İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   2   3   4   5   6   7   8   9   ...   93
İSLAMDA-ŞİƏLİK

ALLAHIN ADI İLƏ 
Allah-taala hər bir əsrdə bəşər övladını hidayət etmək 
üçün həzrət Adəm, Nuh, Musa, İsa (ə) və bu kimi digər 
böyük peyğəmbərlər göndərmiş, onlara ilahi qanunlar 
məcmuəsi olan səmavi kitablar nazil etmişdir. Nəhayət 
səma elçiləri silsiləsinin sonuncusu və ən əzəmətlisi olan 
İslam peyğəmbəri həzrət Məhəmmədi (s) peyğəmbərliyə 
seçmiş, sələf dinlərin təkmilləşdiricisi və əbədi möcüzəsi 
olan Quranı insanların yenilməz hidayət çırağı qərar 
vermişdir. Peyğəmbəri-Əkrəm 23 il ərzində müxtəlif əzab-
əziyyətlərə dözərək Ərəbistan yarımadasında İslam 
məktəbinin bünövrəsini qoymuş, digər xalqları, o 
cümlədən dövrün məşhur imperatorları və dövlət 
başçılarını da bu müqəddəs dinə dəvət etmişdir. Beləliklə, 
Quran və İslam nuru o həzrətin vəsfolunmaz zəhmətləri 
sayəsində bütün dünyaya yayılmışdır. 
İslamın zühur etdiyi ilk çağlardan başlayaraq, müasir 
dövrə qədər xüsusi mövqe və məqama malik olan, bu 
dinin danılmaz prinsipləri əsasında öz xüsusiyyətlərini 
müdafiə edən Şiəlik məktəbi yeganə yoldur ki, daim 
Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) məsləkini davam 
etdirmişdir. Bu yolun davamçıları bir an da olsun öz 
sələflərinin hədəf və məqsədlərindən uzaqlaşmamış, 
onların həqiqi ardıcılları olmuş, Quran və İslamın nurani 
hökmlərini Peyğəmbərin (s) özündən və onun pak Əhli-
beytindən (ə) əxz edərək, yalnız onların sözlərini höccət 
hesab etmişlər. 
Şükürlər olsun ki, dünyada baş verən bir sıra 
ictimaisiyasi dəyişikliklər nəticəsində din və məzhəblərin 


10 
dərindən araşdırılması mümkün olmuş, tarix boyu böyük 
qüdrətlərin himayədarlığı ilə dünyaya meydan oxuyan 
bəzi əqidələrin araşdırılıb tənqid olunması və daim 
əsassız 
hücumlara 
məruz 
qalıb 
sükut 
etmək 
məcburiyyətində qalan bəzi etiqadi məktəblərin özünü 
müdafiə etməsi üçün zəmin yaranmışdır. Bu prosesdə Şiə 
məktəbi də aktual çıxış edərək əsrlər boyu son dərəcə 
qərəzçiliklə ona qarşı yağdırılan ittihamlara cavab 
verməyə başlamışdır; bu məktəb son dövrlərdə yenidən 
canlanmış, qüvvətlənmiş, şiə alimləri və mütəfəkkirləri 
yaranan bu fürsətlərdən lazımınca istifadə edərək, bəyan 
və qələmləri ilə şiəliyin həqiqi maarifinin yayılmasına 
çalışmışlar. 
Onlar 
bədxah 
və 
qərəzli 
şəxslərin 
namərdcəsinə vurduqları ittihamlara və anlaşılmaz 
nöqtələrə 
münasib 
cavablar 
verərək, 
düşmənlər 
tərəfindən şiə nəzəriyyəsinə qarşı irəli sürülən əsassız 
fikirləri elmi şəkildə rədd etmişlər. 
İslam dünyasının ən görkəmli mütə-fəkkirlərindən biri 
mərhum Əllamə Təbatəbai Təbrizi öz mənalı ömründə bir 
çox qiymətli əsərlər yazıb-yaratmış, dünyada məşhur olan 
istedadlı alimlər yetişdirmiş və şiə dünyasına əvəzsiz 
xidmətlər etmişdir. Ustadın çox dəyərli və faydalı 
əsərlərindən biri də «İslamda şiəlik» kitabıdır ki, bu vaxta 
qədər bir çox dillərə tərcümə edilərək dəfələrlə çap 
olunmuşdur. 
Bu kitab əsas etibarı ilə şiəliyin qərb ölkələrində 
tanıtdırılması üçün yazılmışdır; qərb alimlərinin şiəlik 
barədə yazdıqları tədqiqat əsərləri və kitablar orjinal 
mənbələrdən götürülmədiyi üçün bu məktəbin etiqadi 
əsasları ilə uyğun gəlmir. Çünki onların araşdırma aparıb 


11 
müraciət etdikləri mənbələr əhli-sünnət və ya ismailiyyə 
kimi qeyri-mötəbər firqələrdən götürülmüşdür. 
Qeyd 
etmək 
lazımdır 
ki, 
bu 
kitab 
ustadın 
şagirdlərindən biri tərəfindən ingilis dilinə tərcümə 
edilmiş və bir müddət Amerika universitetlərində tədris 
edilmişdir. Mərhum Əllamə Təbatəbai bu kitabda digər 
islami məzhəblərə son dərəcə ehtiramla yanaşaraq, 
şiəliyin əqidə prinsiplərini və əsalətini, onun yaranma 
səbəblərini bəyan etmişdir; onun əqidəsinə görə İslamda 
yeganə düzgün yol Əhli-beyt (ə) məktəbidir. Ustadın 
digər əsərləri ilə müqayisədə bu kitab nisbətən sadə dildə 
yazılmışdır. Təəssübkeşlikdən uzaq olan və şiəliyin həqiqi 
mövqeyini əks etdirən bu əsərin mütaliə olunmasını 
ümumoxucu kütləsi üçün faydalı hesab edirik. Sonda 
mehriban Rəbbimizdən ustadın ruhunun şad olmasını və 
əziz oxucuların yüksək müvəffəqiyyət əldə etməsini 
diləyirik! 


12 
ÖN SÖZ 
Əziz oxucular, qarşınızda olan bu kitab şiəliyin qərb 
ölkələrində tanıtdırılması məqsədilə yazılan müxtəsər bir 
əsərdir. Keçən əsrdə qərb alimləri İslamın müxtəlif 
sahələri, islam mədəniyyəti və məzhəbləri barədə geniş 
mütaliə və araşdırmalar aparmışlar. Lakin görülən 
tədbirlərin və yazılan əsərlərin əksəriyyətində son dərəcə 
təəssübkeşlik və qərəzçilik hissi müşahidə olunur, hər bir 
sahədə 
İslamın 
təhrif 
olunması 
istiqamətində 
məqsədyönlü işlərin aparıldığı nəzərə çarpır. 
Avropalıların 
İslam 
dini 
barədə 
apardıqları 
tədqiqatların və istifadə etdikləri kitabların demək olar ki, 
hamısı əhli-sünnət mənbələridir. Onların əsərlərində rast 
gəldiyimiz Quran, hədis, Peyğəmbər sirəsi, fiqh və kəlam 
məfhumları da bütünlüklə sünni məzhəbinə aiddir. Hətta 
əhli-sünnət mənbələrindən gətirilən məlumatlar da əksər 
hallarda təhrif olunmuş və qərəzçiliklə yazılmışdır. 
Avropa dillərində mövcud olan əsərlərdə şiəlik qeyri-
mötəbər bir firqə kimi tanıtdırılmış, bütün nəzərləri təhrif 
olunmuş şəkildə göstərilmiş, yaranma səbəbləri ictimai-
siyasi çəkişmələrin nəticəsi kimi izah olunmuş və onun 
meydana gəlməsinin əsas amili olan dini köklərə çox az 
diqqət yetirilmişdir. Hətta şiəlik barəsində aparılan 
tədqiqatlarda İsmailiyyə firqəsinin onun əsas və özək 
hissəsini təşkil etdiyi iddia olunur. On iki imamçılıq 
əqidəsinə əsaslanan şiəliyə, hətta İsmailiyyə qədər də olsa, 
əhəmiyyət verilməmişdir!! 
Bəlkə də qərb ölkələrinin şiəliyə qarşı tutduqları bu 
qeyri-obyektivliyin əsas səbəbi onların müsəlmanlarla 


13 
bağlı olan tarixi keçmişləridir. Qərb ölkələri bu vaxta 
qədər müsəlmanlarla iki dəfə birbaşa ünsiyyətdə 
olmuşlar; onlar birinci dəfə (İspaniyada) Andolosda 
ərəblərlə və ikinci dəfə isə Avropanın şərqində türklərlə 
qarşı-qarşıya gəlmişlər. Hər iki təmasda onların müşahidə 
etdiyi İslam sünnilik formasında olmuş və şiəliklə olan 
əlaqələr nisbətən sirli rabitələrlə məhdud-lanmışdır. Bəlkə 
də səlib yürüşləri zamanı onların rastlaşdıqları şiə 
məzhəbi yalnız Fələstində və İspaniyanın mərkəzində 
olan bəzi İsmailiyyə hövzələri olmuşdur. 
Qərb ölkələri yaxın keçmişə qədər heç vaxt şiə aləmi 
ilə, xüsusilə İran şiələri ilə təmasda olmamışlar və İran 
İslam mədəniyyəti ilə də ilk dəfə Hindistanda 
rastlaşmışlar. 
Mümkündür ki, qərblilər İslamın əqli elmlərdə və bu 
kimi digər məsələlərdə güclü olan məzhəblərini üzə 
çıxarmamaq, bu dini bütövlükdə təhqir etmək məqsədi ilə 
bilərəkdən şiəliyə heç vaxt diqqət yetirməmişlər. Bir 
reallıq kimi onun yüz milyonlarla iranlı, ərəb, hindli, 
pakistanlı, azərbaycanlı və s. ardıcıllara malik olmasına 
göz yummuşlar... Bu məktəbin ardıcılları dünyanın bir 
çox ölkələrində də tanınmaz qalmışdır. Qərb ölkələrində 
keçən əsrin şiələri İslamı daim təhrif etməyə çalışan 
şərqşünasların təqdim etdiyi kimi qəbul olunmuşdur və 
hətta bəziləri bu məzhəbin son dövrlərdə İslam 
düşmənləri tərəfindən ixtira edildiyini də iddia etmişlər. 
Qeyd olunan bu məsələlərin həqiqətini yoxlamaq üçün 
şiəliklə əlaqədar, yaxud şiəliyə cüz᾽i işarələr edilmiş bir 
neçə məşhur kitabı nəzərdən keçirmək kifayət edər. 


14 
Əvvəldə qeyd olunduğu kimi, dünyanı idarə etmək 
istəyən və ya dünya xalqları üzərində nəzarəti 
gücləndirməyə çalışan böyük dövlətlər ayrı-ayrı ölkə 
xalqlarının etiqad bəslədiyi din və məzhəbləri, adət-
ənənələri və ümumi psixologiyanı yenidən araşdırmaq 
zərurətində idilər. Bu siyasətin davamı olaraq, qərb 
ölkələrində, xüsusilə ingilisdilli ölkələrdə tədrici olaraq 
İslam və şiəlik barəsində bir sıra əsaslı tədqiqatlar və elmi 
axtarışlar hərəkatı başlanmışdı. 
Böyük dünya müharibəsindən sonra Amerikada, daha 
sonra isə İngiltərədə belə bir məsələ qarşıya çıxmışdı ki, 
hər hansı bir din və ya məzhəb barədə o əqidənin ardıcılı 
olmayan və ya ona ürəkdən etiqad bəsləməyən şəxslərin 
apardığı araşdırmalar, mülahizələr və yazılan kitablar 
yetərli deyildir. Bu vaxta qədər hər hansı bir əqidə üçün 
əcnəbilərin yazdıqları əsərləri heç bir vəchlə əsaslı hesab 
etmək olmaz. 
Qərb ölkələrində dinə qarşı aparılan uzun müddətli 
mübarizələr nəticəsində çox qorxunc bir mə᾽nəvi boşluq 
yarandığından Amerika və Avropa ölkələri çarə fikrinə 
düşmüş, həmin ölkələrdə dinlər barəsində əsaslı tədqiqat 
aparmaq məqsədilə müəyyən mərkəzlər tə᾽sis edilmişdi. 
Bu proseslərdə mümkün qədər hər bir dinin öz 
mənbələrindən və alimlərindən istifadə etməyə çalışır, 
məqsədə çatmaqda bu yolu daha məqsədəuyğun hesab 
edirdilər. Əlbəttə, belə bir cərəyanda İslam dini ümumi 
şəkildə və şiəlik xüsusi şəkildə diqqət mərkəzində idi və 
ümumi tədbirlər silsiləsindən istisna oluna bilməzdi. 
Bu hərəkatda ilk addım atan şəxslərdən biri də 
professor Kenneth Morgan idi. Colgate unversitetinin 


15 
professoru, amerikalı alim Morgan ömrünün müəyyən bir 
hissəsini şərq ölkələrində keçirmiş, şərq dinlərinin 
tanınmış alim, ustad və şəxsiyyətləri ilə birbaşa əlaqə 
yarada bilmişdir. 
İslam dünyasında əsas e᾽tibarı ilə «İslam sirati 
müstəqim» kitabının tərtibatçısı kimi məşhurlaşan bu 
alim
1
bir neçə il bundan qabaq Colgate unversitetində 
dünyanın məşhur dinlərinin nümayəndələrini bir yerə 
toplamaq məqsədi ilə bir mərkəz tə᾽sis etmişdi. Kenneth 
Morgan bu mərkəzdə geniş tədqiqat işləri aparmaq 
məqsədi ilə müxtəlif sahələr üzrə, alim və tələbələrdən 
təşkil olunmuş ayrı-ayrı qruplar yaratmış, onların işlərinə 
nəzarəti şəxsən öz öhdəsinə götürmüşdü. O, son dərəcə 
mühüm hesab edilən şərq dini mənbələrini çap etdirərək 
onları qərb xalqlarına təqdim etmiş, bununla da həmin 
dinlərin həqiqi mahiyyətini çatdırmağa çalışmışdır. 
Mən həmin mərkəzlə ilk dəfə səkkiz il bundan qabaq 
yaxından tanış olmuşam. O zaman həmin mərkəzin elmi 
heyəti şiəlik barəsində araşdırmalar aparmaq üçün 
mütəxəssis kadrların çatışmazlığından söhbət açdı və bu 
sahədə əsaslı tədbirlər görməyi məsləhət bildilər. Əlbəttə, 
professor Henri Korbəni Sorben unversitetində şiə 
təfəkkürünün tanıtdırılması sahəsində dəyərli xidmətlər 
göstərmişdir. Lakin əvvəla, onun əsərləri ümumi oxucu 
kütləsinin qavraya bilməyəcəyi bir yüksək səviyyədə və 
fransız dilində yazıl-mışdır. İkincisi isə bu əsər şiəliyin 
ümumi mahiyyətini deyil, onun irfan, hikmət və bu kimi 
1 Bu kitab müsəlman alimlərinin vasitə-silə yazıl-mışdır; 
ustad Mahmud Şəhabi də onun “şiəlik” fəslini qələmə almışdır. 


16 
xüsusi yönlərini aydınlaşdırır. İngilis dilində mövcud olan 
bir neçə kitab və risalələr də uzun illər boyu şiəliyə 
arxadan zərbə vurub onu tamamilə məhv etmək üçün 
çalışan xristian misiyonerlərinin əsərləridir.
Təsadüfən bir-iki il sonra 1964-cü ilin yayında 
professor Morgan İrana gəldi. Artıq o zaman, əziz 
ustadım Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbainin 
tələbəsi olmaq kimi böyük şərəfə nail olmuşdum. Həftədə 
bir neçə dəfə ustadın Dərəkədə yerləşən bağ evinə gedir 
və onun elm dəryasından öz məhdud iste᾽dadım 
qədərində bə᾽zi şeyləri əxz edirdim. 
Bir gün cənab Morqanla birlikdə Əllamə Təbatəbainin 
hüzuruna getdik. Professor ilk anlardan ustadın mə᾽nəvi 
və ruhani şəxsiyyətinə məftun oldu və hiss etdi ki, elm və 
hikməti fikir və düşüncə mərhələsindən əməl mərhələsinə 
çatdırmış və öz elminin həqiqi mahiyyətinə varmış bir 
insanın hüzurundadır. O, Dərəkənin dar və torpaq yolları 
ilə geri qayıdarkən Əllamə Təbatəbainin qərb ölkələrində 
yaşayan insanlar üçün şiəlik barədə bir kitab yazmasını 
xahiş etdi. Bir
müddətdən
sonra
əməli
proqramlar
hazırlandı
. U
stad
üç
il
ərzində
iki
dəyərli
kitab
yazdı
ki

onlardan
biri
qarşınızda olan “İslamda şiəlik”

digəri
isə
“Şiəlik
nəzərindən
Quran” adlı əsərlərdir

Bu
iş doğrudan 
da
İslam
maarifinə
yüksək
bir
xidmət
oldu

Mən bu kitabı ingilis dilinə tərcümə etdim və o, bir 
müddət Amerikanın ali məktəblərində tədris edildi. Bu 
praktiki mərhələ başa çatdıqdan və tələbələrin böyük 
islam aliminin qələmi ilə yazdığı mətləblərin necə 
düşünülməsi ilə əlaqədar aparılan tədqiqatın nticələri 


17 
məlum olduqdan sonra onun yekun çapı nəşr 
olunacaqdır. 
Quran barəsində olan kitabın ikinci cildinin tərcüməsi 
də başlanmışdır. Dünyada şiəliyin tanıtdırılması məqsədi 
ilə yazılan üçüncü kitab da çapa hazırlanır; bu əsər şiə 
imamlarının kəlamlarından toplanmış və bu vaxta qədər 
sirli bir xəzinə kimi tanınmaz qalmış bir məcmuə 
olacaqdır. 
Qeyd olunduğu kimi, “İslamda şiəlik” adlı kitab yeni 
məqsədlə yazılmış tədqiqat əsəridir. Bu kitabda əsas 
məqsəd şiəliyi tanıtdırmaq, İslam dünyasında şiəliyin 
ideoloji əsaslarını açıqlamaq, eləcə də bu məzhəb barədə 
ümumi və hərtərəfli məlumat əldə etmək istəyənlərə 
yardım etməkdir. 
Müəllif bu kitabda əhli-sünnətə azacıq da olsa, 
hörmətsizlik göstərməmiş, eyni zamanda şiəliyin yaranma 
səbəblərini mötəbər sənədlərlə bəyan edərək, onun 
İslamda köklü bir məzhəb olduğunu göstərməyə 
çalışmışdır. Bu əsər şiəliyin əsalətini müdafiə etməklə 
yanaşı, sünnülərlə şiələr arasında təfriqə yaradılmasına 
yol verməmiş, əksinə İslam dininin iki əsas məzhəbi 
arasında yarana biləcək anlaşmanı asanlaşdırmışdır. 
Çünki bu məzhəblər arasındakı həqiqi yaxınlıq yalnız hər 
iki tərəfin əsalətinin qorunub saxlanması ilə mümkün ola 
bilər. 
Müasir dövrün qəribəliklərindən biri də budur ki, bu 
kitabın 
ərəb-
farscasına (və ya azəri dilinə) olan ehtiyac 
ingiliscəsinə olan ehtiyacdan heç də az deyildir. Bəlkə də 
yüz minlərlə şiə cavan hal-hazırda öz din və məzhəbləri 
barədə məlumatsızlığa, cəhalətə düçar olmuşlar və onunla 


18 
yaxından tanış olmağa kəskin ehtiyac hiss edirlər. Onlar 
adi dini kitablardan istifadə etməklə kifayətlənmir, İslam 
maarifi haqda daha elmi məlumatlar əldə etmək istəyirlər. 
Keçən illərdə cəmiyyətin müxtəlif təbəqələri arasında 
dini təlimat məsələsi qəribə bir vəziyyətə düşmüşdü. 
İranda yaşayan qeyri-müsəlman xalqlar, eləcə də xarici 
vətəndaşlar ev və ya məktəb şəraitində öz mədəniyyət və 
dinlərini öyrənmək üçün müəyyən tədbirlər gördükləri 
halda, İran cəmiyyətinin əksəriyyətini təşkil edən 
müsəlmanlar 
arasında 
dini 
təlimlər 
tamamilə 
unudulmuşdu. 
Valideynlər 
bu 
məsuliyyətin 
öz 
üzərlərindən götürüldüyünü zənn edərək, məktəblərin bu 
ağır vəzifəni möcüzəli bir şəkildə həyata keçirəcəyini 
fikirləşirlər. Məktəblər də öz növbəsində adi dərslərin 
tədrisi üçün müəllim çatışmazlığı ilə üzləşdikləri halda, 
təbiidir ki, bu “möcüzəni” həyata keçirmək imkanında 
olmayacaqdır. Bu istiqamətdə tədrici olaraq yaranan bir 
qrupa hər növ vəsait verilmiş, lazım olan imkan 
yaradılmışdır; onlar necə hərəkət etməyi bacarır, lakin 
hara getməyi bilmirlər. 
İnsan hədəfli, məqsədyönlü bir varlıq olduğundan, 
ömrünü bütünlüklə ötəri hisslərdə, puç və maddi işlərdə 
keçirmək səlahiyyətinə malik olmadığından belə bir 
vəziyyətlə barışa bilmir; bəziləri doğrudan da konkret 
olaraq nə etmək lazım olduğunu bilmədikləri üçün vicdan 
əzabı çəkir, ruhi narahatlıqlara düçar olurlar. Həqiqətən 
dini-mənəvi təlimlər axtarışında olan bir çoxları onlara yol 
göstərə biləcək alim, müəllim və hətta bəzən bir kitab belə 
tapa bilmədikləri üçün əcnəbi din və məzhəblərə üz tutur, 
həqiqəti ayrı bir yerdə arayıbaxtarır. 


19 
Bu kitab qərb ölkələrində yaşayan tələbə və 
tədqiqatçılar üçün nəzərdə alınsa da, müsəlmanlar üçün 
də mühüm əhəmiyyət kəsb edir və hətta demək olar ki, bu 
kitab öz növbəsində misilsizdir. 
Mərhum Əllamə Təbatəbai sadə qələmlə tarix, hikmət, 
irfan və sair bölmələrdə şiəliyin təqribən bütün yönlərini 
izah etmiş və islam maarifinin ən mühüm həqiqətlərini 
aydınlaşdırmışdır. 
Bu kitabın mütaliə edilməsi şiə təfəkkürünün əsasları 
barədə məlumat əldə etmək və ali mətləblərə çatmaq 
yolunda düzgün istiqamətlənmək üçün kifayət edər. Hal-
hazırda bu nəfis əsərin yol göstərməsi ilə şiəliyin mənəvi 
dünyasına yad olan hər bir şəxs geniş bir aləmə qədəm 
qoymuş olur. Bu mötəbər yolgöstərənə istinad etməklə 
yoldan sapmayacağına, “möhkəm ipə” sarılmaqla son 
məqsədə nail olacağına əmin ola bilər. 
Bu kitabda şiəliyin bütün elmi mərhələləri, o cümlədən 
yaranma tarixi, fiqhi, şəriəti, mənəvi həqiqətlərin ən lətif 
və incə nümunələri o qədər sadə dildə yazılmışdır ki, 
onun yalnız həqiqi bir ustadın qələminin məhsulu 
olmasında şübhə etmək olmur. 


20 
USTADIN
TƏRCÜMEYİ
-
HALI
Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai 1904-cü 
ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. 
Onun ardıcıl olaraq, on dörd nəsli Təbrizin məşhur seyyid 
və alim sülaləsindəndir. O, Təbrizdə mövcud olan 
ibtidaidini məktəbi bitirdikdən sonra, 1925-ci ildə təhsilini 
davam etdirmək üçün Nəcəfi-əşrəf şəhərinə yola düşmüş 
və on il bu yüksək elmi-dini mərkəzdə öz elmini 
təkmilləşdirməyə, müxtəlif İslam elmlərinə yiyələnməyə 
başlamışdır. Fiqh və üsul elmlərini tanınmış alim Naini və 
Kompanidən, fəlsəfəni Seyyid Hüseyn Badkubeyidən,
1
riyaziyyatı Ağa Seyyid Xonsaridən və əxlaq elmini isə 
Hacı Mirza Əli Qazidən
2
öyrənmişdi. Ustad 1935-ci ildə 
təhsilini başa vurub öz vətəninə qayıtmışdır. 
Əllamə Təbatəbai təkcə fiqh və üsul elmi ilə 
kifayətlənməmiş, ərəb dilinin qrammatikasında çox 
yüksək nailiyyətlər əldə etmiş, qədim və müasir 
riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdır. 
Ustadın fəlsəfə, kəlam, irfan və təfsir elmlərində 
qazandığı uğurlar hamını heyrətləndirmiş, o, bu 
sahələrdə ictihad dərəcəsinə nail olmuşdur. 
1
Nəcəfi-əşrəfin ən böyük fəlsəfə ustadı olan Seyyid 
Hüseyn Badkubeyi əslən Bakının Xırdalan qəsəbəsindən 
idi

2 Hacı Mirza Əli Qazi dövrünün ən böyük hikmət və irfan 
ustadı, yüksək mənəviyyatlı bir arif idi. 


21 
İkinci dünya müharibəsi illərində rus qoşunlarının 
İrana daxil olması ilə cənubi Azərbaycanda vəziyyətin 
gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və 
ruhanilərə qarşı başladığı amansız repressiyaların 
nəticəsində ustad məcburiyyət qarşısında qalıb öz doğma 
şəhəri olan Təbrizi tərk edərək Qum şəhərinə köçmüş, bu 
illər ərzində İranın bir çox elmiyyə hövzələrində elmi-
tədqiqat işləri və tədrislə məşğul olmuşdur. 
O, 1946-cı ildə Qum şəhərində məskunlaşaraq, orada 
təfsir və hikmət dərslərinin tədrisinə başlamış, Tehrana 
etdiyi ardıcıl səfərlərdə İslam maarifi və hikmət teşnələri 
ilə əlaqələr yaratmışdır. Ustad uzun illər boyu yorulmaq 
bilmədən din və hikmət müxalifləri ilə elmi mübahisələr 
təşkil etmiş, qərb və şərqdən məqsədyönlü şəkildə 
müsəlmanları 
azdırmaq 
üçün 
göndərilən 
ideoloji 
məktəblərlə elmi mübarizələr aparmışdır. Əql və məntiq 
əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi təsirinə 
qapılmış bir çox alim və ziyalıların doğru yola hidayət 
olunmasında müstəsna rol oynamış, həqiqət axtarışında 
olanları dini həqiqətlərlə yaxından tanış etmişdir. O, 
həyatının son 20 ilində təkcə ruhani təbəqəsinə deyil, 
ziyalı sinfinə və qərbdə təhsil alan alim və tələbələrə də 
əvəzsiz bir təsir mənbəyi olmuşdur. 
Neçə illər idi ki, payız fəslində ustadla professor Henri 
Korben arasında, bir çox alim və tələbələrin iştirakı ilə 
elmi mübahisələr təşkil edilirdi. Yüksək mənəviyyatlı bir 
şəxsiyyətlə həqiqət axataran elm xadimi arasında təşkil 
olunan dini-fəlsəfi, eləcə də psixoloji, sosioloji və digər 
dünyəvi elmlərlə əlaqədar aparılan elmi mübahisələr 
zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər 


22 
daimi olaraq çox mühüm və müsbət nəticələrlə sona 
çatırdı. Bu müzakirələr elə yüksək səviyyədə keçirilirdi ki, 
bəlkə də islamla xristianlıq arasında mənəvi-ideoloji 
əlaqələrin kəsildiyi orta əsrlərdən bu vaxta qədər qərb 
ölkələri ilə müsəlmanlar arasında belə bir rabitə 
yaradılmamışdı. 
Əllamə Təbatəbai Qum elmiyyə hövzəsinə böyük 
xidmətlər göstərmiş, bu elm ocağında əqli elmləri, o 
cümlədən Quran təfsirini yenidən dirçəltmişdir; ustad bu 
mərkəzlərdə tədrici olaraq hikmətin əsas bünövrələrini 
qoymuş, “Şifa”, “Əsfar” və sair fəlsəfi kitabların tədrisinə 
başlamışdır. 
Ustadın yüksək elmi, bariz şəxsiyyəti, gözəl əxlaqi 
səciyyələri və tələbələrlə münasibətdə hədsiz mülayimliyi 
az bir zamanda onun məşhurlaşmasına səbəb olmuş, elm 
xadimləri, ruhanilər və sıravi dindarlar arasında saysız-
hesabsız 
müridlər 
qazanması 
ilə 
nəticələnmişdi. 
Əllamənin dərslərində yüzlərlə tələbə iştirak edir, 
tanınmış alimlər də onun elm dəryasından bacardıqları 
qədər faydalanırdılar. Ustadın iyirmi illik zəhməti artıq öz 
bəhrəsini vermiş, onun əkdiyi gül-çiçəklərin ətri hər yeri 
bürümüşdür; hal-hazırda elə bir islami mərkəz və elm 
ocağı tapmaq olmaz ki, orada ustadın şagirdlərindən və 
ya onların əsərlərindən biri öz əvəzsiz xidmətini 
göstərməmiş olsun. Demək olar ki, hikmət alimlərinin 
əksəriyyəti birbaşa və ya bir və bir neçə vasitə ilə ustadın 
şagirdi hesab olunurlar. Əllamə Təbatəbainin nəzarəti 
altında əqli elmlər sahəsində ictihad dərəcəsinə çatan 
alimlərin dəqiq sayı məlum deyildir, amma qətiyyətlə 
demək olar ki, onun islam fəlsəfəsi üzrə hazırladığı 


23 
alimləri, yazdığı dəyərli kitabları və göstərdiyi digər 
mühüm xidmətləri heç bir şeylə müqayisə etmək olmaz. 
Əllamə Təbatəbai tələbə və alim hazır-lamaqda təkcə 
elmi inkişafla kifayətlənməmiş, bu işdə mənəvi saflığa və 
əxlaqi məsələlərə mühüm əhəmiyyət vermişdir. O, elm və 
əxlaqı özündə birləşdirən yeni bir məktəbin əsasını 
qoymuş, cəmiyyətə çox layiqli insanlar təqdim etmişdir; 
ustad bu iki məsələni bir-birindən ayırmağı böyük faciə 
hesab etmiş, elm ocaqlarında belə bir sistemin yaradılması 
yolunda əlindən gələni əsirgəməmişdir. 


24 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin