İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   18   19   20   21   22   23   24   25   ...   93
İSLAMDA-ŞİƏLİK

NƏZARİYYƏ

MÜSTƏLİYYƏ

DƏRUZİYYƏ
 

 
MUQNİƏ
 
296-cı hicri-qəməri ilində Afrikada zahir olan 
Übeydullah Məhdi camaatı ismailiyyə yolu ilə öz 
imamətinə dəvət edərək fatimi səltənətinin əsasını qoydu. 
Ondan sonra onun nəsli Misri özləri üçün xilafət mərkəzi 
seçdilər. Yeddi nəsil ardıcıl olaraq heç bir münaqişə və 
parçalanma olmadan ismailiyyə ardıcıllarına imamət və 
hökumət etdilər. Yeddinci imam Müstənsir Billahdan 
sonra Səd ibni Əli onun yerini tutdu. Sədin iki oğlu Nəzar 
və Müstəli xilafət və imamət üstündə bir-biri ilə mübarizə 
apardı; uzun-uzadı davam edən çəkişmələrdən və qanlı 
müharibələrdən sonra Müstəli qələbə çaldı və öz qardaşı 
Nəzarı ömrünün axırına qədər zindanda saxladı. Bu 
çəkişmələr nəticəsində fatimiyyə ardıcılları nəzariyyə və 
müstəliyyə ardıcılları olaraq iki hissəyə bölündülər. 
a) Nəzariyyə; 
Nəzariyyə – Həsən Səbbaha iman gətirənlərə deyilir. 
O, Müstənsirin ən yaxın adamlarından idi və ondan sonra 
nəzarilərə tərəfdarlıq etdiyinə görə Müstəlinin hökmü ilə 
Misirdən çıxarıldı. O, İrana gəldi və bir müddətdən sonra 
Ələmut qalasına gəlib çıxdı;
1
Ələmut qalasını və başqa bir 
1 Bu qala Qəzvin şəhərinin ətrafında yerləşir. 


83 
neçə qalanı ələ keçirib hakimiyyətə başladı. Əvvəldə xalqı 
nəzariyyə firqəsinə doğru dəvət edirdi. Həsənin 
ölümündən sonra (518-ci H.Q.) Bozorg Ümid Rudbadi və 
ondan sonra da onun oğlu Kiya Məhəmməd Həsən, 
Səbbahın tutduğu yolla hakimiyyəti ələ aldılar. Ondan 
sonra da oğlu və Ələmut qalasının dördüncü padşahı 
Həsənəli Zikruhus-səlam Həsən Səbbahın üslubunu tərk 
edərərək fatimilərə qoşuldu. 
Nəhayət İrana hücum edən Hulakuxan Monqol 
ismailiyyə qalalarını fəth etdi; onların hamısını qılıncdan 
keçirib, qalalarını yerlə yeksan etdi. Ondan sonra 1255-ci 
hicri ilində nəzariyyə firqəsindən olan Ağaxan Məhəllat 
İranda Məhəmməd şah Qacarın əleyhinə qiyam etdi. 
Kerman nahiyələrində etdiyi müharibədə məğlub olaraq 
Bombeyə qaçdı və öz imaməti ilə batiniyyə əqidəsində 
olan nəzariliyi yaymağa başladı. Bu cərəyan indiyə qədər 
də davam edir və nəzariyyə hal-hazırda “ağaxaniyyə” 
adlandırılır. 
b) Müstəliyyə;
Müstəla Fatiminin ardıcıllarına müstəliyyə deyilir. 
Onların imaməti 557-ci hicri qəməri ilinə qədər Misrin 
fatimi xəlifələri tərəfindən qorunub saxlanırdı; bir 
müddətdən sonra həmin məzhəb ətrafında Hindistanda 
bəhrə firqəsi zahir oldu və o da indiyə qədər qalmaqdadır. 
v) Dəruziyyə; 
Şamın Dəruz dağlarında sakin olan dəruziyyə 
ardıcılları ilk əvvəllərdə Misrin fatimilər firqəsinin 
ardıcılları idilər. Onlar altıncı fatimi xəlifəsinin dövründə 
Neştəgin Dəruzinin dəvəti ilə fatimiyyəyə qoşuldular. 
Qeyd olunanlara görə dəruziyyə, öldürülən Əl-hakimu 


84 
Billahda dayanıb; onların əqidəsinə görə o, qeybə 
çəkilmiş, asimanlara doğru getmiş və nə vaxtsa yenidən 
camaatın arasına qayıdacaqdır! 
q) Muqniə. 
Əta Mərvinin ardıcılları ilk əvvəldə muqniə adı ilə 
tanınırdılar. Tarixçilərin qeyd etdiklərinə görə onlar Əbu 
Müslüm Xorasaninin ardıcılları idilər və Əbu Müslümün 
ruhunun onda hülul etdiyini iddia edirdilər. O, bir neçə 
müddətdən sonra əvvəlcə peyğəmbərlik, sonra isə 
Allahlıq iddiası etdi! Nəhayət 162-ci hicri ilində Dəclə-
Fərat çayları arasında yerləşən Kiş qalasında mühasirəyə 
düşdü. Tutulub öldürüləcəyini yəqin etdiyinə görə od 
yandırıb öz ardıcılları ilə birlikdə tonqalın içinə girib 
yandılar. Əta Müqniənin ardıcılları bir müddətdən sonra 
ismailiyyə məzhəbini qəbul edib batiniyyə firqəsinə 
qoşuldular. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin