İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   10   11   12   13   14   15   16   17   ...   93
İSLAMDA-ŞİƏLİK

BƏNİ
-
ÜMƏYYƏ
 
SƏLTƏNƏTİNİN
 
MÖHKƏMLƏNMƏSİ
 
Hicri-qəməri tarixi ilə 60-cı ildə Müaviyə öldü və 
oğlu Yezid atasının camaatdan onun üçün aldığı beyət 
əsasında islam hökumətinin idarəçiliyini öz öhdəsinə 
aldı. 
Tarixi məlumatlara əsasən, Yezidin heç bir dini 
şəxsiyyəti yox idi. O, hətta atasının sağlığında belə, 
islam qanunlarına əsla əhəmiyyət vermir, əyyaşlıqdan, 
şəhvətpərəstlikdən başqa bir şeylə məşğul olmurdu. 
Yezid hakimiyyətinin üçüncü ilində islam tarixində 
misli görünməmiş faciələr törətdi. 
Birinci il Peyğəmbərin (s) nəvəsi əziz olan Hüseyn 
ibni Əli (ə)-ı övladları, qohumları, köməkçiləri və 
dostları ilə birlikdə faciəli şəkildə öldürdü, qadınlarını, 
uşaqlarını və Peyğəmbər Əhli-beytini şəhidlərin 
kəsilmiş başı ilə birlikdə şəhərbə-şəhər gəzdirdi.
1
İkinci 
ildə isə Mədinə əhalisini kütləvi şəkildə qırdı və üç gün 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
216 


64 
ərzində camaatın qanını, malını və namusunu öz 
ordusunda olanlara halal etdi.
1
Üçüncü ildə isə 
müqəddəs Kəbəni dağıtdı və oranı yandırdı!!
2
Yeziddən sonra Mərvan və Üməyyə övladları islam 
hökumətini idarə olunmasını əllərinə aldı. Yetmiş ilə 
qədər davam edən on bir nəfərin hökmranlığı islam və 
müsəlmanlar üçün çox ağır və acınacaqlı vəziyyətlər 
qarşıya çıxardı. Bu dövrdə islam cəmiyyətinə xilafət adı 
altında ərəb imperatorluğunun istibdad və zülmündən 
başqa heç bir şey hökmranlıq etmirdi. Onların 
hakimiyyəti dövründə iş o yerə çatmışdı ki, dövrün 
xəlifəsi Vəlid ibni Yəzid Peyğəmbəri-Əkrəmin (s) 
canişini, dinin yeganə himayəçisi sayılırdı; halbuki o, 
heç kəsdən çəkinmədən qərara almışdı ki, Kəbə evinin 
üstündə bir otaq tiksin və həcc mərasimində orada eyş-
işrətlə məşğul olsun!!
3
Dövrün xəlifəsi Vəlid ibni Yezid Qurani-Kərimi 
oxlatdırdı; Qurana xitabən söylədiyi şerdə isə belə 
deyirdi: “Qiyamət günü öz Allahının hüzurunda hazır 
olanda de ki, xəlifə məni cırdı!!” 
Əlbəttə, əksəriyyət təşkil edən sünnülərlə, islam xilafəti 
və dini mərcəiyyət kimi iki əsaslı məsələdə köklü 
ixtilafları olan şiələr tarixin bu qaranlıq və irticaçı 
dövründə çox ağır vəziyyətdə idilər. Lakin hökumətlərin 
törətdiyi cinayət və zülmlər, Əhli-beyt (ə)-dan olan 
rəhbərlərin paklığı, təqvası və məzlumluğu onları 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
243 

“Tarixi
Yəqubi”
, 2-
ci
cild

səh-
224 

“Tarixi
Yəqubi”
, 3-

cild

səh-
73 


65 
günbəgün öz əqidələrində möhkəmlədirirdi; xüsusilə 
(şiələrin üçüncü imamı) həzrət Hüseyn (ə)-ın faciəli 
şəhadəti şiəliyin, xüsusilə xilafət mərkəzindən uzaqda 
olan məntəqələrdə, o cümlədən İraqda, Yəməndə və 
İranda yayılıb genişlənməsinə səbəb oldu. 
Müddəamızın şahidi budur ki, şiələrin beşinci 
rəhbərinin imaməti dövründə Üməyyə hökumətində 
yaranan zəiflik nəticəsində şiələr islam ölkələrinin 
müxtəlif yerlərindən sel kimi Mədinəyə gələrək beşinci 
imamın ətrafına yığışdılar, ondan hədis və dini elmləri 
öyrənməyə başladılar.
1
Hələ birinci hicri əsri tamam 
olmamışdı ki, bir neçə nəfər dövlət əmiri İranda Qum 
şəhərinin bünövrəsini qoydu və şiələri oraya köçürdülər. 
Amma eyni halda şiələr öz rəhbərlərinin göstərişinə 
əsasən təqiyyə şəraitində yaşayır və öz əqidələrini 
gizlədirdilər. 
Ələvi seyyidləri dəfələrlə hökumətin zülmkarlıq 
hərəkatlarına qarşı çıxaraq qiyam etdilər, lakin məğlub 
olub bu yolda öz canlarından keçdilər. Dövrün amansız 
hökuməti onları məhv etmək üçün əlindən gələni 
əsirgəmədi. Zeydiyyə şiələrinin rəhbəri olan Zeydin 
cəsədini qəbirdən çıxarıb dar ağacından asdılar, üç il 
darda asılı vəziyyətdə saxladıqdan sonra yerə endirib 
yandırdılar və külünü göyə sovurdular.
2
Əksər şiələrin 
inancına görə dördüncü və beşinci imam da Bəni-
1 Bu kitabın imamət barəsində bölməsinə müraciət edin. 
2 “Murucuz-zəhəb”, 3-cü cild, səh 217-219; “Tarixi Yəqubi”, 
3-cü cild, səh-66. 


66 
üməyyənin əli ilə zəhərləndirilərək şəhid edilmişdir.
1
İkinci və üçüncü imamın da dünyadan getməsinə onlar 
səbəb olmuşlar. 
Əməvi hakimləri faciə törətməkdə o qədər həddi 
aşmışdılar ki, sünnülərin əksəriyyəti xəlifələrə itaət 
etməyin ümumi halda vacib olmasını dediklərinə 
baxmayaraq, xəlifələri iki dəstəyə bölməyə məcbur 
olmuşlar: Birincisi raşidi xəlifələri, yəni Peyğəmbərin (s) 
vəfatından sonra ardıcıl olaraq gələn dörd xəlifə (Əbu 
Bəkr, Ömər, Osman, Əli), ikincisi isə qeyri-raşidi 
xəlifələrdir ki, bu silsilə Müaviyədən başlanır. 
Əməvilərin törətdikləri zülm və cinayətlər nəticəsində 
camaatın onlara qarşı nifrəti özünün son həddinə 
çatmışdı; axırıncı əməvi xəlifəsinin öldürülməsindən və 
əməvilərin məğlu-biyyəti qətiləşdikdən sonra xəlifənin iki 
oğlu öz ailə-uşaqları ilə birlikdə darul-xilafədən qaçdılar. 
Hər yerə pənah apardılarsa da heç kəs onlara sığınacaq 
vermədi; nəhayət onlar uzun müddət Nobə, Həbəşə və 
Becavə çöllərində sərgərdan qaldılar; əksəriyyəti aclıq və 
susuzluqdan tələf olduqdan sonra Yəmənin cənubuna 
gəlib çıxdılar. Onlar bir müddət buralarda dilənçilik edib 
pul topladıqdan sonra hambal sifətində Məkkəyə yola 
düşüb camaat arasında gizləndilər.
2

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin