İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


ŞİƏLƏRİN FİRQƏLƏRƏ BÖLÜNMƏSİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   15   16   17   18   19   20   21   22   ...   93
İSLAMDA-ŞİƏLİK

ŞİƏLƏRİN FİRQƏLƏRƏ BÖLÜNMƏSİ 
FİRQƏLƏRƏ PARÇALANMA VƏ BƏZİ 
CƏRƏYANLARIN ARADAN GETMƏSİ
 
Hər bir məzhəbin bir sıra özünəməxsus məsələləri 
vardır ki, onun ilkin qayda və prinsiplərini təşkil edir; 
ikinci dərəcəli məsələlər və həmin məzhəb ardıcılları 
tərəfindən qəbul edilən müştərək məsələ-lərdən əlavə, 
onların ixtilaflı olduğu təfərrüat isə “şöbələr” adlanır. 
Şöbə və ya firqələrə ayrılma bütün dinlərdə, xüsusilə 
dörd səmavi din olan xristianlıq, yəhudilik, məcusluq və 
islamda da mövcuddur. Şiə məzhəbi Əhli-beytdən (ə) 
olan rəhbərlərin (Əli (ə), Həsən ibni Əli (ə), Hüseyn ibni 
Əli (ə)-ın) dövründə heç bir şöbəyə parçalan-mamışdır. 
Lakin imam Hüseyn (ə) şəhid olduqdan sonra şiələrin 
əksəriyyəti həzrət Əli ibni Hüseyn (ə)-ın imamətinə 
inandılar. “Keysaniyyə” adı ilə məşhur olan və azlıq təşkil 
edən bir dəstə isə Əli (ə)-ın üçüncü oğlu Məhəmməd ibni 
Hənəfiyyəni imam hesab edərək onu vədə verilən Məhdi 
adlandırdılar; onların əqidəsinə görə o, Rəzva dağında 
qeybə çəkilmişdir və öz vaxtında zahir olacaqdır! 
İmam Səccad (ə)-ın vəfatından sonra şiələrin 
əksəriyyəti onun oğlu imam Məhəmməd Baqir (ə)-ın 
imamətinə inandılar; yenə də azlıq təşkil edən bir dəstə 
imam Səccad (ə)-ın şəhid olmuş Zeyd adlı başqa bir 
oğlunun imamətinə inanaraq, zeydiyyə adlandılar. 
İmam Məhəmməd Baqir (ə)-ın vəfatından sonra şiələr 
onun oğlu imam Cəfər Sadiq (ə)-a iman gətirdilər; o 


76 
həzrət də vəfat etdikdən sonra şiələrin əksəriyyəti o 
həzrətin oğlu imam Musa Kazim (ə)-ı yeddinci imam kimi 
qəbul etdilər. Az bir dəstə isə altıncı imamın sağlığında 
onun vəfat edən oğlu İsmaili imam hesab etdilər. Bunlar 
da əksəriyyət təşkil edən şiələrdən ayrılaraq ismailiyyə 
adı ilə məşhurlaşdılar. Bəziləri də o həzrətin Əbdullah 
adlı oğluna, digərləri isə onun Məhəmməd adlı başqa bir 
oğlunun imamətinə inandılar; digər bir qrup isə imamətin 
o həzrətdə sona çatdığını güman edərək onu axırıncı 
imam hesab etdilər. 
İmam Musa Kazim (ə)-ın şəhadətindən sonra şiələrin 
əksəriyyəti imam Riza (ə)-ı səkkizinci imam hesab etdilər; 
qeyd olunduğu kimi, bəziləri də imamətin yeddinci 
imamda başa çatdığına əqidə bəsləyərək, vaqifiyyə adı ilə 
məşhurlaş-dılar. 
Artıq səkkizinci imamdan on ikinci imama qədər 
nəzərə çarpacaq parçalanma baş vermədi; baş versə də, 
bir neçə gündən sonra öz-özünə məhv olub aradan getdi. 
Misal üçün, onuncu imamın oğlu Cəfər, öz qardaşı Həsən 
Əskərinin vəfatından sonra imamət iddiası etdi; bir neçə 
nəfər ona inandı, lakin bir neçə gündən sonra onlar da 
onun ətrafından dağıldılar və Cəfər də öz iddiasından əl 
çəkdi. Qeyd etmək lazımdır ki, görkəmli şiə şəxsiyyətləri 
arasında kəlami və fiqhi məsələlər barəsində yaranan 
ixtilafları da məzhəbi parçalanma hesab etmək olmaz. 
Şiəlikdən ayrılan və əksəriyyət qarşısında dayanan bu 
firqələr az bir müddət ərzində aradan getdilər; bunlardan 
yalnız zeydiyyə və ismailiyyə firqələri qaldı. Hal-hazırda 
da onlardan bir dəstəsi Yəməndə, Hindistanda, Livanda 
və başqa yerlərdə yaşayırlar. Buna görə də əksəriyyət 


77 
təşkil edən on iki imamçı şiələrlə yanaşı, bu iki firqəni də 
araşdıracağıq. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin