulda baş verən iki reaksiyaya aid suallara cavab verin:
H
2
S + Pb(NO
3
)
2
PbS + 2HNO
3
H
2
S + CuCl
2
CuS + 2HCl
– Reaksiyalarda iştirak edən H
2
S, HNO
3
və HCl turşularından hansı daha zəifdir?
– Bu iki reaksiyanın getməsi qüvvətli turşunun zəif turşunu onun duzlarından sıxışdırıb
çıxarması qaydasına zidd deyilmi?
– PbS və CuS çöküntülərinin alınması bu reaksiyaların gedişinə təsir edirmi?
• sulfid turşusu • sulfidlər və hidrosulfidlər • sulfid turşusunun
reduksiyaedici xassələri •
Açar sözlər
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın
2
81
• V fəsil •
Oksigen yarımqrupu elementləri
•
K
ÜKÜRD-DİOKSİD. SULFİT TURŞUSU. KÜKÜRD-TRİOKSİD
Kükürd-dioksid
Alınması. Laboratoriyada kükürd-dioksidi natrium-sulfitə, kükürdə və ya misə qatı
sulfat turşusu ilə təsir etməklə, həmçinin hidrogen-sulfidin və ya kükürdün yandırıl-
ması ilə almaq olar:
Cu +2H
2
SO
4
(q)
t
CuSO
4
+SO
2
+2H
2
O S + 2H
2
SO
4
(q)
t
3SO
2
+2H
2
O
Sənayedə kükürd-dioksid sərbəst kükürdün, piritin (FeS
2
) və əlvan metalların
kükürdlü birləşmələrinin (ZnS, PbS, Cu
2
S və s.) yandırılmasından alınır:
4FeS
2
+ 11O
2
t
2Fe
2
O
3
+ 8SO
2
2ZnS + 3O
2
t
2ZnO + 2SO
2
Fiziki xassələri. Kükürd-dioksid və ya kükürd qazı kəskin iyli, boğucu, rəngsiz
qazdır. 20°C-də 1 l suda 40 l SO
2
həll olur. Suda məhlulu sulfit turşusu adlanır.
Kimyəvi xassələri. Kükürd-dioksid sulfit turşusunun anhidrididir və turşu oksid-
ləri üçün xarakterik olan ümumi xassələrə malikdir. Belə ki, o, su ilə davamsız sulfit
turşusunu, bir sıra metalların oksid və hidroksidləri ilə duzlar əmələ gətirir:
H
2
О + SО
2
H
2
SО
3
CаО + SО
2
CаSО
3
NаОH + SО
2
NаHSО
3
Beləliklə, kükürd-dioksidin yuxarıdakı reaksiyalarında kükürdün oksidləşmə dərə-
cəsi dəyişmir. Digər reaksiyalarda isə kükürd-dioksid ya reduksiyaedici (
a
), ya da
oksidləşdirici (
b
) xassə göstərir:
(a)
2SO
2
+ O
2
kat.
t,
2SO
3
(b)
2H
2
+
SO
2
2H
2
O + S
Kükürd-dioksid ağardıcı və dezinfeksiyaedici xassələrə malikdir.
Sulfit turşusu
Kükürd-dioksidi suda həll etdikdə sulfit turşusu əmələ gəlir. O, davamsız maddə
olduğundan yalnız məhlulda mövcuddur. Sulfit turşusu zəif, ikiəsaslı turşudur. Suda iki
mərhələdə dissosiasiya edir və iki cür duz – sulfitlər və hidrosulfitlər əmələ gətirir:
2NaOH + H
2
SO
3
Na
2
SO
3
+ 2H
2
O NaOH + H
2
SO
3
NaHSO
3
+ H
2
O
2 mol 1mol
natrium-sulfit 1mol 1mol natrium-hidrosulfit
20
– Kibriti yandırdıqda ilk anda hansı qazın iyi hiss olunur?
Təchizat:
hər birində 0,5 q natrium-sulfat, natrium-sulfit və natrium-sulfid duzları olan üç
sınaq şüşəsi, qatı xlorid turşusu.
İşin gedişi: sınaq şüşələrinin hər birinə 2–3 ml xlorid turşusu əlavə edib müşahidə aparın.
Nəticəni müzakirə edin:
– Hansı sınaq şüşələrində reaksiya baş verdi? Nə üçün belə nəticəyə gəlirsiniz?
– Baş verən reaksiyaların hər birinin əlamətlərini göstərin.
– Sınaq şüşələrində reaksiyaların getməsinin və getməməsinin səbəblərini izah edin.
Fəaliyyət
Sulfat, sulfit və sulfid duzlarının təyini
+4 +6
+4 0
82
Kükürd-dioksidin və sulfit turşusu duzlarının tətbiqi. Kükürd-dioksid ipəyin,
yunun, samanın, boyaların rəngsizləşdirilməsində, meyvə, şirə və giləmeyvələrin kon-
servləşdirilməsində, eləcə də meyvə-tərəvəz saxlanılan anbarlarda mikroorqanizm-
lərin məhv edilməsində istifadə olunur. Kükürd-dioksidin çox hissəsi sulfat turşusu
istehsalında istifadə edilir.
Sulfit turşusunun duzlarından natrium-sulfit Na
2
SO
3
– tiosulfatın (Na
2
SO
3
S və ya
Na
2
S
2
O
3
) alınmasında, natrium-hidrosulfit NaHSO
3
– ağardılmış parçadan xlorun artı-
ğının çıxarılmasında, həmçinin kalsium-hidrosulfitlə Ca(HSO
3
)
2
birlikdə –
oduncaqdan sellülozanın ayrılmasında istifadə olunur.
Kükürd-trioksid
Alınması. Laboratoriyada kükürd-trioksid kalium-disulfat, alüminium-sulfat və
ya dəmir(III) sulfatın termiki parçalanmasından alına bilər:
K
2
S
2
O
7
t
K
2
SO
4
+ SO
3
Fe
2
(SO
4
)
3
t
Fe
2
O
3
+ 3SO
3
Sənayedə kükürd-trioksid kükürd-dioksidin katalizator (V
2
O
5
və ya NO) iştira-
kında havanın oksigeni ilə oksidləşdirilməsindən alınır:
2SO
2
+
O
2
5
2
O
V
t,
2SO
3
Fiziki xassələri. Kükürd-trioksid – qaynama temperaturu 45°C və donma tempe-
raturu 17°C olan rəngsiz mayedir. O, suda və sulfat turşusunda yaxşı həll olur.
Havadan su buxarını çox güclü udduğundan onu ağzı kip bağlanmış şüşə qablarda
saxlayırlar.
Kimyəvi xassələri. Kükürd-trioksid sulfat turşusunun anhidrididir. O, su ilə ekzo-
termik reaksiya üzrə sulfat turşusunu əmələ gətirir, əsasi oksid və əsaslarla qarşılıqlı
təsirdə olur:
SO
3
+
H
2
O
H
2
SO
4
CаО + SО
3
CаSO
4
2NаОH + SО
3
Nа
2
SО
4
+ H
2
О
Kükürd-trioksiddə kükürdün oksidləşmə dərəcəsi +6 olduğundan o, güclü oksid-
ləşdirici xassə göstərir:
5SO
3
+ 2P
P
2
O
5
+ 5SO
2
O həmçinin dehidratlaşdırıcı xassəyə də malikdir, məsələn, şəkəri dehidrat-
laşdırır:
C
12
H
22
O
11
+ nSO
3
12C + nSO
3
11H
2
O
şəkər
Güclü qızdırdıqda kükürd-trioksid dönər reaksiya üzrə parçalanır:
2SO
3
Ъ
600
2SO
2
+ O
2
Kükürd-trioksid sulfat turşusu istehsalında istifadə olunur.
2
83
• V fəsil •
Oksigen yarımqrupu elementləri
•
1. Hansı tənlik üzrə kükürd-dioksidi laboratoriyada almaq əlverişli deyil?
A) 4FeS
2
+ 11O
2
t
2Fe
2
O
3
+ 8SO
2
B) 2NaHSO
3
+ H
2
SO
4
Na
2
SO
4
+ 2SO
2
+ 2H
2
O
C) Na
2
SO
3
+ H
2
SO
4
(q)
Na
2
SO
4
+ SO
2
+ H
2
O
D) S + 2H
2
SO
4
(q)
2H
2
O + 3SO
2
E) Cu + 2H
2
SO
4
(q)
t
CuSO
4
+ SO
2
+ 2H
2
O
2. SO
3
haqqında hansı ifadə səhvdir?
A) güclü oksidləşdiricidir
B) güclü su uducudur
C) qatı H
2
SO
4
-də həll olur
D) hidratlaşması zamanı istilik ayrılır
E) kükürd-dioksidin reduksiyasından alınır
3. Hansı reaksiyalarda kükürd-dioksid reduksiyaedicidir?
1. 2SO
2
+ O
2
2SO
3
2. SO
2
+ Cl
2
SO
2
Cl
2
3. SO
2
+ H
2
O
H
2
SO
3
4. SO
2
+ 2HNO
3
H
2
SO
4
+ 2NO
2
5. SO
2
+ I
2
+ 2H
2
О
2HI
+ H
2
SО
4
4. Hansı reaksiyalarda oksidləşmə dərəcəsi +4 olan kükürd yalnız oksidləşdiricidir?
1. 2H
2
S + SO
2
2H
2
O + 3S
2. 2H
2
+ SO
2
2H
2
O + S
3. 8KOH + 4SO
2
3K
2
SO
4
+ K
2
S + 4H
2
O
4. 2H
2
S + H
2
SO
3
3H
2
O + 3S
5. Sxemləri tamamlayın və SO
2
-nin turşu oksidləri üçün xarakterik olan reaksiyalarını qeyd
edin.
1.
SO
2
+ CaO
2. SO
2
+ H
2
O
3. SO
2
+ KOH
4. SO
2
+ O
2
.
kаt
t,
6. Kükürd-dioksid və kükürd-trioksidin kimyəvi xassələrindəki oxşar və fərgli xüsusiy-
yətləri müəyyən edin. Cavabınızı tənliklərlə ifadə edin.
7. Tərkibində 90% sulfat turşusu olan 25 q məhlula 6,4 q mislə təsir etdikdə neçə litr (n.ş.)
qaz ayrılar? M
r
(H
2
SO
4
) = 98, A
r
(Cu) = 64.
8. 60 m
3
(n.ş.) hidrogen-sulfidin tam yanmasından neçə m
3
(n.ş.) kükürd(IV) oksid alınar?
• kükürd-dioksid • sulfit turşusu • sulfitlər və hidrosulfitlər • kükürd-
trioksid • dehidratlaşdırıcı xassə •
Açar sözlər
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın
84
S
ULFAT TURŞUSU
Alınması. Sənayedə sulfat turşusu, əsasən, kontakt üsulu ilə alınır (bax: səh.86):
S
H
2
S
FeS
2
t,
,
2
O
SO
2
kat.
t,
,
2
O
SO
3
O
H
2
H
2
SO
4
Fiziki xassələri. Sulfat turşusu – rəngsiz, iysiz, ağır (
= 1,838 q/ml), uçucu ol-
mayan yağlıtəhər mayedir. O, olduqca hiqroskopikdir. Sulfat turşusunu suda həll
etdikdə güclü qızma baş verir (
a
).
21
– Avtomobillərin akkumulyatorlarında elektrolit kimi hansı maddədən istifadə olunur?
Fəaliyyət
Qatı sulfat turşusunun suayırıcı xassəsi
(a)
• Q E Y D •
H
2
SO
4
H
2
SO
4
H
2
O
H
2
O
Qatı sulfat turşusunu su ilə
durulaşdırdıqda turşunu suya asta-
asta və daim qarışdırmaqla
tökmək lazımdır; əksinə – suyu
sulfat turşusunun üzərinə
tökmək olmaz! Sonuncu halda
turşu məhlulunun kənara sıçra-
ması baş verə bilər ki, bu da də-
ridə yanıqlar əmələ gətirə bilər.
Bilik qutusu
• Susuz sulfat turşusu özündə 70%-dək SO
3
həll edə bilir. Kükürd-
trioksidin qatı sulfat turşusunda məhlulu oleum adlanır. Laboratoriyada işlədilən qatı
sulfat turşusu 96%-li olur
(
= 1,84 q/ml)
.
Təchizat: hündür şüşə stəkan, qatı sulfat turşusu,
şəkər tozu, şüşə çubuq.
İşin gedişi: hündür stəkanda şəkər tozunu su ilə
isladıb üzərinə asta-asta, şüşə çubuqla qarışdıra-
qarışdıra qatı sulfat turşusunu əlavə edin və
müşahidə aparın. Qara kütlə stəkandan kənara
dağılmamış əlinizi stəkana toxundurun.
C
12
H
22
O
11
+ 2H
2
SO
4(q)
11C + 2SO
2
+ X+13H
2
O
kömür
şəkər tozu turşu ilə
Nəticəni müzakirə edin:
– Bu təcrübə qatı sulfat turşusunun hansı xassəyə malik olduğunu göstərir?
Bu xassəyə malik maddələr necə adlanır?
– Kömürün stəkan boyu yuxarı qalxması nə ilə əlaqədardır? X hansı maddədir?
– Kömürləşmə prosesi ekzotermik, yoxsa endotermik prosesdir?
– Qatı sulfat turşusu digər üzvi maddələrlə də oxşar xassə göstərirmi?
2
85
• V fəsil •
Oksigen yarımqrupu elementləri
•
Kimyəvi xassələri. Sulfat turşusu turşuların ümumi xassələrini göstərməklə yanaşı,
həm də xüsusi xassələrə malikdir.
I. Duru sulfat turşusunun kimyəvi xassələri. Qüvvətli ikiəsaslı turşu kimi sulfat
turşusu suda məhlulda iki mərhələdə dissosiasiya edir:
H
2
SO
4
H
+
4
HSO
4
HSO
H
+
4
SO
2
Elektrokimyəvi gərginlik sırasında hidrogendən solda yerləşən metallar duru
sulfat turşusundan hidrogeni çıxarır. (Bu reaksiyalarda oksidləşdirici rolunu turşu-
nun H
+
ionları oynayır.) Hidrogendən sağda duran metallar (Cu, Hg, Ag, Au) isə
duru sulfat turşusu ilə reaksiyaya daxil olmur. Sulfat turşusu əsaslarla, əsasi və
amfoter oksidlərlə, duzlarla və ammonyakla qarşılıqlı təsirdə olur.
Sulfat turşusu və onun duzları bariumun həllolan duzları ilə suda və turşularda
həll olmayan barium-sulfatın ağ rəngli çöküntüsünü əmələ gətirir:
Ba(NO
3
)
2
+
H
2
SO
4
BaSO
4
+ 2HNO
3
Bu reaksiya sulfat turşusu və onun duzlarının xarakterik reaksiyası olub məhlulda
SO
4
2–
ionunun təyinində istifadə edilir.
Dostları ilə paylaş: |