72
şəraitində yaşadılar. Mazandaranda mərəşi seyyidləri
uzun illər boyu hakimiyyətdə oldular.
1
Monqol padşahlarından
olan Şah Xudabəndə şiəliyi
qəbul etdi; onun ardınca monqollar uzun müddət İranda
hakimiyyətdə oldular və şiəliyi yaydılar. Ağqoyunlu və
qaraqoyunlu dövlətinin padşahları (Onların mərkəzi
Təbrizdə yerləşsə də, sərhədləri Fars və Kerman əyalətinə
qədər gedib çatırdı.), eləcə də (Misirdə) fatimilər
hökuməti də uzun illər hakimiyyətdə olmuşdular.
Əlbəttə, sıravi insanların bu məzhəbə bağlılığı
iqtidarda olan hakimlərin əqidəsi ilə fərqlənirdi. Belə ki,
fatimilər hökuməti tənəzzülə uğradıqdan
və Ali-əyyub
sultanları hakimiyyətə gəldikdən sonra tarix bir daha
təkrar-landı; Misir və Şam şiələri dini azadlıqlardan
tamamilə məhrum edildi və şiələrin böyük bir qrupu
qılıncdan keçirildi.
2
O
cümlədən, şiə fiqhinin böyük və görkəmli
şəxsiyyətlərindən olan Şəhidi Əvvəl Məhəmməd ibni
Məhəmməd Məkki şiə olduğuna görə 786-cı
hicri ilində
Dəməşqdə qətlə yetirildi; Şeyxi-işraq Şəhabuddin
Söhrəvərdi fəlsəfəyə meyl
göstərdiyinə görə Hələb
şəhərində edam olundu.
3
Bu beş əsr ərzində şiələrin sayı ümumi şəkildə
artmaqda idi; qüdrət və məzhəbi azadlıq məsələsi isə
sultanların şiələrlə müxalif və ya müvafiq olmalarından
1
“Tarixi
Əbil
Fida”
3-
cü
cild.
2
“Tarixi
Əbil
Fida”
və
sair
tarixlər.
3 “Rövzat” və “Kitabu-məcaniz”
73
asılı idi. Bu müddət ərzində
şiə məzhəbi heç bir yerdə
rəsmi məzhəb kimi elan edilməmişdir.
Dostları ilə paylaş: