İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   85   86   87   88   89   90   91   92   93
İSLAMDA-ŞİƏLİK

YEKUN
 
FƏSİL:
 
ŞİƏLİYİN
 
MƏNƏVİ
 
ÇAĞIRIŞLARI
 
Şiələrin dünya xalqlarına qarşı olan mənəvi çağırışları 
bir cümlədən artıq deyildir. O da “Allahı tanıyın” 
cümləsidir. Başqa sözlə desək
“Allahı tanımaq yolunu 
keçərək xoşbəxt olun və qurtuluşa çatın.”
Bu da məhz 
Peyğəmbərin (s) dünya səviyyəsində olan dəvətini 
başladığı ilk günlərdə buyurduğu aşağıdakı cümlədir: 
“Ey 
insanlar! Allahı yeganə varlıq kimi tanıyın və etiraf edin ki, 
qurtuluşa çıxa biləsiniz!”
Bu çağırışın izahında qısa şəkildə deyirik: 
Biz insanlar maddi ləzzətlərə və maddi həyatın 
məqsədlərinə ürək bağlamışıq; o cümlədən ləzzətli 
yemək-içməklər, gözəl paltarlar, təmtəraqlı saraylar və 
mənzərələr, gözəl həyat yoldaşı, səmimi dostlar, külli 
miqdarda sərvət, qüdrət, siyasi məqam, cah-cəlal
rəhbərlik, bizim istəklərimizlə müxalif olan hər bir şeyi 
məhv etmək. 
Biz fitri təbiətimizlə başa düşürük ki, bu qədər ləzzətlər 
insan üçün yaradılmışdır, amma insan onlar üçün 
yaradılmamışdır. Onlar insanın ardınca gəlməlidir, nəinki 
insan onların ardınca getməlidir. 
Qarın və ondan aşağıların nəzərdə tutulmasından 
ibarət olan son hədəf heyvanların, başqalarını yırtıb 


260 
dağıtmaq canavarın, bəbrin və tülkünün məntiqidir. İnsan 
məntiqi isə fitri əql məntiqidir. 
Əql məntiqi özünün gerçək nəzəriyyələri ilə bizi 
müxtəlif növ ürək istəyən şəhvətlərə, xudbinliyə, özünü 
göstərməyə deyil, məhz haqqa tabe olmağa hidayət edir. 
Əql məntiqi insanı yaradılış aləminin özündən heç növ 
istiqlaliyyəti olmayan bir hissəsi hesab edir. İnsanın 
özünü rəhbər hesab etməsinin, öz gümanına əsasən təbiəti 
öz inadkar istəkləri qarşısında ram edib onu diz 
çökürməsinə rəğmən, özü də təbiətin əlində bir alət və 
onun vasitələrindən biridir. Əql məntiqi insanı dəvət edir 
ki, bu ötəri dünyadan əldə etdikləri idraka diqqətlə 
yanaşsın ki, varlıq aləmində olan hər bir şeyin öz-özünə 
yaranmadığı, dünya və onda olanların hamısının sonsuz 
bir qüdrət mənbəyindən qaynaqlandığını bilsin; bununla 
da aydın olsun ki, yerdə və asimanda olan, insanın 
gözündə gerçəklik kimi cilvələnən bu qədər gözəl və 
çirkin varlıqlar başqa bir gerçəkliyin sayəsində həqiqətə 
çevrilir və öz-özünə deyil, məhz onun sayəsində zahir 
olur. Eləcə də anlasın ki, dünənki əzəmətlər, qüdrət və 
gerçəkliklər bu gün əfsanədən başqa bir şey deyildir; bu 
günkü cilvələr də gələcəkdə bu mahiyyəti daşıyacaq. 
Nəhayət hər bir şey öz nəzərində əfsanədən başqa bir şey 
deyildir. 
Həqiqi gerçəkliyə malik olan yalnız Allahdır ki, heç 
vaxt fənaya uğramır, hər bir şey Onun varlığında həqiqət 
rənginə boyanır və Onun müqəddəs zatının ruhu ilə 
nuraniləşir. 
İnsan belə bir idrakla təchiz olunanda bütün varlıq 
aləmi onun gözləri önündə köpük kimi suyun üzərində 


261 
yırğalanır və əyani şəkildə müşahidə edərək görür ki, 
dünya və onda olanlar qeyri-məhdud həyata, qüdrətə, 
elmə malik olan bir varlığa arxalanmışlar; insan və 
dünyanın sair varlıqları sanki müxtəlif qapılara, 
pəncərələrə bənzəyir ki, hər biri öz tutumu qədərində 
əbədiyyat dünyasında olan həqiqətləri göstərir. 
Məhz belə olan halda insan əsalət və istiqlalı özündən 
və hər bir şeydən alaraq öz sahibinə qaytarır, ürəyini hər 
yerdən çəkərək yeganə Allaha qovuşur və Onun əzəməti 
müqabilində heç nəyin qarşısında təzim etmir. Belə olan 
halda insan Pərvərdigarın vilayəti altında qərar tapır, hər 
bir şeyi Allahla tanıyır və Onun rəhbərlik və hidayəti ilə 
pak əxlaq və gözəl əməllərlə özünə zinət verir (bu da fitrət 
ayinindən ibarət olan islam dini və haqqa təslim 
olmaqdır). 
İnsani kamalın son mərhələsi məhz budur. Kamil insan 
məqamı – yəni ilahi nemətlər nəticəsində bu məqama 
çatan imam, kəsb etmə yolu ilə bu kamala nail olanlar 
malik olduqları dərəcə ixtilafları ilə imamın həqiqi 
ardıcılları olur. 
Buradan aydın olur ki, imamı tanımaqla Allahı 
tanımaq məsələsi heç vaxt bir-birindən ayrı deyildir. Eləcə 
də Allahı tanımaqla insanın özünü tanıması da bir-
birindən ayrılmazdır. 
Çünki öz məcazi varlığını tanıyan bir şəxs ehtiyacsız 
Allahın həqiqi varlığını da hökmən tanıyacaqdır. 
 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin