7. Nə üçün flüorlu su mövcud deyil? Aşağıdakı iki reaksiya arasında oxşarlıq nədən ibarət-
dir?
K + NaCl(məhlul)
F
2
+ NaCl(məhlul)
• halogenlərin fəallığı • halogenid ionlarının fəallığı • halogenid ionla-
rının təyini reaksiyaları •
Açar sözlər
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın
2
73
• IV fəsil •
Flüor yarımqrupu elementləri
•
1. Hansı elektron formulları halogen atomlarına aiddir?
1. ...2s
2
2p
5
2. ...2s
2
2p
6
3. ...3d
6
4s
1
4. ...3s
2
3p
5
5. ...3s
2
3p
4
A) 1,2,3 B) 1,2 C) yalnız 1 D) 1,3,4,5 E) 1,4
2. Hansı dövrün və hansı qrupun qeyri-metalı ən yüksək oksidləşdirici xassə göstərir?
A) 1; VII B) 2; VII C) 2; VI D) 3; VII E) 6; VII
3. Xlor haqqında doğru ifadələri göstərin.
1. təbiətdə birləşmələr şəklində yayılmışdır
2. havadan ağır qazdır
3. sənayedə xlorid turşusundan alınır
4. laboratoriyada xlorid turşusundan alınır
A) 1,2,3,4 B) 2,3,4 C) yalnız 1 D) 1,2,3 E) 1,2,4
4. Səhv ifadəni müəyyən edin. Xlorid turşusu ...
A) saf maddə deyil B) dəmirlə reaksiyaya daxil olur
C) mədə şirəsində vardır D) 40%-dən qatı olur
E) gümüş(I) nitrat məhlulu ilə təyin edilə bilər
5. Doğru ifadələri müəyyən edin. Hidrogen-xlorid ...
1. kəskin iylidir 2. nəm havada tüstülənir
3. suda yaxşı həll olur 4. ammonyakla reaksiyaya daxil olur
5. adi şəraitdə mayedir
6. Reaksiya sxemlərini dəftərinizə köçürün və tamamlayın.
1. Cl
2
+ H
2
O
2. Ca(OH)
2
+ Cl
2
3. KOH + Cl
2
4. HCl + MnO
2
5. Fe + Cl
2
t
6. HF + SiO
2
7. Doğru ifadələri müəyyən edin. Hidrogen-halogenidlərdən ...
1. HCl – ən qüvvətli reduksiyaedicidir
2. HF – məhlulda ən qüvvətli turşudur
3. HF – ən polyar molekuldur
4. HI – məhlulda ən asan dissosiasiya edir
5. HBr – çox davamlıdır və qızdırdıqda parçalanmır
8. Reaksiya sxemlərini dəftərinizə köçürün və tamamlayın.
1. NaBr + Cl
2
2. Sb + Cl
2
C
20
3. Al
2
O
3
+ HCl
4. K
2
Cr
2
О
7
+ HCl
5. KClО
3
+ HCl
6. CaCO
3
+ HCl
9. Doğru ifadələri müəyyən edin. F
–
Cl
–
Br
–
I
–
sırasında ...
1. F
–
ionu ən zəif reduksiyaedicidir 2. I
–
ionu ən qüvvətli reduksiyaedicidir
3. I
–
ionunun radiusu ən böyükdür 4. F
–
ionu H
ionunu daha güclü cəzb edir
10. Manqan(IV) oksidin xlorid turşusu ilə qarşılıqlı təsirindən 33,6 l (n.ş.) xlor alınmış-
dır. Reaksiyaya daxil olan MnO
2
-nin kütləsini (q) hesablayın. M
r
(MnO
2
) = 87.
Ü m u m i l ə ş d i r i c i t a p ş ı r ı q l a r
74
O
KSİGEN YARIMQRUPU ELEMENTLƏRİNİN İCMALI
VI qrupun əsas yarımqrupunu oksigen O, kükürd S, selen Se, tellur Te və radio-
aktiv polonium Po elementləri təşkil edir. Bu elementlər xalkogenlər adlanır. (Xal-
kogen – “filiz doğuran” deməkdir.)
Xalkogen atomlarının xarici energetik səviyyəsində 6 elektron vardır: ns
2
np
4
.
Davamlı 8-elektronlu quruluş əldə etmək üçün onlar hidrogen və metallarla birləş-
mələrində çatışmayan 2 elektronu özünə birləşdirib –2 oksidləşmə dərəcəsi göstərir.
Kükürd, selen və tellur elementləri oksigen və halogenlərlə birləşmələrində, oksigen
isə yalnız flüorla, həmçinin +2 oksidləşmə dərəcəsi göstərir. Oksigendən fərqli olaraq
kükürd, selen və tellur +4 və +6 oksidləşmə dərəcəsi də göstərir.
Oksigen atomunun xarici (2-ci) energetik səviyyəsində d-yarımsəviyyəsi olma-
dığı üçün o, IV və VI valentlik və müvafiq olaraq +4 və +6 oksidləşmə dərəcəsi
göstərmir (cəd. 17.1).
Oksigen yarımqrupu elementlərinin hidrogenli birləşmələrinin (H
2
O, H
2
S, H
2
Se,
H
2
Te) ümumi formulu H
2
R-dir. H
2
S, H
2
Se və H
2
Te-u suda həll etdikdə turşular
əmələ gəlir. Bu turşuların qüvvətliliyi H
2
S
H
2
Se
H
2
Te istiqamətində artır.
Su çox cuzi olaraq ionlara (H
+
və OH
–
) dissosiasiya edir.
Fəsil
OKSİGEN YARIMQRUPU ELEMENTLƏRİ
5
17
– Yerə dağılmış civəni hansı maddənin köməyi ilə zərərsizləşdirmək olar?
– Lax yumurtadan hansı qazın iyi gəlir?
Xalkogen atomlarının xarici energetik səviyyələrinin quruluşundakı fərqə diqqət
yetirin və suallara cavab verin.
– О, S, Sе və Те atomlarının xarici səviyyələrinin quruluşundakı fərq nədən ibarətdir?
– Cütləşmiş s-
və p-valent elektronlarının təklənməsi xalkogen atomlarının hamısında
mümkündürmü? Bu nə ilə əlaqədardır?
– Atom quruluşundakı fərq oksigen və kükürd elementlərinin birləşmələrində göstərdikləri
valentliklərdə öz əksini tapırmı? Cavabınızı misallarla təsdiqləyin.
Fəaliyyət
Xalkogen atomlarının valent imkanları
nd
np
ns
nd
np
ns
nd
np
ns
+
Е
1
+
Е
2
R = S, Sе, Те
о
О…
о
R…
2p
2s
R…
*
R…
*
2
75
• V fəsil •
Oksigen yarımqrupu elementləri
•
Cədvəl 17.1.
Oksigen və kükürd elementlərinin bəzi xarakteristikaları
Еlement
Valent elektronları
Nisbi elektromənfilik
Оksidləşmə dərəcəsi
(birləşmələrində)
Оksigen, O
2s
2
2p
4
3,5
əsasən –2
Кükürd, S
3s
2
3p
4
2,6
–2, –1, +2, +4, +6
Kükürd, selen və tellur oksigenlə RO
2
və RO
3
tipli oksidlər əmələ gətirir. Bu
oksidlərə H
2
RO
3
və H
2
RO
4
tipli turşular uyğun gəlir (Te üçün H
2
TeO
4
·H
2
O). Yarım-
qrupda elementlərin sıra nömrəsi artdıqca bu turşuların qüvvətliliyi azalır. Bu tur-
şuların tərkibində olan R-in oksidləşmə dərəcəsi müvafiq olaraq +4 və +6 olduğu
üçün onlar hamısı oksidləşdirici xassəyə malikdir. H
2
RO
3
tipli turşular isə, həmçinin
reduksiyaedici xassə göstərir, çünki bu birləşmələrdə R elementi aralıq (+4) oksid-
ləşmə dərəcəsi göstərir.
O
S Se Te istiqamətində elementlərin oksidləşdirici xassəsi (qeyri-
metallıq xassələri) azalır, reduksiyaedici xassəsi isə artır.
1. VI qrupun əsas yarımqrup elementləri haqqında səhv ifadəni müəyyən edin.
A) filiz əmələ gətirən elementlərdir B) xalkogenlər adlanır
C) s- və p-elementləridir
D) eyni dövrdə yerləşmiş halogendən az fəaldır
E) atomlarının xarici energetik səviyyəsində 6 elektron mövcuddur
2. Xalkogenlərin atom radiusları artdıqca aşağıdakılardan hansı artır?
A) ionlaşma enerjisi
B) oksidləşdiricilik xassəsi
C) elektromənfilik
D) reduksiyaedicilik xassəsi
E) qeyri-metallıq xassəsi
3. Hansı elektron quruluşuna malik atom daha yüksək oksidləşdirici xassə göstərir?
A) ...2s
2
2p
4
B) ...4s
2
4p
4
C) ...5s
2
5p
4
D) ...3s
2
3p
4
E) ...6s
2
6p
4
4. Hansı maddədə xalkogenin oksidləşmə dərəcəsi səhv göstərilmişdir?
–2 +6 +2 +6 –2
А) H
2
O
2
B) H
2
SO
4
C) S Cl
2
D) H
2
SeO
4
E) H
2
Te
5. Xalkogenlərin hidrogenli birləşmələrinin və baş oksidlərinin ümumi formullarını yazın.
6. Hər bir sırada daha qüvvətli turşunu müəyyən edin.
1. H
2
S(məh.), H
2
Se(məh.), H
2
Te(məh.)
2. H
2
SO
4
, H
2
SeO
4
, H
2
TeO
4
Xalkogenlərin oksigensiz və oksigenli turşuları
Nə üçün H
2
S
H
2
Se
H
2
Te sırası üzrə məhlulda onların turşu xassələri artır?
Həlli:
H
2
S
H
2
Se
H
2
Te sırası üzrə R atomunun ölçüsünün artması nəticəsində R–H rabitə-
sinin uzunluğu artır, davamlılığı isə azalır. Ona görə suyun polyar molekulları H
2
R
molekullarından H
+
ionunu get-gedə daha asan qoparır.
Tapşırıq. H
2
RO
4
tipli turşularda R elementinin yalnız oksidləşdirici xassəyə malik
olmasını necə izah edərdiniz?
nü
mu
nə
• xalkogenlər • hidrogen-xalkogenidlər • xalkogenlərin oksigenli
turşuları •
Açar sözlər
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın
76
K
ÜKÜRD
Kəşfi. Kükürd qədim zamanlardan məlumdur.
Birləşmələrində kükürd, əsasən, –2, –1, +2, +4 və +6 oksidləşmə dərəcəsi göstərir.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Kükürd 3-cü dövr, VI qrupun
əsas yarımqrup elementidir; atomu 1s
2
2s
2
2p
6
3s
2
3p
4
elektron formuluna malikdir.
Təbiətdə yayılması. Kükürd təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində
yayılmışdır.
Təbii birləşmələri əsasən sulfid və sulfatlardır; məsələn, dəmir kolçedanı
və ya pirit FeS
2
; sfalerit ZnS, mis kolçedanı və ya xalkopirit CuFeS
2
, qurğuşun
parıltısı PbS, kinovar HgS, mis parıltısı Cu
2
S, gips CaSO
4
·2H
2
O, mirabilit və ya
qlauber duzu Na
2
SO
4
·10H
2
O, hidrogen-sulfid H
2
S və s. Kükürd heyvan və bitki
orqanizmlərində (zülallarda), neftdə olan üzvi birləşmələrin tərkibində olur.
Respublikamızda kükürd birləşmələrinə əksər filiz yataqlarında rast gəlinir (səh. 40).
Alınması. Birləşmələrindən kükürd – piritin termiki parçalanması, hidrogen-
sulfidin oksidləşdirilməsi və digər üsullarla alınır:
FеS
2
Ъ
1000
FеS + S 2H
2
S + SО
2
kat.
t,
2H
2
О + 3S
18
– Hansı maddə hələ qədim zamanlardan kosmetik vasitələrin hazırlanmasında
istifadə edilirdi?
– Hansı maddədən dəri xəstəliklərində müalicə vasitəsi kimi istifadə olunur?
Kükürdün allotrop modifikasiyalarının modelləri əsasında suallara cavab verin.
– Kükürdün allotrop modifikasiyalarının quruluşu və fiziki xassələri haqqında nə söyləyə
bilərsiniz?
– Sizcə, plastik kükürdün də kristallik kükürdə çevrilməsi mümkündürmü?
– Sizcə, adətən, biz kükürdün hansı modifikasiyası ilə təmasda oluruq? Kimyəvi tənliklər-
də kükürd necə yazılır?
Fəaliyyət
Kristallik və plastik kükürd
sulfatlar şəklində
sfalerit
gips
pirit
qlauber duzu
sulfidlər şəklində
sərbəst kükürd
Kükürd təbiətdə
kristallik kükürd, S
8
plastik kükürd, S
n
2
77
• V fəsil •
Oksigen yarımqrupu elementləri
•
Allotrop şəkildəyişmələri. Kükürdün 2 allotrop şəkildəyişməsi mövcuddur: kris-
tallik və plastik (amorf) kükürd. Adi şəraitdə
kristallik kükürd daha davamlıdır; ona
görə də zaman keçdikcə plastik kükürd tədricən kristallik kükürdə çevrilir.
Fiziki xassələri. Kristallik kükürd sarı
rəngli, kövrək, sudan iki dəfə ağır,
112,8°C-də əriyən və 444,6°C-də qayna-
yan bərk maddədir. Qeyri-metal kimi o,
istiliyi pis keçirir, elektrik cərəyanını isə
keçirmir. Kükürd suda həll olmur, lakin
karbon-disulfiddə CS
2
yaxşı həll olur.
Toz halında olduqda kükürd suda is-
lanmır və bu səbəbdən suyun üzərində
üzür. Xırdalanmış halda bu xassəyə həm-
çinin kükürdün bir çox təbii birləşmələri
də malikdir. Ona görə də suda islanıb çö-
kən “boş süxur”lardan kükürd filizlərinin
ayrılmasında bu xassədən sənayedə istifa-
də edilir. Filizlərin bu cür zənginləşdiril-
məsi üsuluna flotasiya deyilir.
Kimyəvi xassələri. Kükürd tipik qeyri-metaldır. Reaksiyalarda həm oksid-
ləşdirici, həm də reduksiyaedici xassələr göstərir. (Kimyəvi tənliklərdə kükürd şərti
olaraq S kimi göstərilir).
Kükürd – oksidləşdirici kimi. Kükürd qızıl, iridium və platindən başqa digər
metalları və elektromənfiliyi kükürdün elektromənfiliyindən az olan qeyri-metalları
oksidləşdirir. O, qələvi və qələvi-torpaq metalları, həmçinin civə ilə adi şəraitdə,
digər metal və qeyri-metallarla isə qızdırıldıqda reaksiyaya daxil olur:
2Na + S
Na
2
S 2Al + 3S
t
Al
2
S
3
H
2
+ S
t
H
2
S
Hg + S
HgS C
+ 2S
t
CS
2
Cu
+ S
t
CuS
Fe + S
t
FeS 2P
+ 5S
t
P
2
S
5
Kükürd – reduksiyaedici kimi. Kükürd oksigen və halogenlərlə birləşmələrində
reduksiyaedici xassə göstərir. O, yod və azotla, həmçinin su ilə reaksiyaya daxil olmur:
S + 3F
2
SF
6
2S + Cl
2
t
S
2
Cl
2
S + O
2
t
SO
2
Bilik qutusu
• Civənin kükürdlə birləşməsi reaksiyası dağılmış civənin (məsələn,
sınmış termometrdən) zərərsizləşdirilməsində istifadə olunur. Belə halda görünən civə
damcılarını kağız vasitəsilə toplamaq, boşluqlarda olan civənin üzərinə isə kükürd
tozunu səpmək lazımdır. Bu proses demerkurlaşma adlanır.
Bilik qutusu
•
6HNO
3
(qatı)
+ S
H
2
SO
4
+ 6NO
2
+ 2H
2
O
2H
2
SO
4
(qatı)
+ S
3SO
2
+ 2H
2
O Nа
2
SО
3
+ S
Nа
2
S
2
О
3
(natrium-tiosulfat)
+1 –2
+1 –2
Bilik qutusu
•
Adətən, plastik kü-
kürdü almaq üçün qaynama tempe-
raturuna qədər qızdırılmış kükürdü
soyuq suya tökürlər. Bu zaman rezin
kimi dartıla bilən kükürd əmələ gəlir.
0 0 +6 –1
78
Qələvi ilə qızdırıldıqda kükürd həm oksidləşir, həm də reduksiya olunur (dispro-
porsiya reaksiyasına daxil olur):
6NaOH + 3S
t
Na
2
SO
3
+ 2Na
2
S + 3H
2
O
Tətbiqi. İstehsal olunan kükürdün əsas hissəsi sulfat turşusunun alınmasına sərf
olunur. Kükürddən kauçukun vulkanlaşdırılmasında, qara barıtın (KNO
3
+S+C), kib-
ritin, karbon-disulfidin CS
2
istehsalında istifadə edilir. Toz şəklində kükürd üzüm
bitkisi zərərvericilərinə qarşı işlədilir. Təbabətdə kükürd məlhəmlərindən dəri xəstə-
liklərinin müalicəsi üçün istifadə edilir.
1. Təbiətdə kükürdə hansı şəkildə rast gəlinir?
1. H
2
S, S, PbS 2. ZnS, FeS
2
, Cu
2
S 3. K
2
S, CaS, MgS
A) yalnız 1
B) yalnız 2
C) 1,2,3
D) 1,2
E) 1,3
2. Hansı ifadə kristallik
kükürdə aid deyil?
A) 8 atomlu molekullardan ibarətdir
B) molekulyar quruluşa malikdir
C) adi şəraitdə plastik kükürddən az dayanıqlıdır
D) əridilmiş halda soyuq suya tökdükdə plastik kükürdə çevrilir
E) toz halında suda islanmır
3. X, Y, Z və K maddələrini müəyyən edin.
S + Al
t
X S + O
2
t
Y S + Cl
2
t
Z S + F
2
K
1. Al
2
S
3
2. Al
2
S 3. SO
2
4. SO
3
5. S
2
Cl
2
6. SF
6
7. SF
4. Sxemləri tamamlayın və sərbəst kükürdün (S) həm oksidləşdirici, həm də reduksiyaedici
xassə göstərdiyi reaksiyanı qeyd edin.
1. NaOH + S
2. Na
2
S + S
3. H
2
SO
4
(q) + S
4. C + S
5. HNO
3
(q) + S
5. Kükürd hansı maddələrlə qarşılıqlı təsirdə olmur?
1. yod 2. su
3. qələvi
4. gümüş
5. qızıl
6. 32 q kükürdlə 15,5 q fosforu qızdırdıqda neçə mol P
2
S
5
alınar? A
r
(S) = 32, A
r
(P) = 31
.
Kükürd insan orqanizmində enerjinin ayrılmasında, qanın laxtalanma-
sında, kollagen zülalının və bəzi fermentlərin əmələ gəlməsində böyük rol
oynayır. Kükürdə “gözəllik” elementi də deyilir. Kükürd çatışmazlığı zama-
nı saçların solması, dırnaqların qırılması, oynaq ağrıları, sümüklərin
kövrəkliyi və sınıqlığı müşahidə olunur.
Bu maraqlıdır
• kristallik və plastik kükürd • flotasiya •
Açar sözlər
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın
0 +4 –2
2
79
• V fəsil •
Oksigen yarımqrupu elementləri
•
H
İDROGEN-SULFİD
Dostları ilə paylaş: |