HƏZRƏT
MƏHDİNİN
ZÜHURU
BARƏDƏ
XÜSUSİ
BƏHS
Sünnü və şiələrin Peyğəmbərdən (s), eləcə də Əhli-
beytdən (ə) həzrət Məhdinin zühur edəcəyi, o həzrətin
Peyğəmbərin (s) nəslindən olması və öz zühuru ilə bəşər
cəmiyyətlərini həqiqi kamala çatdırıb onlara mənəvi həyat
verməsi barədə çoxlu hədislər nəql olunmuşdur.
257
Həzrət Məhdi (ə)-ın imam Həsən Əskəri (ə)-ın övladı
olması barədə də çoxlu rəvayətlər nəql olunmuşdur.
1
Təvəllüddən və uzunmüddətli qeybə çəkildikdən
sonra zühur edərək dünyanı züml və haqsızlıqla dolduğu
kimi, haqq ədalətlə dolduracaq.
BİR
NEÇƏ
İRAD
VƏ
ONLARIN
CAVABI
a) Şiələrin müxalifləri etiraz edərək deyirlər ki, sizin
əqidənizə görə qeybdə olan imamınız indiyə qədər 12
əsrlik bir ömür yaşamalıdır. Halbuki insanın ömrü bu
qədər uzun ola bilməz.
Cavab:
Bu etiraz həmin mətləbin qəbul oluna
bilməsinin çətin olmasındadır. Əlbəttə, bu qədər və
bundan artıq ömür də insan üçün qəribə görünə bilər.
Lakin Peyğəmbərdən (s) və Əhli-beyt imamlarından 12-ci
imamın qeybə çəkilməsi barədə nəql olunan rəvayətlərə
müraciət etməklə aydın olar ki, bu hədislərdə 12-ci
imamın həyatı xariqül-adə şəkildə təqdim olunub. Qeyd
etmək lazımdır ki, xariqül-adə iş qeyri-mümkün işlərdən
tamamilə fərqlənir və onu heç vaxt elm yolu ilə inkar
etmək olmaz. Çünki dünyada mövcud olan səbəb və
amillərin yalnız bizim gördüyümüz və eşitdiyimiz
səbəblərlə
məhdudlanmasını
və
bizim
xəbərimiz
olmayan, əsər və işlərini görmədiyimiz, yaxud başa
düşmədiyimiz səbəblərin mövcud olmadığını heç vaxt
isbat etmək olmaz Buna görə də mümkündür ki, bir,
yaxud bir neçə nəfərdə müəyyən səbəblər vücuda gəlsin
1 Biharul-ənvar, 51-ci cild, səh 154, 158, 160.
258
və bu səbəblər də min ildən artıq ömrü onun üçün təmin
etsin. Buna görə də müasir təbabət daha uzun ömürlülüyə
yol tapmaq üçün heç vaxt ümidsiz olmamışlar.
Yəhudilər, məsihilər və müsəlmanlar kimi asimani
kitablara malik olan, xariqül-adə işləri və peyğəmbərlərin
möcüzələrini qəbul edən şəxslərin belə etiraz etməsi son
dərəcə təəccüblüdür.
b) Şiələrin müxalifləri etiraz edərək deyirlər ki, şiələr
din hökmlərinin bəyan olunması, dini həqiqətləri
göstərmək və camaatı düz yola hidayət etmək üçün
imamın lazım olduğunu bilirlər; amma imamın qeybə
çəkilməsi bu məqsədlə ziddiyyət təşkil edir. Çünki qeybə
çəkildiyinə görə heç bir yolla əl tapmaq mümkün
olmayan imamın vücudunun heç bir faydası yoxdur. Əgər
Allah bəşəriyyəti islah etmək üçün bir imam seçmək istəsə
lazım olan vaxtlarda onu yaratmağa qadirdir və bir neçə
min il öz vaxtından öncə yaradılan şəxsə heç vaxt ehtiyac
olmaz.
Cavab:
Bu şəxslər imamətin həqiqətini dərk edə
bilməmişlər. Çünki imamət bölməsində qeyd olunduğu
kimi, imamın vəzifəsi təkcə camaata zahirdə yol göstərib
dini maarifin zahirini bəyan etmək deyildir; imam zahirdə
yol göstərməyi öhdəsinə almaqdan əlavə, əməllərin batini
rəhbərlik və vilayətini də öz üzərinə götürmüşdür.
Camaatın mənəvi həyatını tənzim edən, əməllərin
həqiqətini Allaha tərəf sövq edən də məhz imamdır.
Aydındır ki, imamın bu məsələ ilə əlaqədar cismi
cəhətdən hazır və ya qaib olmasının heç bir təsiri yoxdur.
İmam onların cismani gözlərindən qeybdə olmasına
baxmayaraq, batin yolu ilə də nəfslərə və camaatın
259
ruhuna bağlıdır. Onun zühurunun və dünyanı islah
etməsinin vaxtı gəlib çatmasa belə, onun varlığı həmişə
zəruridir.
Dostları ilə paylaş: |