İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


“Ey iman gətirənlər! Öz nəfsinizi



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə43/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   39   40   41   42   43   44   45   46   ...   93
İSLAMDA-ŞİƏLİK

“Ey iman gətirənlər! Öz nəfsinizi 
tapın, siz (düz) yolu tapdığınız zaman yollarını azanlar 
sizə ziyan çatdıra bilməz”
2
– 
kəlamını eşidəndə 
anlayacaqdır ki, kamil və real hidayətə şamil olan ən 
böyük yol onun nəfsinin yoludur; “Həqiqi Yol Göstərən” 
(Allah) da ona özünü tanımağı, bütün yolları arxada 
qoyaraq öz nəfsinin yolunu getməyi, Allahına öz nəfsinin 
pəncərəsindən baxmağı, bununla da özünün həqiqi 
istəyinə nail olmağı əmr etmişdir. Buna görə də 
Peyğəmbəri-Əkrəm (s) buyurur: 
“Hər kəs özünü tanısa 
Rəbbini də tanıyacaq.”
3
Başqa bir hədisdə buyurulur: 
1 Əli (ə) buyurur: “Mərifət əhatəsinə gələnlər Allah deyildir. 
Dəlili özünə tərəf hidayət edən məhz odur.” “Biharul-ənvar”, 2-
ci cild, səh-186 
2 “Maidə” surəsi, ayə-105 
3 “Ğürərül-hikəm”, 2-ci cild, səh-665 


131 
“Sizlərdən o kəs Allahı daha yaxşı tanıyır ki, özünü 
(nəfsini) daha yaxşı tanımış olsun.”
Bu yolun proqramları və seyri-süluku barəsində insanı 
Allahı yad etməyə əmr edən çoxlu Quran ayələri vardır. 
Belə ki, buyurulur: 
“Məni yad edin ki, Mən də sizi yad 
edim.”
1
 
Bu barədə sair ayələri də misal göstərmək olar. 
“Allahı yad etmək” dedikdə məqsəd Quran və sünnədə 
ətraflı şəkildə bəyan olunan saleh əməllərdir və bunun 
axırında da buyurulur: 
“Öz Peyğəmbərinizə itaət edin.”
2
 
İslam 
dininin 
bu 
yolu 
ilahi 
yol 
kimi 
müəyyənləşdirməsi, amma bəndələrə o yolla getməyə 
tövsiyə etməməsi, yaxud onu tanıtdırıb, lakin onun 
proqramlarını bəyan etməkdə qafil qalması, yaxud da bu 
barədə etinasızlıq göstərməsi necə mümkün və ya 
təsəvvür oluna bilər; halbuki, Allah-taala Öz kəlamında 
buyurur: 
“Biz Quranı sənə nazil etdik ki, hər bir şeyi bəyan edən 
və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə qaynağı 
olsun.”
3
 
1 “Bəqərə” surəsi, ayə-152 
2 “Əhzab” surəsi, ayə-21 
3 “Nəhl” surəsi, ayə-89 


132 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin