İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   12   13   14   15   16   17   18   19   ...   93
İSLAMDA-ŞİƏLİK

ŞİƏLƏR -
 
ÜÇÜNCÜ
 
H
İ
C
Rİ 
ƏSRİNDƏ
 
Üçüncü hicri əsrinin başlanması ilə şiələr bir neçə 
səbəbə görə nisbətən rahat nəfəs almağa başladılar: 
Əvvəla,
bir çox elmi və fəlsəfi kitablar yunan, siryani 
və s. dillərdən ərəb dilinə tərcümə olunmuşdu; camaat 
əqli və istidlali elmləri öyrənməyə həddən artıq maraq 
göstərməyə başlamışdılar. Bundan əlavə, Abbasi xəlifəsi 
Məmun (195-218) mötəzilə məzhəbindən olduğuna görə
məzhəbdə əqli istidlalların aparılmasına xüsusi əhəmiyyət 
verirdi. Buna görə də dinlərdə və məzhəblərdə istidlali 
bəhslər aparılmasına tam azadlıq verdi. Şiə alimləri bu 
azadlıqdan istifadə edərək elmi fəaliyyətlərə başladılar, 
Əhli-beyt məzhəbinin təbliğ olunması üçün yaranan 
münasib fürsətdən lazımınca istifadə etdilər.
1
1 Tarixlər. 


70 
İkincisi,
Məmun Abbasi öz siyasətinin tələbinə uyğun 
olaraq, vəliəhdlik məqamını şiələrin səkkizinci imamına 
vermişdi; bunun sayəsində ələvilər və Əhli-beyt ardıcılları 
müəyyən qədər dövlət valilərinin təzyiqlərindən amanda 
idilər. Lakin çox keçmədi ki, iti qılınclar yenidən şiələrə 
tərəf tuşlandı və keçmiş xəlifələrin unudulmuş üslubu bir 
daha təkrarlandı. Xüsusilə, Mütəvəkkil Abbasi Əli 
şiələrinə qarşı qatı düşmənçilik hissi bəsləyirdi; buna görə 
də onun dövründə (232-247) şiələrin üçüncü imamı 
Hüseyn (ə)-ın Kərbəladakı qəbri yerlə yeksan edilmişdi.
1
ŞİƏLƏR
 - 
DÖRDÜNCÜ
 
HİCRİ
 
ƏSRİNDƏ
 
Dördüncü hicri əsrində şiəliyin genişlənməsi və 
güclənməsi üçün münasib şərait yaranmışdı ki, Bəni-
Abbas xilafətinin zəifləməsi və Ali-bəveyh padşahlarının 
zahir olmasını buna misal göstərmək olar. 
Əslən şiə olan Ali-bəveyh padşahları Bağdadda 
yerləşən xilafət mərkəzinə nüfuz edərək xəlifənin özünə 
də təsir göstərə bilmişdilər. Nəzərə çarpacaq dərəcədə 
əldə olunan bu qüdrət şiələrə öz məzhəblərini azad 
şəkildə təbliğ etməyə imkan verirdi. 
Tarixçilərin qeyd etdiyi kimi, bu əsrdə Ərəbistan 
yarımadası bütövlükdə, yaxud böyük şəhərlər istisna 
olunmaqla, onun əksər hissələrini şiələr təşkil edirdilər; 
bundan əlavə bəzi şəhərlərdə, o cümlədən Həcər, 
Əmman, Sədə də şiələr var idi. Daim sünnü mərkəzi 
hesab olunan və Kufə ilə rəqabət edən Bəsrə şəhərində, 
1 “Tarixi Əbil Fida” və sair tarixlər. 


71 
həmçinin Trablos, Nablos, Təbəriyyə və Həratda da çoxlu 
şiələr var idi. Əhvaz əyaləti və İranın Fars körfəzi 
sahillərində də şiələr yaşayırdılar. 
Həmin illərdə Nasir Ətruş İranın şimalında uzun illər 
təbliğat apardıqdan sonra Təbəristanı ələ keçirdi və orada 
öz hakimiyyətini elan etdi; bu hökumət bir neçə nəsil 
davam gətirə bildi. Ətruşdan əvvəl də Həsən ibni Zeyd 
Ələvi uzun illər Təbəristanda hakimiyyətdə olmuşdu. 
Bu əsrdə İsmaili məzhəbindən olan fatimilər sülaləsi 
Misri ələ keçirərək orada güclü bir hökumət təşkil etdilər 
(296-527).
1
Bir çox hallarda Bağdad, Bəsrə, Nişapur kimi böyük 
şəhərlərdə şiələrlə sünnülər arasında ciddi toqquşmalar 
baş verirdi; bu qarşıdurmalarda şiələr bəzən qələbə 
çalır, bəzən də məğlub olurdular. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin