İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   20   21   22   23   24   25   26   27   ...   93
İSLAMDA-ŞİƏLİK

ON
 
İKİ
 
İMAMÇI
 
ŞİƏLƏRİN
 
QISA
 
TARİXİ
 
Keçən fəsillərdən aydın olduğu kimi, şiələrin 
əksəriyyətini on iki imamçı şiələr təşkil edir. Onlar Əli (ə)-
ın tərəfdarlarından ibarət bir cərəyanın ardıcılları idi ki, 
Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra Əhli-beytin 
xilafət və elmi mərcəiyyət barədə olan hüququnu 
dirçəltmək 
üçün 
etiraz 
və 
tənqidə 
başlayaraq, 
əksəriyyətdən ayrılmışdılar. 
Raşidi xəlifələrinin dövründə (11-35-ci h.Q) şiələr daim 
təzyiqlər altında olmuşlar; Bəni-üməyyə xilafəti dövründə 
(40-132-ci h.q) isə onlar heç bir hüquqa malik olmayıb 
mallarını, canlarını və əmin-amanlıqlarını qorumaq 


87 
səlahiyyətlərini tamamilə əldən vermişdilər. Lakin zülm 
və təzyiqlər nə qədər artırdısa, onlar öz əqidələrində bir o 
qədər möhkəmlənir, öz məzlumiyyətlərindən əqidələrinin 
inkişafı istiqamətində faydalanırdılar. Abbasilər sülaləsi 
hakimiyyəti ələ keçirdiyi vaxtdan, yəni ikinci əsrin 
ortalarından etibarən şiələr İranda yaranmış nisbi azadlıq 
şəraitində rahat və sərbəst yaşamağa başladılar; lakin az 
bir müddətdən sonra təzyiqlər yenidən artmağa başladı 
və bu vəziyyət üçüncü hicri əsrinin axırlarına qədər 
günbəgün şiddətləndi. 
Əslən şiə olan Ali-bəveyh tayfasının nüfuzlu sultanları 
hakimiyyətə gəldiyi dördüncü əsrin əvvəllərində şiələr 
müəyyən qədər qüdrət və azadlıq əldə etdilər; onlar 
yaranmış fürsətdən istifadə edib açıq-aşkar mübarizəyə 
başladılar və bu vəziyyət də beşinci əsrin axırlarına qədər 
davam etdi. Monqol hücumlarının başlandığı altıncı əsrin 
əvvəllərində yaranmış ümumi çətinliklərə görə və eləcə 
də səlib yürüşlərinin davam etməsi nəticəsində islam 
hökuməti başçıları şiə aləminə çox da təzyiq göstərə 
bilmirdilər; xüsusilə İranda monqol sultanlarının bir 
qrupunun şiəliyi qəbul etməsi, Mazandaranda Mərəşi 
seyyidlərinin hakimiyyətdə olması şiə cəmiyyətinin 
qüdrətlənib genişlənməsinə münasib şərait yaratdı. İslam 
ölkələrinin hər bir yerində, xüsusilə İranda milyonlarla 
şiənin yaşaması hiss olunurdu. Bu vəziyyət doqquzuncu 
hicri əsrinin axırlarına qədər davam etdi. Onuncu hicri 
əsrində Səfəvilərin İran kimi böyük bir dövlətdə 
hakimiyyətə gəlməsi ilə həmin ölkədə şiə məzhəbinə 
rəsmiyyət verildi; bu şərait bugünkü günə qədər öz 


88 
rəsmiyyətində qalmaqdadır. Bundan əlavə, dünyanın 
müxtəlif nöqtələrində on milyonlarla şiə yaşayır. 


89 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin