İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   16   17   18   19   20   21   22   23   ...   93
İSLAMDA-ŞİƏLİK

ZEYDİYYƏ
 
ŞİƏLƏRİ
 
Zeydiyyə firqəsi imam Səccad (ə)-ın oğlu Zeydin 
ardıcıllarına deyilir. Zeyd 121-ci hicri ilində əməvi xəlifəsi 
Hişam ibni Əbdülməlikin əleyhinə qiyam etdi; bir dəstə 
adam ona beyət etsə də, sonradan o, Kufədə xəlifənin 
tərəfdarları ilə döyüşdə öldürüldü. 
O

öz
ardıcıllarının
nəzərində
Əhli
-
beytin
beşinci
imamı
sayılır

Ondan
sonra
oğlu
Yəhya
ibni
Zeyd
onun
yerini
tutdu
v
ə
əməvi
xəlifəsi
Vəlid
ibni
Yezidin
əleyhinə
başladı
ğ
ı 
qiyamda
öldürüldü

ondan
sonra
da
Abbasi
xəlifəsi
Mənsurun
əleyhinə
qiyam
edib
öldürülən
Məhəmməd

İbrahim
ibni
Əbdüllah da
imamət
məqamına
seçildilər

O hadisədən sonra zeydiyyə firqəsi pərakəndə 
vəziyyətdə idi; nəhayət Zeydin nəslindən olan Nasir 
Xorasanda qiyam etdi və yerli hökumət tərəfindən təqib 
olunduğuna görə oradan qaçıb, hələ də əhalisi islamı 
qəbul etməyən Mazandarana getdi. O, 13 illik təbliğ və 
dəvətdən sonra bir çoxlarını müsəlman etdi, onları 
zeydiyyə məzhəbinə inandırdı və onların köməyi ilə də 
Təbəristanı ələ keçirib imamətə başladı. Onun bir neçə 
nəsli sonradan həmin yerlərdə bir müddət imamət etdilər. 
Zeydiyyə firqəsinin əqidəsinə görə Fatimə (ə)-ın 
nəslindən olan hər bir alim, zahid, şücaətli və səxavətli bir 
şəxs haqqı bərqərar etmək üçün qiyam etsə, imam ola 
bilər. 


78 
Bu firqə, yarandığı ilk çağlarda Zeydin özü kimi, 
əvvəldəki iki xəlifəni (Əbu Bəkr və Öməri) də imam hesab 
edirdilər; lakin bir müddətdən sonra onların adını 
imamların sırasından çıxarıb, imamətin Əli (ə)-dan 
başlandığına inandılar. 
Qeyd olunanlara əsasən, zeydiyyə firqəsi üsulidində 
mötəzilə, füruidində isə dörd sünnü məzhəbindən birinin 
başçısı olan Əbu Hənifənin fiqhində idilər. Bəzi 
məsələlərdə onların arasında ixtilaf da gözə dəyir.
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin