İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə46/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   42   43   44   45   46   47   48   49   ...   93
İSLAMDA-ŞİƏLİK

İNSAN
 

 
DÜNYANIN
 
RABİTƏSİ
 
YOLU
 
İLƏ
 
BAŞQA
 
BİR
 
NƏZƏR
 
Keçən fəsildə Allahın varlığının isbat edilməsi üçün 
gətirilən yol çox sadə və aydın bir yoldur ki, insan öz 
fitrəti ilə onu qət edir və burada heç bir müəmma, 
anlaşılmazlıq yoxdur. Lakin insanların əksəriyyəti daim 
maddi işlərlə məşğul olduğundan, maddi və hissi 
ləzzətlərdə qərq olduğundan, adətən Allahın onlara 
verdiyi sadə və pak fitrətə müraciət edə bilmirlər. 
Buna görə də öz pak ayinini bütün dünyaya təqdim 
edən, dini məqsədlər müqabilində hamını bərabər hesab 
edən islam dini Allahın varlığını bu kimi insanlar üçün 
başqa yolla isbat edir; sadə fitrəti camaatın diqqətindən 
uzaq saxladığı həmin yolla danışaraq Allahı tanıtdırır. 
Qurani-Kərim Allahı tanımağı müxtəlif yollarla ümum 
camaata öyrədir, hər şeydən artıq onların nəzər diqqətini 
yaradılış 
aləminə, 
onda 
hakim 
olan 
dəqiq 
qanunauyğunluqlara yönəldir, asimanlarda və insanın öz 
nəfsində dərindən düşünməyə dəvət edir. Çünki insan öz 
1 Quranda bu bürhana işarə olunaraq buyurulur: 
“Asimanları və yeri vücuda gətirən olduğu halda Allahın 
varlığında şəkk etmək olarmı?! Halbuki, o Allah yoxluğu 
yaradaraq asimanları və yeri möhkəm etmişdir.” “İbrahim” 
surəsi, ayə-10 


136 
qısa həyatında hər bir yolu seçsə və dünyəvi maddi 
ləzzətlərə nə qədər qərq olsa belə, yaradılış aləmi və ona 
hakim olan qanunlardan kənarda qalmayacaq, onun şüur 
və idrakı asimanın və yerin heyrətamiz səhnələrinə 
tamaşa etməkdən doymayacaqdır. 
Gözümüz önündə olan ucsuz-bucaqsız yaradılış 
aləminin
1
hər bir hissəsi ayrı-ayrılıqda, eləcə də məcmu 
halında daim dəyişilir, hər an özünə yeni-yeni şəkil və 
cilvələr alır. 
Heç bir istisna qəbul etməyən qanunların təsiri altında 
gerçəklik libası geyən varlıqların hamısının – ən uzaq 
qalaktikalardan tutmuş, dünyanın elementar hissələrini 
təşkil edən ən kiçik zərrəciklərə qədər hər bir varlığın 
özünəməxsus və heyrətamiz qanunauyğunluqları vardır; 
onlar öz qanunauyğunluqları əsasında cərəyan edir, öz 
əməli şüalarını ən ibtidai vəziyyətdən başlayaraq ən 
kamil nöqtəyə doğru sövq etdirir və nəticədə kamal 
dərəcəsinə çatırlar. 
Xüsusi nizamlardan yüksəkdə dayanan daha ümumi 
nizamlar 
və 
nəhayət 
dünyanın 
heç 
bir 
qanunauyğunluqlarına sığmayan varlıqların ümumi 
sistemlərini bir-biri ilə əlaqələndirən nizamlar vardır ki, 
cüzi sistemləri bir-birinə qovuşdurur və özünün davamlı 
cərəyanında heç vaxt istisnaya yol vermir; bu qanunlar 
heç bir vaxt pozulmur. 
Yaradılış dünyası hər hansı bir varlığa yer üzündə yer 
verirsə onun vücud və quruluşunu elə xüsusiyyətlərə 
malik edir ki, onun öz yaşayış mühiti və həyat tərzi ilə 
1 “Casiyə” surəsi, ayə-3-6 


137 
uyğun olsun; yaşadığı mühiti də elə tənzim edir ki, 
nəvazişli və mehriban bir dayə kimi onu böyüdüb tərbiyə 
etsin. Günəş, ay, ulduzlar, su, torpaq, gecə, gündüz, 
fəsillər, buludlar, küləklər, yağışlar, yeraltı xəzinələr və 
yerüstü ehtiyatlar hamılıqla öz sərmayə və qüvvələrini 
insanın asayişi və xatircəmliyi üçün sərf edir. Biz belə bir 
qanunauyğunluğu və əlaqəni bütün varlıqların arasında, 
onun uzaq-yaxın qonşuları və onun “yaşadığı evdə” belə 
görürük. 
Bu cür sıx bağlılıq və qırılmaz qanunauyğunluq dünya 
varlıqlarının 
hər 
birinin 
daxili 
aləminin 
təchiz 
olunmasında da mövcuddur. Yaradılış insan üçün çörək 
verirsə, onun əldə edilməsi üçün ayaq, onu götürmək 
üçün əl, onu yemək üçün ağız, çeynəmək üçün diş də 
vermişdir; zəncir halqaları kimi bir-birinə birləşən bir sıra 
vasitələr bu varlığı onun əbədi kamal hədəfi ilə 
əlaqələndirir. 
Dünya alimləri etiraf edirlər ki, neçə min illik elmi 
fəaliyyət və səylər nəticəsində əldə olunan saysız-
hesabsız rabitələr sonsuzluq təşkil edən yaradılış 
sirlərindən yalnız cüzi miqdarıdır və bu məlum 
məlumatların hər biri bəşəriyyətə sonsuz məchullardan 
bir növ xəbər verir. 
Belə isə, tək-tək üzvləri bir-birindən ayrı olmaqla eyni 
zamanda həm də vəhdət şəklində olan, öz heyrətamiz 
bağlılıq və müttəfiqliyi ilə sonsuz elm və qüdrət 
mənbəyindən xəbər verən bu aləmin heç bir yaradan 
olmadan təsadüfi olaraq meydana gəldiyini iddia etmək 
olarmı?! 
Görəsən 
möhkəm 
və 
saysız-hesabsız 
əlaqələr, 


138 
qanunlar yaratmaqla dünyanı böyük bir vahid şəklində 
qərar verən, istisnaya yol verilməyən və dəqiq qanunları 
ilə cərəyanda olan kainatın ümumi nizamlarının, eləcə də 
cüzi və külli nizamlarının heç bir məqsəd və tədbir 
olmadan, sadəcə təsadüf üzündən yarandığını iddia 
etmək olarmı? Yaxud demək olarmı ki, bu varlıqlardan 
hər biri, dünyanın böyüklü-kiçikli bütün mühitləri 
yaranmamışdan qabaq özləri üçün bir nizam və sistem 
qurmuş, müəyyən yollar seçmiş və yarandıqdan sonra da 
onları icra etməyə başlamışlar?! 
Yaxud bu dünya malik olduğu kamil vəhdətdə, bir 
vahiddən başqa bir şey olmadığı halda, müxtəlif səbəblər 
tərəfindən yaranıb müxtəlif qayda-qanunlarla hərəkət 
edirmi?! 
Əlbəttə, hər bir hadisə və varlıq üçün müəyyən bir 
səbəbin olduğunu qəbul edən, bəzən naməlum bir səbəbi 
tapmaq üçün uzun müddətlər tədqiqat aparan, elmi 
nailiyyətlər ardınca gəzən bir şəxs, dəqiq nəzm və qayda 
ilə bir-birinin üzərinə düzülmüş bir neçə kərpici 
müşahidə etməklə onun elmli və qüdrətli bir şəxs 
tərəfindən icad edildiyini deyir, onların təsadüf üzündən 
belə bir tərtiblə hörülməsini inkar edir. O, bu işdə 
müəyyən tədbir və hədəfin olmasına qətiyyətlə hökm 
edir. Belə bir şəxs heç vaxt dünyanın səbəbsiz olaraq 
yarandığını, ona hakim olan qayda-qanunların təsadüf 
üzündən olduğunu fərz edə bilməz. 
Deməli, dünya ona hakim olan dəqiq qayda-qanunlar 
və nəzm əsasında, böyük bir Xaliq tərəfindən 
yaradılmışdır; O, Özünün sonsuz elm və qüdrəti ilə bu 
aləmi yaratmış və müəyyən bir hədəfə doğru hərəkət 


139 
etdirmişdir; dünyada cüzi hadisələri yaradan cüzi 
səbəblərin hamısının mənşəyi Odur və hər bir cəhətdən 
Onun tədbiri və təqdiri altındadır; hər bir şey öz 
varlığında Ona möhtacdır, Onun isə heç bir şeyə ehtiyacı 
yoxdur. O, heç bir səbəb və şərtdən qaynaqlanmır. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin